Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə26/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   22   23   24   25   26   27   28   29   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
63
Cədvəl 1.6 
Azərbaycan SSR-in xarici ticarət əlaqələrinin dinamikası  
(1913-cü ilə nisbətən faizlə) 
 
İllər 
 
Ticarət 
dövriy-
yəsi 
Neft 
məhsulları
Digər 
mallar 
Neft 
məhsullarının 
xüsusi çəkisi 
Digər 
malların 
xüsusi çəkisi 
1913 
100 100 100  82,4 
17,6 
1922-1923 
31,1 29,7 37,0  78,6 
21,4 
1924-1925 
104,8 118,0  42,1 
92,0 
7,1 
 
Cədvəldən göründüyü kimi, 1924-1925-ci illərdə respublikanın ümumi 
xarici ticarət balansı 1913-cü il səviyyəsini ötüb keçmişdi. Lakin neft və 
neft məhsulları, balıq və xəz məmulatları istisna olmaqla digər ixrac malları 
müharibədən əvvəlki səviyyədən çox aşağı idi.
 
1925-1926-cı illərdə Azərbaycanın hesabına ZSFSR-dən ixrac edilən 
neftin həcmi 1922-1923-cü ilə nisbətən 6,5 dəfə artmışdı.  İxrac mallarının 
dəyərinin 88 faizini sənaye, 22 faizini isə kənd təsərrüfatı məhsulları təşkil 
edirdi.  İdxal olunan malların strukturunda müəyyən dəyişikliklər olmuşdu. 
Əgər 1923-1924-cü illərdə maşın və avadanlıqlar ümumi idxalın 61,0 faizini 
təşkil edirdisə, 1925-1926-cı illərdə bu göstərici 77,2 faizə qalxmışdı [65, 3; 
221, 1924, № 1, 146-147]. 
Azərbaycanın xarici ölkələrlə ticarətində qonşu İran dövləti xüsusi yer 
tuturdu. 1922-1923-cü illərdə SSRİ-nin  İranla apardığı ticarət  əlaqələrində 
Azərbaycanın xüsusi çəkisi ixrac üzrə 88,0 faiz, idxal əməliyyatları üzrə isə 
81,8 faizə  bərabər olmuşdu. 1922-1923-cü illərə nisbətən Azərbaycandan 
İrana ixracın həcmi 7,0 dəfə, idxal isə 2,7 dəfə artmışdı.  İrandan başlıca 
olaraq kənd təsərrüfatı malları (hazır məhsul və xammal şəklində) gətirilmiş 
əsasən sənaye malları göndərilmişdi. Bir cəhəti qeyd etmək lazımdır ki, 
İrandan gətirilən sənaye və  kənd təsərrüfatı mallarının az bir hissəsi 
Azərbaycanda qalır, yerdə qalanı Qafqaz respublikalarının və  mərkəzin 
ehtiyaclarına yönəldilirdi [65, 2, 9, 8].
 
1923-cü ildə Bakı limanına daxil olan və buradan yola düşən yük 
gəmilərin sayı da bunu sübut edir. Bir il ərzində limana xarici ölkələrdən 
gələn 264 gəmi, Bakıdan yük aparan 268 gəmi gömrük baxışından keçiril-
mişdi, Bundan əlavə, həmin müddətdə daxili limanlardan gələn (kabotaj) 
3713 gəmi qəbul edilmiş, 3658 gəmi yola salınmışdı [93, 133]. 
Beləliklə, 1920-1921-ci illər  ərzində Azərbaycan SSR XKS xarici 
ticarət  əməliyyatlarının təşəbbüsçüsü kimi çıxış edir, gömrük nəzarəti və 
qaydalarının tətbiq edilməsi sahəsində  sərbəst qərarlar qəbul edirdi. Lakin 
1922-ci ildən başlayaraq, Cənubu Qafqaz respublikaları, o cümlədən 
Azərbaycanın iqtisadi müstəqilliyinin qarşısına sipər çəkildi: idxal-ixrac 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
64
əməliyyatlarının aparılması  qəti olaraq mərkəzləşdirildi. Xarici ticarət üzə-
rində sovet Rusiyası və SSRİ-nin tam inhisarının bərqərar edildi, respublika 
ərazisində yerləşən gömrükxanaların işinə  nəzarət tədricən sovet Rusiya-
sının səlahiyyətinə keçdi. Sovet gömrük tarifi açıq-aşkar proteksionist 
mahiyyət daşıyırdı. Bu məqsədə çatmaq üçün gömrük-tarif tənzimlənməsi  
tətbiq olunurdu.  
1922-ci ilin martında  İttifaq müqaviləsinin təsdiq edilməsi ilə 
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası  təşkil edildi (ZSFSR).  
Zaqfederasiyanın yaradılması əsas etibarı ilə siyasi və hərbi amillərlə bağlı 
olsa da, təsərrüfatın bərpası  və inkişaf etdirilməsində “Qafqaz xalqlarının 
səylərinin birləşdirilməsi”nin zəruri olması ictimai şüura təlqin olunurdu. 
Guya hər bir respublikanın gömrük-tarif sisteminin və ayrı milli pul 
vahidinin olması normal iqtisadi əlaqələrə  və mal mübadiləsinə mane 
olurmuş.  Əslində isə  əsas məqsəd zəngin təbii sərvətlərə, o cümlədən 
karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın hesabına Rusiya və 
Ermənistan üçün iqtisadi dividentlər əldə etmək idi. 
Sözsüz ki, Azərbaycanın xarici iqtisadi əlaqələrində RSFSR-in 
inhisarına aldığı malların siyahısında neft, pambıq, xam ipək və  dərman 
bitkilərini  əhatə edirdi. Neft məhsullarının ixracı hüququ RSFSR-in xarici 
ticarət komissarı L.Krasinin imzaladığı 1922-ci il 21 iyul tarixli qərarı 
yaradılan “Nefteksport” Cəmiyyətinə verildi. İran, Xorasan, Türkiyə 
(İstanbul vilayətindən başqa), Suriya, Fələstin, Fars körfəzi və Bolqarıstana 
Bakı, Batum və Poti limanlarından ixracı  nəzərdə tutulurdu. Neft 
məhsullarının ixracı ilə əlaqədar bütün məsələlər, o cümlədən dəniz yolu ilə 
İrana daşınmasına icazə verilməsi səlahiyyəti Xarici ticarət komissarlığının 
Bakı nümayəndəsindən alınaraq Azneftin rəisinə verilirdi. Bakı gömrük-
xanası “Nefteksport”un icazə verdiyi bütün neft məhsulları maneəsiz və 
gömrük rüsumsuz buraxılmalı idi. Bunu RSFSR xarici ticarət komissarının 
müavini Frumkinin Azərbaycan hökumətinə və Azneftin rəisi Serebrovskiyə 
göndərdiyi 1922-ci il 31 iyul tarixli teleqram sübut edir. Teleqramda neft 
məhsullarına təyin edilən rüsumun təcili olaraq aradan qaldırılması üçün 
göstəriş verilməsi xahiş olunurdu. Azneftin neft məhsullarının xarici ticarə-
tinə  həsr edilmiş 1922-ci il iyulun 11-də keçirilən müşavirəsinə  dəvət 
olunan Cənubi Qafqaz xarici ticarət idarəsinin Azərbaycan üzrə nüma-
yəndəsi Qulubəyov və Bakı gömrükxanasının rəis əvəzi Düdənginski məsə-
lənin Cənubi Qafqaz SSFR-in ittifaq Şurası  və Azərbaycan KP MK ilə 
razılaşdırılmasının vacib olduğunu bildirmişdilər. Lakin Azərbaycanı təmsil 
edən məsul şəxslərin etirazına məhəl qoyulmamışdı. Bundan bir qədər öncə 
Azərbaycan SSR XKŞ-nin qərarı ilə İrana göndərilən neft  və neft məhsul-
larına dəyərinin 50 və 70 faizi həcmində gömrük rüsumu təyin edilməsi 
RSFSR hökumətinin narahatlığına səbəb olmuşdu. [46, 102; 33, 12; 222, 
169-170]. 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə