Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə31/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   27   28   29   30   31   32   33   34   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
74
Gömrükxanaların və gömrük məntəqələrinin olmadığı ərazilərdə isə bu 
iş müvafiq komissiyalar tərəfindən bilavasitə bazarlarda, malların mühafizə 
edildiyi anbarlarda və daşındığı  dəmir yolu stansiyalarında aparılmalı idi. 
Azərbaycan gömrük dairəsi üzrə malların möhürlənməsi Qazax, Gəncə, 
Tərtər, Ağdaş, Ağdam, Quba, Salyan, Şuşa, Temir-Xan-Şura  şəhərlərində, 
Bərdə, Prişib, Astraxanka, Göytəpə, Qalabazar, Vəng, Xilli, Petropavlovka, 
Karyagin, Zəngilan və Mincivan kənd məntəqələrində, həmçinin Hacıqabul, 
Kürdəmir, Yevlax, Ləki, Gəncə, Ağstafa, Xaçmaz, Xudat və Yalama dəmir 
yolu stansiyalarında həyata keçirilirdi. Azərbaycan dilində yazılmış 
təlimatda malların möhürlənməsinə görə  təyin edilən rüsumların həcmi 
göstərilirdi. Qaydaya görə möhürlənməyən mallar qaçaq mal hesab edilərək 
müsadirə olunurdu [35, 18-20]. 
Qaçaqmalçılıqla mübarizə və gömrükxana ərazisinin kənar müdaxilə-
lərdən qorunması üçün Bakı gömrükxanasının nəzdində 60 nəfərdən ibarət 
gömrük mühafizə dəstəsi fəaliyyət göstərirdi. Dəstənin komandiri Vladimir 
Vedernikov, müavini isə Məmmədhüseyn Talıbov idi. Mühafizə dəstəsinin 
şəxsi heyətinin yarıdan çoxunu azərbaycanlılar təşkil edirdi [89, 165]. 
ZSFSR  İttifaq Sovetinin 1922-ci il 24 sentyabr tarixli dekreti ilə 
Zaqafqaziya Xalq Xarici Ticarət Komissarlığının tabeçiliyində Gömrük 
İdarəsi yaradıldı. Zaqafqaziya Maliyyə Komissarlığı və onun yerli orqanları 
isə gömrük vergilərinin yığılmasına nəzarət etməli idi.  
Beləliklə, Zaqafqaziya Maliyyə Komissarlığı tərkibindəki nümayəndə-
liklərin gömrük şöbələri və respublikalardakı müvafiq qurumlar ləğv 
edilərək bütün gömrük müəssisələri birbaşa Zaqafqaziya Gömrük İdarəsinə 
tabe edildi. Həmin dekretlə  “Maliyyə komissarlığının gömrük gəlirlərinə 
nəzarət etmək hüququ haqqında təlimat” təsdiq edildi. Bundan sonra bütün 
gömrük ödənişlərindən daxil olan pul vəsaitləri hər üç gündən bir ZSFSR 
Maliyyə komissarlığının kassasına təhvil verilməli idi [30, 185]. 
Bakı gömrükxanasının 17 aprel 1923-cü ildə keçirilən Böyük Şurasın-
da gömrükxananın yeni ştat cədvəlinin layihəsinə baxılmışdı. Yeniləşən 
cədvəldə gömrükxananın  şəxsi heyətinin sayının artırılması  nəzərdə tutu-
lurdu: 
Cədvəl 1.2 
Bakı gömrükxanasının 1923-cü ilə aid ştat cədvəli 
 
s/s Vəzifənin adı sayı də-
rəcə
s/s Vəzifənin adı Sa-
yı 
də-
rəcə 
 
Rəhbərlik 
 
 
 
Xəzinədarlıq 
 
 
1. 
Gömrükxana rəisi 
1 17 
24 Müdir 
1 14 
2. 
Rəis müavini 

16  25 
Baş kargüzar 

12 
3. 
Müfəttişlər 3 
15 
26 
1-ci 
dərəcəli kargü-
zar 
1 10 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
75
4. 
Nəzarətçilər 10 
14 
27 
 
Hesabdar 

10 
 
Təsərrüfat şöbəsi 
 
 
 
Gəmi şöbəsi 
 
 
5. 
Təsərrüfat müdiri 
1 12 
28 Rəis 1 
14 
6. 
Böyük kargüzar 

10  29 Gəmi yoxlayıcısı  
9 12 
7. 
Tərcüməçi 1 
13 
30 
Nəzarətçinin 
müavini  
16 10 
8. 
Kargüzar 1 

31 2-ci 
dərəcəli yoxlayıcı 12  9 
9. 
Kuryer 3 

32 
3-cü 
dərəcəli yoxlayı-
cı  
10 8 
10.  Gözətçi 1 

33 Kargüzar 
2 10 
11.  Xadimələr 2 

 
Pakhauz şöbəsi  
 
 
12.  Arabaçı 1 

34 
Rəis  

14 
13.  Texniki işçi 1 
10 
35 
Anbardarlar 6 
12 
 
Dəftərxana şöbəsi 
 
 
36 Anbardarın 
köməkçiləri 
12 10 
14.  İşlər müdiri 

14  37 2-ci 
dərəcəli baxıcı 5 9 
15.  Baş kargüzar 
1 12  38 3-cü 
dərəcəli baxıcı 3 8 
16.  1-ci dərəcəli 
kargüzarlar 
4 10 
39 Kargüzar 
1 10 
17.  2-ci dərəcəli 
kargüzarlar 
2 9 
 
“Bakı” barkasının 
heyəti 
 
 
18.  Makinaçılar 3 
10  40 Gəmi kapitanı 1 
13 
 
Mühasibatlıq 
 
 
41 Kapitanın köməkçisi 1  12 
19.  Rəis 1 
14  42 Mexanik 
1  13 
20.  2-ci dərəcəli 
mühasib 
2 12 
43 Mexanik 
köməkçisi 1 12 
21.  Baş kargüzar 

12  44 
Sükançı 2 

22.  1-ci dərəcəli 
kargüzar 
4 10 
45 Ocaqçı 2 

23.  2-ci dərəcəli 
kargüzar 
4 9 46 Matroslar 
  7 
 
Mənbə: ARDA Bakı filialı, f.126, siy. 1, iş 21, v. 233-235. 
 
1923-cü il 1 mart vəziyyətinə görə, Azərbaycan  ərazisində  fəaliyyət 
göstərən gömrükxana və gömrük postlarının say tərkibində dəyişikliklər baş 
vermişdi. Dörd gömrükxana: 1-ci dərəcəli Bakı (barkasla birlikdə), 2-ci 
dərəcəli Lənkəran, 2-ci dərəcəli Astara, 3-cü dərəcəli Biləsuvar və 3-cü 
dərəcəli Kilvəz gömrükxanası. Gömrük postlarından isə Yuxarı Kür, Qızıl-
Ağac, Xudafərin, Maralyan, Arus və Mincivan postları saxlanılmışdı [34, 
11-13].  


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
76
1923-cü il mayın 9-da ZSFSR XKŞ-nin  “Qaçaqmalçılıqla mübarizə 
tədbirləri haqqında” qərarına görə, Zaqafqaziya Gömrük İdarəsində ZSFSR 
Maliyyə Komissarlığı  və Zaqafqaziya Fövqəladə Komissiyası nümayən-
dələrindən ibarət qaçaqmalçılıqla mübarizə Komissiyası yaradıldı. Bu tip 
komissiyalar yerlərdəki iri gömrükxanalarda, o cümlədən Bakı və Lənkəran 
gömrükxanalarında təşkil edilirdi. Həmin qərara  əsasən, müsadirə edilən 
qaçaqmalların reallaşdırılmasından  əldə edilən gəlirin 30 faizi dövlət büd-
cəsinə keçirilir, məhkəmə  və daşınma xərcləri çıxılır, yerdə qalan 23 faizi 
qaçaqmalı bilavasitə aşkar edənlərə, 20 faizi Zaqafqaziya Fövqəladə Komis-
siyasına, 27 faizi isə Gömrük İdarəsinə  çatırdı [215, 1923, статья 238]. 
ZSFSR MİK və XKS-nin “ZSFSR-in ümumdövlət, dövlət və yerli 
büdcələrinin xərcləri və  gəlirləri haqqında” 1923-cü il 2 aprel tarixli 
dekretində adından göründüyü kimi büdcə  gəlirlərinin üç növü – 
ümumdövlət (federativ), dövlət (respublika) və yerli (qəza,  şəhər, kənd) 
büdcələrə daxil edilən gəlirlər müəyyən edilmişdi. Dekretin 2-ci bölməsində 
birbaşa daxili və xarici ticarətdən gələn gəlirlər və valyutaya verilən 
lisenziyalar, xarici pasport və vizaların verilməsinə görə rüsumlar, gömrük 
gəlirləri federasiya büdcəsinə köçürülən gəlirlər siyahısına daxil edilmişdi 
[180,1923, 20 мая, №19-20]. 
1923-cü il mayın 10-da Bakı gömrükxanasının rəisi P.Cuqelinin 
imzası ilə Azərbaycan XKS-nin sədri Q.Musabəyova göndərilən siyahıda 
əməkdaşların milli tərkibi və tarif dərəcələri göstərilib. Ştat cədvəlinə görə, 
11-ci və 6-cı dərəcələrdən başqa 17-ci dərəcə 1, 16-cı dərəcə 1, 15-ci dərəcə 
1, 14-cü dərəcə 3, 13-cü dərəcə 3, 12 dərəcə 14, 10-cu dərəcə 23, 9-cu 
dərəcə 18, 8-ci dərəcə 10, 7-ci dərəcə 23, 4-5 dərəcə 5 nəfərə verilmişdi. 
Gömrükxana üzrə 106 nəfərin 43 nəfəri azərbaycanlı idi, onların arasında 
cəmi 6 nəfəri 13-16-cı dərəcəli mütəxəssislər olmuşdur.  
Ümumiyyətlə, Azərbaycanın gömrük xidmətinin ali rəis heyətində 
çalışan 11 nəfər əməkdaş milli tərkibinə görə müxtəlif idi. 1922-ci ilin iyul 
ayına aid hesabatda onlardan 5 nəfərinin azərbaycanlı, 4 nəfərinin rus, 1 
nəfərinin polyak, 1 nəfərin isə milliyyətcə fin olması göstərilir.  
Bundan əlavə, Azərbaycanın inzibati ərazisindəki bəzi gömrükxanalar, 
o cümlədən 1-ci dərəcəli Culfa gömrükxanası  (şəxsi heyəti 26 nəfər), 2-ci 
dərəcəli  Şahtaxtı gömrükxanası (16 nəfər), 3-cü dərəcəli Ordubad 
gömrükxanası (7 nəfər), 3-cü dərəcəli Bulqan gömrükxanası (7 nəfər) və 3-
cü dərəcəli Alışar gömrükxanası (7 nəfər) Erməni-Naxçıvan inspektor 
rayonuna daxil edilmişdi.  
Ermənistan SSR ərazisindəki ən iri gömrükxana Türkiyə ilə sərhəddə 
yerləşən və cəmi 19 nəfər şəxsi heyətə malik Aleksandropol gömrükxanası 
idi. Həmin dövrdə Azərbaycan rayon gömrük inspektorluğunda fəaliyyət 
göstərən gömrük müəssisələrinin  əməkdaşlarının milli tərkibi maraq doğu-
rur. Məsələn, 1923-cü ilin ştat cədvəlinə əsasən, Bakı gömrükxanasının 84 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə