Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

 
180
Cədvəldən göründüyü kimi V sinfə daxil olan 
pestisidlərin mütəhərrikliyi I sinfə aid olunanlardan daha 
yüksəkdir. 
Torpağın neft və neft məhsulları ilə çirklənməsi torpaqlar 
biotunda  əsaslı  dəyişiklərə  səbəb olur. Karbohidrogenləri 
parçalamaq qabiliyyətinə malik olan yeni mikroorqanizmlər 
meydana gəlir. Həmin mikroorqanizmlərin iştirakı ilə 
parçalanan aromatik karbohidrogenlərin aşağıdakı  sırası  dəqiq 
müəyyən olunmuşdur: 
• bir zəncirli strukturlu (benzol, toluol, ksilol, trimetilbenzol, 
tsiklialkilbenzol və s.); 
• iki zəncirli strukturlu (naftalin, metilnaftalin və s.); 
• üç zəncirli strukturlu (fenantren, antratsen və s.); 
• politsiklik birləşmələr (piren, benzopiren, bezantratsen və s.). 
 Neftlə çirklənən torpaqların detoksikasiya müddəti və 
sürəti müxtəlif iqlim zonaları üçün müxtəlifdir. Məsələn, arid 
vilayətlərdə bu proses əsasən mikroorqanizmlərin hesabına baş 
verir. Soyuq humid regionlarda isə mikroorqanizmlərin 
məhsuldarlığı  zəif olur. Ümumiyyətlə isə torpaqda neftin 
azalması aşağıdakı səbəblərlə bağlıdır: 
• Yüngül fraksiyaların buxarlanması, neftin mineralizasiyası; 
 
• Fiziki yolla daşınma, humifikasiya və s. 
 Bu səbəblərin birgə münasibəti torpağın detoksikasiya 
dövrünü təyin edir. 
 
Təbii  şəraitdə neftlə çirklənmiş torpaqların öz-özünü 
təmizləməsinin aparıcı amili bioloji amildir. Bu mikroorqa-
nizmlərin çirklənmiş torpaqlarda mövcud olan karbohidro-
genləri parçalamaq qabiliyyətinə malik olmasına  əsaslanır. 
Lakin təbii  şəraitdə torpaqlarda neft maddələrindən öz-özünü 
təmizləmə prosesləri ləng gedir və aerasiyadan, oksigenin 
mümkünlüyü, azotun, fosforun mənbəyindən və s. amillərdən 
asılıdır.  Ən intensiv olaraq süxurların təmizləməsində 


 
181
bioremediasiya  - bioloji üsullardan istifadə olunur, onun da 
əsasını idarəedilən rejimdə biotexnoloji üsullar təşkil edir. 
 
Bioremediasiya termini dedikdə, süxurların tərkibində 
olan çirklənmələrdən təmizlənməsi üçün istifadə olunan 
texnologiyalar və avadanlıqlar anlaşılır. 
 Biotexnologiyaların  əsasını  təşkil edən prinsiplər 
çirklənmiş torpaqlarda mövcud olan, ancaq mühitdə tam 
komplekt qida elementləri olmadığı  səbəbindən çirkləndirici 
maddələri səmərəli parçalamağa qadir olmayan təbii 
mikroorqanizmlərin - destruktorların inkişafını biostimullaşdır-
maqdır (in situ biostimullaşdırma) və eyni zamanda, ayrılmış 
mikroorqanizmlərin aktiv kulturlarının çirklənmiş torpağa 
introduksiyasıdır (in vitro biostimullaşdırma).   
 Hal-hazırda bioremesiasiya proseslərində əsasən, aerob 
bakteriyalarından istifadə olunur. Aparılan tədqiqatlar bu 
mikroorqanizmlərin neft karbohidrogenlərini aktiv 
parçalamağa qadir olduğu göstərilib, onların  əlverişli inkişafı 
üçün lazım olan şəraitlərin tələbləri müəyyən olunub. Onların 
metabolizmi hər tərəfli öyrənilib və göstərilib ki, mikroorqaniz-
mlər tərəfindən emal edilən neft maddələri insana və  ətraf 
mühitə  zərərli deyildir. Karbohidrogenləri parçalayan 
mikroorqanizmlərin bioloji preparatları siyahısında  ən tez 
istifadə olunanlardan Pseudomonas, Rhodococcus, Bacillus
Arthrobacter, Acinetobacter, Azotobacter, Alkaligenes, 
Mykobacterium sinfinə aid olan bakteriyalar, Candida maya 
göbələkləri, Streptomyces sinfinə aid olan aktinomisetlər, 
Aspergillus və Penicillium sinfinə aid olan göbələklər və başqa 
mikromisetlərdir. 
 
 
 
 
 


 
182
VI FƏSIL.  TORPAĞIN GIGIYENIK 
ƏHƏMIYYƏTI VƏ ONUN SANITAR 
VƏZIYYƏTINƏ NƏZARƏTIN TƏŞKILI 
 
Torpağın gigiyenik problemləri müasir dövrdə urbaniza-
siyanın sürətli inkişafı ilə əlaqədar olub ətraf mühitin qorunma-
sının ən vacib aspektlərindən hesab olunur.  
Müasir elmi-texniki inqilab şəraitində bir tərəfdən 
sənaye-nəqliyyat, digər tərəfdən isə məişət tullantılarının təxirə 
salınmadan zərərsizləşdirilməsi və təkrar emalı problemlərinin 
həlli vəzifəsini ortaya çıxartmışdır. Bu problem ictimai-
gigiyenik problem olaraq miqyasına görə  bəşəri  əhəmiyyət 
daşıyır. Xüsusilə, dünyanın inkişaf etmiş ölkələrində  və iri 
şəhərlərdə yaranan dəhşətli vəziyyət insan sağlamlığına və təbii 
tarazlığa qarşı böyük təhlükəyə çevrilmişdir. Sənaye, məişət və 
nəqliyyat tullantıları yalnız müəyyən  ərazinin sanitar vəziy-
yətini pisləşdirmir. Onların tərkibində olan bir çox kompo-
nentlər su və havaya miqrasiya olunaraq son nəticədə böyük bir 
regionun ekoloji mühitində  gərginlik yarada bilir. Onların 
toksiki xarakterli tərkib hissələri torpaqdan bitkilərə keçərək 
ərzaq məhsullarının çirklənməsinə  səbəb olur. Hal-hazırda  
səlahiyyətli nəzarət strukturları tərəfindən 450 kimyəvi maddə, 
atmosfer havasında olan 138 kimyəvi birləşmə  və onların 25 
kombinasiyasını  zərərsizləşdirmək üçün işlənilmiş gigiyenik 
normalar  ətraf mühitin sanitar vəziyyətinə  nəzarətin hüquqi 
bazasını təşkil edir. 
 
6.1. Torpağın gigiyenik əhəmiyyəti 
 
 Torpağın gigiyenik əhəmiyyəti insanın təsərrüfat fəaliy-
yətinin müxtəlif sferalarının genişlənməsinin ümumbioloji 
əhəmiyyəti və əhalinin dünyada sürətlə artımı ilə əlaqədar yeni 
şəhərlərin və yaşayış  məntəqələrinin yaranması baxımından 
günbəgün artmaqdadır. Yaranmış  vəziyyət daxilində torpağın 


 
183
sanitar vəziyyəti konkret ərazidə  məskunlaşan insanların 
sağlamlığına zərər vurmamalıdır.  
 Torpağın gigiyenik əhəmiyyətindən danışanda, onun 
“sağlam torpaq” olmasını  nəzərə almaq lazımdır. “Sağlam 
torpaq”  o deməkdir ki, torpaq asan sukeçirmə qabiliyyətinə 
malik, çirklənməmiş və canlı orqanizmlərə heç bir mənfi təsir 
göstərməyən obyektdir. “Sağlam torpağ”ın göstəriciləri 21-ci 
və 22-ci cədvəllərdə öz əksini tapmışdır. 
 
Normal torpaq göstəriciləri (
N.İ.Xlebnikova görə
Cədvəl 21 
Göstəricilər Norma 
  Müəllif 
Gil ilə qumun nisbəti 1:3 
 
Gil ilə qumun nisbəti 1:2  V.V.Dokuçayev 
Əhəngin miqdarı 5-10% V.M.Yakovlev 
Humusun miqdarı 5-10% V.M.Yakovlev 
Gil ilə qumun nisbəti 1:3 
 
Əhəngin miqdarı 5% 
Masur 
Humusun miqdarı 5%-dən az 
Masur 
 
 “Sağlam torpağ”ın gigiyenik normaları və göstəriciləri 
(
N.İ.Xlebnikova görə
 
Cədvəl 22 
Göstəricilər Norma 
 
Gil ilə qumun nisbəti 1:3 
Ümumi məsaməlilik 50% 
Ümumi məsaməliliyə 
əsasən 
kapillyar məsaməlilik 
50% 
Ümumi məsaməliliyə görə qeyri-
kapillyar məsaməlilik 
50% 
Xəstəliklərin törədiciləri 0 
Helmintlərin yumurtaları 0 
Mikroelementlər Epidemik 
xəstəlikləri 
törətməyən miqdarda 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə