104
nəfər, orta qeyri-ixtisas təhsillilər 120 nəfər, orta təhsillilər 528 nəfər,
texniki
işçilər isə 551 nəfərdir.
Gəncə şəhəri istisna olmaqla, iqtisadi zonanın digər rayonlarında internetdən
istifadə edənlər yoxdur. Buradan belə nəticəyə gəlmək olar ki, Gəncə zonanın
ən inkişaf etmiş şəhəridir. Buradakı ali və orta ixtisas təhsili müəssisələrində,
inkişaf etmiş sənaye və infrastrukturun digər sahələrində çalışanlar inkişaf
etmiş cəmiyyətin elmi, texniki inkişafından geri qalmırlar. Gəncə böyük sənaye
mərkəzlərindən
biri kimi, eyni zamanda qədim İpək Yolunun bərpa olunması
ilə əlaqədar, Bakı - Tbilisi - Ceyhan neft kəmərinin bu iqtisadi zonadan
keçməsi ilə əlaqədar önəmli yerlərdən birini tutur.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2001-ci ildə çap
etdirdiyi “Müstəqil Azərbaycan 10 il” rəsmi nəşrindən göründüyü kimi,
Respublikamızda 2000-ci illərdə kütləvi kitabxanaların sayı Gəncə şəhərində
27 olmaqla, onlarda olan kitab fondu 491000 nüsxə, Qazax rayonunda 55
kütləvi kitabxana, 520400 nüsxə, Ağstafa rayonunda 49 kütləvi kitabxana,
388100 nüsxə, Gədəbəy rayonunda 109 kütləvi kitabxana, 515000 nüsxə,
Daşkəsən rayonunda 58 kütləvi kitabxana, 436300 nüsxə, Samux rayonunda 34
kütləvi kitabxana, 227500 nüsxə, Göy-göl rayonunda 50 kütləvi kitabxana,
330900 nüsxə, Şəmkir rayonunda 96 kütləvi kitabxana, 588600 nüsxə kitab
fondu olmuşdur (9.S.176-177).
Təsadüfi deyildir ki, gənc nəslin təlim-tərbiyəsi,
elmi biliklərə yiyələnməsi
üçün ümumtəhsil müəssisələrinin üzərinə çox böyük məsuliyyət düşür. Belə ki,
məhz, məktəb illərindən başlayaraq, gənc nəslin yönəldilməsi, onların gələcək
oxucu potensialını formalaşdırmaqla yanaşı, elmi biliklərə yiyələnmələrinə,
cəmiyyət quruculuğunda fəal iştirak etmələrinə təkan verir.
2000-2001-ci illərin statistik məlumatına əsasən Gəncədə 48 ümumtəhsil
müəssisəsi olmuşdur. Onlarda 48958 nəfər şagird təhsil alır. Digər rayonlardan
Ağstafada cəmi 39
məktəb var, onlardan 35-i kənd məktəbidir. Şagirdlərin
sayı 29059 nəfərdir. Daşkəsəndə 49 məktəbdən 39 – u kəndlərdə yerləşir.
Onlarda cəmi 10462 nəfər şagird təhsil alır. Goranboyda 77 ümumtəhsil
məktəbinin, 68-i
kəndlərdə yerləşməklə, cəmi 34167 nəfər şagird təhsil alır.
Gədəbəydə 85 məktəbdən 81-i kəndlərdə yerləşməklə, təhsil alanların sayı
32584 nəfərdir. Qazax rayonundakı 47 ümumtəhsil məktəbin, 40-ı kəndlərdə
yerləşməklə, 29942 nəfər şagird, Samux rayonunda 33 ümumtəhsil məktəbin
28-i kəndlərdə yerləşməklə, şagirdlərin sayı 17192 nəfər, Şəmkir rayonunda 84
ümumtəhsil məktəbinin 66-ı kəndlərdə yerləşməklə 65080 nəfər şagird, Tovuz
rayonunda 85 ümumtəhsil məktəbinin 76-ı kəndlərdə yerləşməklə 54695 nəfər
şagird təhsil alır (9.S.150-151) (Bax: Cəd. 2).
Biz bu şəkildə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan hər bir rayon üzrə
orta təhsil müəssisələrində oxuyanların sayını bilməklə, məktəblərdə yerləşən
məktəb kitabxanalarında da, müəllim və şagirdlərdən ibarət böyük oxucu
105
qruplarının olduğunu görə bilərik. Belə kitabxanaların maddi-texniki bazalarını
inkişaf etdirməklə, elmin və texnikanın nailiyyətlərindən istifadə edərək
kitabxanaların fondunu daha da zənginləşdirib oxucu auditoriyasını
genişləndirmək olar.
Ölkə iqtisadiyyatının kadr potensialının səmərəli inkişafı ölkənin insan
resurslarının
keyfiyyətini gücləndirmək üçün, dövlətimiz tərəfindən regionların
sosial-iqtisadi inkişafına böyük diqqət göstərilməklə, bir çox işlər görülmüş,
iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, eləcə də, cəmiyyətin inkişaf edib
formalaşmasında “insan faktoruna” xüsusi önəm verilmişdir.
Prof.
Ş.Muradov “İnsan potensialı:
əsas meyllər, reallıqlar,
problemlər”kitabında yazır: “Elmin inkişafının əsas şərtlərindən biri də elmi-
texniki fəaliyyətin resurslarla (maliyyə, cihaz və avadanlıqlar, informasiya)
təmin olunmasından və müasir tələblərə uyğun infrastrukturun yaradılmasından
ibarətdir.Onu da nəzərə almaq lazımdır ki, elmi biliklərin istehsalı və
mənimsənilməsi bilavasitə insan amili ilə bağlıdır və burada kadrların
hazırlanması, onların kəmiyyət-keyfiyyət tərkibinin
daim inkişaf etdirilib
təkmilləşməsinə böyük ehtiyac vardır” (8. S.488).
Elmi kadrlar elmin inkişafında, sivilizasiyalı cəmiyyətlərin formalaşmasında,
cəmiyyətin maddi, mənəvi dəyərlərinin artırılmasına təsir edən ən mühüm
amillərdən biridir. Bu mənada Gəncə, Qazax və digər rayonlarda fəaliyyət
göstərən ali və orta ixtisas məktəblərinin alim və işçilərinin informasiya
təminatında mühüm rol oynayan təhsil kitabxanalarının xüsusi rol oynadığını
qeyd etmək lazımdır.
Dövlətimizin kitabxanaların inkişafına göstərdiyi qayğı baxımından
“Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında” (I və II cild)
kitabını çox yüksək qiymətləndirmək lazımdır.Çünki, Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin məhz birbaşa xüsusi əməyi ilə işıq üzü
görmüş, dövlətimizin regionların inkişafına xüsusi fikir verməsinin təzahürü
olan bu kitabda, həm yüksək ixtisaslı kitabxanaçı-
biblioqraflar üçün, həm
tələbələr üçün, həm də müxtəlif sahələrin mütəxəssisləri üçün çox qiymətli
məlumatlar var. Biz 2004-cü ildən başlayaraq, eləcə də 2000-ci illərin
əvvəllərindən Azərbaycan Respublikasında kitabxana-informasiya resurslarının
inkişafını izləməklə, dövlətin də qayğısının şahidi ola bilərik.
Ümumiyyətlə, Gəncə -Qazax İqtisadi rayonu üzrə aparılan təhlildən belə
nəticəyə gəlmək olar ki, təbii və əmək resursları baxımından bu iqtisadi rayon
böyük imkanlara malikdir.
MKS-lərin ümumi mənzərəsi bizdə belə bir fikir yaradır ki, ixtisaslı kadrların
hələ də kifayət qədər olmadığı, ali qeyri-ixtisas təhsillilərin,
eləcə də orta
təhsillilərin isə ixtisaslı kadrlar qədər elmi biliyə yiyələnməsi bir çox çətinliklər
törədir.