Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   2   3   4   5   6   7   8   9   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
19
sıra döngə-dalanında sınadı və ortaya qoyduğu nəsr əsər-
lərini, Əli Kərim şeirindən aşağıda dayansa da, nəsrimiz-
dəki bir çox sayılan əsərlərlə yanaşı qoyula biləcək səviy-
yədə yaratdı. Şair 1964-cü ildə “Ədəbiyyat və incəsənət” 
qəzetinin “İllər, arzular” rubrikasındakı  çıxışında öz 
planlarını belə açıqlamışdı: ”Mövzusu tələbə  həyatından 
götürülmüş roman yazmışam. Oxucular mənim ilk böyük 
həcmli bu nəsr  əsərimlə “Azərbaycan” jurnalının birinci 
nömrəsindən başlayaraq tanış ola biləcəklər. Ötən il həm-
çinin bir sıra  şeirlər yazmışam və “Həmişə  səfərdə” 
kitabım çapdan çıxmışdır. 
Təzə ildə daha çox işləmək fikrindəyəm. Kiberne-
tikaya həsr olunmuş kino-povest yazmaq niyyətindəyəm. 
Bu yaxınlarda Neft daşlarında olmağım məndə 
unudulmaz təəssürat buraxmışdır.  İstəyirəm ki, dalğalar 
qoynunda qəhrəmancasına işləyən cəsur adamların həya-
tına həsr olunmuş bir silsilə şeir və bir poema yazam”.
17 
 
*** 
Əli Kərimin növbəti kitabı “Qızıl qanad” adlanır. 
1965-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olun-
muş bu kitabda şeirlər və iki poema verilmişdir. Məni 
qınasalar da demək istəyirəm ki, bu kitabdakı  şeirlər  əv-
vəlki kitablardakından yuxarıda dayanmır... Amma bu 
şeirlərdə  də maraqlı misralar, adamı tutan fikirlər var: 
”Sevgilimlə bir-birimizə deyəcəyimiz iki söz arasında 
(yaşamaq)”, “Elə saatım var ki, ağac olub bir dost bağın-


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
20
da”, “Düzürük qızıl yanaqlı  dəqiqələri On dörd günlük 
ay–boşqaba”, “Milyon ümüdsüzlüyün hasarını Bir “gəli-
rəm” sözünlə yar, gəl”, “Hamı  tək ölümə  məruz Bülbülü 
Oxuyub dəfn edir ölümsüz Bülbül”, “Bomba–uşağın 
beşiyi, ölüm–dayəsi” və  nəhayət, eyniadlı “Qızıl qanad”. 
Şair sahildə dayanıb: “Dənizdə boy göstərib mahir üzgüçü 
kimi Yavaş-yavaş batır gün. Şüaları sulara açılmış nəhəng 
qanad, Qanad kimi atır gün.” Şair həmin qanadın bir lələyi 
ucunda durub, bir lələyin başında balıqçılar var, bir lələksə 
sulardakı buruğa uzanıb. Şair yazır: 
 
Sahildə bağlar, evlər, plyajlar sıra-sıra, 
Adamlar dəstə-dəstə. 
Hamını birləşdirir boy göstərib batan gün. 
Hamımızı ucaldır, uçurur üfüqlərə 
Bir qızıl qanad üstə.
18 
 
Kitabda verilən “İlk simfoniya” adlı poema hələ 
çoxdan oxucu rəğbəti qazanmış, Azərbaycan sərhədlərini 
açaraq, ümumittifaq miqyasında bəyənilmişdi. Poema 
haqqında müxtəlif illərdə yazılmış  məqalələrdə  dəyərli 
fikirlər deyilmişdir. Əli Kərim qələminin ilk təcrübəsi olsa 
da, süjetinə, mövzusuna, ideyasına, tərbiyəvi  əhəmiy-
yətinə, eyni zamanda obrazlarına, işlədilən bədii təsvir və 
ifadə vasitələrinə görə diqqəti çəkən bu əsərdə həqiqi sə-
nət yolunun yolçuları ilə dayaz, şöhrətbaz zümrənin para-
leli işıqlandırılmışdır. Məmmədəli Əsgərov “Azərbaycan” 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
21
jurnalındakı “Gənc  şairin ilk poeması” adlı  məqaləsində 
Əli Kərim yaradıcılığından söhbət açarkən,  şairin bu 
poemasına da münasibətini bildirmiş, onun dəyərli cəhət-
lərini ön plana çəkərək, öz müsbət fikirlərini oxucularla 
bölüşmüşdür. Müəllif yazırdı: ”İlk simfoniya” poeması 
əsasən sağlam məişət və əsl xalq incəsənəti uğrunda mü-
barizəyə  həsr edilmişdir. Bu mövzu, yaradıcılıq aləminə 
yenicə qədəm qoymuş gənclərin həyatından alınmışdır... 
Gənc  şair qəhrəmanının həyatındakı  tərəddüdləri, 
kədər və  çırpıntıları, nəhayət, bunları aradan qaldırmaq 
üçün onun ciddi-cəhdini həyati lövhələrdə, maraqlı süjet 
xəttinin inkişafında  əks etdirir, lirik-psixoloji vəziyyət-
lərdən, qəhrəmanının daxili monoloqundan müvəffəqiy-
yətlə istifadə edir... 
Əli Kərimov poemada soyuq təbliğ yolu ilə get-
məmiş, obrazları və xarakterləri poetik bir tərzdə işləmə-
yə, əsərin mərkəzində duran xarakterləri bütövlükdə, mü-
fəssəl verməyə çalışmışdır. Təsvirdə  yığcamlılıq, hər cür 
detalı poemaya gətirməmək isə müsbət bir xüsusiyyətdir... 
Poemada təsirli, ürəyəyatan bir şeiriyyət vardır. 
Şair öz qəhrəmanlarının təmiz ürəklərindəki döyüntüləri 
hərarətli sözlərlə verməyə müvəffəq olmuşdur”.
19
 
Şair öz müsbət qəhrəmanının hələ lap balaca vaxt-
larından başlayaraq, məşhur bəstəkar olana qədər keçdiyi 
həyat yolunu izləyir. Poemanın  əvvəlində bir cığır, bu 
cığırda qara gözlü bir uşaq, sonra təbiətin sirli, sehrli 
əlvanlığı, daha sonra qəhrəmanın həyat cığırına düşməsi 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
22
və sənət yolunun əlvanlığı–bütün bunlar süjet boyu oxucu-
da xoş  təəassürat yaradır və onu düşünməyə sövq edir. 
Əsəri oxuyursan, amma əvvəldə oxuduğunla sonra oxudu-
ğunda tapdığın oxşarlığın özündə  də başqa rəng çalarları 
tutur səni. Bu rənglər başqa rənglərə bənzəmir. Əli Kərim 
hər obrazını müxtəlif rənglər aləmindən keçirib şeirə 
gətirir. Xəlil Xəlilov “Azərbaycan gəncləri” qəzertindəki 
“Mənim şair dostum” adlı yazısında qeyd edir ki: ”Poema-
da insan xarakterlərini, psixologiyanı açıb göstərmək, 
hadisə  və predmetləri, təbiəti bütün əlvanlığı ilə canlan-
dırmaq cəhətdən maraqlı olan bir sıra epizodlar vardır”.
20
 
Əsərdə maraqlı obrazlar diqqəti çəkir. Təbiətin yı-
xılan uşağı təskin etməsi, onu qucaqlaması, İlhamın “Azad 
kimi” yazdığı  nəğmənin ürəyinin dərinliyinə baş vurma-
ması, damcı-damcı  yığılan nəğmənin  əsl sənət  əsəri 
olması, Nigarın karlara, korlara həsəd çəkməsi, sahilin 
İlhamı qəmli intizar kimi qucağına alması, İlhamın simfo-
niyasının çağladığı bir vaxtda Nigarın dizini qucaqlayıb 
ağlaması  və s. Əli Kərim sənətkarlığının özünəməxsus-
luğunu bir daha hiss etdirir. Poemada aparılan paralellər, 
Azad–İlham təzadı, Nigar–Qəmər təzadı, nəhayət, Azadın 
dostları  və qoca professor bizi düşündürür və hardasa 
özümüz özümüzlə mübahisə edir, birdən dayanıb kimin 
haqlı, kimin haqsız olduğunu düşünürük, müqayisələr 
bəzən bizi aparıb tamam başqa bir aləmə  çıxarır.  Şair 
müsbət qəhrəmanını bir an mənfi qütbə çəkir və bu yalnız 
bir an olur, yenidən Nigarı öz orbitinə qayıdan görürük. 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə