Microsoft Word Kitabxana nasl q-Biblioqrafiya jurnal 2009 doc



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə44/61
tarix11.07.2018
ölçüsü1,35 Mb.
#55078
1   ...   40   41   42   43   44   45   46   47   ...   61

 
106
Ölkədə ictimai istehsal proseslərinin  əsasını    və subyektini təşkil edən 
əhalinin fiziki və zehni cəhətdən inkişaf etmiş hissəsi çoxdursa, həmin ölkə 
daha çox məhsuldar insan resurslarına malikdir. İnsanlar sosial idarəetmənin ən 
mürəkkəb obyektidir.  
Gəncə -Qazax İqtisadi zonasında yerləşən MKS-lərin işçiləri üçün, Gəncədə, 
yaxşı olardı ki, ixtisasartırma kursları  və ya metodiki mərkəz yaradılsın. Bu 
həm maliyyə resurslarına qənaət baxımından, həm də işçilərin peşə biliklərinə 
yiyələnməsinin sistemli xarakter alması baxımından əlverişli ola bilər. 
Peşə - ixtisas səviyyəsinin yüksəldilməsi milli iqtisadiyyatın kadr (peşə) 
potensialının quruluşu və keyfiyyətinə dövlətin təsirinin artırılması, insan 
resurslarının ümumi və regional kompleks proqramlarının işlənməsi və həyata 
keçirilməsi, həmin resurslardan dolğun və  səmərəli istifadə olunmasını  təmin 
etməkdən ibarətdir (8. S.472-475). 
Respublikamızda aparılan islahatların başlıca amilini ölkənin vətəndaş
intellektual və peşə potensialı təşkil edir.  
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramının birinci 
mərhələsi bu yaxınlarda başa çatmışdır. Belə ki, dövlətin qarşıya qoyduğu 
məsələlərin bir çoxunda köklü dəyişikliklər yaradılmış, regionların inkişafının 
sürətləndirilməsi, yeni sənaye obyektlərinin, yeni iş yerlərinin açılması, 
kitabxana – informasiya tələbatının  inkişaf etdirilməsi və    cəmiyyətin 
tələblərinə cavab verməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 
“Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-
cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan 
Respublikası Prezidenti İlham Əliyevin 6 oktyabr 2008-ci il tarixli sərəncamı 
bir daha göstərdi ki, informasiyalaşmış  cəmiyyətdə kitabxanaların rolu 
danılmazdır. Bu işdə dövlət qayğısı kitabxana-informasiya fəaliyyətinin daha 
da inkişaf etdirilməsi, cəmiyyətin informasiya təminatının artırılması, 
Azərbaycan kitabxanalarının dünyanın inkişaf etmiş qabaqcıl ölkə 
kitabxanaları ilə bir səviyyədə durmasını  təmin etmək üçün hər bir 
mütəxəssisin qarşısına mühüm vəzifələr qoyur.  
Gəncə - Qazax İqtisadi rayonunda ali təhsilli kadrların sənayenin, kənd 
təsərrüfatının, eləcə  də, kitabxanaların inkişaf etdirilməsində çox böyük rolu 
vardır.  İxtisaslı kadrların yetişdirilməsi, onların elmi potensialından istifadə 
edilməsində özünü büruzə verir. Belə  nəticəyə gəlmək olar ki, Gəncə -Qazax 
İqtisadi rayonundakı  Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində  hələ  də 
kifayət qədər ali və orta ixtisas təhsilli kadrlar azlıq təşkil edir. Belə ki, orta 
hesabla 299,342 min nəfər olan Gəncə  əhalisinin, təqribən 60,437 nəfəri 
kütləvi kitabxana oxucusudur ki, buraya məktəb kitabxanalarının da oxucu 
sayını əlavə etsək, 108,528 nəfər edir. Bu da əhalinin ümumi sayının təqribən 
27 %-ni təşkil edir. Belə bir oxucu kütləsinə cəmi 25 nəfər ali və orta ixtisaslı 
kitabxanaçı – biblioqraf xidmət göstərir, həmçinin ali və orta qeyri-ixtisas 


 
107
təhsilli 49 nəfər kitabxanaçını da bura daxil etmək lazımdır. Belə ki, 4,341 
nəfər oxucuya 1 ixtisaslı kitabxanaçı-biblioqraf xidmət edir. Biz belə misalların 
sayını artıra da bilərik. Ancaq regionun ən inkişaf etmiş, iri sənaye şəhəri olan 
Gəncənin, timsalında belə bir məsələni qabartmaqla, onu bildirmək istəyirəm 
ki, regionun digər rayonlarında belə faktlarla yenə qarşılaşacağıq. Əgər Gəncə 
kimi inkişaf etmiş sənaye və kənd təsərrüfatı şəhərində, belə bir vəziyyət varsa
deməli ixtisaslı kadr potensialına çox böyük ehtiyac var. Elə ona görə  də, 
gələcəkdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində  təhsil alan 
tələbələrin sayını artırmaqla, eləcə  də orta ixtisas təhsili müəssisələrində  də 
ixtisaslı kadrların hazırlanmasına önəm vermək lazımdır. 
Bu iqtisadi rayon üzrə 1.076775 nəfər  əhalinin təqribən 587.771 nəfəri 
kitabxana oxucularıdır ki, bu da təqribən ümumi əhalinin 30%-ni təşkil edir. 
Buradan aydın olur ki, iqtisadi rayon üzrə belə göstəricini qənaətbəxş hesab 
etmək olar. Lakin onların informasiya tələbatını ödəmək, inkişaf etmiş 
informasiya məkanında, elmi potensiallarını daha da gücləndirmək üçün
dövlətimizin göstərdiyi xidmətləri də xüsusi qeyd etmək lazımdır. Belə ki, 
“Azərbaycan Respublikasında kitabxana –informasiya sahəsinin 2008-2013-cü 
illərdə inkişafı üzrə Dövlət Proqramı”nda da göstərildiyi kimi dövlətimiz 
növbəti 5 ildə qarşıya həlli vacib olan bir çox  məsələlər qoymuşdur. Bunlardan 
müasir tələblərə cavab verməyən kitabxanaların təmirini, yenilərinin 
tikilməsini, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasını, 
kitabxana fondlarının mühafizəsi və  bərpasını, latın qrafikası ilə buraxılan 
nəşrlərin  elektron daşıyıcılarına köçürülməsini, kitabxanaların beynəlxalq 
əlaqələr sahəsindəki fəaliyyətini, daim genişlənən informasiya axınında oxucu 
kontingentinin itirilməməsini,  əhalinin mütaliəyə    marağının artırılmasını, 
kitabxanaların maddi-texniki bazalarının möhkəmləndirilməsini, kadrların peşə 
hazırlığının səviyyəsinin qaldırılmasını və s. göstərmək olar. 
Dövlət Proqramından göründüyü kimi, dövlətimizin əsas məqsədi kitabxana 
–informasiya xidmətinin dünya standartları  səviyyəsinə qaldırılmasına, 
əhalinin intellektual potensialının və bilik səviyyəsinin yüksəldilməsinə kömək 
məqsədilə, kitabxanaların modernləşdirilməsinə, kitabxana – informasiya 
resurslarının dünya məkanına inteqrasiyasına, kitabxana – informasiya 
sahəsində elmi araşdırmaların genişləndirilməsinə  və s. dövlət qayğısının 
artırılmasıdır. 
Dövlət planının həyata keçirilməsi üçün, Tədbirlər Planında Mərkəzi 
kitabxanaların nəzdində,  əhalinin bütün  təbəqələrinə pulsuz xidmət göstərən 
müasir informasiya texnologiyaları ilə  təmin olunmuş  hüquqi-informasiya 
mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində
ictimai əsaslarla), “Kitabxana fondları regionların inkişafının əsas informasiya 
resursu kimi” mövzusunda dəyirmi masaların keçirilməsi, regionlardakı 
kitabxanalar arasında “Ən yaxşı ictimai internet mərkəzi”, “Ən maraqlı veb-


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə