187
6.3.
Torpağın epidemioloji əhəmiyyəti
Texniki tərəqqinin faciəli nəticəsi olaraq ətraf mühitin
sənaye tullantıları ilə kütləvi çirklənməyə məruz qaldığı bir
dövrdə şəhərətrafı torpaqların məişət tullantıları ilə çirklənməsi
də heç də az əhəmiyyət kəsb etmir və epidemioloji planda
həmişə aktualdır.
Torpaq üzvi mənşəli tullantılarla çirkləndikdə onun
mühiti patogen bağırsaq bakteriyaları və helmint yumurtaları
üçün potensial saxlama və inkişaf ocağına çevrilir. Torpaq
mühitində optimal şərait olmadıqda onların bir qismi məhv
olur, lakin müxtəlif bakteriya qruplarının bu mühitə qarşı
həssaslığı da müxtəlifdir. Bakteriyaların inkişafı və törəməsi
torpaqda olan üzvi maddələrin miqdarından, torpağın
fiziki-
kimyəvi xassələrindən, mühitin reaksiyasından (pH), aerasiya
şəraitindən, nəmlikdən və s. asılıdır. Bu bakteriyaların müxtəlif
torpaq tiplərində də yaşama və qalma müddətləri müxtəlif olur
(Cədvəl 25)
Fleksnerin dizenteriya bakteriyalarının laboratoriya
şəraitində müxtəlif torpaqlarda həyat qabiliyyəti
Cədvəl 25
Müxtəlif temperatur
(C
P
0
P
) şəraitində
yaşama qabiliyyəti,
gün
Sıra
№-si
Torpaq tipi
18
P
0
P
10
P
0
P
Müəllif
1 Qaratorpaq 31-37 29-34 V.N.Qurtovenko
2
25-40
11
Z.P.Narışkina
3
Gillicə 15-16
19-23
Z.P.Narışkina
4
36
-
Z.P.Narışkina
5 Boz
torpaq
7-15
4
M.J.Persovskaya
188
Torpaqda
uzun
müddət yalnız patogen bakteriyalar
deyil, eyni zamanda enterviruslarda
qala bilir və əhalinin virus-
epidemioloji xəstəliklərində onların rolu böyükdür.
Entervirusların inkişafı üçün ən münbit mühit məişət
kanalizasiyası suları və fekali hesab olunur. Belə tullantılardan
kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə etmək qəti
qadağandır.
Yaşayış məntəqələrinin torpaqları helmintozların yayıl-
ması üçün də əlverişli mühit hesab olunur. Əhalinin askaridoz
və trixotsefalezlə yoluxmasının əsas səbəbləri helmintozla
yoluxmuş torpaqlarda becərilən tərəvəz və göy-göyərtidən
istifadə olunmasıdır. Belə torpaqlarda helmint yumurtaları bir
ildən çox yaşamaq qabiliyyətinə malikdirlər. Yaşayış məntəqə-
lərinin ərazisinin sistematik olaraq məişət tullantılarından
təmizlənməsi insanların helmintozla xəstələnməsinin qarşısını
almaq üçün həyata keçirilməli olan vacib profilaktik tədbirdir.
İlk növbədə ərazidə mövcud olan uşaq bağçalarının dehelmi-
ntaziyası xüsusi əhəmiyyət kəsb edir.
6.4.
Torpağın sanitar-kimyəvi göstəriciləri
Urbanizasiyanın böyük sürətlə baş verdiyi müasir
dövrdə şəhər ətrafı torpaqların üzvi mənşəli məişət tullantıları
ilə çirklənməsi çox intensiv şəkildə baş verir. Üzvi mənşəli
tullantıların olduğu şəraitdə mədə-bağırsaq xəstəliklərinin
törədiciləri olan patogen mikroorqanizmlər (viruslar) böyük
sürətlə çoxalır. Belə ərazilərin sanitar vəziyyətini qiymətlən-
dirmək üçün “sanitar ədədi (S)” adlı göstəricidən istifadə
olunur. “Sanitar ədədi” dedikdə torpaqda
mövcud olan zülal
azotunun (humus azotu) miqdarının (A) hələ parçalanmaya
məruz qalmamış azota (B) olan nisbəti başa düşülür. (Cədvəl
26)
B
A
S
=
189
Torpağın “sanitar ədədi”nə görə təmizliyi
(N.Y.Xlebnikova görə)
Cədvəl 26
Torpağın xüsusiyyəti “Sanitar
ədədi”
Zəif çirklənmiş 0.85-dən 0.98 qədər
Çirklənmiş 0.70-dən 0.85 qədər
Çox çirklənmiş 0.70-dən az
Praktik olaraq təmiz 0.98-dən artıq
“Sanitar ədədi” ilə bərabər torpağın təmizliyini, aşağıda
göstərilən maddələrin-ammoniumun, nitratların, nitritlərin və
xloridlərin təyini ilə də qiymətləndirmək olar. Alınmış qiymət-
ləri çirklənməmiş (nəzarət) torpaqların
göstəriciləri ilə
müqayisə etmək lazım gəlir.
Torpağın sanitar vəziyyətini qiymətləndirən zaman
sanitar-bakterioloji göstəricilərə də diqqət yetirilməlidir. Bu
məqsədlə torpaq havasının tərkibi öyrənilərək torpaqların
təmizlik dərəcəsi müəyyən olunur (Cədvəl 27).
Yaşayış məntəqələrində torpaq havasının kimyəvi tərkibinə
görə torpağın sanitar vəziyyətinin qiymətləndirilməsi
Cədvəl 27
1m-lik dərinlikdə, 0
P
0
P
C
temperaturda, 760
mm atmosfer təzyiqi şəraitində torpaq
havasının tərkibi
Torpağın sanitar
vəziyyətinin
qiymətləndirilməsi
CO
B
2
B
O
B
2
B
CH
B
4
B
H
B
2
B
Praktiki təmiz 0.38-0.80 20.3-19.8
-
-
Zəif çirklənmiş 1.2-2.8
19.9-17.7
-
-
Orta dərəcədə
çirklənmiş
4.1-6.5 16.5-14.2
-
-
Güclü çirklənmiş 14.5-18.0
5.5-1.7 0.8-2.7 0.3-3.4
Torpağın sanitar vəziyyətini hermintoloji göstəricilərə
görə qiymətləndirən zaman S.L. Alfın
təklif etdiyi cədvəldən
istifadə edirlər (cədvəl 28)