Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə29/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   25   26   27   28   29   30   31   32   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
69
Qafqaz respublikalarının gömrük müəssisələrində RSFSR-də  qəbul edilən 
qaydalar  əsasında dəftərxana, anbar, gerb, damğa və ticarət rüsumları 
tutulmalı, həmçinin həmin rüsumların həcmində ediləcək hər hansı bir 
dəyişiklik öncədən razılaşdırılmalı idi. ZSFSR Xalq Xarici Ticarət Komis-
sarlığına bu dekretin tətbiqi qaydaları, habelə onun ayrı-ayrı maddələrinin 
izahı haqqında təlimatları  dərc etmək səlahiyyəti verilirdi [196, 1922,12 
октября, №97]. 
Xarici ticarət üzərində dövlət inhisarının təmin edilməsi eyni zamanda 
qaçaqmalçılıqla mübarizə  işinin gücləndirilməsini tələb edirdi. Sovet 
hökumətinin 1921-ci il 3 yanvar tarixli dekreti gömrük nəzarətindən gizlə-
dilən bütün malları  və pulu, həmçinin gizlədilməyən silah, hərbi sursat
hərbi binokl, qiymətli qaş-daş, və Maliyyə komissarlığının icazəsi olmadan 
aparılan xarici valyuta, daşınmaz  əmlak sənədi, siyasi və iqtisadi cəhətdən 
zərərli hesab edilən sənədlər, həmçinin bədii və antikvar əhəmiyyət daşıyan 
əşyaların qaçaqmal hesab edilərək müsadirə edilməsini nəzərdə tuturdu.  
Sovet dövlətinin gömrük siyasətinin mahiyyəti xarici iqtisadi əlaqə-
lərin necə  təşkil olunması ilə müəyyən olunurdu. Sovet hakimiyyətinin ilk 
illərində dövlətin xarici ticarət əlaqələrinin qurulmasında aşağıdakı operativ 
bölmələr iştirak edirdi: a) SSRİ  ərazisində dövlət idxal-ixrac kontorları; b) 
xarici bazarlarda ticarət nümayəndəlikləri; c) bəzi təsərrüfat orqanları: ç) 
müştərək ictimai və kooperativ təşkilatlar; e) bəzi şərtlər daxilində təsərrüfat 
müəssisələri və ayrı-ayrı şəxslər.  
Gömrük siyasətinin tənzimləyici rolu və xarici ticarətin bütün həlqələri 
planla bağlı idi. Gömrük rəsmiləşdirilməsi zamanı malın nə vaxt və hansı 
miqdarda idxal və ya ixrac ediləcəyi, keyfiyyəti və gömrük rüsumunun 
ödənilməsi müddəti müəyyən edilməli idi. Qiymət siyasəti gömrük 
siyasətinin həyata keçirilməsində dövlətin fəaliyyətinin  əsas istiqa-
mətlərindən biri idi. Lakin bir çox hallarda xarici ticarət partnyorları müqa-
vilə  şərtlərini pozaraq birtərəfli qaydada qiymətləri qaldırırdılar. Kapitalist 
ölkələri  əhatəsində olan Sovet dövləti proteksionist siyasət yeritsə  də, bəzi 
hallarda ticarət rejimi və digər  şərtlərdən asılı olaraq azad ticarət apar-
maqdan imtina etmirdi. Dövlət gömrük rüsumlarının və xarici malların 
qiymətinin tənzimlənməsinə büdcə  gəlirlərinin artırılması vasitəsi kimi 
baxırdı. Xarici iqtisadi əlaqələrdə dövlət inhisarının mövcudluğu sovet 
dövlətinin xarici kapitalist ölkələrinin  əhatəsində olması ilə bağlı idi. Bir 
qədər sonrakı  mərhələdə, yeni iqtisadi siyasət (YİS) dövründə xarici 
ticarətin inhisara alınması qanunun fəaliyyəti bir qədər “yumşaldılmışdı”. 
YİS-ə keçid, xüsusi kapitala və  sərbəst ticarətə meydan verilməsi nəinki 
iqtisadiyyatı dirçəltdi, eyni zamanda ticarət dövriyyəsini artırdı. Bu, öz 
növbəsində xarici ticarətin təşkilinin yeni forma və metodlarından istifadə 
edilməsini tələb edirdi.  


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
70
RSFSR XKC-nin 13 mart 1922-ci il tarixli dekreti ilə sovet sənaye 
müəssisələri və istehsal birliklərinin xarici bazarla əlaqələrinin formaları 
müəyyən edildi. 16 oktyabr tarixli dekretlə isə iri dövlət müəssisələrinə 
xarici tərəfdaşları ilə ticarət əməliyyatları aparmalarına icazə verildi. 1923-
cü ilin mart-aprel aylarında sovet hökumətinin dekretləri ilə xarici ticarət 
qaydalarını sadələşdirən dəyişikliklər həyata keçirildi. Xarici bazarlarda 
mərkəzi ticarət orqanı SSRİ-ni ticarət nümayəndəlikləri hesab edilirdi.   
20-ci illərin sovet gömrük siyasəti aşağıdakı prinsiplərə əsaslanırdı: 
-  gömrük tarifinin açıq-aşkar proteksionist mahiyyət daşıması; 
-  sənaye istehsalına ziyan vurmadan mövcud şəraitdən asılı olaraq 
kənd təsərrüfatının müdafiəsi; 
Bu məqsədə çatmaq üçün gömrük-tarif tənzimlənməsinin aşağıdakı 
vasitələri tətbiq olunurdu: 
-  yüksək idxal rüsumlarının tətbiqi (yerli fabrik qiymətləri ilə xaricdə 
istehsal edilən malların qiymət fərqi); 
-  sənaye xammalının, yarımfabrikatların, ölkədə istehsal edilməyən və 
milli sənayenin inkişafına gərəkli olan maşınqayırma avadanlıqlarının 
rüsumsuz idxalı; 
-  ölkədə  zəruri miqdarda istehsal edilən eyni adda malların idxalına 
yüksək rüsumların, hətta qadağanedici tədbirlərin tətbiqi
-  pambıq və yuna mütərəqqi rüsumların tətbiq edilməsi; 
-  qənd, spirt, neft məhsulları və toxuculuq mallarının rüsumsuz idxalı. 
 Kənd təsərrüfatını inkişaf etdirmək üçün kənd təsərrüfatı maşınları, 
toxum və gübrələrin, ziyanvericilərə qarşı kimyəvi vasitələrin, azot güb-
rəsinin idxalı gömrük rüsumuna cəlb edilmirdi. Bir sıra  ərzaq mallarının 
rüsumsuz idxalına o halda icazə verilirdi ki, ölkədə taxıl, yem bitkiləri 
toxumları və yağ istehsalına mənfi təsir göstərməsin.  
Ölkənin maliyyə vəziyyətini yaşıllaşdırmaq üçün əsas idxal mallarına 
yüksək rüsumlar təyin edilir, xammal və  ərzaq mallarının ixracı  həvəs-
ləndirilirdi. Yüksək rüsum dərəcələri zinət  əşyalarına, platinə  və digər 
mallara təyin edilmişdi. Tələbatdan asılı olaraq dərman vasitələrinin 
idxalına icazə verilirdi. Asiya ölkələri və  İranla ticarətdə xüsusi tariflər 
tətbiq olunurdu.  
ZSFSR XXTK-nin 1922-ci il 17 oktyabr tarixli 103 saylı  qərarı ilə 
Gömrük İdarəsinin Əsasnaməsi təsdiq edildi. Adı çəkilən sənəddə liman və 
dəmir yollarında, şose və qrunt yollarında, çay və göl kənarlarında yerləşmiş 
gömrükxana və gömrük postlarının fəaliyyətinə aid bütün məsələlər  ətraflı 
və  dəqiq  əks olunmuşdu. Sənəddə göstərilirdi ki, Zaqfederasiya ərazisində 
gömrükxanaların idarəçiliyi Gömrük İdarəsinə verilir. Gömrük İdarəsi 
mərkəzi icra orqanı olmaqla Xalq Xarici Ticarət Komissarlığının tərkibində 
olur, idarəyə rəis və onun müavinləri rəhbərlik edir. Gömrük İdarəsinin rəisi 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə