Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   14   15   16   17   18   19   20   21   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
67
Göydə günəş sönər, sönmərəm yenə,  
Məhəbbət yolundan dönmərəm yenə.  
Кöçəгəm dünyadan, ölmərəm yenə,  
Səsim torpaqdan da gələcək mənim.
65
 
 
Əli Kərimin məhəbbət lirikası özü bir kitabın möv-
zusudur. Bu şeirlərin məzmununu açmaq olar, lirik qəhrə-
manın hisslərini, duyğularını araşdırmaq olar, Əli Kərim 
şeirini başqa şairlərin lirikası ilə müqayisə etmək olar. Bu 
şeirlərdəki obrazlardan uzun-uzadı danışmaq olar, bədii 
təsvir və ifadə vasitələrindən söz açmaq olar. Əli Kərim 
sözünün sehrini açıqlamaq olar. Şairin poeziyasından 
danışan hər bir müəllif onun məhəbbət  şeirlərindən bəhs 
edib. Hələ uzun illər bundan sonra da səsi torpaq altından 
da gələn  şairin sönməyən məhəbbəti, dönməyən qəlbinin 
hərarəti, ölməyən arzularının işığı onu sevənləri yaşamağa 
səsləyəcək, isidəcək, yollarını işıqlandıracaqdır. 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
68
 
 
 
 
 
PİSLƏRİN GÜLÜŞÜ YAXŞI ADAMLARIN 
AĞLAMAĞIDIR” 
 
Əli Kərim  şeirində  məhəbbətlə yanaşı nifrət də 
vardır. Bu dünyanın gözəlliklərini sevən şair eybəcərliklə-
rinə nifrət edir, yaxşıları, aqilləri axtaran şair pisləri, cahil-
ləri rədd edir. Bu dünyaya şər toxumu səpmək üçün 
gələnləri tənqid hədəfi seçən  şair dünyanı  hər cür çirkin-
liklərdən uzaq, insanları  şərdən,  şeytandan uzaq görmək 
istəyir. Şairin kiçik bir şeiri diqqəti cəlb edir: 
 
Yaxşıya pis desələr, 
               pisə yaxşı desələr, 
bunu görcək, qəzəblənib  
              yaxşılar lap  
               pis olmaq istəsələr… 
nə deyim sənə,  
        vay o günə,  
                   o günə!
66
 
 
Bu bir haraydır.  Şair bir gün yaxşıların da bezib 
yaxşı olmaqdan əl çəkəcəyindən qorxur. Bu şeirin  yazıl-


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
69
masından neçə on il keçib. Amma bu günün özündə də nə 
qədər müasir səslənir. Son illər bizə bunu sübut elədi. 
Yaxşılar daha da yaxşı oldular. Pislər daha da pis oldular. 
Amma bir çox “yaxşılar” da pis oldular. Təbii ki, zatında 
pislik olmayan, heç vədə yolundan azmır. Amma hardasa 
mühitin tərbiyəsilə yaxşı olanlar, mühit dəyişən kimi soy-
kökündəki eybəcərliyi büruzə verir. Və elə  Əli Kərim də 
bundan qorxurdu. Şairin dediyi həmin “bir gün”ü biz 
həyatımızda yaşadıq, həmin o yaxşıların dönüb pis olma-
sını gözümüzlə gördük. 
Şairin nifrət etdiyi ən böyük günahlardan biri böh-
tandır. İslam şəriətində də kəbirə günah kimi qeyd olunan 
böhtanın mövcud olduğu yerdə mütləq bir nahaq atəşi 
alovlanır.  Şairin adsız bir şeirində böhtanı “həqiqət” pal-
tarına bürüyüb insanlara təqdim edən, çoxunu inandıran 
böhtançı təqdim olunur: 
 
O elə böhtanlar deyə bilər ki
Yanında heç olar hər sənəd onun. 
Canından,  
              qəlbindən,  
                        bağrından qopur, 
canı tək sevdiyi bu sənət onun. 
67
 
 
Şair burada böhtançıya inanmağın səbəbini də 
açıqlayır. Qeyd edir ki, ona, ona görə inanırlar ki, dediyi 
böhtanlar onun varlığındakı bütün hissləri qovub və bir 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
70
“həqiqət” kimi onda qərar tutmuşdur. Sən demə. Böhtan-
çılıq da sənət olarmış. 
Bəzən ürəyi sancanda, kədər güc gələndə şair yaxşı 
adamları xatırlayır, təsəlli tapır.  Şairin fikrincə, “Pislərin 
gülüşü, acı gülüşü, Yaxşı adamların ağlamağıdır”. Yaxşı-
ya yaxşı, pisə pis olduğunu qeyd edən şair bu dünyada hər 
ikisinə sağlıq arzulayır. 
Digər bir şeirindəsə riyakarlıqdan bəhs edir Əli 
Kərim: 
 
Könül, riyakarlıq sənət olubdur, 
Bütün sənətlərə ordan keçirlər. 
Hər bir şərəf oğlu, vüqar övladı 
Məhv olur,  
           gözündə namuslu kədər. 
Könül, bəlkə sən də… 
                   sən də   
                  sən də riyakar… 
Onda get… 
Onda get… 
Boş qalsın sinəm. 
68
 
 
Şair şərəfsizliyin isti, boğucu qoynuna sinmək istə-
mir, yalan cənnətindənsə, düzlük cəhənnəmində yanmaq 
istəyir. Xəbislərin üzünə nifrətlə  tüpürən şair, onların üzü-
nə gülməkdənsə, bir gün mayası  təmizlik olan əbədi 
heçliyə qovuşmağı daha üstün tutur.     


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
71
Şairin “Maska” adlı  şeirində  də maraqlı obrazlar 
var. Peredelkinoda klubda bir karnaval gecəsindən aldığı 
təəssüratı qələmə alan şair orada maska taxmayan bir qızın 
hamıya maska payladığını qeyd edir. Şair diqqət edir ki, 
bəzən bir ayüzlüyə meymun maskası düşür, bəzən isə elə 
tülkünün özünə tülkü maskası verilir. Burada  maraqlı olan 
odur ki, bəzən hər gün üzü maskalı olan yeni bir maska alır, 
ya da birisi öz sifətini alır, amma qəzəblənib maskanı qay-
tarır. Karnaval qurtaranda hamı bir-bir maskanı  gətirib 
qaytarır, amma naxələf çıxanlar, evinə üzündə maska qayı-
danlar da olur. Şair burada neçə cürə adamı təqdim edir. 
Şairin “Azad adam” şeirində nifrət etdiyi azad adam 
obrazı vardır. Küçədə gur səslə danışan, birinin pıçıltısını, 
birinin fikir dolu sükutunu kəsən bu adam kimdir?– 
 
Mərifətdən azad,  
           hörmətdən azad, 
Hər şeydən azad, 
    hər şeydən xali, 
              danışır ali-ali. 
Qışqırır qazlı-qazlı 
      nadanlığın bu sevimli,     
                  bu hürr balası.
69
 
 
Əli Kərimin bir nifrət hədəfi də sənətdəki riyakar-
lıqdır. Həyatda olmayan bir sənətkarın əsərlərini öz adına 
çap etdirən də, sənət dostunun paxıllığını çəkən də, həqiqi 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə