Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə19/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   15   16   17   18   19   20   21   22   ...   71

Osman Türkayın poetik irsi 
 
 
62
türk əsgərinin, vətən sərhədlərinin – qalalarının, sularının, dağları-
nın, çöllərinin keşiyində duran ər igidlərin al qanları ilə vətən torpa-
ğını “bayraqlaşdıran”, Lala Mustafa Paşanın yolunu izləyən meh-
metciklərin keçdikləri döyüş yolu bu şeirlərdən bəzilərinin məzmu-
nunu təşkil edir. 
“Bayraqdarda” adlı digər bir şeir simvolik şəkildə al rəngli gü-
nəşin və türk millətinin qan rəngində al bayrağının müqayisəsi üzə-
rində qurulmuşdur. 
Yer üzündə həyat rəmzi olan, canlı aləmin mövcudluq şərti sayı-
lan Günəşin və türk bayrağını  bəzəyən Ay-ulduzun dan yerində 
göylərdə görüşü şairi vəcdə gətirir: 
 
Sabah bir lalezar ki ramolunur nuruna  
Coştukça gönüllerde som ateşten fırtına 
Parlar ay yıldız, güneş … gökteki meşalemden 
Doğmuş, evet, bir ilah doğar gibi ademden! 
 (Türkay, 2002: 65) 
 
Dan yeri sanki bütün göy üzünə çəkilmiş türk bayrağıdır ki, şair 
dünya insanlarını, müxtəlif irqləri bu ehtişama, bu gözəlliyə baş əy-
məyə çağırır. Tanrı dağlarından doğan bu günəş şairin qəlbinə xəfif 
rüzgarlar kimi əsərək sərinlik gətirir. 
“Röyamız” adlı mənzumə isə yuxarıdakı şerin davamı kimi səs-
lənir. Nurlu, işıqlı, aydın bir səhərdən bəhs edilən bu mənzumədə 
Türk elləri uğrunda canlarından keçən  şəhidlər, aparılan azadlıq 
mübarizələri və rifah dolu bir həyat təsvir olunur. 
1878-ci ildə ingilislərin idarəsi altına keçən adada türklər öz 
müstəqil dövlətlərini yaradana qədər müstəmləkəçiliyin gətirdiyi 
əsarətlər, gərginliklər, problemlər, xüsusilə  də adanın müsəlman 
icmasına qarşı yalnız ingilislərin deyil, rumların da törətdikləri qəs-
di-qərəzlər, terrorlar Kıbrıs türk ədəbiyyatında, eləcə  də Osman 
Türkayın yaradıcılığında öz əksini tapmışdır. Onun “Müstəmləkə” 
(“Sömürge”)  şeri, adından da göründüyü kimi, məhz bu mövzuya 


Elmira Fikrətqızı 
 
63
həsr olunmuşdur. Lakin burada yalnız Kıbrıs adasında mövcud olan 
müstəmləkəçilikdən deyil, dünyanın bir çox məntəqələrində “parça-
la və hökm sür” prinsipi ilə var olan əsarətdən bəhs olunur: 
 
Ben Mau-Mau, ben Kongolu 
Ben özgürlük için savaşan zenci  
Ben zırhlı taşıtlar altında ezilen Kıbrıslı Şerife abla 
Ben Cezayirli zavallı Cemile.  
(Türkay, 2002: 156) 
 
Yadellilərin qida, kommersiya, turizm “anbarı”na çevirdikləri 
adada şairin azadlığı paslı zəncirlər arasındadır. İngilis orduları bü-
tün qitələri zəbt etsə də, məhbəsdə olan yalnız bədənlərdir, ürəklər-
də azadlıq nəğmələri bəstələnməkdə, ruhlar kükrəməkdədir. Qul-
darlığa qarşı mübarizə aparan ən böyük üsyankar Spartak və Corc 
Vaşinqton, müstəmləkəçiliyə qarşı çıxan Mahatma Qandi, Mustafa 
Kamal Atatürk kimi dövlət xadimləri, onların nailiyyətləri şairə gə-
ləcəyə ümidlə baxması üçün əsas verir. İnsanın ən uca, ən ali ideal-
larından biri azadlıq olduğu üçün despotizmin, diktaturanın, təzyi-
qin az və ya çox dərəcədə olmasına baxmayaraq, bəşəriyyət daima 
müstəqilliyə can atır: 
 
Tanklar altında çignendikçe tutsak uluslar 
Susuzluktan milyonca dudakta 
Özgürlüğün yanık türküsü başlar. 
(Türkay, 2002: 155) 
 
Müsahibələrindən birində dörd vətəni (Orta Asiya, Kıbrıs (Yav-
ru Vətən), Türkiyə (Ana Vətən) və  İngiltərə) olduğunu qeyd edən 
Türkay onların hər birinə – bütünlükdə Yer kürəsinə nəğmələr bəs-
tələyərək, daima sülh, asayiş və azadlığı tərənnüm etmişdir. 
Həmin dövrdə yazdığı şeirlərdə real həyatın acı və kədərli səhi-
fələri də yer almaqdadır; insanlar qardaşcasına yaşamağı unudaraq, 


Osman Türkayın poetik irsi 
 
 
64
hər şeyə, hər kəsə mənfəət gözü ilə baxmaqdadırlar, birlik, bərabər-
lik, haqq, ədalət belə dünyadan qaçaq düşmüşdür: 
 
Hak kuvvet pençesinde, adalet elde kukla 
Kardeşlik duyguları asla gelmiyor akla… 
Menfaat saf hislere her an galip gelmekte 
Yalnız ben varım, yalnız benim Hakan demekte. 
 (Türkay, 2002: 40) 
 
“Divlərlə savaş” və “Mister Bobi” şeirləri də sosial məzmunlu 
mənzumələrdəndir. Birinci şeir şairin Londonda keçirdiyi günlərdə 
Knut Hampsuna xitabən yazılmış aclıq  şeridir. Köhnə plaşının ci-
bində üç pennisi olan, ulduzları bir loğma kimi yeyərək yaşayan 
şair məqsədsiz, mənasız halda şəhərin küçələrini gəzir, onun ətra-
fında isə yad insanlar və qeyri – insani məxluqlar - cinlər, mələklər
şeytanlar dolaşır. Bu səfalət, yadlaşma, özgələşmə mühitində yanın-
dan ötən qatar onu intihar haqqında düşünməyə vadar edir. Həyatın 
ən böyük paradoksu isə budur ki, ayrıca fərdin deyil, minlərlə mad-
di ehtiyac içində olan insanın timsalı kimi nəzərdə tutulan bu şair 
son dərəcə yoxsul olduğu halda, zibilliklərdəki və ya zəngin evlər-
dəki pişiklər toxluq içində sevişir, dalaşır, həyatdan zövq alır.  
“Mister Bobi” isə yuxarıdakı  şerə uyğun məzmunda və bir it 
haqqında yazılmış  təmsildir. Mister Bobi itin adıdır və bu alleqo-
riyada şair heyvanın timsalında bir insan həyatının təsvirini vermiş-
dir. Yoxsul bir ananın altı balasından ən qəşəngi, gözəgəlimlisi olan 
Bobi taleyin xoş qismətindən bir ingilis dənizçisi ilə Londona 
gələrək, burada on beş sterlinqə satılır və həyatının yeni mərhələsi 
də bundan sonra başlayır. Aristokratlar mühitinə qədəm qoyan Bo-
binin ilk növbədə zahiri görkəmi dəyişdirilir, sonra isə bu, onun da-
xilinə  də nüfuz edir. Məclisdən-məclisə, salondan-salona, qucaq-
dan-qucağa atılan Bobi Don Juana çevrilir. Bolluq, firavanlıq,  əy-
yaşlıq, zinakarlıq aləmində yaşayan Mister Bobi bu zirvədən və ya 
bataqlıqdan yoxsul köpəklərə  həqarətlə, onlar isə ona qısqanclıqla 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə