Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə25/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   21   22   23   24   25   26   27   28   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
61
1922-ci ildə SSRİ-nin yaradılması ilə bir dövlət halında birləşdirilən 
sovet respublikalarının xarici ticarətinin vahid mərkəzdən idarə edilməsində 
yeni mərhələ başlandı. ZSFSR Xalq Xarici Ticarət Komissarlığının 1923-cü 
il fevralın 15-də keçirilən kollegiya yığıncağında komissarın müavini 
Hacınskinin məruzəsində irəli sürülən təkliflər  əsasında  ixrac şərtlərində 
dəyişikliklər aparıldı. İxracına icazə verilməyən malların siyahısından kon-
yak spirti, at qılları  və qoz ağacından alınan taxtanın çıxarılması  təklifi 
qəbul edildi. Bu siyahıya daxil olan mallar üç qrupa ayrıldı: 1) ixracı 
müvəqqəti olaraq qadağan edilən mallar, o cümlədən metallurgiya, elek-
trotexnika, dağ-mədən və kimya sənayesi məhsulları, müxtəlif heyvan bağır-
saqları, biyan kökü, rafinad qənd və şəkər tozu, tütün və Qafqazda istehsal 
olunmayan xalça məmulatları; 2) ixracı dövlət inhisarında olan mallar; 3) 
ümumi qaydalarla ixracına icazə verilən mallar, o cümlədən aşılanmış və ya 
xam quzu və keçi dərisi, müxtəlif xəzlər, kürü, balıq yapışqanı, ipək, bal, 
Qafqazda istehsal edilən xalçalar və dəvə yunu.  
Kətan istisna olmaqla digər toxuculuq məmulatlarına lisenziya veri-
lirdi.  
ZSFSR Xalq Xarici Ticarət Komissarlığının 1923-cü il fevralın 27-də 
Hacınskinin sədrliyi ilə keçirilən yığıncağında Federasiyaya daxil olan 
respublikalara xarici ölkələrdə ticarət  əməliyyatlarının sərbəst aparılması 
səlahiyyətinin verilməsi müzakirə edilmişdi. XXTK Zaqafqaziya XKŞ-nin 
1923-cü il 15 fevral tarixli 9 saylı qərarının 2-ci bəndinə əsaslanaraq qərara 
alınmışdı: 1) Azərbaycan, Ermənistan və Gürcüstanın XKŞ  və Torpaq 
komitələrinə xaricdə ticarət əməliyyatları aparmalarına icazə ZSFSR XXTK 
tərəfindən yalnız bu ölkələrdəki ticarət nümayəndəliyi vasitəsilə verilir; 2) 
digər dövlət və  təsərrüfat orqanları isə ayrıca olaraq hər bir kommersiya 
əməliyyatlarında öz nümayəndələrini xarici ölkəyə ezam etməli və  həmin 
nümayəndələr ZSFSR XXTK-nin həmin ölkədəki ticarət nümayəndəliyinin 
rəhbərliyi və nəzarəti altında işləməlidir [211, 17, 19]. 
ZSFSR XXTK-nın 1923-cü il dekabrın 14-də keçirilən kollegiya 
yığıncağında neft ixracının yeni qaydaları müəyyən edildi. Bu münasibətlə 
Cənubi Qafqaz Gömrük idarəsinin rəis müavini A.Lebedevin imzası ilə 
Gürcüstan, Azərbaycan, Ermənistan və Naxçıvan ölkəsinin gömrük inspek-
torlarına, I, II və III dərəcəli gömrükxanalara ünvanlanan təlimatda göstə-
rilirdi: 1) Neftesindikatın Yaxın  Şərq kontoru Cənubi Qafqaz ərazisindəki 
xaricə aparılan neft məhsullarının ümumu həcmi və hər bir gömrükxanadan 
keçiriləcək miqdarı haqqında oktyabrın 1-dən başlamaqla ixrac planı hazır-
layır. Bu lisenziyalar əsasında Yaxın  Şərq kontoru kontragentlərə xüsusi 
vəsiqə verir; 2) neft məhsullarının Culfa və  Şahtaxtı gömrükxanalarından 
şimal-qərbi  İrana Cənubi Qafqaz ticarət idarəsinin (“Zaqqostorq”) Yaxın 
Şərq kontoru ilə müqavilə  əsasında ixrac edilir və  hər  əməliyyat üçün 
ZSFSR XXTK-dən lisenziya alınmalıdır; 3) Türkiyəyə neft məhsullarının 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
62
daşınması Aleksandropol gömrükxanasından keçməklə bilavasitə Neftesin-
dikat və ya onun kontragenləri vasitəsi ilə  həyata keçirilir; 4) gömrükdən 
neft məhsulları keçirilməsinə ZSFSR XXTK tərəfindən Neftesindikat və 
onun kontragentlərindən başqa heç bir təşkilata lisenziya verilmir; 5) əgər 
yük bilavasitə Neftesindikat tərəfindən aparılırsa, gömrükxanada lisenziya 
rüsumu tutulmur. Neft məhsullarını  sərhəddən kontragentlər tərəfindən 
daşındığı halda, gömrükxanadan ödənilən lisenziya rüsumunun qəbzi tələb 
edilir [30, 380]. 
Beləliklə, Azərbaycan SSR-in xarici ticarət əlaqələrində 1922-ci ildən 
aşağıdakı hallar müşahidə edilirdi: a) idxal-ixrac əməliyyatları  İttifaq 
hökuməti tərəfindən həyata keçirilirdi; b) xarici ticarət bütünlükdə dövlətin 
inhisarında idi; c) xarici ticarət ciddi surətdə aparılan makroplanlaşdırmanın 
əhatə dairəsində idi; ç) Azərbaycan SSR-in idxal-ixrac əməliyyatları ittifaq 
dövlətinin mənafelərinə xidmət edirdi və d) xarici ticarətlə respublika 
rəhbərliyi səviyyəsində demək olar ki, məşğul olunmurdu. 
1923-cü ildən başlayaraq xarici ölkə bazarlarında Azərbaycanın yerli 
kənd təsərrüfatı  məhsullarına, o cümlədən təzə meyvə  və qarın-bağırsaq 
məhsullarına tələbat artdı. Bunu dərhal nəzərə alan sovet hökuməti bu 
məhsullarla ticarəti inhisara almaq üçün “Zakutilsıryo” adlı səhmdar şirkəti 
yaratdı.  
Azərbaycan SSR-dən ixrac olunan mallar içərisində neft və neft məh-
sulları, xam ipək və ipək məhsulları, biyan kökü və heyvandarlıq məhsulları 
əsas yer tuturdu. İxrac edilən neft məhsullarının daha sürətlə artması 
sayəsində respublikanın xarici ticarət dövriyyəsi öz həcminə görə 1913-cü 
ilin səviyyəsini keçmişdi. Lakin xalça, texniki bitkilər və bəzi heyvandarlıq 
məhsullarının ixracı üzrə göstəricilər hələ də aşağı idi [65, 17, 19].  
Azərbaycan  İstehlak Cəmiyyətləri  İttifaqının (“Azərittifaq”)  İşçi 
Kooperativləri Komitəsinin Azərbaycan KP(b) MK-ya, XKŞ  və Maliyyə 
Komissarlığına göndərilmiş 6 mart 1923-cü il 1082 saylı  məktubun məz-
munu ilə tanışlıq aydınlıq gətirir. Məktubda yazılır: “Azərbaycan gömrüyü 
ASSR-ə  gətirilən və aparılan yüklərdən, hətta işçi kooperativlərinin yük-
lərindən 10 faizi natura ilə vergi tutur. Bir neçə  dəfə bu məsələ yuxarı 
dövlət müəssisələrində, partiya və həmkarlar təşkilatları səviyyəsində müza-
kirə edilmiş, nəticədə  işçi kooperativlərinin xeyrinə  həll edilmiş, idxal və 
ixrac edilən belə yüklər gömrük vergisindən tamamilə azad edilmişdir. 
Hazırda Bakı  fəhlələri üçün Türküstandan taxıl gətirilmişdir. Taxılın 
boşaldılması körpüdə ləngidilir və oğurlanır. Bakı gömrükxanası 10 faizlik 
ödənc tələb edir”. 
Məktuba XKS-nin sədri tərəfindən belə bir dərkənar qoyulmuşdur: 
“Yol. Tağıyevə. Türküstandan daxil olan ərzaq XKS-nin 9 mart 1922-ci il 
tarixli qərarı əsasında ödənişdən azad edilir. Musabəyov” [45, 563]. 
 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə