Əli Kərim
39
Nə qədər onun ölümsüzlüyünü düşünsək də, yenə də fakt
faktlığında qalır...
İsa İsmayılzadə “Ədəbiyyat və incəsənət” qəzetin-
dəki “Duyğular poeziyası” adlı məqaləsində yazır: ”Mən
Əlinin şeirlərini çoxdan “tanıyıram”. Onları mənə heç kəs
təqdim etməyib və təbliğ etməyib, heç kəs oxumağı
məsləhət görməyib. Qəribə də olsa, hərdən mənə elə gəlir
ki, o şeirlər mənim yaxın həmdəmim, tay-tuşlarım və
dostlarımdır, istədiyim vaxt onlarla “bölüşə” bilərəm. On-
lar evdə də, səfərə çıxanda da yanımda, gözümün önündə
olur. Mübaliğəsiz deyirəm ki, Əli Kərim yaradıcılığı
mənim poeziya dərsliyimdir.
“Şairin kitabxanası” seriyasından bu yaxınlarda
çapdan çıxmış “Qaytar ana borcunu” kitabı məni bir də
ona görə sevindirdi ki, burada Əli Kərimin ən yaxşı
şeirləri toplanıb. Əgər belə demək mümkünsə, bu kitab Əli
Kərim şeirlərinin “kitabxanası”dır. Ancaq şeirlər rəflərə
düzülməyib, səhifələrə yerləşdirilib. İndi “dostlarım” əli-
min altındadır,-ən çox sevdiklərimin səhifəsini də əzbər
bilirəm.
Kitab xalq şairi Rəsul Rzanın ürək yanğısı ilə
yazdığı “Şair Əli Kərim” məqaləsi ilə açılır.
Əli Kərim şeirlərinin arxasında çox maraqlı, böyük
ürəkli, qibtə ediləcək dərəcədə həssas, kövrək, istiqanlı bir
insan durur. Tənqidçilərin “lirik qəhrəman” adlandırdıqları
bu insan təəssüfü də şair təəssüfüdür, sevgisi də, nara-
hatçılığı da, etirafı da. Biz misraların arxasında onu açıq-
Sona Xəyal
40
aydın görür, səsini eşidir, nəfəsini duyuruq. O, əl-qolunu
ölçmədən, hay-küy qaldırmadan, məsləhət, hökm vermə-
dən, təmkinlə söhbət edir, bizi səmimiyyətinə inandırır.
Amma bu təmkin də şair təmkinidir”.
40
“Qaytar ana borcunu” kitabında Əli Kərimin ma-
raqlı şeirlərindən biri də “Ağrıya bir-iki söz”dür. Elə bu
şeiri oxuyanda da İsa İsmayılzadənin yuxarıda dediklə-
rinin əksini görmək olar:
Ağrı, yaxın gəlmə, girmə araya.
Get, yoxdur ölümdən çəkinəcəyim.
Həyatı qorxmadan necə alıbsa,
Elə də verəcək mənim ürəyim.
Dəyişmə rəngləri, qaraltma günü,
Ölümün gözünün içinə baxım.
Kimdir vəkil edən səni, bilmirəm.
Çəkil, get, avara, üzlü qonağım!...
Doğrusu, ölüm də yadımdan çıxıb–
Soxulub girmisən aramıza sən.
De, bu nə hay-küydür, de, qoruyursan
Mənimi ölümdən, onumu məndən?
Qoy görüm kişinin sifətini bir,
Qoy baxım, anlayım kimdir düşmənim.
Görüm ölümü də olduğu kimi,
Düzlüyün vurğunu–könlümdür mənim.
41
Əli Kərim
41
Əli Kərimin bu kitabı haqqında yazılan dəyərli
resenziyalardan biri də Tofiq Mahmudun “Kommunist
qəzetindəki “Ölməz misralar” adlı yazısıdır. Məqalənin
başlanğıcını və sonluğunu burada veririk: ”Hər bir şairin
yeni kitabı oxucuya sevinc gətirir. Əli Kərimin də “Gənc-
lik” nəşriyyatı tərəfindən bu yaxınlarda buraxılmış “Qay-
tar ana borcunu” adlı yeni kitabını gördükdə çox sevindik,
ancaq bu sevincdə azacıq kədər də vardı. Kitabı oxuduqca,
şeirdən şeirə keçdikcə bu kədər hissi tamam yox olur,
ürəyimizdə işıq yanır, inam oyanır, məhəbbət oyanırdı.
Bizə elə gəlirdi ki, həzin, kövrək, mətin, sərt, güclü
sətirlərin müəllifi yenə də bizimlədir...
Əli Kərim şöhrət pilləsini asan yolla fəth etmək
istəyənlərdən deyildi. O elə saf, təmiz idi ki, orijinal poe-
madan tutmuş, kiçik bir şeirin tərcüməsinə qədər sənətə
böyük sədaqət göstərir və bu sədaqətlə yaşayırdı. Unudul-
maz şairin çiçək kimi təravətli əsərləri çiçək kimi müvəq-
qəti deyildir, əbədidir və heç zaman solmayacaqdır”.
42
***
Əli Kərim poeziyasında körpə dünyası daha ma-
raqlıdır, daha diqqətçəkicidir. “Laylay”dan tutmuş “Vəsiy-
yət”ə qədər bütün şeirlərində körpə təmizliyi, uşaq dün-
yasının mücərrəd obrazları öz əksini tapıb. Şair əsasən
uşaqlıqla bağlı düşüncələrini öz uşaqlığındakı məqamlarda
görüb-götürdüyü uşaq fantaziyasının, körpə məsumluğu-
nun varlığından yoğrulur. Azər, Paşa, Orxan Əli Kərimin
Sona Xəyal
42
yaratdığı uşaq dünyasının ümumiləşmiş qəhrəmanlığıdır.
“Gəl Azərim”, “Paşanın ilk uçuşu”, “Nəğmələrin yuvası”,
“Qardaşın cavabı”, “Sənin adın”, “Xətlər variasiyası” və s.
şeirləri oxuduqca şairin həm övladlarına olan münasibəti.
Həm də ümumiyyətlə uşaq dünyasına olan marağı diqqəti
çəkir. Əli Kərim üçün uşaq kimdir? Balaca cüssəsilə
böyük-böyük şeylət istəyən, boyundan böyük hökmlər
verən və ətrafındakıları öz hökmü, istəyi ilə mat qoyan bu
varlığın hər addımını izləyən şair onu bizə belə təqdim
edir: ”Uşaq deyir ki, mənə Bir ovuc dəniz verin. Bir stə-
kan Kür verin, Araz verin, tez verin. Bircə qurtum su verin,
Bir çıxımlıq dağ verin, Uşaq üçün dünya ev, Göy də mavi
bir tavan. Uşaq üçün hissi tək Bütövdür, safdır cahan.”
Şair bu sadədilliyi dühayla tən tutur. Adi insanı
dahi eləyən bu sadədillik şairi çağırır. “Uşaq” adlı şeirdə
uşaqlığına qayıtmaq istəyən şairi əlini qaşının üstünə
qoyub uşaqlığına boylanan görürük. Bu uşaqlıqdakı
cənnət bağ da, dəcəl çəpiş də şairin xatirələrində olduğu
kimi qalıb. Şair öz uşaqlığını səsləyir, amma yuxularda
olduğu kimi səsi çıxmır, birdən uşaq çevrilib ağ saçlı
adamı görür və qaçır. Daha sonra həmin uşaq şairin
ürəyində qəhqəhə çəkir və ona dərddən azad olmağın
yolunu, yenidən uşaqlığa qayıtmağın yolunu göstərir.
Bu şeirlər Əli Kərimin balalara hədiyyə etdiyi
“Uşaqlar və ulduzlar” adlı kitabındandır. 1971-ci ildə
“Gənclik” nəşriyyatında çap olunan kitab iki bölümdən
ibarətdir: şeirlərin daxil edildiyi “Suallar və cavablar” və
Dostları ilə paylaş: |