Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   47   48   49   50   51   52   53   54   ...   71

 
177
3.  Kimyəvi özünü təmizləmə- kimyəvi çirkləndirici 
maddələrin kimyəvi komponentləri ilə reaksiyaya 
girməsi (məsələn, hidroliz, oksidləşmə, reduksiya, 
kimyəvi sorbsiya və s.) nəticəsində baş verir. Bu proses 
torpağın uducu kompleksinin və humusun tərkibindən 
çox asılıdır. 
 
Təbii proseslər nəticəsində kimyəvi çirkləndirici 
maddələrdən torpağın özünü təmizləmə qabiliyyəti torpağın bu 
neqativ prosesə qarşı davamlılığını göstərir. 
 
M.A.Qlazovskaya (1988) görə bir geokimyəvi 
assosiasiyaya daxil olan torpaqlar eyni dərəcədə davamlılıq 
qabiliyyətinə malik olurlar. Onun fikrincə texnogenez 
məhsullarından təbii mühitin, o cümlədən, torpağın detoksika-
siyasına təsir göstərən amilləri 3 qrupa bölmək olar:  
1.  Texnogenez məhsullarının daşınmasının və yayılmasının 
intensivliyini təyin edən amillər-  yağıntılar (mövsümlər üzrə), 
küləyin sürəti (mövsümlər üzrə), səthi axın, düşən yağıntıların 
və buxarlanmanın nisbəti, landşaft sistemində geomorfoloji 
vəziyyət və qruntun qranulometrik tərkibi. 
2.  Texnogenez məhsullarının metabolizminin intensivliyini 
təyin edən amillər-günəş radiasiyasının ümumi miqdarı 
(kcoul/il), sıfır dərəcədən yüksək temperaturun cəmi, ultrabə-
növşəyi radiasiyanın miqdarı,  şimşək çaxmaların illik sayı, 
üzvi qalıqların parçalanma sürəti, fotokimyəvi reaksiyaların 
intensivliyi. 
3. Texnogenez məhsullarının və yaxud onların metabolitlərinin 
landşaftda toplanmasına və onun intensivliyinə  təsir göstərən 
amillər- qələvi-turşu  şəraiti, oksidləşmə-reduksiya  şəraiti, 
sorbsiya tutumu. Humusun miqdarı, geokimyəvi arealın tipi, 
geokimyəvi baryerlər bu prosesə güclü təsir edir. 
Xassələri pozulmuş torpağın öz əvvəlki vəziyyətinə 
qayıtmasına lazım olan vaxt intervalı torpağın özünütəmizləmə 
və yaxud detoksikasiya vaxtı (dövrü) adlanır. 


 
178
 
Detoksikasiya dövrü
 yuxarıda qeyd olunan amillərdən 
asılıdır. Biosferin digər elementlərinə nisbətən torpaqda 
çirkləndirici maddələrin qalma müddəti daha böyükdür. Bu 
xüsusən metallara aiddir (Peras, 1989). Torpaqda toplanan 
metalların profil üzrə yuxarıdan aşağıya tərəf miqrasiyası çox ləng 
baş verir. Həmin elementlərin bioloji dövrana daxil olması (bitkilər 
tərəfindən mənimsənilməsi) prosesi də  ləng gedir. Bu onunla 
əlaqədardır ki, həmin elementlər qida elementləri sırasına daxil 
olmadığı üçün bitkilər tərəfindən çətin mənimsənilir və onların 
mikroorqanizmlər tərəfindən transformasiyası zəif baş verir. 
 Çirkləndirici maddələrin  ən qorxulu qruplarından biri 
də güclü təsir spektrinə malik olan pestisidlərdir. Pestisidlərin 
tam detoksikasiyası o vaxt baş verir ki, bu maddələr qeyri-
toksik komponentlərə parçalansınlar. Torpaqda oksidləşmə
reduksiya və hidroliz kimi proseslər və mikroorqanizmlərin 
fəaliyyəti parçalanmanı sürətləndirir. BMT-nin Kənd 
Təsərrüfatı  və  Ərzaq federasiyasının məlumatlarına görə  bəzi 
pestisidlərin torpaqda qalma müddətləri aşağıdakı kimidir: 
İnsektisidlər                                                Herbisidlər 
Heptaxlor – 9 il                                             Diuron – 16 il 
Aldrin – 9 il                                                  Simazin – 17 il 
DDT – 10 il                                                  Antrazin – 17 il 
Heksaxloran – 11 il                                      Monuran – 36 il 
 Parçalanmaya 
qarşı dien qrupunun üzvi-xlorlu pestisidləri 
daha davamlıdır. Torpağın pestisidlərdən təmizlənmə müddəti bu 
maddələrin tətbiq olunan dozasından çox asılıdır. Doza artdıqca 
detoksikasiya dövrü də artır. 
 Pestisidlərin parçalanması  həmçinin torpaq mühitinin 
reaksiyasından asılıdır. Məsələn, üzvi fosforlu pestisidlər zəif turş 
mühitdə çox davamlıdır. Neytral mühitli torpaqlarda (qara 
torpaqlarda) metafos 1.5 ay qalır, ancaq pH-ın 5.5 olduğu 
torpaqlarda onun qalma müddəti bir ilə yaxındır. 
Torpağın pestisidlərdən öz-özünü təmizləməsində torpaq 
canlıları, xüsusilə, onurğasızlar xüsusi rol oynayır. Təcrübələrlə 


 
179
müəyyən olunmuşdur ki, torpaq canlıları  tərəfindən parçalanan 
pestisidlərin miqdarı torpaq-bitki sistemində miqrasiya olunan 
pestisidlərin miqdarından çoxdur.  
Pestisidlərin  atmosfer çöküntüləri və suvarma suları 
vasitəsilə torpaq profili boyu miqrasiyası münbit qatın onların 
qalıqlarından təmizlənməsinə səbəb olur. Lakin bu proses ərazinin 
fiziki-coğrafi  şəraitilə yanaşı pestisidlərin öz xassə  və 
xüsusiyyətlərindən də çox asılıdır. Məsələn, infiltrasiya suları 
vasitəsilə γ-ГХТСГ DDT-yə nisbətən, DDT tiofosa və tiofos isə 
aldrinə nisbətən tez miqrasiya olunur. Aparılan tədqiqatlar 
nəticəsində məlum olmuşdur ki,  DDT-nin 15 il ərzində mütəmadi 
tətbiqi nəticəsində onun əkin qatında 60 mq/kq miqdarında 
toplanması ilə yanaşı 9 metr dərinlikdə də izi aşkar olunmuşdur. 
Torpaqda pestisidlərin miqrasiya qabiliyyəti öyrənilərək onlar 
mütəhərrikliyinə görə 5 sinifdə qruplaşdırılmışdır (Cədvəl 20 )  
 
Pestisidlərin müxtəlif qruplarının torpaqda müqayisəvi 
mütəhərrikliyi (K.K.Broçinskiyə görə). 
Cədvəl 20 
                Mütəhərrikliyin siniflərə görə azalması 
V IV  III  II 

Dalapon 
Pikloram   Propaxlor  
Prometrin   Xloroksurok 
Dikamb  
2.4 D 
Fenuron  
Propanid  
Lindan  
 
 
2.4.5-T 
Diuron  
Paration  
 
 
Terbasil  
Linuron 
Dikvat  
 
 
Flyometuron   Pipazon  
Sineb  
 
 
Difenamid  
Molinat  
Morestan  
 
 
Monuron  
EPTC 
Benomil  
 
 
Atrazin  
Diazinon 
Dildrin  
 
 
Simazin  
 
Parakvat  
    
  Heptaxlor 
 
Müt
əh
ərrik
liy
in
 si
ni

da
xilind
ə azalmas
ı 
    
  Endrin 
 
    
  Aldrin 
 
    
  Toksafen 
 
 
    
  DDT 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə