Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
35
“vəznsiz şeir” bəlkə də var, lakin vəznsiz, musiqisiz misra 
yoxdur. Yüksək dərəcədə yığcamlıq, təbiilik və səmimiy-
yət, vüsətli və dinamik bir düşüncə tərzi onun sərbəst şeir 
ədasını başqalarından fərqləndirir”.
35
 
Kitabdakı  şeirlərdə adamı tutan, içindən keçib, 
səninkiləşən obrazlara rast gələndə düşünürsən ki, Əli 
Kərim bir adam, beş adam olmayıb. “Sənət eşqi” bölü-
mündəki şeirlərdə daha doğma hisslər çəkir səni. “Sözlər” 
şeirində “Dostum sözlər! Bəsdir daha dözdüm, sözlər. Nə 
vaxt bəs sizinlə verib çiyin-çiyinə, hücum edəcəyik 
mənaların çiyninə”, adsız bir şeirindəki “Qələmimdəki 
mürəkkəb məni yandırır. Qəlbimdə qalan söz kimi”, başqa 
birində “Nöqsanlar...Günahlar...Ağır qüsurlar...Bəzən əvə-
zimə onlar yazırlar”, digərində  “Şairi yaşadır hər  şeydən 
əvvəl Məna  ənginliyi, söz kislorodu”, nəhayət bapbalaca 
bir şeir diqqətimi daha çox çəkir: 
 
Bir mövzu çıxdı yadımdan bu gün, 
Çox araşdırdım yaddaşı bütün. 
Tapa bilmədim, dinmə, ey kədər! 
O, doğmadırsa, qayıdıb gələr.
36
 
 
Kitabın “Heç-heçə” bölümündə eyniadlı şeir, “Uşaq-
ların nəğməsi məhkəmədə”, “Gördüm heş doğulmamış”, 
“Epiqramlar” və dörd adsız  şeir var. Hamısında da Əli 
Kərim düşüncəsi,  şairin fikir dərinliyi, yenilik və  səmi-
miyyət. Tənqidlərində də səmimidir şair... 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
36
“Son  şeirlər” bölümü daha çox maraq doğurur. 
Burada müxtəlif mövzularda yazılmış şeirlərlə rastlaşırıq. 
Gül-çiçək də, bulaq da, hava da, yağış da, “Göydəmir at” 
da, ağrıya, ölümə meydan oxuyan misralar da diqqəti 
çəkir. Xəlil Rza “Şairin ikinci həyatı” adlı  məqaləsində 
yazırdı: ”Son yazılarında  Əli Kərimin bizə çox-çox əziz, 
doğma olan şəxsiyyəti: vüqarı, insanpərvərliyi, onu həm 
gözdən yayındıran, həm də ucalığa qaldıran hədsiz təvazö-
karlığı parlaq ifadəsini tapmışdır. Əslində Əli Kərim kimi 
şair olduqdan sonra ölüm qorxulu deyil, çünki, onun 
qarşıda ikinci, daha etibarlı, uzun həyatı var. Ancaq görün 
şair özü nə deyir: ”Heyf, bu yaşda heç nə, heç nə edə 
bilmədim”  Əlbəttə, bu sözləri təvazökarlıq kimi, sənətə 
uca bir ideal zirvəsindən baxan, deyə biləcəklərinin çoxu-
sunu özü ilə apardığını hiss edən sənətkarın qənaəti kimi 
anlamalıyıq. Əslində, Əli Kərim çox iş görmüş, şəraitin və 
36 yaşın verdiyi imkandan bacarıqla istifadə etmişdir”.
37
 
Əli Kərimin vəfatından sonra onun yradıcılığı 
haqqında yazılmış məqalələrlə yanaşı, onunla bağlı anları 
özündə  əks etdirən xatirə yazılar da çap olunub. Şairin 
gənclik dostu, onunla bir yerdə  təhsil alan, bir yerdə 
yataqxanada qalan yazıçı  Əli Səmədli hələ 1970-i ildə 
“Ulduz” jurnalının oxucuları ilə bölüşdüyü dost kədərinə 
bir qədər də  şirin-şəkər qatıb. Bəli,  Əli Kərim elə insan, 
elə şair, elə dost olub ki, olmayanda da haqqında sağ kimi 
danışılır. Bəlkə  də onun ölümünə inanmamaqdan, ya nə-
dənsə, onun haqqında danışanlar kədərlə başlasalar da, 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
37
sonda nikbin nota köklənirlər.  Əli Səmədlinin “Xatirəyə 
dönən məktublar” adlı yazısından kiçik bir hissəni veririk: 
”Şeirlə yatardı, şeirlə durardı. Səhər gözünü açan kimi ilk 
sözü  şeir olardı,-Yuxuda çoxlu şeir yazmışam-deyərdi. 
Gözəl şeirlər idi. Heyf ki, yadımda qalmayıb. Adda-budda 
misralar söyləyərdi. Hər gün şeir yazardı. Amma hamısını 
mənə oxumazdı. İki-üç günə şeirlə dolmuş şagird dəftərin-
dən iki-üç şeir oxuyardı. “Hər yazılan şeir deyil” deyərdi. 
Üç ildən artıq idi ki, şeir yazırdı. Onlarla tutarlı, 
çapa layiq şeirləri var idi. Ancaq bir dəfə də olsun nə yerli 
radio qovşağının, nə də rayon qəzeti redaksiyasının qapı-
sını açmamışdı. Mərkəzi qəzetlərə  də  şeir göndərmirdi. 
Çox qəribə təbiəti var idi”
38
 
“Qaytar ana borcunu” kitabını  başdan-ayağa  oxu-
dum. Elə-belə yox, misra-misra, söz-söz oxudum. Nəinki 
yeni şeirlər, hətta təkrar çap olunan şeirlərdə də  yeni nəsə 
tapdım. Ən əsası odur ki, Əli Kərim şeirini oxuyanda, Əli 
Kərimin özünü tapa bilirsən. Lap ölüm ayağında belə Əli 
Kərim yenə də Əli Kərimdir. Bəlkə elə ona görə də ölüm 
belə onu bizdən ayıra bilməyib. 
 
Ey mənim yerimdə  
                   yatan qardaşım,  
Bəzi məsləhətə ixtiyarım var. 
Dəmir yaddaşında bu çarpayının 
Qalar o çəkdiyim sonsuz ağrılar. 
 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
38
Can vermək təcrübəm,  
               sancı vuruşum, 
qızdırma yanğınım, 
                  üşütmə qışım, 
icazə verir ki, 
         ağır halına 
                bircə qədəm atım,  
                          azca qarışım.
39
 
 
Şair burada sanki özünün çəkdiklərini başqasının 
çəkməsini istəmir və onu xəbərdar eləməyi özünə borc 
bilir.  Şairin fikrincə, hər  şeyin  əvvəli qorxudan başlayır, 
qorxu ürəyə yol tapanda, insan ölümə doğru yol başlayır. 
Qorxu ölümə yol açır.  Şeirin sonunda isə  şair məsləhət 
verir ki, iynə-dərmana fikir ver, o zaman qorxu onlara 
qarışıb gedər və qorxudan qorunmaq mümkünsə, o zaman 
ölüm də baş götürüb gedər. Buradan belə  çıxır ki, şair 
özünə diqqət yetirməmiş, xəstəliyinə fikir verməmiş, başa 
düşəndə isə artıq gec imiş. Amma bu başa düşməyin də 
xeyri bu imiş ki, şair özündən sonra gələnləri xəbərdar 
eləyə bilir. Görünür, Əli Kərimin də qismətinə  xəbərdar 
edilmək yox, xəbərdar etmək düşübmüş. 
Kitabda “Ölüm xəstəxanada zəhləmi tökdü mənim” 
misrasıyla başlayan  şeir də maraqlıdır. Ümumiyyətlə, bu 
kitabdakı bütün şeirlər maraqlıdır, amma adamı yandıran 
odur ki, bu kitab Əli Kərimin vəfatından sonra çap olunub. 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə