Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə28/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   24   25   26   27   28   29   30   31   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
67
müstəqil gömrük-tarif siyasəti yeritmək cəhdlərinə imkan verilmədi. 
Azərbaycan Gömrük İdarəsinin rəisi Əhməd Rzayevin respublika XKS-nin 
sədrinə göndərdiyi 20 avqust 1922-ci il tarixli 1890 saylı məktubda Ağstafa 
gömrük nəzarət məntəqəsinin fəaliyyətinin dayandırılması,  əməkdaşların 
müsadirə edilən mallar və toplanmış gömrük rüsumları ilə birlikdə Bakıya 
ezam edilməsi haqqında göstəriş verildiyi bildirilirdi.  
Bunun  əksinə olaraq, cənub sərhədində yeni gömrük məntəqələrinin 
açılmasına təşəbbüs edilirdi. Bakı gömrükxanası  rəisinin 1922-ci ilin 
oktyabrında Cənubi Qafqaz gömrük idarəsinə Lənkəran qəzasının Kilvəz və 
Arus sərhəd məntəqələrində gömrük xidmətinin təşkil edilməsi haqqında 
müraciət etmişdi. Məlumdur ki, qeyd edilən gömrük müəssisələri 1914-cü 
ilə  qədər Lənkəranla  İranın  Ərdəbil vilayətinin sərhədyanı ticarət  əlaqə-
lərinin tənzimlənməsində  fəaliyyət göstərirdi. Məktubda 3-cü dərəcəli 
Kilvəz gömrükxanasının və Arus gömrük postunun yaradılması daxili 
bazarın təchizatına  İrandan gətirilən mal-qara və taxıl məhsulların müsbət 
təsir edəcəyi vurğulanırdı [33, 200]. 
RSFSR XKS 1922-ci ilin fevralında ixrac, iyun ayında isə idxal 
tarifini təsdiq etdi. İlk sovet gömrük tarifləri XXTK-da yaradılmış gömrük-
tarif Komitəsində hazırlandı. Bu tariflərin  əsas funksiyası xarici ticarətin 
dövlət inhisarını qoruyub saxlamaq idi. Sərhəddə  və ölkə  ərazisinin 
daxilində yerləşən gömrükxanalarda lisenziya qaydasının tətbiq olunmasına 
ciddi riayət olunurdu. Ölkənin iqtisadi maraqlarının mühafizəsi işi gömrük 
xidmətinə, hərbi və siyasi cəhətdən qorunması, qaçaqmalçılığa qarşı 
mübarizə vəzifələri isə Dövlət Siyasi İdarəsinin (DSİ) üzərinə düşürdü. 
Gömrük orqanları ilə yanaşı Qızı Ordunun ayrı-ayrı hissələrinin xüsusi 
şöbələri və fövqəladə komissiyaların bazasında qaçaqmalçılığa qarşı 
mübarizə  məqsədi ilə xüsusi sərhəd nəzarət-buraxılış  məntəqələri yara-
dılmışdı. Müsadirə edilən malların satışından  əldə edilən dəyərin hamısı 
(qaçaq malı birbaşa və ya dolayı surətdə  aşkar edən  şəxslərə ödənilən 
mükafatdan başqa) DSİ-nin  ərzaq və digər mallarla təchizatının yaxşılaş-
dırılmasına, qaçaqmalçılıqla mübarizənin gücləndirilməsinə yönəldilməli 
idi. Lakin gömrük nəzarətçiləri ilə bu qurumun əməkdaşları arasında 
gömrük baxışı keçirilməsinə ikincilərin tez-tez baş verən müdaxiləsi 
nəticəsində narazılıq yaranırdı. Azərbaycan gömrük dairəsinin müfəttişi 
B.Bəhramov 1922-ci il noyabrın 29-da Bakı gömrükxanasına ünvanlandığı 
məktubda yazırdı: “Mənə çatan məlumatlara görə, Dövlət Siyasi İdarəsinin 
əməkdaşları qaçaqmalçılığa qarşı  əməliyyatlar zamanı gömrük nəzarət-
çilərinin işinə kobud müdaxilə edir, müsadirə etdikləri malları Bakı 
gömrükxanasına təhvil vermirlər. DSİ-nin 1921-ci il 14 avqust tarixli 252 
saylı  təlimatının 8-ci maddəsinə  əsaslanaraq bildirirəm ki, xüsusi şöbənin 
əməkdaşları gömrük ərazisində onlara verilən səlahiyyət daxilində  hərəkət 
etməli, aşkar edilən qaçaq mallar haqqında akt tərtib etməli və gömrük-


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
68
xanaya təhvil verməlidirlər. Aktın bir surəti DSİ-nin mahal şöbəsinə, biri isə 
gömrük idarəsinə çatdırılması üçün mənə verilməlidir” [86, 139]. 
Sovet dövlətinin Cənubi Qafqaz regionuna yönəlmiş strateji maraq-
larını dörd bloka ayırmaq olar: 1) iqtisadi maraqlar (bura həm də xarici 
ticarət və gömrük nəzarətinin ələ alınması ilə bağlı tədbirlər də daxildir); 2) 
sovet Rusiyasının siyasi cəhətdən tanınması ilə bağlı maraqlar; 3) hərbi-
strateji vəzifələrin yerinə yetirilməsi ilə bağlı olan maraqlar; 4) ideoloji 
maraqlar. Qeyd edilməlidir ki, hər dörd blok üzrə Rusiya Azərbaycanda 
maraqlarının hüquqi təminatının yaradılmasına can atırdı. Azərbaycan 
Rusiyaya hər şeydən əvvəl yanacaq təchizatçısı, rus mallarının satış bazarı 
və güclü dəniz nəqliyyatı qovşağı kimi lazım idi. Azərbaycan SSR-nin 
gömrük xidmətinin idarə edilməsinin Moskvaya tabe edilməsinin də 
kökündə bu maraqlar dururdu. Azərbaycanda Rusiyanın maraqlarının hüqu-
qi təminatı 1920-ci il sentyabrın 30-da imzalanmış müqavilə  və müxtəlif 
məsələləri əhatə edən sazişlərlə təmin edildi. İrina Borisova “1917-1929-cu 
illərdə sovet Rusiyasının və SSRİ-nin Mərkəzi Asiya və Qafqaz regionunda 
milli dövlət maraqlarının hüquqi təminatı: tarixi-hüquqi araşdırma” adlı 
doktorluq dissertasiyasında bu nəticəyə gəlir ki, sovet Rusiyası Azərbaycana 
qarşı münasibətində (əslində - iddialarında – R.Q.)hər şeydən əvvəl iqtisadi 
maraqlar üstün tutulurdu. Müəllifin sovet Rusiyasının geosiyasi maraq-
larının təmin edilməsində digər Qafqaz respublikalarına münasibəti haqqın-
da fikirləri ilə də razılaşmaq olar. Tədqiqatçı düzgün olaraq Sovet Rusiya-
sının Gürcüstana olan marağının hərbi-strateji məqsədlərindən irəli gədiyini
digər tərəfdən isə Rusiyanın Azərbaycanın neft yataqlarına və limanlarına 
çatmaqda Gürcüstan ərazisindən tranzit yol kimi istifadə edilməsi imkanını 
dəyərləndirdiyini göstərir.  İ.Borisova qeyd edir ki, digər Qafqaz respubli-
kaları ilə müqayisədə Ermənistan Rusiyanın ticarət-iqtisadi, hərbi-strateji və 
diplomatik planda marağını daha az cəlb edirdi. Sovet Rusiyası  tələm-
tələsik imzalanmış ikitərəfli və çoxtərəfli müqavilələrlə iqtisadi-ticarət 
maraqlarının hüquqi təminatını  təsbit etdi və SSRİ-nin  ərazisinin genişlən-
dirilməsi faktını reallaşdırmış oldu [179, 92]. 
RSFSR-in Cənubi Qafqazda, o cümlədən Azərbaycanda iqtisadi 
maraqlarının  əsas hərəkətverici qüvvəsini gömrük aparatı  təşkil edirdi. Bu 
sahədə ilk tədbirlərdən biri ZSFSR İttifaq Soveti ilə RSFSR XKŞ arasında 
gömrük-tarif razılaşmasına  əsasən qəbul edilən Cənubi Qafqaz Sovet 
Sosialist Respublikası  İttifaq Sovetinin “İdxal və ixrac vergilərinin tətbiq 
edilməsi haqqında”  1922-ci il 11 oktyabr tarixli Dekreti oldu. Cənubi 
Qafqaz  ərazisinə xaricdən gətirilən Avropa mənşəli mallara 1922-ci il 
sentyabrın 10-dan RSFSR XKŞ-nin 7 fevral 1922-ci ildə  təsdiq etdiyi 
RSFSR-in vahid Gömrük tarifi; Cənubi Qafqaz hüdudlarından çıxarılan 
mallara isə 1922-ci il oktyabrın 15-dən RSFSR XKŞ-nin 1922-ci il iyulun 7-
də  təsdiq etdiyi ixrac ticarətinə aid Tarifin tətbiqinə başlanıldı. Cənubi 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə