Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
59
məqaləsini hardasa oxumuşam. Məqalədə vaxtsız ölümdən 
doğan kədər və böyük istedaddan məmnunluq hissi qa-
barıqdır. Müəllif  Əli Kərimin təkcə  təbəssümünü xatır-
lamır, eyni zamanda Əli Kərim qəlbinin güzgüsünə düşən 
bütün təbəssümləri–istər şirin olsun, istər acı–xatırlayaraq 
yazır: ”Şairin qəlb aləmi, daxili duyğu təcrübəsi müxtəlif 
insanların iç dünyasıyla, geniş  həyatla qırılmaz tellərlə 
bağlıydı. Lirik məni o qədər zəngin, mürəkkəb və əhatəli 
idi ki, şairin  ən xəfif duyğuları böyük dünyanın geniş 
mənzərələrini  əks etdirirdi və eyni zamanda ən uzaq, ən 
kənar bir məsələyə toxunanda belə Əli Kərim oxucuya öz 
ürəyini açırdı, öz duyduqlarını bəyan edirdi”.
59 
 
*** 
Əli Kərimin sonuncu kitabı Prezidentin fərmanı ilə 
latın qrafikasında çap olunmuş kitablar sırasındadır... 
 
*** 
Əli Kərimin kitabları sırasında bir də tərcümə kitabı 
var: Canni Rodarinin “Telefonla danışılan nağıllar” adlı 
kitabı. Kitab 1969-cu ildə “Gənclik” nəşriyyartında çap 
olunub. Burada 39 nağıl verilmişdir.  Əsərlər “Molodaya 
qvardiya” nəşriyyatında 1967-ci ildə çap olunmuş kitab-
dan götürülmüşdür. 
 
 
 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
60
 
 
 
HƏQİQƏTƏ SÖYKƏNƏN, SEVGİLƏRƏ  
BƏLƏNƏN POEZİYA 
 
Haqqa söykənməyən  şair,  şair deyil, sevilməyən 
misralar poeziya deyil. Hər bir şairin böyük-kiçik auditori-
yası olur. Amma bəzi  şairlərin auditoriyası  şeirsevənlər 
aləmi boyda olur. Onu hamı sevir. Bəlkə  də müasir 
Azərbaycan  ədəbiyyatında  Əli Kərim qədər çox sevilən, 
Əli Kərim qədər geniş oxucu auditoriyasına sahib olan 
ikinci bir şair tapmaq çətindir. Bu da bir ilahi qismətidir. 
Əli Kərim poeziyası  nə  qədər rəngarəng olsa da, 
onun  ən qabarıq görünən mövzuları vardır. Amma hər 
mövzunun da qabarıq rəng çalarları, zəngin musiqi notları, 
ifadə olunduğu sözlər, deyimlər var. Hələ 1953-cü ildə 
Məsud Vəliyev "Ədəbiyyat və incəsənət" qəzetindəki 
“Yeni duyğular”adlı məqaləsində yazırdı:  “Orijinal üslub, 
təzə fikir, yeni duyğu–Əli Kərimovun  şeirlərində birinci 
müsbət cəhətlər bunlardır”.
60
  
1958-ci ildə isə  Məmmədəli  Əsgərov “Azərbaycan” 
jurnalındakı “Gənc  şairin ilk poeması” adlı  məqaləsində 
yazırdı:  “Əli Kərimov az, lakin yaxşı yazan, ilhamla yara-
dan, əsl sənət üçün qüvvəsini sərf edən gənclərdəndir. Onun 
şeirləri öz ideallığı, bədii dəyəri etibarilə poeziyamızda 
diqqəti cəlb etməkdədir. O, öz yaradıcılıq xüsusiyyəti ilə 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
61
fərqlənən şairdir. Əlinin şeirlərində hisslərin coşqunluğu ilə 
yanaşı bir sakitlik, mülayimlik, səmimiyyət nəzərə çarpır”.
61
 
Əli Kərim haqqında onlarla, bəlkə də yüzlərlə məqalə 
yazılıb. Bu iş bu gün də davam edir. Hardasa hər hansı bir 
mətbuat orqanında  Əli Kərim haqqında yeni məqaləyə rast 
gəlirik və bu məqalələrin müəilifləri gün-gündən artır, 
imzalar yeniləşir, amma Əli Kərim elə öz əvvəlki ucalığında, 
öz  əvvəlki çəkisində, özü də eyni sevgi notlarına bələnmiş 
halda yenidən bizimlə görüşə gəlir. Adətən  şairlər yubiley-
dən-yubileyə xatırlanır, bir də kimlərə görəsə xatırlananlar 
vardır. Amma Əli Kərim təkcə yubiley şairi deyildir. О hər 
zaman, hər yerdə, hər qələmdə görünür. Özü də məhz özünə 
görə sevilir, özünə görə xatırlanır. Əli Kərim bütün zamanlar 
üçün  Əli Kərimdir.  Əli Kərim haqqında təkcə  məqalələr, 
kitablar yazılmır.  Şairə  həsr olunmuş  şeirlər, poemalar çap 
olunub ki, hətta oğlu Paşa onların sayını bilmir. Bir dəfə söh-
bətimizdə Paşa müəllimdən soruşdum və dedim ki, bu 
şeirləri bir yerə yığıb, bir kitab şəklində çap etmək gərəkdir. 
Kim bilir bəlkə də yaxın gələcəkdə bu iş həyata keçəcəkdir. 
Şairə  həsr olunmuş  şeirlər içərisində daha doğrusu mənim 
oxuduğum şeirlər içərisində ən çox xoşuma gələni mərhum 
şairimiz, öz ədəbi irsi və insanlığı ilə sevilən, ölümündən 
sonra da tez-tez xatırlanan  İsa  İsmayılzadənin "Bir şair 
yaşayırdı" adlı əsəridir: 
 
Bir şair yaşayardı  
Yerlə göy arasında 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
62
Hamımızdan xəbərsiz.  
Bir ölüm yaşayardı  
Ayla gün arasında. 
Qələmini daşa vurdu,  
Qəlpələndi sözü, səsi,  
Qəlpələndi xatirəsi. 
62
 
 
“Bir şair yaşayardı” və о şair indi də yaşayır. 38 il 
bundan  əvvəl, 38 yaşında dünyasını  dəyişən  Əli Kərim 
bugün də “avtoqraflı xatirələr” işığında yad edilir. 38 il 
varlığı ilə, 38 il yoxluğu ilə yaşayan  şairin iki 38 illik 
ömründə bir Əli Kərim var. Bəlkə  də  Əli Kərim yeganə 
şairdir ki, məhz özünə görə, öz yaradıcılığına görə bu 
dünayadakı ömründə necə sevilirdisə, necə oxunurdusa, о 
biri dünyadakı ömründə də о cür sevilir, о cür oxunur. 
“Müasirlərim” seriyasından olan şairlər haqqında 
kitab yazarkən adətən yaradıcılığındakı ilk qabarıq möv-
zunu – vətən, xalq, millət, torpaq sevgisi mövzusunu işlə-
mişəm. Amma Əli Kərim yaradıcılığından danışarkən, 
"vətən", "xalq", "millət", "torpaq" sözləri işlənmiş çox az 
şeirə rast gəldiyimdən onu ayrıca mövzu kimi işləməyin 
mümkünsüzlüyünü anladım. Kim bilir, bəlkə də Əli Kərim 
bunun üçün çox sevilir ki, onda sadəcə "söz" yoxdur.  
Əli Kərim poeziyasında  ən qabarıq görünən "İN-
SAN"dır. Bu böyük hərfli insanın sevməsi, nifrət etməsi 
fəlsəfi düşüncələrlə idrakın üfüqlərinə qalxması, həmçinin 
körpə məsumluğu ilə uşaq dünyasına enməsi var.  


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə