Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

 

57

Cədvəl məlumatlarından göründüyü kimi, dövlət müəssisələrinin sayı 2011-



ci  illə  müqayisədə  2014-cü  ildə  9087-yə,  xüsusi  müəssisələrin  sayı  74310-dan 

68642-yə, qarışıq müəssisələrin sayı isə 1712-dən (2011-ci il) 1601-ə (2014-cü ildə 

çatmışdır.  

Müəssisələrdə maliyyənin idarəolunması maliyyə mexanizminin köməyi ilə 

həyata  keçirilir.  Maliyyə  mexanizmi  iqtisadi-təsərrüfat  mexanizminin  tərkib 

hissəsidir. Maliyyə mexaqnizmi maliyyə münasibətlərinin təşkilinin forma, metod 

və üsulların məcmusundan ibarətdir. Maliyyə münasibətlərinin təşkilinin forma və 

metodları iqtisadi və sosial inkişaf üçün əlverişli şəraiti təmin edir. 

Maliyyə mexanizmi sisteminə maliyyə münasibətlərinin təşkili üçün istifadə 

edilən forma,  metod və növlər daxildir. Beləliklə, maliyyə  mexanizminin quruluş 

çox  mürəkkəbdir.  Maliyyə  mexanizminin  quruluşuna  müxtəlif  maliyyə 

münasibətlərinə  uyğun  elementlər  aiddir.  Maliyyə  münasibətlərinin  sfera  və 

həlqələrindən  asılı  olaraq  maliyyə  münasibətləri  ayrılır;  müəssisənin  maliyyə 

mexanizmi; sığorta mexanizmi; dövlət maliyyəsi mexanizmi.  

ctimai  təkrar  istehsala  təsiri    nöqteyi-nəzərindən  maliyyə  mexanizmini 

araşdırdıqda  onun  funksional  həlqələri  müəyyən  edir:  resursların  sərfərbərliyə 

alınması; maliyyələşmə, stimullaşma. 

Maliyyə mexanizminin mühüm tərkib hissəsini müəssisə maliyyəsi mexanizmi 

təşkil  edir

.  Müəssisə  maliyyəsinin  idarə  olunması  maliyyə  mexanizmi  vasitəsilə 

həyata  keçirilir.  Müəssisənin  maliyyəsinin  idarə  olunması  sisteminə  daxildir; 

maliyyə metodları; maliyyə alətləri; hüquqi təminat; maliyyənin idarə olunmasının 

məlumat təminatı. 

Maliyyə  metodlarına  daxildir:

  maliyyə  uçotu,  maliyyə  təhlili,  maliyyə 

nəzarəti, maliyyə planlaşdırılması, maliyyə tənzimlənməsi, hesablaşmalar sistemi, 

kreditləşmə, sığortalaşma və s. 



Maliyyə  alətlərinə  isə

  mənfəət,  vergi,  kredit,  faiz,  qiymət,  maya  dəyəri, 

qiymətli kağızlar, debitor borcu, kreditor borcu, dividend, sığorta ödənişləri və s. 

daxildir.   




 

58

Maliyyə  mexanizmi  maliyyə  siyasətinin  həyata  keçirilməsi  üçün  istifadə 



edilir. 

Dövlət  öz  funksiyalarını  həyata  keçirmək  üçün  maliyyədən  istifadə  edir. 

Qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  dövlət  maliyyə  siyasətindən  istifadə  edir. 

qtisadi siyasətin tərkib hissəsi olan maliyyə siyasəti vasitəsilə cəmiyyətin sosial və 

iqtisadi inkişafına təsir göstərilir. 

Maliyyə  siyasəti  dövlətin  fəaliyyətinin  xüsusi  sferasıdır.  Maliyyə  siyasəti 

maliyyə  resurslarının  səfərbərliyə  alınması,  onların  səmərəli  bölüşdürülməsi  və 

dövlətin funksiyalarının həyata keçirilməsi üçün istifadəsinə yönəldilir. 

Müəssisə  təsərrüfat  subyekti  kimi  xüsusi  maliyyə  resurslarına  malikdir  və 

ona görə də özünün maliyyə siyasətini müəyyən edə bilər. 



əssisənin  maliyyə  siyasəti

  –  maliyyə  resurslarının  formalaşmasına, 

səmərəli və effektli istifadəsinə yönəldilən metodların məcmusundan ibarətdir. 

Müəssisənin maliyyə siyasətinin işlənilməsinin məqsədi-müəssisənin strateji 

və faktiki məqsədlərinin əldə edilməsinə yönəldilən maliyyənin idarə olunmasının 

effektli sistemini qurmaqdır. 

Müəssisənin  maliyyə  fəaliyyətinin  idarə  olunması  siyasəti  sadəcə  maliyyə 

siyasətinin  həyata  keçirilməsi  deyildir,  müəssisə  maliyyəsinin  idarə  olunması 

siyasəti  biznesin  fəaliyyətdə  olan  vəziyyətinin  transformasiyası  üzrə  qəbul  edilən 

maliyyə qərarları sistemindən ibarətdir. 



Öz  məzmununa  görə  müəssisənin  maliyyə  siyasəti  onun  mahiyyətini  əks 

etdirəəsas istiqamətləri çərçivəsində həyata keçirilir: 

- maliyyə münasibətlərinin dəyişdirilməsi; 

- maliyyə münasibətlərinin sabitləşdirilməsi; 

- maliyyə sağlamlaşdırılması. 

Maliyyə  münasibətlərinin  dəyişdirilməsi  müəssisə  daxilində  maliyyənin 

təşkilində  geniş  sahədə  dəyişiklikləri  nəzərdə  tutur.  Bu  tədbir  eyni  zamanda 

müəssisənin  maliyyə,  pul  tədavülü  və  kredit  sahəsində  münasibətlərin  dəyişməsi 

üzrə tədbirlərin qəbul edilməsini də nəzərdə tutur. 




 

59

Maliyyə  münasibətlərinin  sabitləşdirilməsi  maliyyə  münasibətləri  və 



prosesləri  xarakterində  və  tərkibində  köklü  dəyişiklikləri  deyil,  ancaq  istehsal  və 

maliyyə  fəaliyyətinin  kəmiyyət  parametrlərinin  pisləşməsinə  yol  verməmək 

məqsədi ilə onların yaxşılaşdırılmasını nəzərdə tutur. 

Maliyyənin sağlamlaşdırılması siyasəti

 – pis maliyyə şəraitində müəssisənin 

maliyyəsinin  idarə  olunması  siyasətidir.  Bu  siyasət,  eyni  zamanda  maliyyə 

sabitliyinin  pozulması,  iflas  və  müflisləşmə  perspektivini  də  nəzərdə  tutur. 

Maliyyə  sağlamlaşdırılması  siyasəti  məcburi  tədbirdir  və  müəssisədə  maliyyə 

münasibətlərinin mövcud bazasında həyata keçirilə bilər. 



əssisənin  maliyyəsinin  idarəolunması  maliyyə  mexanizmi  vasitəsilə 

həyata keçirilir. 

əssisənin  maliyyə  mexanizmi

  -    maksimum  mənfəət  əldə  etmək  üçün 

müəssisənin maliyyəsinin idarəolunması sistemidir. 

Müəssisə  maliyyəsi  mexanizmi  bütün  maliyyə  mezanizmində  mərkəzi  yer 

tutur. Bu, maddi istehsal sferasının maliyyəsinin bütün maliyyə sistemində aparıcı 

rolu  ilə  əlaqədardır.  Müəssisənin  maliyyə  mexanizmi  müəssisədə  pul  fondları  ilə 

ə

laqədar maliyyə münasibətlərinin idarəolunması deməkdir.\ 



Maliyyə  mexanizmi  bir  tərəfdən  obyektivdir,  yəni,  obyektiv  iqtisadi 

qanunların  tələbləri  əsasında  qurulur,  digər  tərəfdən  isə  o  subyektiv  xarakter 

daşıyır, yəni hər hansı bir dövrdə müəyyən vəzifələrin həlli üçün dövlət tərəfindən 

müəyyən  edilir  və  həmin  vəzifələrin  həllində  müxtəlif  forma  və  metodlardan 

istifadə  edilir.  Maliyyə  münasibətlərinin  qarşılıqlı  fəaliyyətinin  təşkili  maliyyə 

kateqoriyalarından  (mənfəət,  vergi,  dövriyyə  vəsaiti,  amortizasiya  ayırma,  nağsız 

hesablaşmalar  və  s.)  və  normativlərdən  (rentabellik,  büdcəyə  ödəmə),  müxtəlif 

stimul, sanksi və s. maliyyə alətlərindən istifadə etməklə əldə edilir. 

Bazar  iqtisadiyyatı  şəraitində  istehsal  vasitələri,  kapital,  əmək  və  s. 

bazarların  formalaşması,    mülkiyyətin  müxtəlif  formalarının  mövcud  olması, 

qiymətlərin  sərbəstləşməsi  və  s.  müəssisələrdə  maliyyənin  idarəolunması 

mexanizminin də dəyişməsini də zəruri etdi. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə