194
İSO/TK190 aşağı komitələri çərçivəsində 30 işçi qrupu
(İQ) fəaliyyət göstərir və Avstraliya, Avstriya, Böyük
Britaniya, Almaniya, Kanada, Niderland, Fransa, İsveç mütə-
xəssislərinin onların işinə rəhbərlik edir və konkret problemlər
üzrə standartlar işləyib hazırlayırlar. İSO standartlarının
əsasında Avropanın ən yaxşı milli standartları durur.
Şəkil 15. İSO/TK 190 “Torpaq keyfiyyəti” Texniki
Komitənin strukturu (YK- yarım komitələr ya da alt
komitələr).
ABŞ və Rusiyanın mütəxəssisləri hələ ki, qeyd olunan
komitələrin işlərində fəal iştirak etmirlər. Torpaq keyfiyyətinə
İSO/TK 190 Texniki Komitəsi
U
“Torpaq keyfiyyəti”
U
Katiblik - Niderland
YK 1
(Yarım komitə)
U
Kriterilər, terminlər və
işarələr.
U
Fransa
YK 2
U
Nümunələrin götürülməsi
Almaniya
YK-3
Torpağın
xarakteristikası və
kimyəvi üsullar
YK-4
Bioloji üsullar
Böyük Britaniya
YK-5
Fiziki üsullar
Niderland
Yk-6
Radioloji üsullar
Almaniya
195
nəzarət standartlaşma üsulları sahəsində İSO/TK190 digər
texniki komitələrlə də ilə əməkdaşlıq edir-İSO/TK146
“Havanın keyfiyyəti”, İSO/TK147 “Suyun keyfiyyəti”,
İSO/TK207 “Ekoloji idarəetmə”, və eləcə də Avropa Texniki
Komitəsi ilə standartlaşma üzrə (CEH) İSO/TK190 Ümum-
dünya Səhiyyə Təşkilatı (ВОЗ), Ümumdünya Meteoroloji
Təşkilatı ilə (ВМО), BMT-nin Ərzaq və Kənd təsərrüfatı
Təşkilatı ilə (FAO), Ümumdünya Ətraf Mühit proqramında
(ЮНЕР) və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və
onların maraqları beynəlxalq standarların hazırlanmasında da
nəzərə alınır.
7.1.1. Ümumdünya Səhiyyə Təşkilatı
Ümumdünya Səhiyyə Təşkilatı insanların istəyi ilə,
epidemiyalara, xüsusilə də, vəba xəstəliyinə son qoymaq
məqsədilə yaradılmışdır.
Ümumdünya Səhiyyə təşkilatı 1907-ci ildə təşkil
olunmuşdur və onun qərərgahı Fransada yerləşir. 1945-ci ildə
BMT-nin San-Fransiskoda keçirilən beynəlxalq konfransında
Ümumdünya səhiyyə təşkilatının yaradılması haqqında Çinin
və Braziliyanın təklifi qəbul edilmişdir. Burada təsis olunmuş
Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin ixtisaslaşmış təşkilatı
kimi Cenevredə yaradılmış qərərgahında 1948-ci il aprel
ayında fəaliyyətə başladı və ilk sanitar normaları 1951-ci ildə
təsdiq etdi.
Hazırda Ümumdünya Səhiyyə Təşkilatı (internet
http://www.who.int) səhiyyə sahəsində ən iri beynəlxalq
təşkilatdır, onun normativləri və təklifləri torpaq mühafizəsi
sahəsində milli standartların hazırlanmasında geniş istifadə
edilir.
7.1.2. BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO)
BMT-nin
ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO)
qidalanma məsələlərinin, ərzaqın və kənd təsərrüfatı məhsul-
196
larının artırılması və satışına köməklik üçün məlumatların
toplanması və öyrənilməsi məqsədilə 1945-ci ildə oktyabr
ayında yaradılmışdır. FAO-nun qərargahı Romada yerləşir.
(internet http://www.fao.orq) Hal-hazırda FAO BMT-nin эт iri
sərbəst təşkilatıdır, 174 milli üzvləri və 1500-dən artıq peşəkar
mütəxəssislərdən ibarət ştatı var. Təşkilatın illik büdcəsi 350
mln. dollardır və FAO-nun iştirakı ilə layihələrin dəstəyinə
donor və hökumət təşkilatlarından ildə 3 mlrd-dan artıq
investisiya alınır.
FAO
fəaliyyəti aclığın və kasıbçılığın azalmasına, kənd
təsərrüfatının inkişafına, qida məhsulların yaxşılaşmasına və
onların təhlükəsiz olmasına yönəldib. Ryni zamanda FAO-nun
fəal mövqeyi qida standartlarının hazırlanmasına (Codex
Alimentarius) səbəb olub. Codex Alimentarius bir çox milli
standartların əsasını təşkil edir. Qeyd edilən standartlarda qida
məhsullarına torpaqdan keçən pestisidlərin və digər zəhərli
kimyəvi maddələrin yol verilən normalarına xüsusi diqqət
yetirilir.
FAO-nun
mütəxəssisləri tərəfindən qida məhsullarının
istehsalı və sahənin seçilməsi üçün çoxsaylı tövsiyələr
hazırlanıb.
7.1.3. İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı
İqtisadi Əməkdaşlıq və Inkişaf təşkilatı 1960-cı ildə üzv
olan ölkələrində həyata keçirilən sosial-iqtisadi siyasətin
koordinasiyası məqsədilə yaradılmışdır (Cədvəl 28).
İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatına (internet
http://www.oecd.orq.) 29 üzv ölkələr daxildir. Təşkilat bazar
iqtisadiyyatı və demokratik idarəetmə formalarının inkişafını
dəstəkləyir. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının büdcəsi
200 mln. dollar təşkil edir, katibliyi Parisdə yerləşir. Ticarətdə
və kənd təsərrüfatında sosial dəyişkənliyi və inkişafı tədqiq
edir. Təşkilat Rusiya və keçmiş SSRİ-nin ölkələri əməkdaşlıq
edir.
197
Təşkilatın prioritet istiqamətlərindən biri ətraf mühitin
mühafizəsi üzrə aparılan tədqiqatlardır.
İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının tərkibində
200-ə qədər komitələr və işçi qrupları var. Onlar müxtəlif
sənədlər işləyib hazırlayır (o cümlədən də torpağın mühafizəsi
sahəsində). Torpağın mühafizəsi məsələlərinə həsr edilmiş
kitab seriyası nəşr olunub. “Ətraf mühitin monoqrafiyaları”,
mütəxəssislər tərəfindən torpaq orqanizmlərinə (torpaq
qurdlarına) müxtəlif kimyəvi maddələrin təsirinin
qiymətləndirilməsinin standartları oşlənilir. .
7.1.4. Regional təşkilatlar
Torpaq
keyfiyyətinə nəzarət sahəsində Avrasiyada və
Şimali Amerikada regional standartlaşma inkişaf edir. Hal-
hazırda 3 tip regional standartlaşma təşkilatları var. Birinci -
öz tərkibində xarici üzv olan və digər ölkələrdə standartları
geniş istifadə edilən milli dövlət və qeyri-dövlət təşkilatlardır.
Bu sahədə torpaq keyfiyyətinə nəzarət edən təşkilatlar-
tədqiqatlar və materiallar üzrə Amerika cəmiyyətidir (ASTM)
və Ətraf Mühiti Mühafizə Agentliyidir (EPA). Onların
standartları nəinki Şimali Amerika sərbəst ticarət zonasında
(ABŞ, Kanada, Meksika), hətta Mərkəzi və Cənubi Amerikada,
Şimal-şərqi Asiyada, Yaxın şərq ölkələrində də geniş istifadə
edilir.
Ikinci tipə regional maraqları olan müstəqil ölkələri bir-
ləşdirən təşkilatlar aiddir. Buraya standartlaşma üzrə Avropa
komitetləri (CEH) və 1991-ci ildən fəaliyyət göstərən və
regiona standartlar hazırlayan İqtisadi Köməklik Şurası (CЭB)
aiddir.
Üçüncü tip təşkilata keçmiş SSRi-nin Qosstandartı aiddir.
SSRİ dağılandan sonra onların standartları 15 müstəqil
ölkələrdə tətbiq edilir, onların çoxu standartlaşma sahəsində
razılaşmış siyasət aparmasına imza atmışlar.
Dostları ilə paylaş: |