Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

 

48

Rentabellik  iqtisadiyyatın  bazar  iqtisadi  kateqoriyası  hesab  olunur. 



Rentabellik  termininə  müxtəlif  münasibətlər  bildirilir.  Kapitalın  rentabelliyi 

(mənfəətin kapitala nisbəti kimi); xərclərin rentabelliyi (mənfəətin maya dəyərinə 

nisbəti kimi); satışın rentabelliyi (mənfəətin satışdan gəlirə nisbəti kimi) müəyyən 

edilir.  Bazar  iqtisadiyyatında  mənfəətin  gəlir  təşkil  edən  amillərlə  və  onun 

yaranması bazası ilə müqayisəsi mühüm əhəmiyyət kəsb edir. 

Qeyd  etmək  lazımdır  ki,  rentabelliyin  yüksəlməsi  amili  vahid  iqtisadi 

proseslərdən  asılıdır.  Bazar  iqtisadiyyatı  şəraitində  istehsalın  idarə  olunması 

sisteminin  təkmilləşdirilməsindən;  müəssisələrin  resurslarının  istifadəsinin 

səmərəliyinin  artırılmasından  və  dövriyyə  vəsaitinin  həcminin  düzgün  müəyyən 

olunmasından və onun yaradılması mənbələrinin dəqiq müəyyən edilməsindən. 

Müasir  şəraitdə  rentabelliyin  artırılmasının  mühüm  amili  müəssisələrin 

resursa qənaət üzrə işi hesab olunur. Məhz bu yolla maya dəyərinin aşağı salınması 

və mənfəətin artması baş verir.  

Beləliklə,  maya  dəyərinin  aşağı  salınması  istehsalın  rentabelliyi  və 

mənfəətliliyinin artırılmasının əsas şərtidir. 

Təbiidir  ki,  rentabellik  göstəricisinin  səviyyəsinə  və  dinamikasına  bütün 

istehsal-təsərrüfat  amilləri  təsir  göstərir;  istehsalın  və  idarəetmənin  təşkili 

səviyyəsi;  kapitalın  quruluşu  və  onun  mənbələri;  istehsal  resurslarından  istifadə 

dərəcəsi,  istehsal  olunan  məhsulların  həcmi,  keyfiyyəti  və  quruluşu;  istehsala 

məsrəflər  və  məhsulun  maya  dəyəri;  fəaliyyət  növləri  üzrə  mənfəət  və  onun 

istifadəsi. 

Göstərilən  amillərin  bir  hissəsi  müəssisələrin  fəaliyyətindən  asılıdırsa,  digər 

hissəsi onların fəaliyyətindən asılı deyil. Ona görə də, daxili və ya xarici amilləri 

müəyyən  etməklə  rentabellik  səviyyəsi  təhlil  edilir  və  onun  artırılması  yolları 

axtarılır. 

əssisənin  maliyyə  resurslarının  mühüm  tərkib  hissəsini  dövriyyə  aktivləri 

təşkil edir. 

Müəssisədə 

dövriyyə 

aktivlərinin 

vəziyyətindən 

istehsal 

tskilinin 

müvəffəqiyyətlə  aparılması  birbaşa  asılıdır.  Lakin  dövriyyə  vəsaitinin 




 

49

çatışmamazlığı istehsal fəaliyyətini iflic edir, istehsal tskili dayanır və son nəticədə 



müəssisə  öz  öhdəçiliklərini  ödəmək  imkanlarına  malik  olmayacaş  və  iflasa 

uğrayacaq. 

Müəssisədə dövriyyə aktivlərinin vəziyyətinə onların dövriyyəsi bir başa təsir 

göstərir.  Dövriyyə  vəsaitinin  dövriyyəsindən  nəinki  müəssisənin  təsərrüfat 

fəaliyyəti üçün minimum həcmdə zəruri vəsaitlərin həcmi asılıdır. Eyni zamanda, 

ehtiyatların  saxlanılması  xərclərinin  həcmi  də  əlaqədardır.  Bütün  bunlar  son 

nəticədə  məhsulun  maya  dəyərində  və  müəssisənin  maliyyə  nəticələrində  əks 

olunur. Beləliklə, müəssisələrdə dövriyyə vəsaiti ilə əlaqədar aşağıdakı göstəricilə



təhlil edilir:

 

- dövriyyə aktivlərinin dövriyyəsi; 



- debitor borcunun dövriyyəsi; 

- əmtəə-mal qiymətlilərinin ehtiyatının dövriyyəsi. 

Müəssisələrdə  dövriyyə  kapitalından  istifadəni  yaxşılaşdırmaq  üçün 

dövriyyəni  həm  istehsal,  həm  də  tədavül  sferasında  sürətləndirməkdən  ötrü 

istehsal, təchizat və satış şərtlərini yaxşılaşdırmaq lazımdır. Bundan başqa, istehsal 

sferasında  maddi  qiymətlilərdən  istifadə  normasını  azlatmaq,  istehsal  müddətini 

qısaltmaq, tədavül sferasında isə satış və sənəd dövriyyəsini sürətləndirmək, daha 

mütərəqqi hesabalaşma formalarından istifadəni təşkil etmək lazımdır. 



Dövriyyə  aktivlərinin  dövriyyəsinin  sürətləndirilməsinin  ən  mühüm  yolları 

aşağıdakılardır: 

1.

  Məhsulun material tutumunun aşağı salınması; 



2.

  stehsalın intensivlişdərilməsi; 

3.

  Satıcı ilə alıcı təşkilatlar arasında optimal əlaqələrin yaradılması; 



4.

  Müqavilə intizamının möhkəmləndirilməsi; 

5.

  Normallaşdırılmanın təkmilləşdirilməsi. 



stehsal  fondlarından  səmərəli  istifadə  hər  şeydən  əvvəl  əlavə  kapital  sərf 

etmədən  məhsul  istehsalını  artırmaq  deməkdir.  Bazar  iqtisadiyyatı  şəratində 

istehsal fondlarının istifadəsinə münasibət ciddi dəyişməlidir.  

 



 

50

§2.3. Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması sistemi 



 

Bazar iqtisadiyyatına keçid ilə əlaqədar olaraq iqtisadiyyatın təşkilati-iqtisadi 

cəhətdən  islahatı  bazar  münasibətlərinin  əsas  həlqəsi,  yəni  subyekti  olan 

müəssisələrin  də  maliyyə  fəaliyyətinin  idarəolunması  sisteminə  köklü  təsir 

göstərdi.  Belə  ki,  müəssisə  səviyyəsində  məhsul  (iş,  xidmət)  istehsal  olunur, 

resursların  qənaətlə  xərclənməsi  məsələləri  həll  olunur,  yüksək  məhsuldarlı 

texniki, texnologiya tətbiq edilir. Lakin ancaq müəssisə bütün cəmiyyət və hər bir 

işçi qarşısında sosial məsuliyyət daşıyır. 

Artıq bu gün və perspektivdə mülkiyyət və hüquqi təşkilati formalardan asılı 

olmayaraq  bütün  müəssisələr  qarşısında  duran  əsas  məsələni  müəssisənin 

istehlakçıya yüksək keyfiyyətli və ya yeni keyfiyyətlərə malik olan malları vermək 

qabiliyyəti təşkil edir. 

Bazar  iqtisadiyyatı  şəraitində  iqtisadiyyatın  fəaliyyət  prosesi  daha 

dinamikdirg.  Bu  isə  müəssisələrin  təşkilinə  və  fəaliyyət  göstərməsinə  bir  sıra 

amillərin  təsiri  xarakteri  ilə  əlaqədardır.  Belə  amillərə  göstərmək  olar;  texniki-

iqtisadi göstəricilər; sosial-iqtisadi göstəricilər və s. 

Texniki-iqtisadi  göstəricilər  (yeni  texnikanın  tətbiqi,  yeni  texnologiyanın 

tətbiqi  və  s.)  müəssisədə  əmək  məhsulardarlığının  yüksəlməsində,  təsərrüfat  və 

elmi-texniki əlaqələrin genişləndirilməsində və s. əsas mənbə kimi çıxış edir. 

Lakin sosial-iqtisadi amillərə isə aşağıdakılar daxildir: 

- resurs potensialı; 

- idarəetmə metodları; 

- fəaliyyətin əsasları; 

- sair. 

Sosial-iqtisadi  amillər  müəssisədə  əməyin,  istehsalın  və  idarəetmənin 

təşkilinin məqsədəuyğun formalarını müəyyənləşdirir və istehsal münasibətlərinin 

daima inkişafını zəruri edir. 

Bazar iqtisadiyyatı şəraitində idarəetmənin xüsusi yeri onunla əlaqədardır ki, 

ancaq idarəetmə yolu ilə müəssisədə əlaqələri və iqtisadi proseslərin inteqrasiyasını 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə