Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   53   54   55   56   57   58   59   60   ...   71

 
198
İSO-nun  şurasının qətnaməsində  hər bir regional 
standartlaşma təşkilatları ilə  əməkdaşlıq qurmaq üçün 
aşağıdakı şərtlər nəzərdə tutulur: 
-  regional təşkilatın 50%-dən az olmayan üzvü İSO-nun 
üzvləri olsun; 
-  regional təşkilat mümkün qədər onun üzvlərinin 
standartının hormonizasiyası üçün əsas kimi İSO-nun 
beynəlxalq standartlarının istifadə etməsini öz öhdəsinə 
götürür.  
 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tərkibi 
Cədvəl 28 
Üzv ölkələr 
Avstraliya (1971) 
Meksika (1994) 
Avstriya (1961) 
Niderland (1961) 
Belçika (1961) 
Yeni Zellandiya (1973) 
Böyük Britaniya (1961) 
Norveç (1961) 
Macarıstan (1996) 
Polşa (1996) 
Almaniya (1961) 
Portuqaliya (1961) 
Yunanıstan (1961) 
ABŞ (1961) 
Danimarka (1961) 
Türkiyə (1961) 
İslandiya (1961) 
Çexiya (1995) 
İrlandiya (1961) 
Finlandiya  (1969) 
İspaniya (1961) 
Fransa (1961) 
İtaliya (1961) 
İsveç (1961) 
Kanada (1996) 
İsveçrə (1961) 
Koreya (1996) 
Yaponiya (1964) 
Lyuksemburq (1961) 
 
 
7.1.5. Şimali Amerika 
 1960-cı illərin axırlarında ABŞ-da ətraf mühitin çirklən-
məsi ilə bağlı problemlər kəskinləşmişdir. Havanın çirklənməsi 
şəhərlərdə çox sayda insanların xəstəliklərinə  və ölümünə 
səbəb olmuş, sənaye müəssisələrinin və nəqliyyat vasitələrinin 


 
199
sayının hədsiz çoxalması şəhərdə yaşayışı dözülməz vəziyyətə 
çatdırmışdır. 
1970-ci ilin dekabr ayında 44 təşkilatın bazasında 9 
dağınıq idarələrdən ibarət  ətraf mühitin mühafizəsi dövlət 
agentliyi yaradıldı (EPA)  (internet http//www.epa.gov).  Bu da 
hökumət tərəfindən federal idarələrin işini  əlaqələndirmək 
imkanı yaratdı, milli miqyasda ətraf mühitin mühafizəsi 
ictimaiyyətin köməyi ilə hərəkətə başladı.  
Torpağın keyfiyyətinə 
nəzarət standartlarının 
hazırlanmasında böyük təcrübəsi olan Amerika cəmiyyətində 
(ASTM) materiallar və sınaqlar toplanmışdır.  
100 illiyini qeyd edən ASTM (1898-ci ildə yaradılıb) 
materialların xüsusiyyətlərinin standartlaşması ilə məşğul olan 
ən iri elmi və texniki qeyri-hökümət təşkilatıdır. ASTM-n 
tərkibində (internet http//www.astm.orq) 130 TK işləyir və 
35000 aktiv-üzvlər var, onlardan 15% ABŞ-ın xaricində 100-
dən çox ölkələrdə yerləşir. 1740-dan çox ASTM aktiv-üzvləri 
texniki ekspert işləyirlər. 
ASTM-n  komiteti “Torpaq və dağ süxurları” 1973-cü 
ildə formalaşmışdır. Komitetin üzvlərindən 1000-i mütəxəssis-
lərdir. Komitet tərəfindən 250-dən çox standart hazırlanıb. 
Standartların çoxu yol tikintisi materialların keyfiyyətinə 
nəzarət üsullarına aiddir. Son illərdə komitet torpağa ekiloji 
nəzarət üsulları üzrə standrtlara böyük diqqət yetirir.   
Torpaq və yeralyı suların keyfiyyətinə nəzarət məsələləri 
ilə  hələ 1879-cu ildə yaradılmış ABŞ-ın Geoloji xidməti 
(USQS) məşğul olur. Bu xidmət dövlət büdcəsi hesabına ABŞ-
ın ərazisində torpaqların iri miqyasda tədqiqatını aparır.  
 
 
 
 
 
 
 


 
200
Standartlaşma üzrə Avropa Komitəsnin üzv ölkələr (CEH) 
Cədvəl 29 
Ölkə 
Səslərin 
miqdarı 
Avropa Ittifaqında 
üzvlük 
Avstriya 
5 + 
Belçika 
5 + 
Böyük Britaniya 
10 + 
Almaniya 
10 + 
Yunanıstan 
5 + 
Danimarka 
3 + 
İrlandiya 
3 + 
İspaniya 
8 + 
İslandiya 
1 - 
İtaliya 
10 + 
Lyuksemburq 
2 + 
Niderland 
5 + 
Norveç 
3 - 
Portuqaliya 
5 + 
Finlandiya 
3 + 
Fransa 
10 + 
Çexiya 
3 - 
İsveç 
5 + 
İsveçrə 
5 - 
 
7.1.6. Qərbi Avropa təşkilatlartı 
 Keçən əsrin 50-ci illərin əvvəllərindən Qərbi Avropada 
standartlaşma işlərinin koordinasiyası ilə bağlı sahə təşkilatları 
(Avropanın kömür və polad üzrə cəmiyyəti, Evroatom və başqa 
məşğul olurdu). 1961-ci ildə standartlaşma üzrə Avropa 
Komitəsini yarand (CEH). 
 1989-cu 
ildə CEH Baş Assambleyası (internet 
HT
http://www.cenorm.be
TH
) Avropa standartlarının beynəlxalq baza 
əsasında vacibliyini təsdiqlədi. “Elə bir dəfə, düz elə, 


 
201
beynəlxalq elə” loqosu altında. Təkrarlanma olmasın deyə 
CEH üzv ölkələri (Lyuksemburqdan başqa onların hamısı İSO-
nun üzvləridir, cədvəl 2.3). İSO ilə bir sıra texniki informasiya 
və  işlərin koordiasiyası ilə mübadilə aparılması barədə 
müqavilə imzalamışdılar və çevik sistem yaratdılar, vaxtında 
regional standartların hazırlanmasına izin verilməsi məqsədə-
uyğun olan problemlərin həlli  beynəlxalq səviyyəsində olmuş-
dur. Tək lazım olan standartları olmadığı halda, ya da onlar 
mükəmməl olmadıqda, ümumi olduqda, CEH regional 
standartların hazırlanmasına imkan yaradır və sonralar öz 
pozisiyalarını  İSO-da müdafiyə etməlidir.  İSO və CEH 
aralarında işlərin koordinasiyası standartlaşma üzrə iki 
təşkilatın razılığı ilə aparılır, o cümlədən 1989-cu ildə 
Lissabonda o nisbətən genişlənmiş, 1991-ci ildə yeni Vyana 
razılaşmasına  əsasında beynəlxalq standartların yaradılması 
üçün kooperasiyaya çevrilmişdir. 
 Vyana 
razılaşması ciddi qaydalarla İSO və CEH 
standartların işləməsi zamanı paralel səsvermə nəzərdə tutur və 
standartların hazırlanmasında birgə işçi qruplar yaradır.  
 Hazırda CEH-üzv ölkələrin mütəxəssisləri İSO/TK 190 
istiqamətində aparılan işlərə başçılıq edirlər. Ona görə də İSO 
bütün beynəlxalq standartların torpaq keyfiyyətinə  nəzarət 
shəsində Avropa standartları kimi qəbul edilir və torpağın 
keyfiyyətinə  nəzarət üzrə CEH-n tərkibində xüsusi texniki 
komitet yoxdur.  
Mərkəzi və Şərqi Avropa 
 Beynəlxalq çoxtərəfli iqtisadi əməkdaşlıq şurası (CЭB)  
Bolqarıstanı, Macarıstan,  Şərqi Almaniyanı, Polşanı, 
Rumıniyanı, SSRİ, Çexiya, eləcədə Kubanı, Vyetnamı, 
Monqoliyanı, Yuqoslaviyanı (müşahidəçi vəzifəsində) 
birləşdirir.CЭB hələ 1949-cu ildən 1991-ci ilədək öz fəaliy-
yətində standartlaşmaya böyük diqqət yetirirdi (10) və uzun 
müddətli  əməkdaşlıq obyektlərinə aid edilmişdir. Standart-
laşma üzrə  işlərin koordinasiyası  və inkişafına köməklik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə