Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   46   47   48   49   50   51   52   53   ...   71

 
173
aktivliyinə  məxsus iki kation mövcuddursa onlardan birisi 
torpaq tərəfindən daha çox miqdarda udulur və daha möhkəm 
əlaqəli olur. Bu keyfiyyət məhlulda olan kationların 
xassəsindən və torpağın uducu kompleksinin (TUK) 
tərkibindən asılıdır.  
Eyni  şəraitdə daha yüksək elektron yükü və daha böyük 
atom kütləsi olan elementlərin kationları yaxşı udulur. Bu 
baxımdan çox vaxt kationların selektivliyi aşağıda göstərilən 
sıra üzrə artmaqla ifadə olunur: 
Li
P
+
P
P
+
P
B
4
PB
+
P
P
+
P
P
+
P
P
+
P
P
2+
P
P
2+
P
P
2+
P
P
3+
P
P
3+

Kationların udulma səviyyəsinə təsir göstərən amillərdən 
biri də narın fraksiyanın, yəni lil fraksiyasının mineraloji tərki-
bi ilə bağlıdır. Müxtəlif gil mineralları ilə kationların udulma 
sırası aşağıda göstərilən sxem üzrə müəyyən olunmuşdur: 
I Montmorillonit 
Li
P
+
P
P
+
P
P
+
P
P
+
P
P
2+
P
P
2+
P
=Sr
P
2+
P
P
2+

II Kaolinit 
Li
P
+
P
P
+
P
P
+
P
P
+
P
P
2+
P
P
2+
P
=Sr
P
2+
P
=Ba
P
2+

III Muskovit 
Li
P
+
P
P
+
P
< Mg
P
2+
P
< Ca
P
2+
P
< Sr
P
2+
P
P
+
P
P
+
P
< K
P
+
P
< Ba
P
2+

 Torpaq mühitinin fiziki-kimyəvi, bioloji və digər 
şəraitlərinin dəyişməsi və müxtəlifliyi torpağı çirkləndirən 
maddələrin formasının və keyfiyyət xüsusiyyətlərinin dəyiş-
məsinə səbəb olur. (transformasiya)  
 Torpaq səthinə daxil olan texnogen mənşəli maddələr 
torpağın altda yatan qatlarına nüfuz etməklə genetik profil 
boyu onların differensiyası baş verir. Torpağa daxil olan 
çirklənmiş sular torpaq profili boyu hərəkət edərək texnogen 
mənşəli çirkləndiricilərdən təmizlənirlər. Bu halda isə torpağın 
üzünün çirklənməsi baş verir. Lakin çirkləndirici maddələrin 
torpaqda kimyəvi dəyişiklərə  məruz qalması mühitin toksik-
liyini aradan götürür. Bu zaman kimyəvi elementlərin bioloji 
udulma prosesinin koeffisienti də xüsusi əhəmiyyət kəsb 


 
174
edir.bioloji udulma əmsalı A.J.Perelmana görə  aşağıdakı 
düsturla təyin olunur: 
 
burada,  A
B
x
B
- bioloji udulma əmsalı; 
             l
B
x
B
- x elementinin bitki külündə miqdarı; 
            n
B
x
B
- x elementinin dağ süxurunda və yaxud torpaqda 
olan miqdarıdır ki, ondan bitki istifadə edə bilsin. 
 B.B.Polınov və A.J.Perelman kimyəvi elementləri 
onların bioliji udulma əmsalının qiymətlərinə görə 5 qrupa 
bölürlər: 
1. Enerjili toplanan                  10-100 
2. güclü toplanan                      1-10 
3. Zəif toplana, ancaq möhkəm saxlanılan 0.1-1.0 
4. Zəif toplanan                         0.01-0.1 
5. Çox zəif toplanan                   0.001-0.01 
 Torpaqda 
və yer qabığında kimyəvi elementlərin 
toplanması ilə onların bitkilər tərəfindən udulması arasında 
qeyri-mütənasiblik var. Belə ki, bitkilərin həyati proseslərində 
çox vacib rol oynayan elementlər intensiv udulur, digərləri isə 
zəif akkumulyasiya  olunur. 
 Bu 
xüsusiyyət bitkilərin növündən və ekoloji 
tələbatından çox asılıdır. Məsələn,  şibyələr, mamırlar və ali 
bitkilərin bəzi növləri metalları böyük həssaslıqla udurlar. Ona 
görə  də onları bitki-konsentrator adlandırırlar. Aşağıdakı 
cədvəldə müxtəlif elementlərin bioloji udulma əmsalının 
dərəcəsi göstərilmişdir. (Cədvəl) 
 
 


 
175
Elementlərin bioloji udulma koeffisienti və fizioloji 
əhəmiyyəti (J.Forteskoya görə) 
Cədvəl 19 
Kimyəvi element 
Fizioloji rolu 
Biolojo udulma 
əmsalı 
Güclü udulma 
Bor yüksək 1.70 
Orta udulma 
Kükürd yüksək  
Sink —“—“— 
0.96 
Fosfor —“—“— 
0.90 
Manqan —“—“— 
0.88 
Gümüş çox 
az 
0.40 
Kalsium yüksək 0.14 
Stronsium çox 
az 0.13 
Mis yüksək 0.13 
Kalium yüksək 0.12 
Barium çox 
az 
0.12 
Selen yüksək 0.10 
Zəif udulma 
Molibden yüksək 0.040 
Maqnezium yüksək 0.034 
Nikel çox 
az 
0.030 
Kobalt —“—“— 
0.020 
Uran —“—“— 
0.020 
Dəmir yüksək 0.012 
Çox zəif udulma 
Natrium çox 
az 
0.007 
Rubidium —“—“— 
0.007 
Nadir torpaq elementləri —“—“— 
0.003 
Xrom —“—“— 
0.003 
Litium —“—“— 
0.0015 
Silisium —“—“— 
0.0006 
Vanadium —“—“— 
0.0 
Titan —“—“— 
0.0 
Aluminium —“—“— 
0.0003 


 
176
 Bitkilərin müxtəlif orqanlarının kimyəvi müxtəlif 
elementlərə qarşı tələbatları müxtəlif olur. Kök, gövdə, budaq-
lar və yarpaqlar udmaya qarşı müxtəlif səviyyədə həssasdırlar.  
 Bioloji 
udma 
əmcalından kimyəvi çirklənmiş 
torpaqlarda torpaq mühitinin bitkilərə olan təsirini öyrənmək 
üçün istifadə olunur. 
 
5.8. Torpağın özünü təmizləmə (detoksikasiya) 
qabiliyyəti 
 
 Torpaqda  çirkləndirici maddələrin toksiki təsirinin 
zəifləməsi və yaxud tamamilə ləğv olunması istiqamətində baş 
verən proseslərin məcmuyi torpağın özünü təmizləməsi 
(detoksikasiyası) adlanır. 
 Bu 
prosesi 
şərti olaraq 3 növə ayırmaq olar: 
1.  Fiziki özünü təmizləmə (dotoksikasiya)- torpaqda 
qaldığı müddətdə heç bir kimyəvi dəyişikliyə 
uğramayan maddələr üçün səciyyəvidir. Fiziki 
detoksikasiyada  əsas rol torpağın qranulometrik 
tərkibinə  məxsusdur (ağır və yüngül torpaqlar). 
Kimyəvi tərkib ikinci dərəcəli rol oynayır. Fiziki özünü 
təmizləmədə    filtrasiya,  həllolma və digər fiziki 
proseslərin əhəmiyyəti böyükdür. 
2.  Bioloji özünü təmizləmə (detoksikasiya)- torpaqda 
metabolizm (yunanca metabole- dəyişmə, çevrilmə), 
sorbsiya və maddələrin biodeqradasiyası kimi 
proseslərin məcmusu kimi başa düşülməlidir. Belə ki, 
asan mənimsənilən və biogen mənşəli maddələr bioloji 
dövrana daxil olur və  əgər həmin maddələrin miqdarı 
yüksək deyildirsə metabolik proseslər tərəfindən 
nizamlanır. Kimyəvi baxımdan passiv maddələr bioloji 
adsorbsiyaya məruz qalır ki, sonrakı  mərhələdə  də 
həmin maddələrin fiziki detoksikasiyası baş verir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə