Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə36/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   32   33   34   35   36   37   38   39   ...   61

 
88
qaydaları, qlobal şəbəkədə, elektron kataloqda axtarış aparmaq qaydaları 
oxuculara öyrədilir.    
 Qlobal şəbəkənin inkişaf etdiyi bir zamanda oxucular arasında kitaba 
məhəbbət oyatmaq, kitabı onlara sevdirmək, kitabın nüfuzunu qaldırmaq üçün 
kütləvi tədbirlərin müxtəlif formalarından istifadə etmək vacibdir. Bu məqsədlə 
Milli Kitabxananın fəaliyyətində həyata keçirilən kütləvi tədbirlərin əhəmiyyəti 
xüsusilə diqqətəlayiqdir. Belə ki, respublikamızda baş verən əlamətdar və tarixi 
günlərlə  əlaqədar olaraq- anım (xatirə) günləri, sərgilər, guşələr, kitabların 
təqdimat mərasimləri, kitab bayramı  və başqa təbliğat xarakterli rəngarəng 
tədbirlər təşkil olunur. Ötən il Milli Kitabxanada 60-dan çox belə  tədbir 
keçirilmişdir (4, S.10). 
 Anım günləri xalqımızın yaddaşına həkk olunmuş, qanlı günlərlə, 
hadisələrlə  əlaqədar təşkil olunur. Bu məqsədlə (anım gününün mövzusuna 
uyğun olaraq) şəhidlərin xatirəsinə fotostendlər, sərgilər hazırlanır, sənədli 
filmlər göstərilir, həvəskar gənclərin  əl işlərindən ibarət sərgi düzəldilir, 
tanınmış  şəxslər, görkəmli elm və  mədəniyyət xadimləri,  şəhidlərin ailə 
üzvlərindən, yaxınlarından, döyüş yoldaşlarından bir neçə  şəxs dəvət olunur. 
Bu tədbir zamanı gənclərimizin həm dünyagörüşü artır, həm də  mənəvi aləmi 
zənginləşir, yeni informasiya əldə edir. 
  Sərgilərin təşkili əyani təbliğat formasının ən geniş yayılmış üsuludur. Yeni 
kitabların sərgisi kitabxanaya yeni daxil olmuş  nəşrlər haqqında müntəzəm 
məlumat vermək məqsədi daşıyır. Həm də bu zaman Azərbaycan elminə, 
mədəniyyətinə, iqtisadiyyatına və digər sahələrinə dair nəşr olunmuş kitablar 
haqqında oxucularımız məlumat alır. Qeyd edək ki, kitabxanalarda təşkil edilən 
sərgilərdə kitablarla yanaşı, müxtəlif qəzet və jurnal nömrələri əks etdirilir ki, 
bu da həmin sərginin əhəmiyyətini xeyli artırır.  
Guşələr sərgiyə nisbətən daha geniş  və  əhatəli olur. Belə ki, guşədə  əlavə 
olaraq kartoteka, qəzet, jurnal materialları, tövsiyə  ədəbiyyat siyahıları, 
mövzuya uyğun bir sıra sənədlər və  şəkillər də öz əksini tapmalıdır. Guşələr 
uzunmüddətli olur. Milli Kitabxanada gənclərimizi maraqlandıran 
“Azərbaycanın tacı Qarabağ”, “Azərbaycanda turizm” “Hüquq guşəsi” kimi 
daimi guşələr hazırlanmışdır.  
    
Kitabxanada kitabların təqdimat mərasimlərinin keçirilməsinə də xüsusi 
əhəmiyyət verilir. Milli Kitabxana əsasən Ümummilli liderimiz Heydər 
Əliyevin ölməz həyat yolunu əks etdirən, bu siyasətin layiqli davamçısı olan 
prezident  İlham  Əliyevin fəaliyyətini işıqlandıran kitabların, milli mənəvi 
dəyərlərimizin və vətənpərvərlik tərbiyəsinin təbliği ilə bağlı ədəbiyyatın, yeni 
nəsil istedadlı  gənclərin yaradıcılığının təbliği, cəmiyyətə tanıdılması 
məqsədilə onların çap olunmuş  əsərlərinin, xalqımızın tarixi, mədəniyyəti ilə 
bağlı dəyərli kitabların təqdimat mərasiminin keçirilməsinə üstünlük verir. Bu 
zaman texniki vasitələrdən də istifadə olunur. 


 
89
   Oxucuların marağına səbəb olan tədbirlərdən biri də kitab bayramıdır. Bu 
tədbir ildə bir dəfə keçirilsə  də geniş oxucu kütləsinin iştirakı ilə müşahidə 
olunur. Azərbaycanda fəaliyyət göstərən aparıcı  nəşriyyatların və müəlliflərin 
birbaşa iştirakıyla yeni kitabların sərgisi keçirilir. Bəzi nəşriyyatlar yeni çap 
olunmuş kitabları oxuculara  hədiyyə edirlər.  
Göründüyü kimi, Milli Kitabxana bütün səyləri ilə bütün oxucuların, xüsusilə 
də  gənc nəslin günbəgün artmaqda olan tələbatlarını ödəməyə çalışır. 
Təcrübələr göstərir ki, geniş oxucu kütləsi belə tədbirlərə xüsusi maraq göstərir 
və həvəslə bu tədbirlərdə iştirak edirlər. Təbii ki, hazırda ictimai həyatın bütün 
sahələrinə yeni texniki vasitələrin tətbiqi ilə  əlaqədar kitabxanada da bir sıra 
proseslərin avtomatlaşdırılması  həyata keçirilir. Hazırda elm, mədəniyyət, 
informasiya, təhsil və  tərbiyə müəssisəsi kimi kitabxananın qarşısında duran 
əsas vəzifə  cəmiyyət üzvlərinin, xüsusilə  gələcəyimiz olan gənclərin həm bir 
şəxsiyyət kimi formalaşmasında cəmiyyətə, vətənə layiqli, bilikli, hərtərəfli 
inkişaf etmiş  vətəndaş kimi böyüməsində yaxından iştirak etmək, cəmiyyətə 
layiqli xidmət göstərmək, əhalini qısa zaman kəsiyində informasiya resursları 
ilə operativ şəkildə təmin etmək və mükəmməl elektron kitabxana yaratmaqdır. 
Bu gün 500-ə yaxın kitabın, 200-dən çox qəzet və jurnalın, 4000-ə yaxın 
məqalənin elektron versiyası yaradılmışdır. Təbii ki, bu prosesin tam həyata 
keçirilməsi üçün müəyyən zaman lazımdır. Ümid edirik ki, qısa bir zamanda 
artıq hər bir istifadəçi, istənilən məkanda kompüterlərinin qarşısında oturub, 
kitabxananın saytına girməklə elektron kitabxanadan onlara lazım olan 
informasiyanı, kitabı, qəzeti və jurnalı, digər sənəd növlərini elektron versiyada 
əldə edəcəkdir. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi 
barədə: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 6 oktyabr 
2008 //Azərbaycan.- 2008.- 7 oktyabr.- S. 1. 
 
2.
 
Kitabxanalar biliklər cəmiyyətində (ikidilli Azərbaycan-Rusiya 
layihəsi) /layihənin rəh. Ə.Qarayev, tərt. S.Məmmədəliyeva.-B.:Nurlar, 
2006.- 520 s. 
3.
 
Xələfov A. İnformasiya xidməti //Kitabxanalar biliklər 
cəmiyyətində (ikidilli Azərbaycan-Rusiya layihəsi) /layihənin rəh. 
Ə.Qarayev, tərt. S.Məmmədəliyeva.-B.:Nurlar, 2006.- S. 64-74.  
4.
 
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 2008-ci il 
hesabatı.- 63 s. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə