Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   ...   17   18   19   20   21   22   23   24   25

 

63

ə



laqələri mürəkkəbləşir. Maliyyə institutlarının və onların göstərdikləri xidmətlərin 

formalarının  artması,  yeni  maliyyə  əməliyyatlarının  tətbiqi  müəssisənin  maliyyə 

fəaliyyətini  çətinləşdirir  və  eyni  zamanda  onun  fəaliyyətində  qlobal  məqsədlərə 

nail olunmağın əhəmiyyətini artırır. 

Yuxarıda  qeyd  olunanlar  müasir  dövrdə  fəaliyyət  göstərən  təsərrüfat 

subyektlərində  maliyyə  fəaliyyətinin  idarə  olunmasının  səmərəli  sisteminin 

təşkilinin məqsədəuyğun və zəruri səbəblərindəndir. Söhbət, müəssisənin maliyyə 

fəaliyyətinin  idarə  olunmasının  yüksək  forması  kimi  maliyyə  menecmentinin 

təcrübədə tətbiqi və istifadəsindən gedir. 

Hər  bir  təsərrüfat  sistemində  müəssisə  öz  maliyyə  fəaliyyətini  təşkil 

etməlidir. Bu fəaliyyət qoyulmuş vəzifələrə nail olmağa müsbət təsir göstərir. 



 

64

III FƏS L 



MÜAS R DÖVRDƏ MÜƏSS SƏN N MAL YYƏ FƏAL YYƏT N N 

DARƏOLUNMASI S YASƏT N N ƏSAS  ST QAMƏTLƏR  VƏ 

ONLARIN TƏKM LLƏŞD R LMƏS  

§3.1. Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasətinin əsas 



istiqamətləri 

 

Müasir  dövrün  maliyyə  siyasəti  maliyyə  strategiyası  və  mövcud  iqtisadi 



şə

rait nəzərə alınmaqla hazırlanır. 

Dövlətin  maliyyə  siyasətində  sahibkarlıq  fəaliyyətinin  sərbəstliyi, 

təsərürfatçılığın  müxtəlif  formalarının  tətbiqi,  rəqabətin  inkişafının  məhsulun 

keyfiyyətinin və çeşidinin yaxşılaşdırılmasına təsiri ilə əlaqədar məsələlər öz əksini 

tapır. Dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsini maliyyə siyasəti  təşkil 

edir. 

Maliyyə  siyasəti

  –  maliyyə  münasibətləri  sahəsində  dövlətin  fəaliyyətinin 

sərbəst  sferasıdır.  Dövlətin  bu  fəaliyyəti  ölkədə  sosial  və  iqtisadi  inkişaf 

proqramlarının müəyyən maliyyə resursları ilə təmin olunmasına yönəldilir. 

Maliyyə  siyasəti  ictimai  fəaliyyətin  bütün  sahələrində  (iqtisadiyyat,  sosial 

sfera,  müdafiə,  beynəlxalq  münasibətlər,  idarəetmə  və  s.)  dövlətin  siyasətinin 

həyata keçirilməsi üçün vacib vasitədir. 

Müasir dövrdə maliyyə siyasətinin vəzifələrinə daxildir: 

1.  Maksimum  səviyyədə  mümkün  maliyyə  resurslarının  formalaşması  üçün 

şə

raitin təmin edilməsi; 



2.  Maliyyə  resurslarının  bölüşdürülməsi  və  istifadəsinin  səmərəli  sisteminin 

müəyyən olunması; 

3.  qtisadi  və  sosial  proseslərin  maliyyə  metodları  ilə  tənzimlənməsi  və 

stimullaşdırılmasının təşkili; 

4. Strategiyanın dəyişən məqsəd və vəzifələrinə uyğun maliyyə mexanizminin 

işlənilməsi və inkişafı. 

5. Maliyyənin idarəolunmasının səmərəli sisteminin yaradılması. 



 

65

əssisə  və  təşkilatların  maliyyə  fəaliyyətinin  idarəolunması  siyasəti  özü  də 



bir  sıra  istiqamətlərdə  işlənilib  hazırlanır.  Həmin  istiqamətlərə  aşağıdakılar 

daxildir: 

- uçot siyasəti; 

- kredit siyasəti; 

- dividend siyasəti; 

- idarəetmə siyasəti; 

- dövriyyə vəsaitinin, kreditor və debitor borcları siyasəti; 

- amortizasiya siyasəti; 

- xərclər siyasəti; 

- sair. 

Müəssisənin  maliyyə  fəaliyyətinin  idarəolunması  siyasətinin  mühüm  tərkib 

hissəsini kredit siyasəti təşkil edir. 

Müəssisələr öz təsərrüfat maliyyə fəaliyyətində xüsusi kapital ilə yanaşı, borc 

kapitalından  da  istifadə  edirlər.  Borc  kapitalı  müddətindən  asılı  olaraq 

uzunmüddətli (1 ildən yuxarı) və qısamüddətli (1 ildən aşağı) kreditlərə ayrılırlar. 

Qısamüddətli  kredit  dövriyyə  kapitalına,  uzunmüddətli  kredit  isə  əsas  kapitala 

verilir.  

Xüsusi  və  borc  kapitalı  arasında  düzgün  nisbət  müəyyən  edilməlidir.  Əgər 

müəssisənin  xüsusi  kapitalı  onun  zəruri  tələbatı  həcmdədirsə,  deməli,  müəssisə 

maliyyə sabitliyinə malikdir. 

Cədvəl 3.1.1. 

qtisadiyyata kredit qoyuluşları 

(ilin axırına, mln.manat)* 

 

2005 



2010 

2011 

2012 

2013 

qtisadiyyata kredit qoyuluşları 

O cümlədən: 

1440,9  9163,4  9850,3  12243,7  15422,9 

Qısamüddətli  

yekuna görə faizlə 

913,2 

63,4 


2567,1 

28,0 


2951,2 

30,0 


3508,3 

28,7 


3335,4 

21,6 


Uzunmüddətli 

Yekuna görə faizlə 

527,7 

36,6 


6596,3 

72 


6899,1 

70 


8735,3 

71,3 


12087,5 

78,4 


1. Azərbaycanın statistik göstəriciləri. Bakı, 2014. 


 

66

Yuxarıdakı  cədvəl  məlumatları  Azərbaycan  iqtisadiyyatında  müəssis  və 



təşkilatlara 2005-2013-cü illərdə verilən qısamüddətli və uzunmüddətli kreditlərin 

dinamikasını  xarakterizə  edir.  Belə  ki,  müəssisələrə  verilən  qısamüddətli 

kreditlərin  xüsusi  çəkisi  kredit  qoyuluşlarının  ümumi  həcmində  2005-ci  ildə 

63,4%-i, təşkil etdiyi halda, bu rəqəm 2013-cü ildə 21,6 faizə bərabər olmuşdur ki, 

belə  vəziyyəti  də  qənaətbəxş  hesab  etmək  olmaz.  Lakin  iqtisadiyyata  yönəldilən 

uzunmüddətli  kreditlərin  həcmi  isə  ümumi  həcmdə  əgər  2005-ci  ildə  36,6% 

olmuşdursa,  2010,  2011,  2012  və  2013-cü  illərdə  onun  xüsusi  çəkisi  70-74%-i 

təşkil etmişdir. 



əssisədə borc vəsaitinin idarəolunması üçün kredit siyasəti işlənilir.

 Kredit 



siyasəti  hazırlanan  zaman  birinci  növbədə  müəssisənin  balansının  passivinin 

quruluşu  təhlil  edilir.  Qeyd  etmək  lazımdır  ki,  balansın  passivinin  IV  bölməsində 

uzunmüddətli, V bölməsində isə qısamüddətldi passivlər göstərilir. 

Qısamüddətli  passivlərə

  borc  vəsaiti  (bank  krediti,  12  ay  ərzində  ödənilməli 

istiqrazlar),  müəssisənin  satıcılara,  podratçılara,  büdcəyə,  əməyin  ödənilməsinə 

olan kreditor borcları daxildir. 

Beləliklə, balansın passivinin quruluşu təhlil edildikdən sonra, xüsusi və cəlb 

olunmuş vəsaitin payı müəyyən olunur və son nəticədə xüsusi dövriyyə vəsaitinin 

çatışmamazlığı  hesablanılır.  Hesablamalar  əsasında  müəssisənin  borc  vəsaitinə 

olan  tələbatının  həcmi  müəyyən  olunur.  Müəssisə  əmək  haqqının  ödənilməsinə, 

mövsümü işlər üçün kreditlərdən, veksel kreditindən, qiymətli kağızların girovuna 

kreditdən istifadə edə bilər. Bəzən müəssisələr xüsusi vəsaiti zəruri həcmdə olduğu 

halda  belə  kredit  almağı  məqsədəuyğun  hesab  edirlər.  Lakin  müəssisə  kredit  o 

zaman alır ki, banka ödəyəcəyi faizdən yuxarı aldığı kreditlərdən səmərə götürsün. 



əssisənin kredit siyasəti aşağıdakıları nəzərdə tutur: 

- kredit təşkilatının seçilməsi; 

- kreditə görə faiz stavkasının həcmi; 

- kreditin silinmə müddətləri. 

 

                            



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə