Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   2   3   4   5   6   7   8   9   10   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
27
 
Xalq şairi Qabil isə öz yanıqlı ağısına belə başlayır: 
”Göyçayda bir çinar budağı sındı–bir şair qəlbinin dayan-
dığını  eşidən kimi... Kür çayına bənzəyən bir nəğmə — 
mavi bir nəğmə  qırıldı–cavan nəğməkarın cavan ömrü 
kimi... Oğul nisgilli bir ana ağladı–nankor övladdan ana 
borcunu tələb edən şairin qara xəbərini eşidən kimi... Bir 
gözəl qız inlədi... Axı, nə üçün onun məhəbbətini həyat 
qədər qiymətləndirən bir ilham, bir çağlayan qəflətən 
susdu... 
Mənim əziz dostum, qardaşım, abırlı, ismətli, təva-
zökar, fitri şairim Əli Kərim. Mən səndən qəzetimiz üçün 
şeir istəməkdən yorulmuşdum... İki-üç gün əvvəl zəng et-
din, söz verdin ki, şeirlər gətirəcəksən. Ancaq mən nə 
biləydim ki, qələm başqa şey yazacaq, sənin barəndə, son, 
yanıqlı sözləri... 
Əli, dilim gəlmir. Əli, sənin ölümün məni yandırıb 
yaxdı. Bu nə vaxtın hicranıdır?! Mavi nəğmənin sahillərini 
nə üçün belə tez, tələsik tərk etdin?!”
27
 
Əli Kərimin ölümünə yazılmış yazılardan, deyilmiş 
ağılardan biri də Salam Qədirzadənin “Ədəbiyyat və incə-
sənət” qəzetində  dərc etdirdiyi “O kağız-qələmlə getdi” 
adlı  mənsur  şeiridir. Müəllif özünün Əli Kərim kədərini, 
sənətkar ölümünə  ağlayan qələmindən süzülən dərdi, 
ələmi oxucularla belə bölüşürdü: ”Yaratmaq şövqü ilə 
özünü pərvanə tək oda, alova çırpan şairin qanadları qar-
salanmışdı, qəlbi yanıb ahar olmuşdu. Ölüm dəhşətli ka-


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
28
bus timsalında addım-addım onun ünvanına yaxınlaşdı. 
Eh... ürəyində nə qədər qönçə şeirlər vardı! Axı, əcəl niyə 
bu tezliklə gəldi?! 
Şair sövqi-təbii ilə bir anlığa “ikinci dünya”nın fər-
qinə vardı. Əvvəllər bunu heç xatirinə gətirməmişdi. Lamə-
halə bəşərə ilahidən vəd edilən o dünya olsaydı, sinəsində 
yatan misraları kağızlara düzməyə imkan tapardı... 
...Təbiətin qoynunda bir məzar da artdı tər çiçəklər, 
güllər içində. Üzü dağlara, yamaclara sarı. Ziyarətə 
gələnlər bilirdilər ki, bu tənha məzarın qəmli sükunətində, 
qərib zülmətində  zəngin bir xəzinə  dəfn edilmişdir. O, 
şairin şirin arzularla dolu könlü idi”.
28
 
Xalq yazıçısı Anar Əli Kərimin 70 illiyində  nəşr 
olunmuş “Xüsusi buraxiıışda gedən yazısınnı belə başla-
yır: ”Bəlkə də Əlini tabutda görmədiyim üçün onu qəbirdə 
də heç cür təsəvvür edə bilmirəm. Həmişə onu düşünəndə 
təbəssümünü xatərlayıram.qərib təbəssümü vardı Əlinin – 
mülayim, kövrək, bir qədər utancaq, eyni zamanda da 
məğrur. O, məğrur  şəxsiyyət idi, çünki öz qiymətini 
bilirdi, öz böyük istedadından xəbərdar idi. Düzdür, hər 
bir həqiqi istedad kimi, onun da öz talantından şübhələn-
diyi anlar, məqamlar olub. Amma hər halda, mənə elə 
gəlir ki, Əli öz bədii imkanlarının genişliyindən agah idi. 
Eyni zamanda o, ucuz şöhrət azarından çox-çox uzaq idi, 
ədəbiyyatda tutduğu yeri bilmək üçün ona dolayı təsdiqlər, 
əlavə formal sübutlar gərək deyildi... Gözü-könlü tox 
adam idi, daxilən arxayın idi, çünki sənətkarların bu dün-


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
29
yada qazana biləcəyi  ən yüksək mükafatı almışdı – 
istedadla təltif olunmuşdu. Onun məğrurluğunun səbəbi 
bu idi. Elə təvazökarlığının da səbəbi bu idi”. 
29
  
Tanınmış tənqidçi, filologiya elmləri namizədi Va-
qif Yusifli “Şəhriyar” qəızetinin 19-25 iyun, 1997-ci il ta-
rixli sayında “Sözün Əli Kərim zirvəsi” adlı məqaləsində 
yazırdı: ”Əli Kərimin fiziki ömrü 1969-cu ilin sonuncu 
iyun günündə başa çatdı, amma onun şair ömrü bitmədi. 
Həm bir insan kimi xatirələrdə yaşadı, həm də bir şair 
kimi poeziyada adını əbədiləşdirdi. Ondan sonra gələn bü-
tün yenilikçilər “Nə etməli?” sualına  Əli Kərim poeziya-
sında cavab tapdılar. 
Ancaq təəssüflə olsa da deməliyəm ki, Əli Kərimin 
sağlığında çoxu bu istedadı qiymətləndirə bilmədi. Yalnız 
ustad Rəsul Rzadan başqa. 60-cı illərin  əvvəllərində  Əli 
Kərimə yaxılan “eksperimentçi”, “mücərrədçi” damğala-
rından R.Rza xilas edirdi onu”. 
30 
 
*** 
Rəsul Rza “Şair Əli Kərim” adlı yazısına sənətkarın 
doğum tarixlərinin müqayisəsi ilə başlayır. Yazır ki, 
sənətkarın iki doğum tarixi var: anadan olduğu tarix 
dəftərxana kitablarına, ilk əsəri ilə yenidən doğulduğu 
vaxt isə tarix səhifəsinə yazılır. Göyçayda çinar yarpaq-
larının titrəşdiyi, qıjıltılı suların axdığı bir vaxtda bir oğlan 
uşağı doğulanda, bəlkə də torpaq bir şairin doğulduğundan 
xəbərsiz olub. Müəllif şairin ikinci doğum tarixinin “təqvi-


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
30
min hansı vərəqində susub qaldığını müəyyən etməyə” də 
çətinlik çəkir və bunu müəyyən etmək üçün ciddi, səbrli 
tədqiqatın, təhlilin, məhəbbətli axtarışın gərəkliliyini vur-
ğulayaraq yazır: ”Mən  Əli Kərimi çoxdan tanıyıram. 
Məndən soruşsalar ki, Əli Kərimin şairlik tarixi, günü, ili 
hansıdır? Deyə bilərəm ki, mən onu şair görmüş,  şair 
tanımışam. Mənə elə  gəlir ki, o həmişə  şair olmuşdur. 
Mən deyərdim ki, o hər həqiqi sənət  əsəri olan şeiri ilə 
yenidən doğulur, yenidən həyata başlayırdı. O hər bir za-
man öz xarakterinə, öz manerasına, öz şairlik simasına 
sadiq qalırdı. Lakin hər yaxşı şeirində yeni rəng ahəngin-
də, yeni bir təsir gücündə, yeni poetik nəfəsdə təzələşirdi. 
Şair var ki, yüksəliş pillələrini dayana-dayana, 
tövşüyə-tövşüyə, yazdığını  təkrarlaya-təkrarlaya qalxır. 
Şair də var ki, öz-özü ilə yarışda, hər  əsərində bir pillə 
qalxır, özünü, özgəni təkrarlamaq faciəsindən uzaq olur. 
Əli Kərim ikincilərdəndir. 
O deyə bilmədiklərinin, demək istədiklərinin az, 
çox az bir hissəsini dedi. Bu az hissə  də  şair  Əlinin çox 
böyük poetik imkanlarını aydın göstərir. 
Bir gün Əli parıltılı, iri, qara gözlərini yumdu. Üzü-
nü xəstəxana divarına tərəf çevirdi, sakit, səssiz bizdən 
ayrıldı. Həkimlər “İnsan öldü!...” dedilər. Oxucular dedi: 
”Yox,  şair ölmədi!”. Bu necə ölümdür ki, biz bu gün də 
onun ürək çırpıntılarını, hərarətini, sevinc və  kədərini, 
məhəbbətinin gücünü şeirlərindən duyuruq? Bu necə 
ölümdür ki, şair Əli bu gün də bizim sıramızdadır?...” 
31
  


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə