Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   ...   17   18   19   20   21   22   23   24   25

 

60

Bazar  iqtisadiyyatı  metodlarına  uyğun  maliyyə  resurslarının  səmərəli 



idarəolunması maliyyə menecmenti çərçivəsində həyata keçirilir. 

Maliyyə menecmenti

 – strateji və cari məqsədlərə çatmaq üçün müəssisənin 

təsərrüfat  fəaliyyətində  meydana  çıxan  pul  axının  hərəkətinin  idarəolunmasının 

səmərəli  sistemini  əks  etdirir.  Başqa  sözlə,  maliyyə  menecmenti  maksimum  gəlir 

ə

ldə  etmək  üçün  müəssisənin  maliyyə  vəsaitinin  optimallaşdırılması  ilə 



ə

laqədardır. 

Maliyyə  mecementinin  mahiyyəti  maliyyə  metodların  köməyi  ilə  maliyyə 

vasitələrindən  istifadə  etməklə  müəssisənin  maliyyə  münasibətlərinin  idarə  etmə 

sistemini ifadə edir. Maliyyə  menecmentinin məzmunu onan mahiyyətindən daha 

genişdir.  Belə  ki,  onun  məzmunu  maliyyə  menecmentinin  müəssisənin  ümumi 

idarə  etmə  sistemindəki  yerindən  asılıdır.  Belə  ki,  maliyyə  menecmenti 

müəssisənin  ümumi  idarəetmə  sisteminin  ayrılmaz  hissəsi  kimi  çıxış  edir  və 

maliyyə  resurslarının  hərəkətini  və  bu  hərəkət  zamanı  yaranan  maliyyə 

münasibətlərini prosesinin rasional idarə etmə sistemini özündə ifadə edir. Bu da 

maliyyə menecmentini müəssisənin ümumi idarəetmə sistemində ən vacib həlqəyə 

çevrilir. 

Müasir  maliyyə  menecmentinin  məzmunu  bazar  şəraitinə  keçidlə  əlaqədar 

yaranan  yeni  probleslərin  həlli  və  maliyyə  təhlilinin  metodlarının  daha  da 

dərinləşməsi  ilə  xarakterizə  olunur.  Belə  problemlər  kimi  kapitalın  və  gəlirin 

diskontlaşdırılması,  kapitalın  dəyərinin  təyini  vasitəsilə  kapitalın  struketurunun 

idarə  olunması,  iqtisadi  diaqnostikanın  metodlarına  malik  olmaq,  maliyyə 

risklərinin  idarə  olunması  və  s.  çıxış  edir.  Bunların  təcrübi  idarə  etmədə  həll 

olunması müəssisələrdə maliyyə menecmentinin səmərəliliyini artırır. 

Beləliklə, maliyyə menecmenti – müəssisənin pul vəsaitlərinin dövriyyəsinin 

təşkili  və  maliyyə  resurslarının  formalaşması,  bölgüsü  və  istifadəsi  ilə  əlaqədar 

idarəetmə  qərarlarının  işlənməsi  və  reallaşdırılmasının  metod  və  prinsiplər 

sistemini  əks  etdirir.  Maliyyə  menecmenti  pul  dövriyyəsinin  təşkili,  maliyyə 

resurslarının formalaşması və istifadəsinin idarə olunması prosesidir. 

 



 

61

Maliyya menecmentinin sxeması 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Maliyyə  menecmentinin məzmunu və prinsiplərinə əsasən onun məqsəd və 

vəzifələri formalaşır. 



Maliyyə  menecmenti

  –  maliyyə  ilə  bağlı  peşə  fəaliyyətinin  növü  olmaqla 

müəssisənin  maliyyəsinin  idarəedilməsi  ilə  məşğuldur.  Bazar  münasibətləri 

şə

raitində  hər  bir  sahibkarlın  başlıca  vəzifəsi  maliyyə-təsərrüfat  fəaliyyətinin 



yaxşılaşdırılması əsasında mənfəət artımını, investisiya layihələrinin səmərəliliyini 

darəetmə subyekti 

Müəssisənin maliyyə 

xidməti 


Maliyya menecmenti 

Maliyya fynksiyaları və 

alətləri 

darəetmə obyekti 

Pul dövriyyə-

si 


Kapitalın 

dövriyyəsi 

Maliyyə 

resursları və 

onların 

mənbələri 

Maliyyə 

münasibətləri 




 

62

artırmaqdan,  maliyyə  resurslarını,  dövriyyə  aktivlərini  səmərəli  halda  idarə 



etməkdən ibarətdir. 

Müəssisənin  maliyyə  fəaliyyəti  maliyyə  resurslarının  formalaşması  və 

istifadəsi  ilə  əlaqədar  onun  funksiyalarının  praktiki  reallaşdırılması  üçün  həyata 

keçirilən  prosesləri  ifadə  edir.  Bu  fəaliyyət  müəssisənin  nizamnamə  kapitalının 

formalaşdırılması anından ləğv olunması anına qədər müstəqil təsərrüfat subyekti 

kimi  onun  həyatının  bütün  mərhələlərində  həyata  keçirilir.  Müəssisənin  maliyyə 

fəaliyyətinin  həyata  keçirilməsi  prosesi  ölkənin  maliyyə  sisteminin  müxtəlif 

subyektləri və maliyyə münasibətlərinin geniş spektiri ilə səciyyələnir. 

Beləliklə,  maliyyənin  idarəolunması  –  kömpleks  anlayışdır.  Maliyyənin 

idarəolunmasına  iqtisadiyyatın  idarəolunması  aləti  kimi,  maliyyədən  istifacə 

daxildir,  yəni  burada  bütün  ictimal  təkrar  istehsal  prosesinə  maliyyənin  təsiri 

nəzərdə  tutulur.  Belə  təsir  kəmiyyət  və  keyfiyyət  nöqteyi-nəzərərindən  müəyyən 

edilir. Maliyyə mexanizmi vasitəsilə mili gəlirdə müəssisənin payının azaldılması 

və ya artması yolu ilə onun inkişafını məhdudlaşdırmaq və ya genişləndirmək olar. 

Bununla yanaşı, maliyyənin köməyi ilə müəssisənin işinin keyfiyyət göstəricisinə 

təsir etmək olar və nəticədə təsərrüfat subyektinin gəliri artar. 

Müəssisənin  maliyyə  fəaliyyəti  pul  daxilolmalarının  mənbələrinin 

axtarılması, səfərbərliyə alınması və xərclənməsi üzrə ağıllı hərəkəti nəzərdə tutur. 

Maliyyə  fəaliyyətinin  təşkilatı,  plan,  uçot  funksiyalarının  həyata  keçirilməsi 

istehsal,  texniki,  sosial  və  iqtisadi  tədbirlərin  yerinə  yetirilməsi  pul  resursları  ilə 

təmin  edilir.  Eyni  zamanda,  onun  əsas  vəzifəsi  təsərrüfat  subyektinin 

arasıkəsilmədən  fəaliyyətini  təmin  etmək  və  müsbət  maliyyə  nəticələrinə  nail 

olmaqdan  ibarətdir.  Müəssisənin  maliyyə  fəaliyyəti  pul  resurslarının  hərəkəti  ilə 

ə

laqədardar  və  istehsal  fəaliyyəti  ilə  paralel  baş  verir.  Bununla  əlaqədar  olaraq, 



qəbul edilən maliyyə qərarları həm pul vəsaitlərinin hərəkətini nizamlaşdırır. 

Beləliklə,  müəssisənin  maliyyə  fəaliyyəti  təsərrüfat  prosesinin  maliyyə 

resursları ilə təmin edilməsinə, riskin səviyyəsinin aşağa salınmasına və istehsalın 

nəticələrinin  yüksəldilməsinə  yönəldilir.  Bu  və  ya  digər  vəzifələrin  yerinə 

yetirilməsi  çox  mürəkkəbdir.  Çünki,  rəqabət  güclənir,  maliyyə  və  təsərrüfat 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə