Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   50   51   52   53   54   55   56   57   ...   71

 
187
6.3.
 
Torpağın epidemioloji əhəmiyyəti  
 
 Texniki tərəqqinin faciəli nəticəsi olaraq ətraf mühitin 
sənaye tullantıları ilə kütləvi çirklənməyə  məruz qaldığı bir 
dövrdə şəhərətrafı torpaqların məişət tullantıları ilə çirklənməsi 
də heç də az əhəmiyyət kəsb etmir və epidemioloji planda 
həmişə aktualdır.  
 Torpaq üzvi mənşəli tullantılarla çirkləndikdə onun 
mühiti patogen bağırsaq bakteriyaları  və helmint yumurtaları 
üçün potensial saxlama və inkişaf ocağına çevrilir. Torpaq 
mühitində optimal şərait olmadıqda onların bir qismi məhv 
olur, lakin müxtəlif bakteriya qruplarının bu mühitə qarşı 
həssaslığı da müxtəlifdir. Bakteriyaların inkişafı  və törəməsi 
torpaqda olan üzvi maddələrin miqdarından, torpağın fiziki-
kimyəvi xassələrindən, mühitin reaksiyasından (pH), aerasiya 
şəraitindən, nəmlikdən və s. asılıdır. Bu bakteriyaların müxtəlif 
torpaq tiplərində də yaşama və qalma müddətləri müxtəlif olur 
(Cədvəl 25) 
 
Fleksnerin dizenteriya bakteriyalarının laboratoriya 
şəraitində müxtəlif torpaqlarda həyat qabiliyyəti 
Cədvəl  25 
 
Müxtəlif temperatur 
(C
P
0
P
) şəraitində 
yaşama qabiliyyəti, 
gün 
Sıra 
№-si 
 
Torpaq tipi 
18
P
0

10
P
0

 
Müəllif 
1 Qaratorpaq  31-37  29-34  V.N.Qurtovenko 
2  
25-40 
11 
Z.P.Narışkina 

Gillicə 15-16 
19-23 
Z.P.Narışkina 

 36 

Z.P.Narışkina 
5 Boz 
torpaq 
7-15 

M.J.Persovskaya 
 


 
188
 Torpaqda 
uzun 
müddət yalnız patogen bakteriyalar 
deyil, eyni zamanda enterviruslarda qala bilir və əhalinin virus-
epidemioloji xəstəliklərində onların rolu böyükdür. 
Entervirusların inkişafı üçün ən münbit mühit məişət 
kanalizasiyası suları və fekali hesab olunur. Belə tullantılardan 
kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə etmək qəti 
qadağandır.  
 Yaşayış məntəqələrinin torpaqları helmintozların yayıl-
ması üçün də əlverişli mühit hesab olunur. Əhalinin askaridoz 
və trixotsefalezlə yoluxmasının  əsas səbəbləri helmintozla 
yoluxmuş torpaqlarda becərilən tərəvəz və göy-göyərtidən 
istifadə olunmasıdır. Belə torpaqlarda helmint yumurtaları bir 
ildən çox yaşamaq qabiliyyətinə malikdirlər. Yaşayış məntəqə-
lərinin  ərazisinin sistematik olaraq məişət tullantılarından 
təmizlənməsi insanların helmintozla xəstələnməsinin qarşısını 
almaq üçün həyata keçirilməli olan vacib profilaktik tədbirdir. 
İlk növbədə  ərazidə mövcud olan uşaq bağçalarının dehelmi-
ntaziyası xüsusi əhəmiyyət kəsb edir.  
 
6.4.
 
Torpağın sanitar-kimyəvi göstəriciləri 
 
 
Urbanizasiyanın böyük sürətlə baş verdiyi müasir 
dövrdə şəhər ətrafı torpaqların üzvi mənşəli məişət tullantıları 
ilə çirklənməsi çox intensiv şəkildə baş verir. Üzvi mənşəli 
tullantıların olduğu  şəraitdə  mədə-bağırsaq xəstəliklərinin 
törədiciləri olan patogen mikroorqanizmlər (viruslar) böyük 
sürətlə çoxalır. Belə  ərazilərin sanitar vəziyyətini qiymətlən-
dirmək üçün “sanitar ədədi (S)” adlı göstəricidən istifadə 
olunur. “Sanitar ədədi” dedikdə torpaqda mövcud olan zülal 
azotunun (humus azotu) miqdarının (A) hələ parçalanmaya 
məruz qalmamış azota (B) olan nisbəti başa düşülür. (Cədvəl 
26) 
B
A
S
=
 
 


 
189
Torpağın “sanitar ədədi”nə görə təmizliyi 
(N.Y.Xlebnikova görə) 
Cədvəl 26
 
Torpağın xüsusiyyəti “Sanitar 
ədədi” 
Zəif çirklənmiş 0.85-dən 0.98 qədər 
Çirklənmiş 0.70-dən 0.85 qədər 
Çox çirklənmiş 0.70-dən az 
Praktik olaraq təmiz 0.98-dən artıq 
 
 
“Sanitar  ədədi” ilə  bərabər torpağın təmizliyini, aşağıda 
göstərilən maddələrin-ammoniumun, nitratların, nitritlərin və 
xloridlərin təyini ilə də qiymətləndirmək olar. Alınmış qiymət-
ləri çirklənməmiş (nəzarət) torpaqların göstəriciləri ilə 
müqayisə etmək lazım gəlir. 
 Torpağın sanitar vəziyyətini qiymətləndirən zaman 
sanitar-bakterioloji göstəricilərə  də diqqət yetirilməlidir. Bu 
məqsədlə torpaq havasının tərkibi öyrənilərək torpaqların 
təmizlik dərəcəsi müəyyən olunur (Cədvəl 27). 
 
Yaşayış məntəqələrində torpaq havasının kimyəvi tərkibinə 
görə torpağın sanitar vəziyyətinin qiymətləndirilməsi
 
Cədvəl 27 
1m-lik dərinlikdə, 0 
P
0
P
C temperaturda, 760 
mm atmosfer təzyiqi şəraitində torpaq 
havasının tərkibi 
Torpağın sanitar 
vəziyyətinin 
qiymətləndirilməsi 
CO
B
2

O
B
2

CH
B
4

H
B
2

Praktiki təmiz 0.38-0.80 20.3-19.8


Zəif çirklənmiş 1.2-2.8 
19.9-17.7


Orta dərəcədə 
çirklənmiş 
4.1-6.5 16.5-14.2


Güclü çirklənmiş 14.5-18.0
5.5-1.7 0.8-2.7 0.3-3.4 
 Torpağın sanitar vəziyyətini hermintoloji göstəricilərə 
görə qiymətləndirən zaman S.L. Alfın təklif etdiyi cədvəldən 
istifadə edirlər (cədvəl 28)  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə