Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   2   3   4   5   6   7   8   9   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
15
gözə görünməzdir, zərifdir. Əlinin yaratdığı xarakterlər isə 
yalnız birtərəfli olmayıb, müəyyən cizgilərə malikdir. Əli-
nin süjetli,  xarakterli şeirləri onun poema janrına müvəf-
fəqiyyətlə keçməsi üçün möhkəm zəmin olmuşdur”.
11 
 
Adil Babayev “Azərbaycan gəncləri” qəzetində çap 
etdirdiyi  “Uğur olsun, gənc şair”  adlı məqaləsində isə Əli 
Kərimin bir şair kimi sənəti, sənətkarlığı başa düşdüyünü, 
insanların ruhuna müsbət təsir göstərən poetik çalarları, 
rəngləri  şeirinə  gətirdiyini, öz qabiliyyətinə arxalanıb, 
ədəbiyyat qarşısındakı borcunu layiqincə yerinə yetirə 
bildiyini diqqətə çatdırır. Həmin məqalədən bəzi fikirləri 
burada veririk: ”...Ə. Kərimov gənclik aləminin rəngarəng 
arzularını, sevgisini, məhəbbətini,  əmək cəbhəsində 
göstərdikləri hünər və cəsarəti tərənnüm edir.... 
Ə.Kərimov ədəbiyyatın  yazdığı hər bir kiçik şeirin 
vəzifəsini çox aydın başa düşür. O öz şeirlərini zəhmət 
adamlarına kömək etmək üçün, onları yeni əmək 
xarüqələri yaratmağa ruhlandırmaq üçün yazır... 
Əli Kərimov  şeir yazmağa başladığı ilk günlərdən 
çox düzgün bir yol tutmuşdur. Yaradıcılığına həmişə  tə-
ləbkarlıqla yanaşan bu gənc  şair öz şeirləri üzərində diq-
qətlə işləyir. Yeni sözlər, ifadələr, bədii formalar axtarır.
12
 
Xalq  şairi Cabir Novruz isə “Azərbaycan” jurna-
lında çıxan “Şair dostlarım” adlı  məqaləsində  Əli Kərim 
şeirini  ədəbiyyatımızın  ən dəyərli poetik nümunələrindən 
hesab edir, şairin yaradıcılığına yüksək qiymət verərək
heyrətini belə ifadə edir: ”Əli Kərimin “İki sevgi” kitabını 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
16
vərəqləyirəm. Misralar, poetik dönüşlər, siqlətli fikirlər, 
ədəbi priyomlar təzədir. Onun yazı manerasını xüsusilə 
xoşlayıram.  Şairin  əsərlərində oxucunu heyrətə salan 
ifadələr, təbii hissər güclüdür. “Qaytar ana borcunu” poe-
ması kimin qəlbini həyəcanlandırmır?  Bu kiçik həcmli  
şeiri bilə-bilə poema adlandırıram. Həmin yazıda təbliğ 
olunan böyük humanist fikir, sənətkarlıq son illərdə  ədə-
biyyatımızda yaranan bəzi uzun-uzadı poemalara dəyər, 
desəm, səhv etmərəm”.
13 
 
*** 
Şairin növbəti kitabı “Həmişə  səfərdə” adlanır. 
Kitab 1963-cü ildə Azərnəşrdə çap olunub. Kitabın anno-
tasiyasında oxuyuruq: ”Həmişə səfərdə” – həmişə oxucu-
ları düşündürməyə, təzə, obrazlı sözlər deməyə can atan 
şair Əli Kərimin Azərbaycan diində çıxan ikinci kitabıdır.  
Bu kitabdakı şeirlərdə zəhmətin romantikasını, bə-
şəri duyğuları, ülvi sevgini tərənnüm edən həssas bir 
ürəyın döyüntüləri duyulur”.
14
 
Kitab “Mənim həyatım” adlı şeirlə açılır. Kitabı və-
rəqləyirsən, “Əllər”, “May səhəri”, “Romantiklər”, “Dost-
lar, mühəndis və dəniz”, “Bir gecəlik Kür olmuşam” və s. 
şeirlərdəki poetik misralar, sərrast fikirlər səni tutur: ”Adi 
bir insanam mən, Adidən də adiyəm. Bir əl boyda kağıza 
sığmaz amma bu aləm”, “Gah tək qalan bir söyüd, gah da 
bir daş olduğum”, “Min ölənin, qalanın həyatıdır həya-
tım”, “Birisi də elə bil Özü öz əllərini Oğurlayıb bayaqdan 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
17
qoymuşdu ciblərinə”, “Çiçək səpdi çiyinlərinə yaşıl bu-
daqlar”, “Bir şar uşdu, gözdən itdi evlər dalında, Bir 
zamanlar uçurduğum uşaqlığım tək”, “Romantikdirlər 
onlar, onlarçün nə uzaqlıq, nə də məsafələr var”, “Sinəsin-
də  gəzdirdiyi o dəniz  İndi onu sinəsində  gəzdirir”, 
“Xoşbəxtəm ki, heç olmasa bir gecəlik Kür olmuşam”... 
Diqqəti “Həmişə  səfərdə” adlı  şeir cəlb edir. “Qa-
tarlar dayananda, Təyyarələr enəndə, Məncə bitməyir 
səfər, Səfərdəsən yenə də”,— yazan şair düşünür ki, insan 
dünya kimi əbədi səfərdədir. Hətta bir daşın üstandə 
oturub mənalı bir kitabı varaqlayırsa, yenə də səfərdədir... 
 
Yuxlayanda hər axşam, 
Yuxusu körpüdürsə. 
Günlə gün arasında–  
Səfərdədir o adam... 
Hətta məzardadırsa, 
Xatirəsi dostlara 
Bir təpə aşmaq üçün 
Qüvvə verirsə əgər, 
O yenə səfərdədir. 
Mənzilə çox var hələ... 
Səfərdədir, yol gedir...
15
 
 
Kitabı vərəqləməkdə davam edirəm. Bir-bir şeirləri 
oxuyuram, bəzilərinə  təkrar qayıdıram, bir də oxuyuram. 
“Məkr və  məhəbbət qalası”, “Zaksda”, “Gəldin”, “Qızın 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
18
sevgisi” adlı  şeirlərdəki hiss, duyğu tutur məni. “Daş”, 
“Nəğmələrin yuvası”, “Fəhlələr”, “Ölülər ordusu”, “Ana-
lar ağlayır”, “Göylər adamının himni” adlı nümunələrdə 
müxtəlif mövzular, yerdən göyə, sağdan sola, təpədən 
dırnağa yol başlayan fikirlər diqqəti çəkir. Buradakı 
obrazlar, şairin yaratdığı xarakterlər adamı düşündürür. Və 
nəhayət,  ən çox sevdiyim şeirlərdən birini tapıram bu 
kitabda. Gözümün önündə çox sevdiyim müğənnilərdən 
biri Flora Kərimova canlanır. Sanki onun səsini eşidirəm. 
Bu səs Əli Kərim şeirinin ruhuna qarışıb puhumu oxşayır. 
Hardasa, haçansa itirdiklərimi xatırlayıram, pıçıltıyla 
“Qayıt” deyirəm, gözlərim dolur, amma ağlamıram,  Əli 
Kərim  şeirinin sehri məni öz aləminə,  şairin söz aləminə 
aparır və “Qayıt”ı oxuyuram: 
 
Qayıt, mənim gülüm, yerbəyer elə 
Dərdli səhərləri, gecələri sən. 
Çaşıb başqa yolla keçirəm elə, 
Düz öz qaydasınca küçələri sən. 
 
Qayıt, yerinə qoy Ayı, Günəşi, 
Yenə olduğu tək görüm həyatı. 
Qayıt, gözüm nuru, könlüm atəşi, 
Qayıt, səhmana sal bu kainatı! 
16
 
       
Əli Kərim şeirdə daha böyük müvəffəqiyyət qazan-
sa da, təkcə şair kimi qalmadı. Qələmini ədəbiyyatıızın bir 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə