Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   2   3   4   5   6   7   8   9   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
7
ədəbiyyat institutuna girmiş  və oranı 1956-cı ildə bitir-
mişdir. 
Şairin ilk əsərləri 1951-ci ildən mətbuat səhifə-
lərində görünməyə başlamışdır. Onun ilk böyük həcmli 
əsəri olan “İlk simfoniya” poeması VI Ümumdünya Festi-
falında mükafata layiq görülmüşdür. 
Əli Kərimin “Üçüncü atlı” poeması və bir sıra şeir-
ləri haqlı olaraq ədəbi ictimaiyyətin və oxucuların 
rəğbətini qazanmışdır. Şairin ilk kitabı, keçən il Moskvada 
keçirilən Azərbaycan  ədəbiyyatı  və incəsənəti ongünlüyü 
münasibətilə rus dlində çapdan çıxmışdır. 
O, hazırda “Cərrahın məhəbbəti” adlı poema üzə-
rində  işləyir. Oxucular Əli Kərimi bir sıra nəzm  əsər-
lərinin mütərcimi kimi də tanıyırlar. 
Heç şübhə yoxdur ki, gənc şairin bu ilk “İki sevgi” 
kitabı oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır”.
1
 
Ağasəf Axundov “Kommunist” qəzetində çap et-
dirdiyi “İki sevgi” adlı məqaləsində şairin şeirlərindən və 
ilk poemasından söz açır, rus dilində çap olunmuş kitaba 
münasibətini belə bildirir:”Əli Kərimin Azərbaycan incə-
sənəti və  ədəbiyyatı ongünlüyü münasibətilə rus dilində 
buraxılmış  “İki sevgi” kitabçasındakı poema və  şeirlərin 
şair  İ.Aratovski tərəfindən rus dilinə  tərcüməsi  əsasən 
müvəffəqiyyətlidir”.
2
    
Şairin “İki sevgi” kitabını varaqlayıram. Bu şeirlər 
dövri mətbuatda çap olunub, haqqında da xeyli məqalə 
yazılıb, dəyərli fikirlər söylənilib.  Əli Kərim elə birinci 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
8
kitabından  şair mənini təsdiq edib. Kitabın elə ilk şeirin-
dən bu təsdiq özünü göstərir.  Şair Kürü xoş bir nəğmə 
sayır, bu nəğmənin bir damlası kimi ovcuna doldurduğu 
Kür suyunun sərinliyi  şair ilhamının coşqunluğu ilə  vəh-
dətdə şarin axtardığı “təkmənalı bir nəğmə”ni yaradır. şair 
çalışır ki, bu nəğmə bütün nəğmələrdən üstün olsun, həm 
zövqlə dinlənilsin, həm də gözlərə görünə bilsin. Şeirin 
sonunda şairin ən böyük yaradıcılıq arzusunu eşidirik: 
 
Sənin tək axaydı səsim də, ay çay. 
Muğanda “su” deyib yananda düzlər. 
Mənim də nəğməmi tarlada hər yay 
Sərin suyun kimi içəydi qızlar. 
 
Hər könül istəyim, könül harayım 
Ellərin qeydinə belə qalaydı. 
Heç nə istəmirəm, mənim Kür çayım, 
Bir sənə bənzəyən nəğməm olaydı.
3
 
 
Hələ 1953-cü ildə  Məsud Vəliyev “Ədəbiyyat və 
incəsənət” qəzetinin oxucularına təqdim etdiyi “Yeni duy-
ğular” adlı  məqaləsində  Əli Kərimin yeni ruhlu şeirləri 
haqqında yüksək fikirdə olduğunu bildirmiş, bu əsərlərin 
üslubu, ifadə  tərzi, obrazlılığı haqqında düşündüklərini 
qeyd etmişdir. Müəllif yazırdı:”Orijinal üslub, təzə fikir
yeni duyğu – Əli Kərimovun  şeirlərində birinci müsbət 
cəhət bunlardır... 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
9
Əli Kərimovun  şeirlərində müsbət cəhətlərdən biri 
də  gənc  şairin forma yeniliyinə, ifadə  səlisliyinə diqqət 
yetirməsidir. Bu şeirlərin  əksəriyyətində qafiyə xatirinə 
işlədilmiş sözlərə az rast gəlirik. Misralar arasında sıxı bir 
rabitə hiss olunur”.
4
 
Kitabdakı  məhəbbət  şeirləri daha çox diqqəti cəlb 
edir. “O qıza” adlı şeirdə şairin ünvan gəzən məhəbbətini 
görürük.  Şair bilmir bəxtinə  çıxacaq gözəl nə boyda, nə 
görkəmdədir, yaşı neçə, gözləri necə — aladırmı, qara-
dırmı, böyükdürmü, kiçikdirmi? Amma şair üçün bütün 
bunların mənası da yoxdur. Şair istəyir ki, rastına çıxacaq 
gözəl bir az kamallı olsun, mənalı gözlərində bir az 
gözəllik olsun. Şairin ürəyində bir söz var, yalnız o qıza 
deyiləsi söz, “O elə bir sözdü ki, dosta, yada deyilməz, 
Anadan  əziz nə var, anaya da deyilməz”.  Şair gözləyir: 
”İlk baharı gözləyən cavan ağaclar kimi” və o qızın bahar 
kimi gəlməsini arzulayır. 
Növbəti sevgi şeiri  “Bəlkə o qız bahar idi” adlanır. 
Şairin gözü önündən bir gözəl keçir, şair salam verir. Bu 
vaxt ağaclar çiçəkləyir, çiçəklər  ətirlənir,  şair özünü 
yenicə doğulmuş varlıq kimi hiss eləyir, yer göyərir, qu-
caq-qucaq çiçək açır və şair düşünür ki, bəlkə elə bu gözəl 
qız baharın özüymüş... 
“O göz yaşları”ndasa tamam başqa bir hiss-duyğu 
yaşanılır. Xatirələr dinir, acı təəssüf hissi tutur bizi, qürur 
və eyni zamanda açıq etiraf görünür. 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
10
Bu kitabdakı sevgi şeirlərindən ən gözəli elə eyni-
adlı şeirdir: ”İki sevgi”... 
 
Gözəl qız, sən saf susan, 
İki qəlb arzususan. 
Mən ki, səni sevirəm 
Susuzluğun od vurub 
       köz kimi yandırdığı 
             dodaq su sevən kimi. 
O isə səni sevir 
             rahatca bardaş qurub, 
Kabab üstdən sərin su 
            pis olmaz deyən kimi
.5
 
 
Məmməd Rahim “Azərbaycan gəncləri” qəzetində 
çap etdirdiyi “İstedadlı gənc şair” adlı məqaləsində şairin 
uğurlarından bəhs edərkən onun bu şeirini xüsusi vurğula-
yır, hətta şeirin ilk misralarını oxuyarkən sevindiyini qeyd 
edir. Müəllif yazır: ”Bir gənc şair kimi mən onu sevirəm. 
Onun  əsərlərində bir təravət vardır; onun əsərlərində bir 
gözəllik,  şeirlərindəki  ədada bir təzəlik vardır.  Əli Kəri-
mov şeirləri ilə oxucunun qəlbini ovlamağa çalışır və biz 
gənc şairin ildən-ilə bu sahədəki müvəffəqiyyətinin şahidi 
oluruq. Şeir dünyasındakı kiçik, lakin xoşa gələn bu ulduz 
oxucular aləminə daha yaxın və parlaq görünmə  vəziy-
yətindədir”.
6
 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə