Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   ...   71

 
184
Təbiətdə sağlam, ideal torpaqlar mümkün qədər çoxdur
ancaq belə torpaqlarda, adətən insanlar çalışır, şəhərlər və yaşayış 
yerləri salır. Nəzərə almaq lazımdır ki, “sağlam torpaq” gigiyenik 
cəhətdən düzgün istifadə olunmazsa, belə torpaqlar “xəstə” 
torpaqlara çevrilə bilər. Ona görə də, insanlar öz yaşayış yerlərini 
dağətəyi düzənliklərdə  və istifadəsiz torpaqlarda salmalıdırlar. 
İstifadəsiz torpaqlarda texniki imkanlardan istifadə etməklə 
düzgün planlaşdırma, meliorasiya, rekultivasiya işləri aparılarsa, 
torpaqlar sanitar-gigiyenik tələblərə cavab verər. 
Şəhərsalmada torpaqların çox hissəsi yollar, meydançalar, 
tikinti obyektləri, asfalt örtüyü altında qalır. Az hissəsi isə 
yaşıllıqların salınmasına ayrılır. Ona görə  də  şəhərlərdə 
mikrobioloji zərərləşməsindən məhrum olmuş torpağın 
çirklənməsinin qarşısının alınması üçün insanlar küçələri, 
həyətyanı torpaq sahələrini, meydançaları  və digər yerləri təmiz 
saxlamağa çalışmalıdırlar. 
İnsan həyatında torpağın gigiyenasının  əhəmiyyətindən 
danışanda ayrı-ayrı mikroelementləri təsiri unudulmamalıdır. Ona 
görə ki, onların bitkilərdə, içməli suda və yeyinti məhsullarında 
olan miqdarı torpaqdakı miqdardan asılıdır.  
Bitkilərin tərkibində olan mikroelementlərin miqdarı 23-cü 
cədvəldə göstərilmişdir. 
 
Bitkilərdə mikroelementlərin miqdarı, mq/kq 
(
M.V.Katalimova görə
 
Cədvəl 23 
Bitkilər 
Torpaq tipi  Bor   Manqan  Mis  Sink  
Yazlıq buğda Qara 
torpaq 
2.0  47  5.2 
65 
Yazlıq buğda Gilli 
podzol 
2.0  80  7.7 
75 
Arpa Gilli 
podzol 
2.0 
40 
7.2 
50 
Arpa Qara 
torpaq 
2.1 
30 
5.7 
38 
Vələmir Qara 
torpaq 
3.0 
56 
3.6 
36 
Vələmir Gilli 
podzol 
2.0 
88.5 
5.8 
50 
Yem çuğunduru Gilli 
podzol 
12.0  94.3  6.5 100 
Yem çuğunduru Qara 
torpaq 
20.0  70.0  7.5 25 


 
185
Cədvəldən göründüyü kimi mikroelementlərin torpaqdan bitki-
lər tərəfindən mənimsənilməsi torpağın tipindən və bitkilərin 
xüsusiyyətlərindən asılıdır.  
 
6.2 İnsanların sanitar-gigiyenik şəraitinə və 
torpağa mənfi təsir göstərən amillər 
 
 Atmosfer 
havasında və suda çirkləndirici maddələr 
durulaşaraq onların qatılıqları aşağı düşür, torpaqda isə, əksinə, 
onun səthinə düşən maddələr akkumulyasiya olunaraq uzun 
müddət çirklənmə  mənbəyinə çevrilirlər. Sənaye tullantıları, 
kimyəvi maddələr torpaq üzərinə düşərək zəhərli kimyəvi 
elementlər kimi miqrasiya edir: maddə-torpaq; torpaq bitki
torpaq-su, torpaq-atmosfer havası.  
Kimyəvi maddələr kənd 
təsərrüfatında makrogübrələr (azot, fosfor və klium duzları), 
mikrogübrələr (molibden, sink, mis, dəmir, stronsium, bor, 
vanadium və başqaları), pestisidlər (150 addan çox) kimi istifadə 
olunur. Beləliklə, zəhərli maddələr insan orqanizminə bitki 
məhsulları ilə daxil olaraq xəstəliklər törədirlər. Sistematik 
olaraq torpağa düşən kimyəvi maddələr 5-10 il ərzində süni bio-
kimyəvi ərazilər əmələ gətirirlər. Bu sahələrin ölçüləri 150-300 
hektardan 10000 km
P
2
P
-ə  dəyişə bilər. Belə torpaqlarda bitən 
ağaclar, kollar, otlar, əkilmiş  kənd təsərrüfatı bitkiləri, o 
cümlədən, bostan-tərəvəz bitkiləri olduqca zəif inkişaf edirlər, 
məhsuldarlıqları çox az olur və onların tərkibində toksiki 
maddələr toplanır. Eyni zamanda belə torpaqlar süxur sularının 
və açıq su hövzələrinin çirkləndirici mənbəyi sayılır. Torpaqlara 
düşən sənaye tullantıları onun fiziki və kimyəvi xassələrini 
pisləşdirir, torpağın uducu kompleksini dağıdır, turşuluğu artırır 
və torpağın buferliyini aşağı salır. Bunlar hamısı ona gətirib 
çıxarır ki, toksiki tullantılarla çirklənən torpaqlar təbiətdə ekoloji 
tarazlığın dəyişməsinə  zəmin yaradır. Bu proses bitkilərdə, 
heyvanlarda və insanlarda isə  xəstəliklərin nəzərəçarpacaq 
dərəcədə artma təhlükəsi yaradır. 


 
186
Tullantıların insan orqanizminə olan mənfi təsiri onların 
kimyəvi tərkibindən və  ətrafa atılan miqdarından asılıdır.  Əlvan 
sənaye tullantılarının tərkibində arsen, mis, qurğuşun, sürmə, 
selen və civə kimi elementlərin uçucu komponentləri insan 
sağlamlığı üçün xüsusilə  təhlükəlidirlər. Sənaye müəssisələrinin 
ətrafında olan torpaqlar lokal çirklənməyə daha çox məruz qalırlar 
və onların tərkibində qurğuşun, civə, arsen, sink, flor və digər 
elementlərin miqdarı yüksək olur. 
Bir çox sənaye obyektlərində istehsal proseslərində istifadə 
olunan sular güclü çirklənməyə  məruz qalmaqla onlar təhlükə 
mənbəyidirlər. Bu obyektlərin çirklənmiş suları torpağa və açıq su 
hövzələrinə axıdılarsa onların tərkibində olan toksiki maddələr 
potensial təhlükə mənbəyinə çevrilir. 
Ətraf mühitdə toksiki şərait yaradaraq insan sağlamlığı 
üçün ən qorxulu mənbə hesab olunan çirkləndiricilərdən biri də 
pestisidlərdir. Beynəlxalq informasiya mənbələrinə görə 
pesdisidlər də daxil olmaqla dünya ölkələrində istehsal olunan 
kimyəvi zəhərli maddələrin sayı 70000-dən artıqdır. Biosferin 
elə bir elementi və Yerin elə bir təbəqəsi yoxdur ki, pestisidlər 
vasitəsilə çirklənməsin.  İnsanların pestisidlərlə  zəhərlənməsi 
halları getdikcə artmaqdadır və son vaxtlar anemiya, leyke-
miya, aqranulositoz, nefrit, depressiya xəstəlikləri bu səbəbdən 
geniş yayılmışdır. 
 
Pestisidlərin istifadəsi ilə insane zəhərlənmələri arasındakı 
asılılıq (
dünya üzrə %-lə
 
Cədvəl  24 
Materiklər Zəhərli maddələrin 
istifadəsi 
Zərər çəkənlərin 
sayı, ədədlə 
Asiya 31 
44.3 
Şimali və  Cənubi 
Amerika 
27.5 42.6 
Afrika 4.2 
2.8 
Avstraliya 1.1 
0.3 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə