Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə27/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   23   24   25   26   27   28   29   30   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
65
Zaqafqaziya Sovet Sosialist Respublikası  İttifaq Sovetinin sədri 
Nəriman Nərimanovun imzası ilə təsdiq olunan 1922-ci il 24 sentyabr tarixli 
“Zaqafqaziya Sovet Respublikası Gömrük İdarəsinin təşkili haqqında” 
Dekret sovet respublikalarının gömrük münasibətlərinin uyğunlaşdırılması 
və birləşdirilməsi sahəsində atılan ilk addımlardan biri oldu. Sənədin 1-ci 
bəndində göstərilirdi ki, Zaqfqaziya Sovet Sosialist Respublikası  İttifaq 
Sovetinin Rusiya Sosialist Federativ Respublikası ilə 1922-ci il 5 sentyabr 
tarixli razılaşmasına  əsasında, Zaqafqaziya hüdudlarında bütün gömrük 
məsələlərinin tənzimlənməsi məqsədilə ZSFSR Xalq Xarici Ticarət Komis-
sarlığının tərkibində RSFSR-in gömrük orqanları ilə birləşdirilən vahid 
Zaqafqaziya Gömrük İdarəsi yaradılır. Respublikaların Zaqafqaziya Maliy-
yə Komissarlığı  nəzdində olan gömrük şöbələri ləğv edilir və yerlərdəki 
bütün gömrük müəssisələri birbaşa Zaqafqaziya Gömrük İdarəsinə 
tabeçiliyinə verilirdi. 
Zaqafqaziya Gömrük İdarəsi Zaqafqaziya Sovet Federativ Sosialist 
Respublikasının Xalq Xarici Ticarət Komissarlığına tabeliyinə verilirdi. 
Gömrük gəlirlərinin toplanılmasına nəzarət etmək hüququ ZSFSR Xalq 
Maliyyə Komissarlığının səlahiyyətinə daxil edildi. Gömrük nəzarəti qay-
daları Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının Xalq Xarici 
Ticarət Komissarlığı və Xalq Maliyyə Komissarlığının birgə hazırladığı və 
ZSFSR  İttifaq Sovetinin təsdiq etdiyi xüsusi təlimatla müəyyən olunurdu 
[29, 113-114 ]. 
1922-ci ilin fevralında RSFSR xarici ticarət komissarlığının Azərbay-
candakı  səlahiyyətli nümayəndəsi S.Çasovennı Azərbaycan SSR Gömrük 
İdarəsinin rəisinə ünvanlandığı 1125 saylı  məktubda yazırdı:  “Azərbaycan 
KP MK-nın qərarı ilə neft məhsulları, dəmir, boş  dəmir çəlləklər, manu-
faktura, taxta-şalban və  şəkərin xüsusi şəxslər tərəfindən  İrana aparılması 
qadağan edilib. Bu malların ixracı istisnasız olaraq RSFSR XXTK və 
Cənubi Qafqaz Sosialist Respublikası vilayət xarici ticarət idarəsinə 
məxsusdur”  [33, 98]. Həmin nümayəndənin Azərbaycan SSR Maliyyə 
komissarı Tağıyevə ünvanlanan 1922-ci il 15 aprel tarixli digər bir 
məktubunda yazılırdı:  “…Azərbaycan və Rusiya Respublikaları arasında 
imzalanan 30 sentyabr 1920-ci il  müqaviləsi, ASSR Ali İqtisad  Şurası  və 
XKŞ-nin mövcud qərarları ilə RSFSR XXTK-n ASSR ərazisindən daşıdığı 
mallardan rüsum tutulmadan maneəsiz buraxılmalıdır, belə ki, sovet 
respublikaları arasında gömrük yoxdur və ola da bilməz. Yuxarıda göstə-
rilənləri nəzərə alaraq “Dağıstan” gəmisi ilə  İrandan gətirilən 630 pud 
düyünün rüsumsuz buraxılması haqqında Azərbaycan gömrüyünə müvafiq 
sərəncam vermənizi Sizdən xahiş edirik”. Növbəti dəfə RSFSR-in xarici 
ticarət nümayəndəsi 1922-ci il 21 may tarixli məktubda Azərbaycan 
Gömrük idarəsinə  İrana  şəkər,  şüşə  və  dəmir məmulatları, kibrit və digər 
malların davamlı olaraq buraxılmasına etirazını bildirir və qeyd olunurdu ki


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
66
bu kimi hallar qanunsuz olmaqla, RSFSR XXTİ və Cənubi Qafqaz vilayət 
xarici ticarət idarəsi üzərinə  Mərkəz tərəfindən qoyulan tədarük işini iflic 
edir [33, 82].  
Azərbaycan SSR Mərkəzi Pambıq  İdarəsinin Bakı gömrükxanasına 
ünvanlandığı 1922-ci il 8 iyun tarixli məktubunda XKS-nin “Bakinski 
raboçi” qəzetinin 7 iyun tarixli 123-cü sayında dərc olunmuş  qərarında 
Qarabağ ətrafından Tiflis istiqamətinə yaxın vaxtlarda göndərilməsi ehtimal 
olunan pambığın sərhəddən buraxılmaması üçün müvafiq gömrük mən-
təqələrinin xəbərdar edilməsi və pambığın Azərbaycan respublikası  sər-
hədlərindən buraxılmaması üçün qəti tədbirlər görülməsi xahiş edilirdi 
[33,99].  
Azərbaycan Gömrük İdarəsinin rəisi  Əhməd Rzayevin 1922-ci il 
iyunun 13-də Hökumətə göndərdiyi hesabatda xarici ticarətin mərkəz 
tərəfindən inhisara alınmasının və bir neçə qrup mal növünün (şəkər, 
pambıq parça, meşə-ağac materialları, metal məmulatlar, bidonlar və s.) 
dövlət inhisarına alınması, yəni lisenziyasız buraxılmasının qadağan 
edilməsi və gömrük rüsumundan azad edilməsinə münasibətini bildirmişdi. 
Hesabatda göstərilirdi ki, bunun əsas səbəbi  xüsusi tacirlərə Cənubi Qafqaz 
Xarici ticarət idarəsi tərəfindən xüsusi məbləğ müqabilində gömrükdən 
keçirilən malların dövlətə məxsus olması haqqında vəsiqələrin verilməsi idi. 
Məsələn, Tiflisdə yerləşən həmin idarə  tərəfindən vətəndaş Mir-Həbibova 
İrana 1000 pud şəkər tozunun ixracına verilən 1 iyun 1922-ci il tarixində 
verilmiş 24 saylı lisenziya vəsiqəsinə görə 700 mln. manat alınmış, o isə öz 
növbəsində  həmin sənədi vətəndaş Seyfulla Hüseynova satmışdı. Yaradıl-
mış  “əlverişli  şəraitdən” istifadə edən tacirlər RSFSR XXTK-nin Bakı 
şöbəsindən qeyri-qanuni yolla əldə etdikləri vəsiqələrlə valyuta tutumlu 
malları heç bir gömrük rüsumu ödənilmədən sərhəddən keçirirdilər. Statistik 
rəqəmlərə  əsaslanaraq qeyd etmək olar ki, qadağanedici tədbirlərə 
baxmayaraq, idxalın ümumi həcmində dövlət sektoru xüsusi ticarətdən xeyli 
geri qalırdı. 
Azərbaycan hökumətinin birbaşa nəzarətində olan gömrükxanalarda 
xarici ticarət  əməliyyatlarından gömrük rüsumlarının yığılması RSFSR 
hökumətini narahat etməyə bilməzdi. ZSFSR İttifaq Soveti sovet respub-
likaları arasında ticarəti sərbəst elan edərək bütün gömrük məhdudiy-
yətlərinin ləğv edilməsini nəzərdə tutan qərarı  qəbul etdi. N.Lederin 
imzaladığı 1922-ci il 28 avqust tarixli 3031/325 saylı teleqramda sovet 
respublikaları arasındakı daxili sərhəd xətlərində gömrük nəzarəti məntə-
qələrinin fəaliyyətinin təcili olaraq dayandırılması  və daşımalarla bağlı 
məhdudiyyətlərin 48 saat ərzində  ləğvi, qərarın dövri mətbuatda dərc 
edilməsi tələb olunurdu. Qərarın həyata keçirilməsinə maneçilik törədildiyi 
halda, gömrükxana rəisi ictimai asayişi qoruyan məsul  əməkdaşlara 
müraciət etməli idi. Beləliklə, Moskvanın göstərişi ilə Azərbaycan SSR-nin 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə