102
İqtisadi rayon üzrə kütləvi kitabxanaların sayı 1995-ci ildə 714, 1998-ci ildə
672, 2001-ci ildə 665 olmuşdur. Həmin kitabxanalarda olan kitab fondu 1995-
ci ildə 4822,5 min, 1998-ci ildə 472,52 min, 2001-ci ildə 4674,5 min nüsxə
olmuşdur. (7.S.69) (Bax: Cəd. 2)
Cədvəldə göstərildiyi kimi, Gəncə-Qazax iqtisadi
rayonunda kütləvi
kitabxanalar 1995-ci ildən başlayaraq həm oxucuların sayına, həm kitab
fondunun həcminə görə nəzəri cəlb edir (7.S.69).
Belə ki, 1990-cı illərdən sonra həm kütləvi kitabxanaların , həm də onların
oxucularının sayı azalmağa başlamışdır. Bunu nə ilə izah etmək olar?
80-ci illərin sonu və 90-cı illərin əvvəlində Azərbaycan Respublikasının
bədxah qonşularımızın işğalına məruz qalması, ölkədə baş verən ictimai-siyasi
hadisələrin mənfi təsiri, kitabxanaların və oxucuların sayının nəzərə çarpacaq
dərəcədə azalmasına səbəb olmuşdur. Kitabxanaların maddi-texniki bazasının
zəifləməsi, bəzi kitabxanaların tamamilə bağlanmasına, bəzilərinin isə oxucu
tələbatını ödəyə bilməməsi üzündən bağlanmaq təhlükəsi ilə üz-üzə qalmasında
da özünü göstərmişdir.
Gəncə-Qazax iqtisadi rayonunda 2004-2005-ci
illərdə Mərkəzləşdirilmiş
Kitabxana Sistemləri, ayrı-ayrı rayonlar üzrə, kitabxanaların ümumi
göstəriciləri aşağıdakı şəkildə olmuşdur (1) (Bax: Cəd. 1).
Belə ki, Qazax rayon MKS 1980-ci ildə yaradılmış, fondu 541,100
nüsxədir. Qazax rayonunun əhalisi 81015 nəfər olmaqla oxucuların sayı 39,700
nəfərdir. Filialların sayı 52, kitabxanada işləyənlərin sayı 128 nəfərdir. İşçilərin
ancaq 22 nəfəri
ali ixtisas təhsilli, 15 nəfəri ali qeyri-ixtisas təhsillidir. Orta
təhsilli işçilərin sayı 58 nəfər, orta qeyri-ixtisas təhsillilərin sayı 18 nəfər, orta
təhsillilərin sayı 18 nəfər, texniki işçilər 15 nəfərdir.
Ağstafa MKS, 1990-ci ildə yaradılmış, kitabxana fondu 391007, əhalisi
73944, oxucuların sayı 35998 nəfərdir. MKS-in 49 filialı var, kitabxanada 117
nəfər çalışır ki,onların içərisində ali ixtisas təhsillilər 21 nəfər, orta ixtisas
təhsillilər 44 nəfərdir. Ali qeyri-ixtisas təhsillilər 3 nəfər, orta təhsillilər 40
nəfər, texniki işçilər 9 nəfərdir.
Tovuz rayon MKS, 1925-ci ildə yaradılmış, əhalisi 142854 nəfər, kitabxana
fondu 652802 nüsxə, oxucuların sayı 50159 nəfərdir. Kitabxananın 77 filialı,
201
nəfər işçisi var ki,onlardan 14 nəfəri ali ixtisas təhsillilər, 1 nəfər orta
ixtisas təhsilli, 56 nəfər orta qeyri-ixtisas təhsilli, 46 nəfər orta təhsilli, 82 nəfər
texniki işçilərdir.
Gədəbəy rayon MKS 1932-ci ildə yaradılmışdır, əhalisi 86193 nəfər,
kitabxana fondu 509.300 nüsxə, oxucuların sayı 29800 nəfərdir. MKS – nin
109 filialı var, kitabxanalarda işləyənlərin sayı 221
nəfər olmaqla, onlardan 2
nəfəri ali ixtisas təhsilli, 6 nəfəri ali qeyri-ixtisas təhsilli, 25 nəfəri orta-ixtisas
təhsilli, 80 nəfəri orta təhsilli işçilərdir. Kitabxanada 108 nəfər texniki işçi
işləyir.
103
Şəmkir rayon MKS 1932-ci ildə yaradılmışdır. Əhalisinin sayı 173401 nəfər,
kitabxana fondu 55784 nüsxə, oxucuların sayı 71050 nəfər, filialların sayı 95-
dir. Kitabxanalarda işləyənlərin sayı 171 nəfər olmaqla, ali ixtisas təhsillilər 12
nəfər, orta ixtisas təhsillilər 46 nəfər, orta təhsillilər 71 nəfər,
texniki işçilər
44 nəfərdir.
Daşkəsən rayon MKS, 1982-ci ildə yaradılmış, əhalisi 30418 nəfər, kitabxana
fondu 450000 nüsxədir, oxucuların sayı 1300 nəfər, filialların sayı 59,
kitabxanalarda işləyənlərin sayı 142 nəfər olmaqla, onlardan 2 nəfəri ali ixtisas
təhsilli, 1
nəfər orta ixtisas təhsilli, 80 nəfəri isə orta təhsillilərdir.
Kitabxanalarda 59 nəfər texniki işçi işləyir.
Göygöl rayon MKS, 1962-ci ildə yaradılıb, əhalisi 53266 nəfərdir.
Kitabxana fondu 321815 nüsxədir. Oxucuların sayı 24900 nəfər, filialların
sayı 48, kitabxanalarda işləyənlərin sayı 122 nəfərdir ki, onlardan 4 nəfəri ali
ixtisas təhsilli, 4 nəfər ali qeyri- ixtisas təhsilli, 24
nəfəri orta qeyri - ixtisas
təhsilli, 34 nəfəri orta təhsilli, 54 nəfəri isə texniki işçilərdir.
Samux rayon MKS, 1992-ci ildə yaradılmış, əhalisinin sayı 49697 nəfər,
kitabxana fondu 242439 nüsxə, oxucuların sayı 17379 nəfərdir, kitabxananın
32 filialı, 98 nəfər işçisi var ki, onlardan 1 nəfər ali ixtisas təhsilli, 5
nəfər ali
qeyri - ixtisas təhsilli, 3 nəfər orta qeyri - ixtisas təhsilli, 48 nəfər orta təhsilli,
41 nəfər isə texniki işçilərdir.
Goranboy rayon MKS, 1978-ci ildə yaradılmışdır. Rayonun 86645 nəfər
əhalisi var, kitabxananın fondu 557215 nüsxə, oxucuların sayı 29850 nəfərdir.
Kitabxananın 96 filialı var.Kitabxanalarda 225 nəfər işləyir ki, onlardan 9
nəfər ali ixtisas təhsilli, 4 nəfər ali qeyri - ixtisas təhsilli, 21 nəfər orta ixtisas
təhsilli, 5 nəfər orta qeyri –ixtisas təhsilli, 86 nəfər orta təhsilli, 100 nəfər isə
texniki işçilərdir.
Gəncə şəhər MKS, 1976-cı ildə yaradılmışdır. Əhalisi 299342 nəfər,
kitabxana fondu 500000 nüsxə, oxucuların sayı 60437 nəfərdir. Kitabxananın
27 filialı, 139 nəfər işçisi var. Ali ixtisas təhsillilərin sayı 11 nəfər,
ali qeyri -
ixtisas təhsillilərin sayı 35 nəfərdir. Kitabxanada 14 nəfər orta ixtisas təhsilli,
25 nəfər orta təhsilli işçi çalışır. Kitabxananın 39 nəfər texniki işçisi var.
İnternetdən istifadə edən oxucuların sayı10 nəfərdir.
Gəncə-Qazax iqtisadi rayonundan danışanda, bu zonadakı MKS-lərin ümumi
kitabxana fondunu, oxucularının sayını, kadrların işlə necə təmin olunmasını,
əhalisinin sayını və s. nəzərə almaq lazımdır. Belə ki, ümumiyyətlə, bu iqtisadi
zonada əhalinin sayı ilə yanaşı, oradakı oxucuların da ümumi sayını nəzərə
almaq lazımdır.
Gəncə-Qazax iqtisadi rayonunda kitabxananın ümumi informasiya resursları
4723518 nüsxədir. Oxucuların ümumi sayı cəmi 372273 nəfər, filialların sayı
644, kitabxanalarda işləyənlərin sayı 1564 nəfər, ali ixtisas təhsillilərin sayı 98
nəfər, ali qeyri-ixtisas təhsillilərin sayı 72 nəfər, orta ixtisas təhsillilər 210