Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   52   53   54   55   56   57   58   59   ...   71

 
194
İSO/TK190 aşağı komitələri çərçivəsində 30 işçi qrupu 
(İQ) fəaliyyət göstərir və Avstraliya, Avstriya, Böyük 
Britaniya, Almaniya, Kanada, Niderland, Fransa, İsveç mütə-
xəssislərinin onların işinə rəhbərlik edir və konkret problemlər 
üzrə standartlar işləyib hazırlayırlar.  İSO standartlarının 
əsasında Avropanın ən yaxşı milli standartları durur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 15.   İSO/TK 190 “Torpaq keyfiyyəti” Texniki 
Komitənin strukturu (YK-  yarım komitələr ya da alt  
komitələr). 
 
ABŞ  və Rusiyanın mütəxəssisləri hələ ki, qeyd olunan 
komitələrin işlərində fəal iştirak etmirlər. Torpaq keyfiyyətinə 
İSO/TK 190 Texniki Komitəsi 
U
“Torpaq keyfiyyəti” 
U
Katiblik - Niderland 
YK 1 
(Yarım komitə) 
U
Kriterilər, terminlər və 
işarələr.  
U
Fransa 
YK 2 
U
Nümunələrin götürülməsi 
Almaniya 
YK-3 
Torpağın 
xarakteristikası və 
kimyəvi üsullar
YK-4 
Bioloji üsullar 
Böyük Britaniya 
YK-5 
Fiziki üsullar 
Niderland 
Yk-6 
Radioloji üsullar 
Almaniya 


 
195
nəzarət standartlaşma üsulları sahəsində  İSO/TK190 digər 
texniki komitələrlə  də ilə  əməkdaşlıq edir-İSO/TK146 
“Havanın keyfiyyəti”,  İSO/TK147 “Suyun keyfiyyəti”, 
İSO/TK207 “Ekoloji idarəetmə”, və eləcə  də Avropa Texniki 
Komitəsi ilə standartlaşma üzrə (CEH) İSO/TK190 Ümum-
dünya Səhiyyə  Təşkilatı  (ВОЗ), Ümumdünya Meteoroloji 
Təşkilatı ilə  (ВМО), BMT-nin Ərzaq və  Kənd təsərrüfatı 
Təşkilatı ilə (FAO), Ümumdünya Ətraf Mühit proqramında 
(ЮНЕР) və digər beynəlxalq təşkilatlarla  əməkdaşlıq edir və 
onların maraqları beynəlxalq standarların hazırlanmasında  da 
nəzərə alınır. 
 
7.1.1. Ümumdünya Səhiyyə Təşkilatı 
Ümumdünya Səhiyyə  Təşkilatı insanların istəyi ilə, 
epidemiyalara, xüsusilə  də, vəba xəstəliyinə son qoymaq 
məqsədilə yaradılmışdır. 
Ümumdünya Səhiyyə  təşkilatı 1907-ci ildə  təşkil 
olunmuşdur və onun qərərgahı Fransada yerləşir. 1945-ci ildə 
BMT-nin San-Fransiskoda keçirilən beynəlxalq konfransında 
Ümumdünya səhiyyə  təşkilatının yaradılması haqqında Çinin 
və Braziliyanın təklifi qəbul edilmişdir. Burada təsis olunmuş 
Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin ixtisaslaşmış təşkilatı 
kimi Cenevredə yaradılmış  qərərgahında 1948-ci il aprel 
ayında fəaliyyətə başladı  və ilk sanitar normaları 1951-ci ildə 
təsdiq etdi. 
Hazırda Ümumdünya Səhiyyə  Təşkilatı (internet 
http://www.who.int) səhiyyə sahəsində  ən iri beynəlxalq 
təşkilatdır, onun normativləri və  təklifləri torpaq mühafizəsi 
sahəsində milli standartların hazırlanmasında geniş istifadə 
edilir.  
 
7.1.2. BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) 
 BMT-nin 
ərzaq və  kənd təsərrüfatı  təşkilatı (FAO) 
qidalanma məsələlərinin,  ərzaqın və  kənd təsərrüfatı  məhsul-


 
196
larının artırılması  və satışına köməklik üçün məlumatların 
toplanması  və öyrənilməsi məqsədilə 1945-ci ildə oktyabr 
ayında yaradılmışdır. FAO-nun qərargahı Romada yerləşir. 
(internet http://www.fao.orq) Hal-hazırda FAO BMT-nin эт iri 
sərbəst təşkilatıdır, 174 milli üzvləri və 1500-dən artıq peşəkar 
mütəxəssislərdən ibarət  ştatı var. Təşkilatın illik büdcəsi 350 
mln. dollardır və FAO-nun iştirakı ilə layihələrin dəstəyinə 
donor və hökumət təşkilatlarından ildə 3 mlrd-dan artıq 
investisiya alınır. 
 FAO 
fəaliyyəti aclığın və kasıbçılığın azalmasına, kənd 
təsərrüfatının inkişafına, qida məhsulların yaxşılaşmasına və 
onların təhlükəsiz olmasına yönəldib. Ryni zamanda FAO-nun 
fəal mövqeyi qida standartlarının hazırlanmasına (Codex 
Alimentarius) səbəb olub. Codex Alimentarius bir çox milli 
standartların əsasını təşkil edir. Qeyd edilən standartlarda qida 
məhsullarına torpaqdan keçən pestisidlərin və digər zəhərli 
kimyəvi maddələrin yol verilən normalarına xüsusi diqqət 
yetirilir.  
 FAO-nun 
mütəxəssisləri tərəfindən qida məhsullarının 
istehsalı  və sahənin seçilməsi üçün çoxsaylı tövsiyələr 
hazırlanıb. 
 
7.1.3. İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı 
İqtisadi  Əməkdaşlıq və Inkişaf təşkilatı 1960-cı ildə üzv 
olan ölkələrində  həyata keçirilən sosial-iqtisadi siyasətin 
koordinasiyası məqsədilə yaradılmışdır (Cədvəl 28). 
İqtisadi  Əməkdaşlıq və  İnkişaf təşkilatına (internet 
http://www.oecd.orq.) 29 üzv ölkələr daxildir.  Təşkilat bazar 
iqtisadiyyatı  və demokratik idarəetmə formalarının inkişafını 
dəstəkləyir. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının büdcəsi 
200 mln. dollar təşkil edir, katibliyi Parisdə yerləşir. Ticarətdə 
və  kənd təsərrüfatında sosial dəyişkənliyi  və inkişafı  tədqiq 
edir. Təşkilat Rusiya və keçmiş SSRİ-nin ölkələri  əməkdaşlıq 
edir.  


 
197
 
Təşkilatın prioritet istiqamətlərindən biri ətraf mühitin 
mühafizəsi üzrə aparılan tədqiqatlardır. 
 
İqtisadi  əməkdaşlıq və inkişaf təşkilatının tərkibində 
200-ə  qədər komitələr və  işçi qrupları var. Onlar müxtəlif 
sənədlər işləyib hazırlayır (o cümlədən də torpağın mühafizəsi 
sahəsində). Torpağın mühafizəsi məsələlərinə  həsr edilmiş 
kitab seriyası  nəşr olunub. “Ətraf mühitin monoqrafiyaları”, 
mütəxəssislər tərəfindən torpaq orqanizmlərinə (torpaq 
qurdlarına) müxtəlif kimyəvi maddələrin təsirinin 
qiymətləndirilməsinin standartları oşlənilir. .  
 
7.1.4. Regional təşkilatlar 
 Torpaq 
keyfiyyətinə  nəzarət sahəsində Avrasiyada və 
Şimali Amerikada regional standartlaşma inkişaf edir. Hal-
hazırda 3 tip regional standartlaşma təşkilatları var.  Birinci - 
öz tərkibində xarici üzv olan və digər ölkələrdə standartları 
geniş istifadə edilən milli dövlət və qeyri-dövlət təşkilatlardır. 
Bu sahədə torpaq keyfiyyətinə  nəzarət edən təşkilatlar-
tədqiqatlar və materiallar üzrə Amerika cəmiyyətidir (ASTM) 
və  Ətraf Mühiti Mühafizə Agentliyidir (EPA). Onların 
standartları  nəinki  Şimali Amerika sərbəst ticarət zonasında 
(ABŞ, Kanada, Meksika), hətta Mərkəzi və Cənubi Amerikada, 
Şimal-şərqi Asiyada, Yaxın  şərq ölkələrində  də geniş istifadə 
edilir. 
Ikinci tipə regional maraqları olan müstəqil ölkələri bir-
ləşdirən təşkilatlar aiddir. Buraya standartlaşma üzrə Avropa 
komitetləri (CEH) və 1991-ci ildən fəaliyyət göstərən və 
regiona standartlar hazırlayan İqtisadi Köməklik Şurası (CЭB) 
aiddir.   
Üçüncü tip təşkilata keçmiş SSRi-nin Qosstandartı aiddir. 
SSRİ dağılandan sonra onların standartları 15 müstəqil 
ölkələrdə  tətbiq edilir, onların çoxu standartlaşma sahəsində 
razılaşmış siyasət aparmasına imza atmışlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə