Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə32/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   28   29   30   31   32   33   34   35   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
77
nəfər  əməkdaşından 31 nəfəri azərbaycanlı idi, o cümlədən gömrükxana 
rəisi Məcid Əfəndiyev və onun müavini Əhməd Düdənginski.  
Gömrük nəzarətinə məxsus “Bakı” barkasının 5 nəfərlik heyətinin 4-ü, 
o cümlədən gəmi kapitanı Ələkbər Mirzə oğlu, Astara gömrükxanasının da 
ştatda olan 14 nəfərdən 6-sı (rəis – Şahverdiyev), 2-ci dərəcəli Lənkəran 
gömrükxanasında 9 nəfərdən 4-ü (rəis – İ.Talışxanov ), 3-cü dərəcəli 
Biləsuvar gömrükxanasında 5 nəfərdən 3-ü, 3-cü dərəcəli Kilvəz gömrük-
xanasında 3 nəfərdən 2-si (rəis Bakıxanov) azərbaycanlı  idi.    Fəaliyyətdə 
olan gömrük postlarının  əksəriyyətinin tərkibi və  rəis heyəti (Gızıl-Ağac 
postu – rəis Talışxanov, Xudafərin postu – rəis Səfərov, Maralyan 
(Mincivan) postu – rəis  İsrafil Məmmədəlizadə) azərbaycanlılardan təşkil 
olunmuşdu [13, 1-24].  
Bakı gömrükxanasının bir qrup əməkdaşı (28 nəfər) Bakı Xalq Mahal 
məhkəməsinin 1923-cü il oktyabrın 15-də onların xeyrinə  qərar qəbul 
etməsinə baxmayaraq, əmək haqlarını almadıqlarına görə Azərbaycan KP(b) 
Mərkəzi Komitəsinə müraciət etmişdilər.  Şikayət məktubunda Bakı 
gömrükxanası və Zaqafqaziya Gömrük İdarəsinin rəhbərlərindən məhkəmə 
qərarına əməl edilməsini xahiş edirdilər. 
Azərbaycan SSR XKS-nin AK(b)P MK-nın İşlər idarəsinə göndərdiyi 
1924-cü il 11 mart tarixli cavab məktubunda Bakı gömrükxanası rəisindən 
əməkdaşlara çatan əmək haqqının təcili surətdə ödənilməsi,  əks təqdirdə, 
məhkəmənin icra vərəqəsi üzrə gömrükxana tərəfindən müsadirə edilən 
malların məcburi hərraca çıxarılacağı haqqında xəbərdarlıq edilirdi [47, 24]. 
Azərbaycan gömrük rayonu üzrə gömrükxanaların 1923-cü il fevra-
lında tərtib olunan ştat cədvəlinə görə 1-ci dərəcəli Bakı gömrükxanası üzrə 
87, “Bakı” barkası üzrə 5, 2-ci dərəcəli Lənkəran gömrükxanası üzrə 9, 2-ci 
dərəcəli Astara gömrükxanası üzrə 14, 3-cü dərəcəli Biləsuvar gömrük-
xanası üzrə 5, 3-cü dərəcəli Biləsuvar gömrükxanası üzrə 5, Kilvəz, və 
Cəbrayıl gömrükxanaları üzrə 3, Küryanı, Qızıl-Ağac, Xudafərin, Maralyan 
və Arus gömrük postlarının hər birində 3 nəfər gömrük əməkdaşı çalışırdı 
[13, 10-15].  
Xarici ticarət üzrə xalq komissarlığının tərkibində mövcud olan 
gömrük orqanlarının başlıca vəzifəsi məhz yuxarıda göstərdiyimiz siyasətə 
xidmət etmək olmuşdur və gömrük işi sahəsində heç də müstəqil siyasət 
yürüdən bir ali təşkilat kimi fəaliyyət göstərə bilməmişdir. SSRİ-nin bütün 
gömrük təşkilatları kimi Azərbaycan  ərazisində yerləşən gömrükxanalar 
məhdud hüquqlara malik olmaqla yanaşı, həmişə  mərkəzin ciddi nəzarəti 
altında olmuşdur. 
Azərbaycan gömrük rayonuna daxil olan Bakı gömrükxanası nəzdində 
əsasən yerli əhali içərisindən seçilmiş  əməkdaşlara gömrük nəzarətçisi, 
pakhauz və  gəmilərə gömrük baxışı keçirən məmur, kargüzar və  rəis 
köməkçi vəzifələrini öyrədən peşə kursları fəaliyyət göstərirdi. Kursantlara 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
78
tarif cədvəlinin 10-cu dərəcəsi üzrə  məvacib verilirdi. Bakı gömrük-
xanasından Azərbaycan KP Bakı Komitəsinə göndərilən 1923-cü il 17 iyun 
tarixli məktubda partiya üzvü olan 15 nəfər savadlı türkün (azərbaycanlının) 
gömrük kurslarına göndərilməsi haqqında göstəriş verilməsi xahiş olunurdu 
[14, 2]. 
1922-ci ildə SSRİ yaranarkən gömrük təşkilatı özündə səkkiz gömrük 
dairəsini birləşdirirdi: Petroqrad, Qərbi Ukrayna, Zaqafqaziya, Türküstan, 
Semipalatinsk, Sibir və uzaq şərq dairələri. Həmin dairələrdə 134 gömrük-
xana və 149 gömrük postları mövcud idi. 1924-cü ildə SSRİ-nin Gömrük 
Nizamnaməsi qəbul edildi. Nizamnamədə idxal-ixrac əməliyyatları zamanı 
malların qəbul edilməsi, anbar mühafizəsinə götürülməsi və buraxılması 
qaydaları ilə yanaşı gömrük orqanları strukturuna dair bir sıra dəyişikliklər 
nəzərdə tutulurdu. Azərbaycan SSR ərazisindəki gömrük müəssisələrində 
ştat cədvəli ilə bağlı müvafiq dəyişikliklər aparıldı. 
 
Cədvəl 1.3 
 
Azərbaycan SSR-in sərhədləri daxilində Erməni-Naxçıvan göm-
rük inspektorluğu rayonu üzrə ştat cədvəli (dekabr 1923-cü il) 
 
s/s Gömrükxanalar 
Ştat 
vahidi 
Tarif 
dərəcəsi 
1. 
1-ci dərəcəli Culfa gömrükxanası 
1 15 
2. 
Rəis 
1 13 
3. 
İnspektor 
2 12 
4. 
Baş nəzarətçi 
1 12 
5. 
Pakhaus xidmətinin rəisi 
2 11 
6. 
Anbar baxıcısı 
4 10 
7. 
1-ci dərəcəli anbar baxıcısı 
3 8 
8. 
2-ci dərəcəli anbar baxıcısı 
2 6 
9. 
3-cü dərəcəli anbar baxıcısı 
1 11 
10.  Baş kargüzar 
1 9 
11.  1-ci dərəcəli kargüzar 
1 12 
12.  2-ci dərəcəli mühasib 
1 9 
13.  Baş hesabdar 
1 12 
14.  Tərcüməçi 1 

15.  Makinaçı 1 

16.  Kuryer 1 

 Gözətçi  
 
1. 
2-ci dərəcəli Şahtaxtı  gömrükxanası 
1 14 
2. 
Rəis 
2 12 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
79
3. 
Baş nəzarətçilər 1 
11 
4. 
Baş kargüzar 


5. 
1-ci dərəcəli kargüzar 


6. 
2-ci dərəcəli kargüzar 

12 
7. 
2-ci dərəcəli mühasib 

10 
8. 
Baş hesabdar 

12 
9. 
Anbar baxıcısı 2 
10 
10.  1-ci dərəcəli anbar baxıcısı 2 

11.  2-ci dərəcəli anbar baxıcısı 2 

12.  3-cü dərəcəli anbar baxıcısı 1 

 Gözətçi  
 
1. 
3-cü dərəcəli Bulqan gömrükxanası 
1 12 
2. 
Rəis 
1 10 
3. 
Rəis müavini 


4. 
1-ci dərəcəli anbar baxıcısı 1 

5. 
2-ci dərəcəli anbar baxıcısı 1 

6. 
1-ci dərəcəli kargüzar 


 Gözətçi  
 
1. 
3-cü dərəcəli Alışar gömrükxanası 
1 12 
2. 
Rəis 
1 10 
3. 
Rəis müavini 


4. 
1-ci dərəcəli anbar baxıcısı 1 

5. 
3-cü dərəcəli anbar baxıcısı 1 

6. 
1-ci dərəcəli kargüzar 


 Gözətçi  
 
 
Mənbə: ARDA, f. 363, siy. 1, iş 46, 10-15. 
 
Nizamnaməyə görə, SSRİ  ərazisində gömrük işinə ümumi rəhbərlik 
Xarici ticarət üzrə xalq komissarlığının səlahiyyətlərinə, yerli gömrük 
orqanlarına rəhbərlik, gömrük işi ilə təlimatların və digər hüquqi sənədlərin 
hazırlanması  və qaçaqmalçılıqla mübarizə  işi Baş gömrük idarəsinə 
tapşırıldı. 1924-cü ildə  həyata keçirilən islahatlardan sonra Azərbaycan 
SSR-in ərazisindəki gömrükxana və gömrük məntəqələrinin şəxsi heyətinin 
say tərkibi və tarif dərəcələri üzrə göstəriciləri aşağıdakı kimi idi: 
 
 
 
 
 
 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə