Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   51   52   53   54   55   56   57   58   ...   71

 
190
Torpağın sanitar vəziyyətinin torpaqda hermintoloji 
yumurtalarına görə qiymətləndirilməsi 
Cədvəl 28 
Torpağın sanitar vəziyyəti 
1 kq torpaqda hermintoloji 
yumurtaların miqdarı 
Çirklənməmiş 0 
Zəif çirklənməmiş 1.10 
Mülayim çirklənməmiş 10-100 
Güclü çirklənməmiş 100-dən artıq 
 
 
İsti hava şəraitində məişət tullantılarının toplandığı sahə-
lərdə milçəklər öz yumurta və sürfələrini yaymaqla epidemi-
oloji  şəraiti gərginləşdirirlər. Belə  ərazilərdə torpaqların 
sanitar-epidemiloji qiymətləndirilməsi V.P.Benevanın təklif 
etdiyi cədvələ əsasən aparılır. (Cədvəl 29)  
 
Torpağın sanitar-entomoloji vəziyyətinin milçək 
sürfələrinin və milçəklərin sayına görə qiymətləndirilməsi 
Cədvəl 29 
Torpağın sanitar vəziyyəti 
0.25 m
P
2
P
 torpaq səthində olan 
milçəklərin və onların 
sürfələrinin sayı 
Çirklənməmiş 0 
Zəif çirklənməmiş 
Tək-tək 
Mülayim çirklənməmiş 10-25 
Güclü çirklənməmiş 25-dən artıq 
 
 Torpaqların gigiyenik qiymətləndirilməsi üçün ayrı-ayrı 
göstəricilərə görə laboratoriya analizlərinin nəticələrinin kom-
pleks  şəklində  təhliliyaşayış  məntəqələri  ərazisində yayılan 
torpaqların çirklənmiş  və yaxud çirklənməmiş olması haqda 
rəy söyləməyə əsas verir. 
 
 
 


 
191
VII FƏSIL. TORPAQ KEYFIYYƏTININ 
NORMALAŞDIRILMASI  VƏ BEYNƏLXALQ 
STANDARTLARI 
 
7.1. Torpaq keyfiyyətinin normalaşdırılmasında və 
standartların işlənilməsində  iştirak edən beynəl-
xalq təşkilatlar  
 
Beynəlxalq standartların işlənilib hazırlanmasında 
30.000-dən artıq mühəndis, alim, inzibatçı mütəxəssis, 450 
beynəlxalq təşkilat, o cümlədən, Birləşmiş Millətlər Təşkila-
tının (BMT) bütün ixtisaslaşmış agentlikləri, Beynəlxalq 
standartlar təşkilatı  (İSO) ilə  əməkdaşlıq etmişlər və edirlər. 
Beynəlxalq standartlar təşkilatının (İSO)  200-dən artıq texniki 
komitəsi (TK) indiyə  qədər  10000-dən artıq beynəlxalq 
standartlar işləyib hazırlamışdır.  
İSO-n Ali orqanı Baş Assambleyadır və ildə bir dəfə 
toplanır.  İSO-nun işini Baş Assambleya, sessiyalar arası 
mərhələdə isə  İSO Prezidenti idarə edir. İSO-nun işini təşkil 
edən onun Baş katibidir. ISO ilə  əməkdaşlıq beynəlxalq stan-
dartlar hazırlayan hər bir ölkəyə milli təcrübəsində, elmi-
texniki inkişafında və istehsalatında iqtisadi inkişaf etmiş 
ölkələrin təcrübəsindən istifadə etmək imkanını verir. Mütəxəs-
sislər  bir qayda olaraq beynəlxalq standartların müəllifləri 
hesab edilir (Şəkil 14). 
Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq standart-
ların işlənməsi  İSO-nun prioritet fəaliyyət istiqamətlərinə 
aiddir. Beynəlxalq standartların işlənməsində mütəxəssislər 
İSO direktivlərinə  əsaslanır və onlara uyğun bu sənədlərin 
məzmunu dəqiq izah edilməli,  heç bir başqa anlayışlara yol 
verilməməlidir. İSO-nun standartları elə formada tərtib edilmə-
lidir ki, onlar milli standartlar kimi heç bir əlavələr edilmədən 
tətbiq edilsin, ya da bir başa istifadə olunsun. İSO-nun 


 
192
standartları  Mərkəzi katiblik tərəfindən iki rəsmi dildə-ingilis 
və fransız dillərində dərc olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 14. Beynəlxalq Standartlar Təşkilatının (İSO) quruluşu  
 
Bu standartlar dövlət standartı kimi qəbul edilməzdən 
əvvəl onlar sahə standartları, elmi-texniki cəmiyyətlərin və 
digər ictimai təşkilatların standartları  kimi tətbiq oluna bilər.  
 Bütün 
milli 
standartlaşma orqanları üzvlük və illik 
haqqını ödədikdən sonra TK işlərində aktiv üzv (P-üzvü), ya da 
passiv üzv (O-üzvü) kimi iştirak etmək hüququ qazanır. P-üzvü 
ölkələrin mütəxəssisləri TK-nin işçi orqanların iclaslarında 
aktiv iştirak etməli, beynəlxalq standartların layihələrinin qəbul 
Strateji inkişaf      
komitələri
Baş Assambleya 
Icra komitəsi 
İSO şurası 
Mərkəzi 
katiblik
Texniki 
komitetlər 
Alt komitetlər 
İşçi qruplar 


 
193
edilməsində mütləq səs verməlidir. O-üzvləri müşahidəçi 
statusu alır və TK sənədlərini almaq, TK standartlarına irad 
tutmaq və  işçi orqanların iclaslarında iştirak etmək hüququna 
malikdirlər.  
 
İSO/TK190 “Torpaq keyfiyyəti” Texniki Komitəsi   
Cədvəl 27 
Aktiv üzvləri 
(P-üzvləri) 
Passiv üzvləri 
(O-üzvləri) 
Belçika Avstraliya 
Monqolustan 
Braziliya Avstriya 
Norveç 
Böyük Britaniya 
Əlcəzair Portuqaliya 
Macarıstan Bolqarıstan Rusiya 
Yaponiya Venesuela 
Səudiə Ərəbistanı 
İtaliya Vyetnam 
Sinqapur 
Kanada Yunanıstan ABŞ 
Çin Danimarka 
Tailand 
Meksika Zimbabve 
Tanzaniya 
Niderland 
İsrail Trinidad 
və Tabaqo 
Yeni Zellandiya 
Hindistan 
Tunis 
Polşa  
İndoneziya Ukrayna 
Rumıniya 
İran Finlandiya 
Slovakiya 
İrlandiya 
İsveç 
Türkiyə 
İslandiya Həbəşistan 
Filippin Keniya 
Yuqoslaviya 
Fransa KXDR 
Cənubi Afrika  
Çexiya Kolumbiya 
Yaponiya 
İsveç Cənubi Koreya   
Yamayka Kuba  
 
Torpaq keyfiyyətinə  nəzarət sahəsində standartların hazırlan-
ması  məqsədilə, təsnifatın, terminlərin və  təriflərin, nümunə 
götürmək üsulunun, torpaqların xarakterinin ölçülərini və 
təsirini daxil etməklə, 1985-ci ildə  İSO-nun Texniki Komitəsi 
İSO/TK190 “Torpağın keyfiyyəti” standartlarını yaratmışdır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə