Əli Kərim
23
Ağasəf Axundov “Kommunist” qəzetindəki “İki sevgi”
adlı məqaləsində poema haqqındakı fikirlərini də oxucu-
lara çatdırır: ”İlk simfonuiya” poeması Əli Kərimin epik
janrda ilk müvəffəqiyyətli addımıdır. Poemadakı konflikt
bəstəkar İlham və Azadın xarakterləri arasındakı ziddiy-
yətlər əsasında inkişaf edərək ictimai məzmun kəsb edir.
İlham və Azadın sənətdə buraxdığı səhvlər, birincinin
düzgün, ikincinin saxta yayadıcılıq yolu, onların sənətə
müxtəlif baxışları, bir-birinə zidd olan əxlaqi keyfiyyətləri
poemada ustalıqla təsvir edilmişdir”.
21
Kitabdakı ikinci poema “O mənə danışdı ki...” ad-
lanır. Poema “Ayaqlar”, “Ayrılıq”, “Adsız fəsil”, “Açıl-
mamış güllələrin yarası”, “Ana, hardasan”, “Ayıldım bir
səhər” adlı bölümlərdən ibarətdir. Burada şair bir ayağını
itirmiş bir kişi ilə kurortda tanış olur və kişi ona başına
gələnləri danışır. Elə poemanın adı da buradan alınmışdır.
Burada müharibənin ağrı-acısını əks etdirən şair təkcə bir
adamın, ayağını itirmiş bir əsgərin deyil, bütünlükdə mü-
haribədə faşistlərə qarşı mübarizə aparan, canını düşün-
məyən, yalnız bir məslək uğrunda vuruşan insanların
hekayətini yazır. Burada xalqlar dostluğu da tərənnüm
olunur. Bu gün bu kimlərinsə xoşuna gəlməyən mövzu
olsa da, mənə elə gəlir ki, bu olanları, yaşanmış keçmişi-
mizi heç cürə tariximizdən kəsib atmaq mümkün deyil.
Heç lazım da deyil. Çünki, o dövrdə olanları nəinki unut-
maq, əksinə bu gün üçün faydalı cəhətlərini hətta təbliğ
Sona Xəyal
24
etmək gərəkdir. O zaman vətənpərvərlik indikindən qat-
qat güclü idi...
Əli Kərimin sağlığında cəmi dörd kitabı işıq üzü
görüb. Amma bu dörd kitabla Əli Kərim təkcə Azərbay-
canda deyil, bütünlükdə keçmiş sovet məkanında güclü
şair kimi tanınıb. Təkcə oxucular deyil, bütün sənət dost-
ları da, ümumi ədəbi mühit də, ədəbi tənqid də Əli Kərim
şeirinin özünəməxsusluğunu duyub, Əli Kərim lirikasının
bədii dəyərini yüksək qiymətləndirmişdir. Asəf Axundov
“Bakı” qəzetindəki məqaləsində yazırdı: ”Əli Kərimi lirik
bir şair kimi oxucuya sevdirən də onun yeni söz demək,
yeni fikir və həyati hisslər ifadə etmək meylləridir...
İnsanın zəngin daxili aləmi, əxlaqi keyfiyyətləri,
mənəvi gözəlliyi və qüruru Ə.Kərimin şeirlərinin ruhunu,
canını təşkil edən başlıca hisslərdir”.
22
Elə bu cəhətlərdir ki, yarımçıq ömür yaşamış, dün-
yasını vaxtsız dəyişmiş (kim bilir, bəlkə də elə vaxtında
dəyişmiş) Əli Kərim özündən sonra qoyub getdiyi ədəbi
irsi ilə bu gün də aramızdadır. Sənət dostları da, oxucuları
da Əli Kərimi bu gün də yaşadırlar. Bu gün də Əli
Kərimin ölümü ilə razılaşa bilmirlər, indi də söz düşəndə
yana-yana danışırlar, ağır olsa da, həmin günə qayıdırlar.
Həmin gün! 1969-cu ilin qızmar iyul günü...
“Ədəbiyyat və incəsənət” qəzeti 1969-cu il, 5 iyul
tarixli sayında bu ölümə bir səhifəlik göz yaşı gölü ayırdı.
Mirzə İbrahimovun Moskvadan vurduğu teleqramda oxu-
yuruq: ”Qeyri-adi poetik istedadına, qələminə dərin mə-
Əli Kərim
25
həbbət bəslədiyim əziz Əlinin vaxtsız vəfatından doğan
kədərimi ifadə üçün söz tapmıram...Onun ədəbi irsi ədə-
biyyatımız üçün çox qiymətlidir. Sizin ağır dərdinizə qəl-
bən şərik oluram”.
23
Səhifədə Məmməd Arazın “Torpağa qarışdı”, Qabi-
lin “Budaq sındı”, Rəsul Rzanın “Bir şair–bir insan öldü”
adlı yazıları, Yazıçılar İttifaqının nekroloqu və Əli Kəri-
min “Vəsiyyət” adlı şeiri dərc olunmuşdur. Nekroloqda
oxuyuruq: ”Əli Kərimin şeirlərində müasir gənclərin
mənəvi tələblərinə və estetik zövqlərinə uyğun olan qiy-
mətli cəhətlər–coşqun vətənpərvərlik və beynəlmiləlçilik
ruhu, əməkçi insana dərin məhəbbət, daim yeniliyə,
tərəqqiyə can atmaq meyli güclü idi. Şairin hər bir yeni
əsəri ciddi yaradıcılıq axtarışlarının məhsulu idi”.
24
Əli Kərimi sadəcə bir insan, bir şair deyil, özünə
doğma qardaş bilən xalq şairi Rəsul Rzanın təəssüfü də
diqqəti çəkir. O yazırdı: ”Ölüm bir nəğməkarı əlimizdən
aldı. Şair Əli Kərim artıq sıralarımızda yoxdur. Onun son
şeirinin adı “Vəsiyyət”dir. O, insanlara yaxşılığı vəsiyyət
edib getdi. Onun şeirləri qaldı, həyəcanlı, müdrik şeirləri,
insan qəlbinin nadir hərarəti ilə isinmiş şeirləri. Biz ondan
yeni yaradıcılıq icadları gözləyirdik...
Biz şairin vəsiyyətinə hörmətlə onun tabutuna
qələm-kağız qoyduq. Nə yazıq ki, bu qələm onun əlində
əvvəlki sənətkarlığına qovuşa bilməyəcək”.
25
Sona Xəyal
26
Hardan gəldi çıxdı
Ölüm–bu qoca kaftar.
Yaman kəmfürsətdir,
Görmür ki,
əlimdə nə qədər
işim var?
Heç kim inanmır ki,
Öləcək...
Elə mən də...
Amma ölüm
oğlanlarımın
kədərli təbəssümüylə
gülümsəyəndə,
Onların, hələ dünyanı
Tamam yığa bilməmiş
Gözləriylə baxanda,
Onlarla bir oyanıb da,
Bir oynayanda,
Hər işdə onlardan
Geri qalmayanda,
Sadiq köpək kimi
girəni,
çıxanı yoxlayıb,
Qapının yanından
ayrılmayanda,
inandım öləcəyimə...
Demədim heç kimə.
26
Dostları ilə paylaş: |