Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   14   15   16   17   18   19   20   21   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
89
Əli Kərim yaradıcılığında incəsənətə münasibət
sənət adamlarına hörmət, məhəbbət də diqqəti cəlb edir. 
Bu şeirlər az da olsa, hərarəti, bədii siqləti ilə diqqəti çəkir. 
Ən gözəl  şeirlərdən biri “Muğamı dinləyirəm”dir.  Şair 
sevinclə qəmin vəhdətində muğamı dinləyir. Əllərini başı-
nın altında çarpazlayan şairin dodağında təbəssüm var, 
alnında qırış. Həm istidən, həm soyuqdan, həm kölgədən, 
həm işıqdan yaranmış xoş bir aləmə  səyahət edən  şairin 
ürəyinə tarın simlərindən qopan sevincli, qəmli sözlər axır, 
könlünün simi titrəyir, inildəyir, sökülür. Tar səsinin da-
lınca titrək, kövrək, gah ucalan, gah kəsilən, gah da coşub 
tələsən kaman səsi gəlir.  Şair xəyala daldıqca bu səslər 
içində ilin dörd fəslini də duyur. Bir anda həm üşüyür, həm 
yanır. Könlünün bir yanı isti, bir yanı qar, bir yanı çisək, bir 
yanı çiçək. Səslər dağlara ucalır, yenidən yerə enir və 
Füzuli qəzəli arzuları oyadır. “Ürəyimdə sevinc, qəm, 
Muğamı dinləyirəm”,-deyən şair ürəyinə müraciət edir: 
 
Ürəyim, nə var yenə! 
Ürək, döyünmə belə! 
Duyan sən, səs salan sən, 
Qoy eşidim, nə olar 
Bir az yavaş döyünsən!
84
 
 
Şairin “Habilə” şeirində də muğama olan hüsn-rəğ-
bəti görürük. Damcılı bulaqda bütün könüllərin sifarişilə 
kaman çalan Habilin vəziyyətini poetik obrazlarla təsvir 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
90
edən şair özünün də muğama vurğunluğunu bizə çatdırır. 
Habilin sanki ətrafdakıları unutduğunu, dərin bir yuxuya 
yuvarlandığını, hansı  əsrdəsə ilişib qalıbmış kimi xumar-
landığını qeyd edən  şair, burada çox incə bir mətləbi 
diqqətə çatdırır: 
 
Əli kəmanədir,  
          kəmanə əli, 
Çalır kamançanı  
       kəmanə özü.  
Gözümdə ilk məna dəyişir,  
                              dönür, 
  Dünya düşəcəkmi səhmana özü.
85 
 
 
Bu şeirdə gözəl obrazlar var: “Habil ilan dili çıxarır, 
nədir Arzu qızmarında ilantutantək”, “Ürəyi çırpınır bar-
maqlarında, Onlardan tökülür simlərə nəbzi”, “Segah gah 
uzanır bir ağrı kimi, Onu üfüqlərə sancır kəmanə” və s. 
“Bülbülün xatirəsinə” adlı şeirdə şair tamam başqa 
bir mənzərə yaratmışdır. Bülbülün tabutu insan dəryasında 
dalğalanır, bu zaman onun səsi eşidilir. Şair yazır ki, sanki, 
bu nəğmə deyirdi ki, qəmi unudun və bu zaman hamı fikrə 
gedir, o səsi dinləyir. Şair fikrini belə yekunlaşdırır: 
 
Coşub bir-birinə dedi min könül: 
Hamıtək ölümə məruz Bülbülü 
Oxuyub dəfn edir ölümsüz Bülbül.
86
 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
91
 
Əli Kərimin sənətlə bağlı “Heykəl və insan” adlı 
maraqlı bir şeiri də vardır. Şair yazır ki, “O günlərlə, ay-
larla işlədi. Demədi li, əlim, qolum yoruldu. Çünki sənət-
kar idi, Daşdan insan yonurdu”. Heykəlin üzündən artıq 
ifadələri, lazımsız kədəri qəlpə-qəlpə qoparır, heykəlin 
üzünə məğrurluq, əzəmət həkk edirdi. Heykəl dəyişdikcə
o özü də  dəyişilirdi: üzü də, gözü də  dəyişir, alnındakı 
qırışlar açılır, baxışları  sənət alovuyla yanırdı. Heykəli 
gözəlləşdirdikcə, heykəl də onu gözəlləşdirirdi: 
 
Heykəl insana döndükcə, 
        insan sevincindən  
               heykələ döndü. 
Gördü onun yanında       
    onu yaradan  
       bir heykəltəraş var. 
Sonra hər ikisi dost kimi  
Şəhəri gəzməyə çıxdılar.
87
     
 
Əli Kərimin sənətə, sənətkarlara həsr olunmuş şeir-
ləri az da olsa, həcmcə yığcam da olsa, bədii dəyəri, məna 
tutumu etibarilə qiymətlidir.  Əli Kərim  şairlərə çox şeir 
həsr etməsə də, şairlər ona çoxlu şeirlər həsr etdilər və bu 
günün özündə də ona şeirlər yazılır.  
 
 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
92
 
 
 
 
 
ƏDƏBİYYAT SİYAHISI 
 
1.Əli Kərim “İki sevgi”, Bakı-1960, səh. 59. 
2.”Kommunist”, 1959, 8 aprel, səh. 3. 
3.Əli Kərim “İki sevgi”, Bakı-1960, səh.6. 
4.”Ədəbiyyat və incəsənət”, 1953, 6 iyun, sən. 3. 
5.Əli Kərim “İki sevgi”, Bakı-1960, səh. 7-8. 
6.”Azərbaycan gəncləri”, 1957, 22 dekabr, səh. 3. 
7.Əli Kərim “İki sevgi”, Bakı-1960, səh.14-15. 
8.”Kommunist”, 1959, 8 aprel, səh. 3. 
9.”Bakı”, 1961, 13 aprel, səh.3. 
10.”Ədəbiyyat və incəsənət”, 1959, 4 aprel, səh.3. 
11.”Azərbaycan”, 1961, N 3, səh.220-221. 
12.”Azərbaycan gəncləri”, 1955, 14 oktyabr, səh. 3. 
13.”Azərbaycan”, 1965, N-12, səh. 9. 
14.Əli Kərim “Həmişə səfərdə”, Bakı-1963, səh. 2. 
15.Yenə orada, səh.23-24. 
16.Yenə orada, səh.32. 
17.”Ədəbiyyat və incəsənət”, 1964, 11 yanvar, səh. 2. 
18.Əli Kərim “Qızıl qanad”, Bakı-1965, səh.22. 
19.”Azərbaycan”, 1958, N-1, səh. 210. 
20.”Azərbaycan gəncləri”, 1957, 2 avqust, səh.3. 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
93
21.”Kommunist”, 1959, 8 aprel, səh.3. 
22.”Bakı”, 1961, 13 aprel, səh.3. 
23.”Ədəbiyyat və incəsənət”, 1969, 5 iyul, səh. 15. 
24.Yenə orada. 
25.Yenə orada, 
26.Yenə orada. 
27.Yenə orada. 
28.”Ədəbiyyat və incəsənət”, 1969, 6 sentyabr, səh.12. 
29.“Əli Kərim” (Xüsusi buraxılış), Bakı-2001. 
30.”Şəhriyar” qəzeti, 1997, 19-25 iyun, səh. 4. 
31.Əli Kərim “Qaytar ana borcunu”, Bakı-1970, sən. 6. 
32.Yenə orada, səh. 32. 
33.”Ədəbiyyat və incəsənət”, 1970, 14 fevral, səh.7. 
34.Əli Kərim “Qaytar ana biorcunu”, Bakı-1970, səh. 87-88. 
35.”Azərbaycan”, 1970, N-6, səh.100-101. 
36.Əli Kərim “Qaytar ana borcunu”, Bakı-1970. səh. 134. 
37.”Ədəbiyyat və incəsənət”, 1970, 14 fevral, səh. 7. 
38.”Ulduz”, 1970, N-6, səh. 40. 
39.Əli Kərim “Qaytar ana borcunu”, Bakı-1970, sən.168. 
40.”Ədəbiyyat və incəsənət”, 1971, 13 fevral, səh. 14. 
41.Əli Kərim “Qaytar ana borcunu”, Bakı-1970, səh170-171. 
42.”Kommunist”, 1971, 20 fevral, səh.4. 
43.Əli Kərim “Uşaqlar və ulduzlart”, Bakı-1971, səh.5. 
44.”Azərbaycan gəncləri”, 1971, 7 dekabr, səh.4. 
45.”Ədəbiyyat və incəsənət”, 1971, 6 noyabr, səh.15. 
46.Əli Kərim “Səfərdən sonra”, Bakı-1972, səh.2. 
47.Yenə orada, səh.36. 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
94
48.Əli Kərim “Seçilmiş  əsərlər”, 2 cilddə. Bakı-1994, 1 
cild, səh.5. 
49.Yenə orada, səh.382. 
50.”Ulduz”, 1976, N-6, səh.41; 44. 
51.Əli Kərim “Pillələr”, Bakı-1978, səh.3. 
52.Əli Kərim “Pillələr”, Bakı-1987, səh. 5-6. 
53.Əli Kərim “Qayıt”, Bakı-1983, səh.14. 
54.Yenə orada, səh.141. 
55.Əli Kərim “Mavi nəğmənin sahilində”, Bakı-1991, 
səh.6. 
56.“Ədəbiyyat və incəsənət” 1969, 26 iyul, səh. 10.  
57.”Azərbaycan gəncləri”, 1969, 15 aprel, səh. 4. 
58.Əli Kərim “Neyləyim, şeir ilə dərd söyləyirəm”, Bakı-
1999, səh.16. 
59.Yenə orada, səh. 9. 
60.”Ədəbiyyat və incəsənət”, 1953. 
61.”Azərbaycan”, 1958. 
62.İsa İsmayılzadə “... 
63.Əli Kərim “Səfərdən sonra”, Bakı-1972, səh.157. 
64.Əli Kərim “Qızıl qanad”, Bakı-1965, səh.11. 
65.Əli Kərim “Seçilmiş əsərlər”i, 1 cild, Bakı-1974, səh.349. 
66.Əli Kərim “Səfərdən sonra”, Bakı-1972, səh.56. 
67.Əli Kərim “Seçilmiş əsərlər”, 1 c. Bakı-1974, səh.146. 
68.Əli Kərim “Neyləyim şeir ilə dərd söyləyirəm”, Bakı-
1999, səh.21. 
69.Əli Kərim “Səfərdən sonra”, Bakı-1972, səh.82. 
70.Əli Kərim “Qızıl qanad”, Bakı-1965, səh.111. 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
95
71.Əli Kərim “Səfərdən sonra”, Bakı-1972, səh.14. 
72.Əli Kərim “Qayıt”, Bakı-1983, səh.126. 
73.Əli Kərim “Seçilmiş əsərlər”,  Ic.Bakı-1991, səh.85. 
74.Yenə orada, səh.87. 
75.Yenə orada, səh.89. 
76.Yenə orada, səh.90. 
77.Yenə orada, səh.92. 
78.Əli Kərim “Səfərdən sonra”, Bakı-1972, səh.29. 
79.Əli Kərim “Seçilmiş əsərlər”, Ic. Bakı-1974, səh.292. 
80.Əli Kərim “Qayıt”, Bakı-1983, səh.56-57. 
81.Əli Kərim “Seçilmiş əsərlər” Ic. Bakı-1974, səh.251. 
82.Əli Kərim “Seçilmiş əsərlər”, Ic. Bakı-1991, səh.95. 
83.Əli Kərim “Qayıt”, Bakı-1983, səh.126. 
84.Əli Kərim “Qaytar ana borcunu”, Bakı-1970, səh.48. 
85.Yenə orada, səh.50. 
86.Yenə orada, səh.52. 
87.Əli Kərim “Səfərdən sonra”, Bakı-1972, səh.38 
 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
96
“МЦАСИРЛЯРИМ” СЕРИЙАСЫНДАН ОЛАН 
КИТАБЛАР 
 
№ 
Китабын ады 
йазылдыьы 
тарих 
Чап 
тарихи 
1.
 
Маилин цнваны вятяндир 
1995 1995 
2.
 
Рясул Рза (йарадыъылыьы ясасында) 
2001 2003 
3.
 
Анланылмамаг дярди  
(Анарын йарадыъылыьы ясасында) 
2003 2003 
4.
 
Ъабир Новруз (йарадыъылыьы ясасында) 
2003 2004 
5.
 
Дцнйа мяним, дцнйа сянин, дцнйа щеч кимин 
(Мяммяд Араз йарадыъылыьы ясасында) 
2003 2003 
6.
 
Ниэар Ряфибяйли (йарадыъылыьы ясасында) 
2003 2003 
7.
 
Елчин (йарадыъылыьы ясасында) 
2003-2004 2006 
8.
 
Яли Тудя (йарадыъылыьы ясасында) 
2004 2011 
9.
 
Чинэиз Ялиоьлу (йарадыъылыьы ясасында) 
2004 2004 
10.
 
Зейнал Хялил (йарадыъылыьы ясасында) 
2004 2010 
11.
 
Вагиф Сямядоьлу (йарадыъылыьы ясасында)  2004-2005 2006 
12.
 
Фцзули ядяби мяълиси вя Щаъы Маил 
2004-2005 2005 
13.
 
Фикрят Гоъа (йарадыъылыьы ясасында) 
2005 2006 
14.
 
Адил Бабайев (йарадыъылыьы ясасында) 
2005 – 
15.
 
Габил (йарадыъылыьы ясасында) 
2005 2006 
16.
 
Ващид Язиз (поезийасы ясасында) 
2005-2006 2010 
17.
 
Яли Кярим (poeziyası ясасында) 
2006  
2011 
18.
 
Няриман Щясянзадя (йарадыъылыьы ясасында)  2007 – 
19.
 
Самят Ялизадя (йарадыъылыьы ясасында) 
2006-2008 2008 
20.
 
Шащид Щябибуллайев 
2010-2011  


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
97
 
SONA XƏYALIN QISA TƏRCÜMEYİ-HALI 
 
Sonaxanım Həmid qızı Hadiyeva 1961-ci il iyunun 
19-da Bakının Maştağa qəsəbəsində anadan olub. 1976-cı 
ildə 255 saylı  səkkizillik məktəbi, 1978-ci ildə 187 saylı 
orta məktəbi bitirib.  
1981-ci ildə Bakı 1 saylı Tibb Məktəbinin mamalıq 
şöbəsini, 1991-ci ildə BDU-nun biologiya fakültəsini bitir-
miş, 1986-88-ci illərdə İxtiraçılıq İnstitutunda, 1995-1999-
cu illərdə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun aspirantu-
rasında (qiyabi) təhsil almışdır. 
Tibb məktəbində oxuyarkən, 1979-cu ilin sentya-
brında 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının laboratoriya 
şöbəsinə işə qəbul edilmişdir. Tibb Məktəbini bitirdikdən 
sonra xəstəxananın cərrahiyyə şöbəsinə tibb bacısı vəzifə-
sinə keçirilmiş və altı aylıq anesteziya və reanimatologiya 
kursuna göndərilmişdir. Bir müddət cərrahiyyə şöbəsində 
çalışmış, yenidən laboratoriya şöbəsinə böyük laborant 
vəzifəsinə keçirilmişdir. Kliniki, biokimyəvi, seroloji la-
boratoriya kurslarında təkmilləşmişdir. Qiyabi təhsil aldıq-
dan sonra bir il laboratoriya həkimi işləmiş sonra həmin 
laboratoriyaya müdir vəzifəsinə təyin olunmuş və beş il bu 
vəzifədə çalışmışdır.  İki il tədris-istehsalat kombinatında 
IX-X siniflərə tibb bacısı kursunu tədris etmiş  və daha 
sonra Maştağa Mədəniyyət Evindəki ikillik tibb kursunu 
aparmışdır. Xəstəxanada işlədiyi on yeddi il ərzində dəfə-
lərlə müdiriyyətin, rayon səhiyyə şöbəsinin, rayon icraiyyə 
komitəsinin və rayon komsomol komitəsinin fəxri fərman-


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
98
ları ilə  təltif edilmişdir. Beş il xəstəxana komsomol təş-
kilatının katibi, daha sonra həmkarlar təşkilatının sədri 
vəzifələrində çalışmışdır. İşlədiyi müddətdə bir sıra qəzet 
və jurnallarda elmi-publisistik, tibbi-bioloji yazıları, ha-
belə elmi hekayələri çap olunmuşdur. Hal-hazırda Mə-
həmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük elmi 
işçi vəzifəsində çalışır, elm tarixi ilə məşğuldur. 
 
* * * 
Qarabağ münaqişəsi başlandıqda hərəkata qoşul-
muş, bir sıra qadın təşkilatlarında qaçqınlarla iş aparmış, 
bir sıra yardımların təşkilində iştirak etmiş, dəfələrlə cəb-
hə bölgələrinə getmiş, qaynar nöqtələrdə belə,  əsgərlərlə 
görüşmüş, bir müddət könüllü hərbi qospitalda labora-
toriya həkimi kimi çalışmışdır. Həmin müddətdə müxtəlif 
qəzetlərdə  vətənpərvərlik mövzusunda onlarla publisistik 
məqalələri çap olunmuş, «Maştağadan Qarabağa bir yol 
vardı gedərgəlməz» adlı kitabını yazmışdır. 1992-ci ildə 
ikillik Jurnalist Sənətkarlığı  İnstitutunu bitirmiş  və 1993-
cü ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olun-
muşdur. Maştağa Mədəniyyət Eivndə  Gənc jurnalistlər 
dərnəyi təşkil etmiş  və onun rəhbəri olmuşdur. «Murov-
dağ», «Paklıq» və «Vətən həsrəti» qəzetlərində müxbir 
işləmiş, hal-hazırda «Respublika» qəzetinin əməkdaşıdır.  
 
* * * 
Sona Xəyal 12 yaşından  şeir, 14 yaşından hekayə 
yazmağa başlayıb. 1987-ci ildə Maştağa Mədəniyyət Evin-
də Novruz Gəncəlinin təşkil etdiyi Səməd Vurğun poeziya 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
99
klubunun üzvü olub və  həmin il «Azərbaycan gəncləri» 
qəzetində Novruz Gəncəlinin «Yaradıcılıq iradə tələb edir» 
adlı «Uğurlu yolu» ilə birlikdə ilk şeiri dərc olunub.  
1993-cü ildə «Aç qapını gəlim, dünya» adlı ilk şeir-
lər kitabı çap olunub. Həmin il Maştağa Mədəniyyət Evin-
də «Maştağa  şairlər məclisi»ni təşkil edib, məclisin sədri 
olub. 1994-cü ildə «Məcməüşşüəra»  ədəbi məclisinin 
üzvü olub və elə həmin ilin dekabrında Hacı Maillə birlik-
də «Füzuli ədəbi məclisi»ni təşkil edib, məclisin katibi 
olub. 1995-ci ildə Füzuli məclisinin nəzdində Maştağa 
qəsəbəsində «Şəfai», Bakıxanov qəsəbəsində «Qüdsi» və I 
Zabrat qəsəbəsində «Vahid» ədəbi məclislərini təşkil edib. 
1996-jı ildə Məhəməd Füzuli adına Əlyazmalar İnstitutuna 
işə qəbul olunub və XIX əsrin dəyərli şairlərindən «Mirzə 
Əbdülxaliq Yusifin həyat və yaradıcılığı» mövzusunda 
namizədlik işi yazıb. Sonralar II Zabrat qəsəbəsində  Mə-
dəniyyət Evində «Yusif» ədəbi məclisini təşkil edib və 
ona rəhbərlik edib. Hacı Mailin vəfatından sonra Füzuli 
ədəbi məclisini bərpa edib. Amma məclis davam etməyib. 
2000-ci ildə ustadına verdiyi sözə  əməl edərək «Divan» 
bağlayıb. 2005-ci ildə həmin divandan seçilmiş 101 qəzəl 
daxil edilmiş «Qəzəllər» kitabı nəşr olub. Nəhayət: Maşta-
ğada «Bakı  şairlər məclisi»ni yaradıb,  əruz vəznli  şeirin 
inkişafı üçün bakılı  şairləri bir araya gətirmək istəyib, 
yenə alınmayıb, bir müddətdən sonra məclis dağılıb. Bü-
tün bunlardan sonra məclislərdən yığışıb.  Əlyazmalar 
İnstitutunda ciddi tədqiqat işi ilə məşğul olmağa başlayıb. 
Bir-birinin ardınca bakılı  şairlərin  şeir kitablarını  nəşrə 
hazırlayıb və klassik şeirlə bağlı iyirmiyə yaxın təlif və 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
100
tərtib kitabları nəşr olunub. Qəzet və jurnallarda, eləcə də 
konfrans materiallarında klassik şeirlə bağlı iki yüzdən 
artıq məqaləsi çap olunub. 
 
* * * 
1993-98-ci illərdə Bakı Dövlət Universitetinin filo-
logiya fakültəsində axşam, 2004-06-cı illərdə Bakı Slav-
yan Universitetinin magistiraturasında qiyabi təhsil alıb, 
1997-98-ci dərs ilində 255 saylı orta məktəbdə biologiya 
və dil-ədəbiyyat fənlərini tədris edib. 
1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv 
qəbul edilib. Yazıçıların XI qurultayına nümayəndə, qu-
rultaydan sonrakı plenumda Yazıçılar Birliyinin «İrs» ko-
missiyasının sədri seçilib. Altı il müasir ədəbiyyatın təd-
qiqi ilə  məşğul olub və «Müasirlərim» seriyasından iyir-
midən artıq monoqrafiya yazıb. Yaradıcılığı bir sıra mü-
kafat və diplomlarla qiymətləndirilib. Dövri mətbuatda 
çağdaş yazıçılar haqqında məqalələrlə çıxış edib. «İrs» ko-
missiyasının işi kimi dünyasını  dəyişmiş  şairlərlə bağlı 
xatirə kitabları və «Yüzilliklər» silsiləsindən toplular üzə-
rində çalışır. Prezident mükafatçısıdır. 
2003-cü ildə Akademiyada qadın alimləri birləş-
dirən və onların elmi fəaliyyətinin tədqiqi və  təbliği ilə 
məşğul olan «Nigar» elmi-ədəbi məclisini yaradıb, hal-
hazıra qədər onun sədridir.  2009-ъу  илдя  «Эянъ  гялям» 
ядяби бирлийини йарадыб, щал-щазырда онун сядридир.  


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
101
 
 
 
MÜNDƏRİCAT 
 
Ön söz  
……………………………………………………………………………………

Əli Kərim poeziyasının cazibəsi
…………………………………………
 5 
Həqiqətə söykənən, sevgilərə bələnən poeziya  
……………...
60 
“Vüqarla sevirəm”
 ……………………………………………………………...
 63 
“Pislərin gülüşü yaxşı adamların ağlamasıdır”
 …………..……
68 
“Səninki şeirdir, səninki sənət”
 …………………………………………
81 
 
 
 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
102
 
 
Sona Xəyal. 
Əli Kərim (yaradıcılığı əsasında)
Bakı, ____ 2011, 102 səh. 
 
 
 
Bilgisayar tərtibi və dizayn:  
Sevinc Hüseynzadə 
 
Korrektor: 
Ülviyyə Bahir 
 
 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə