Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   54   55   56   57   58   59   60   61   ...   71

 
202
məqsədilə CЭB-in daimi komissiyası və CЭB-in standartlarının 
statusu 1974-cü ildə  təsdiq edildi. Bu sənədə  əsasən CЭB-in 
standartları qarşılıqlı əməkdaşlıqlarda istifadə edilirdi, CЭB-in 
iştirakçı ölkələrin razılıqlarını alandan sonra milli standartlar 
keyfiyyətində istifadə oluna bilərdi. 
 Qarşılıqlı Iqtisadi Yardım  Şurası (QİYŞ, CЭB) çərçi-
vəsində torpaq keyfiyyətinin qiymətləndirmə üsulları sahəsində 
kompleks standartlar hazırlanması planlaşdırılırdı, lakin 1991-
ci ildə onun fəaliyyətinin dayandırılması  səbəbindən bu işlər 
tamamlana bilmədi. Digər vacib olan standartlar, məs. CT.CЭB 
4470-84 “Təbiəti mühafizə. Torpaqlar. Standart vəziyyətinin 
göstəricilər nomenklaturası ”, keçmiş  CЭB-in bir çox üzv 
ölkələrində milli stnadartlar kimi qəbul edilmişdir.  
Şərqi Avropa və Şimali Asiya 
SSRİ-nin dağılmasından sonra 15 yeni müstəqil ölkələrdə 
torpaqların keyfiyyətinə  nəzarət hələ ki, olduğu kimi qalır və 
onlardan dövlət stnadartları kimi istifadə edilir. Siyahısı  əlavə 
2-də göstərilir.  
Əslində SSRİ dövlət standartları sanitar normaları  və 
qaydaları da regional beynəlxalq standartları kimi qəbul 
olunmuşdur. 
Keçmiş SSRİ respublikaları arasında olan razılaşmalar 
əsasında QOST-lar dövlətlərarası standartlar kimi qəbul edil-
mişdir. Bu regional standartların  sonrakı  təkmilləşdirilmələri 
beynəlxalq standartların tələblərinə cavab verir. Standartlaşma
metrologiya və sertifikatlaşma üzrə koordinasiya  dövlətlərarası 
şuranın texniki komitələrinin mütəxəssislər tərəfindən aparılır..  
Dövlətlərarası  şura (DƏŞ - МГС – межгосударствен-
ный  совет) bu gün də regional standartlaşma üzrə tanınmış 
təşkilatdır. O, CEN, BMT, Avropa İqtisadi Komissiyası ilə 
əməkdaşlıq razılaşması, İSO ilə texniki informasiya mübadiləsi 
haqqında razılaşma imzalamışdır.  DƏŞ-in işində CNO-dən 
başqa müşahidəçilər kimi Monqolustan və Baltikyanı ölkələ-
rinin İSO və CEH nümayəndələri iştirak edirlər (5). 


 
203
7.2. Torpaq keyfiyyətinin normalaşdırılması 
 
Qida məhsullarının becərilməsində pestisidlərin və 
zəhərli kimyəvi maddələrin kütləvi tətbiqi, torpaqların sənaye 
tullantıları ilə çirklənməsi, avtomobil nəqliyyatının qurğuşunlu 
tullantıları, neft kəmərlərin dağılması - bu çirkləndirici 
amillərin hamısı  təhlükəli kimyəvi maddələrin torpaqda yol 
verilən miqdarının normativlərinin təyin edilməsini tələb 
edirdi. Dünyada normativlərin təyin edilməsi işlərinə FAO və 
ÜST (ВОЗ) başçılıq edir.  
 
7.2. 1. Torpaqda kimyəvi maddələrin normalaşdırılması.  
Torpaqlar zəif dinamik, çoxamilli sistemdir. Sudan və 
havadan müxtəlif növ, tip və yarımtip olduqları ilə fərqlənir və 
onların standartlaşması vacib praktiki və  nəzəri tədqiqatların 
aparılmasından sonra mümkündür. Ona görə  də torpaq bios-
ferin XX əsrin 70-ci illərinə qədər kimyəvi maddələrin miqdarı 
normalaşdırılmış yeganə elementi olub. Digər inkişaf etmiş 
ölkələrdə  də analoji vəziyyət olmuşdur. Hal-hazırda torpaqda 
kimyəvi maddələrin miqdarı adətən milli standartlarla norma-
laşdırılır. Beynəlxalq səviyyədə torpaqda çirkləndiricilərin 
miqdarının normativləri hələ yoxdur.  
Torpaqda texnogen kimyəvi maddələrin gigiyenik 
normalaşmasının nəzəri və fiziki göstəriciləri əsasında kriterilər 
təyin edilib və texnogen kimyəvi maddələr insan orqanizmi 
üçün  təhlükəli çirkləndirici maddə hesab olunmur.  
Torpaqda texnogen kimyəvi maddələrin elə miqdarına 
yol verilir ki, insan dərisi ilə birbaşa kontakt edərək ya da 
orqanizminə düşərək torpaq-bitki-insan zənciri vasitəsilə
torpaq-bitki-heyvan-insan zənciri vasitəsilə; torpaq-su-insan və 
s. insan sağlamlığına mənfi təsir etmir, öz-özünü təmizləmə 
qabiliyyəti prosesinin gedişini və sanitar həyat tərzini pozmur. 
  İşlənmiş  nəzəriyyə, metodologiya və torpaqda kimyəvi 
maddələrin normalaşmasının prinsipial sxemi “MYK” 
müəyyən edən “Metodik tövsiyə” (1976, 1982) hazırlanmasına 


 
204
imkan yaratdı  və bunun əsasında ölkədə digər texnogen 
kimyəvi maddələrin  bir çox MYVK hazırlanıb.  
 Rusiyada texniki yol verilən kimyəvi maddələrin 
torpaqda normativlər siyahısı müəyyən edilib və hökumətin baş 
sanitar həkimi tərəfindən 19 noyabr 1999-cu ildə  № 6229-81 
və gigyenik normativləri QN 2,1,7, 020-94 və QN 11.54696 
təsdiq edilib.  
 3.1. Cədvəldə Niderlandda müəyyən edilmiş torpaqda və qrunt 
sularında ağır metalların miqdarının normativləri göstərilir.  
 
Niderlandda müəyyən edilmiş torpaqda və qrunt 
sularında ağır metalların miqdarının normativləri (1985) 
 
Cədvəl 30 
Metal 
Torpaqda mq/kq quru kütləsi Qrunt 
sularda 
mq/l 
 
A- wert 
B- wert 
C- wert A-wert B-wert  C-wert 
Barium  200 400 2000 50 100 500 
Kadmium 
0.8  5  20 1.5 2.5 10 
Kobalt  20  50  300 20 50 200 
Mis 
36 100 500 15 50 200 
Molibden 
10 40 200 5 20 100 
Arsen  29 30  50 10 30 100 
Nikel 
35 100 500 15 50 200 
Qalay  20  50  300 10 30 150 
Civə  0.3 2  10 0.05 
0.5 2 
Qurğuşun 
85 150 600 15 50 200 
Xrom 100 
250 
800 1 50 
200 
Sink 
140 500 3000 150 200 800 
 


 
205
ƏLAVƏ  
1.
 
A- wert-təbii fona uyğun normativ 
2.
 
B- wert-həddini aşmağa icazə verilməyən 
3.
 
C- wert-həddi aşmış normativ, cərimə ödənilməsi və  hətta 
şirkətin müflisləşməsi. 
Beynəlxalq səviyyədə kimyəvi maddələrin miqdarı, məsələn 
pestisidlərin, qida maddələrində olması ilə normativləşir. Məs. 
Codex Alimentarius-da edilib (cədvəl 31 və 32)  
 
Müxtəlif qida məhsullarında DDT miqdarının normativi 
Cədvəl 31 
Məhsul 
DDT-nin maksimal 
yolverilən miqdarı, mq/kq 
1 Yerkökü 
0.2 
2 Dənlilər 0.1 
3 Yumurta 
0.1 

Ət (məməlilərin,
 
dəniz 
heyvanlardan başqa) 
5.0 
5 Süd 
0.02 
 
Müxtəlif qida məhsullarında 2,4-D miqdarının normativi 
Cədvəl 32 
Məhsul 
2.4-D-nin maksimal yolverilən 
həddi, mq/kq 
Vələmir 0.5 
Qara qarağat 0.1 
Sitruslar 2.0 
Yumurta 0.05 
Qarğıdalı 0.05 
Ət (məməlilərin, dəniz 
heyvanlarından başqa) 
0.05 
Süd məhsulları 0.05 
Süd 0.05 
Arpa 0.5 
Kartof 0.2 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə