Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

 

35

Müəssisənin  maliyyə  vəziyyətini  yaxşılaşdırmaq  üçün  birinci  planda 



ödəməqabiliyyətini  möhkəmləndirmək  və  balansın  likvidliyini  təmin  etmək 

lazımdır.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  müəssisənin  maliyyə  sabitliyini  və  ya  daha 

geniş məna kəsb edən maliyyə vəziyyətini ancaq balansdakı mənfəət və ya zərərlə 

ə

laqələndirmək olmaz. 



Müəssisənin  maliyyə  fəaliyyəti  anlayışı  maliyyədən  daha  genişdir.  Yəni, 

maliyyə  fəaliyyəti  ancaq  müəssisə  maliyyəsini  əhatə  etmir,  yəni,  müəssisənin 

maliyyə fəaliyyəti pul hesablaşmalarının təmin edilməsini, pul gəlirlərinin alınması 

və  xərclərin  maliyyələşdirilməsi,  pul  yığımının  və  maliyyə  resurslarının 

formalaşması və bölüşdürülməsi ilə əlaqədar əməliyyatları əhatə edir. 

Müasir dövrdə müəssisələrin çoxtərəfli maliyyə fəaliyyəti plan-proqnoz, cariv 

ə

 operativ maliyyə sənədləri əsasında həyata keçirilir. Müəssisələrdə planlaşmanın, 



tənzimlənmənin və nəzarətin obyektlərini uyğun göstəricilərdə materiallaşdırılmış 

pul  və  maliyyə  münasibətləri  təşkil  edir.  Müəssisənin  maliyyə  fəaliyyətinin  əsas 

obyektləri  onun  maliyyəsinin  məzmununu  təşkil  edən  müxtəlif  pul-maliyyə 

münasibətlərindən ibarətdir. 

Hər  bir  müəssisənin  maliyyə  fəaliyyəti  müəyyən  ölçüdə  pul-maliyyə 

ə

məliyyatlarının  baş  verməsi  ilə  əlaqədardır,  yəni,  pul  vəsaitinin  şərəkəti  ilə 



müşayiət olunan praktiki fəaliyyətdən irəli gəlir. 

Müəssisənin  maliyyə  fəaliyyətinin  əsas  istiqamətini  pul  fondlarının 

formalaşması  və  istifadəsi  təşkil  edir.  Ona  görə  ki,  bu  pul  fondları  vasitəsilə 

müəssisənin istehsal-təsərrüfat fəaliyyəti təmin edilir, sadə və geniş təkrar istehsal 

həyata keçirilir. 

əssisənin  maliyyəsinin  idarəolunmasının  müasir  sistemi  planlaşma, 

normalaşma və tənzimləməyə əsaslanır



əssisədə istehsalın sabitliyinin təmin olunmasının vacib elementini maliyyə 



planlaşdırılması sistemi təşkil edir. Maliyyə planlaşdırılmasına daxildir: 

- müəssisənin ayrı-ayrı bölmələrinin fəaliyyətinin büdcə planlaşdırılması; 

- müəssisənin fəaliyyətinin sərbəst (kompleks) büdcə planlaşdırılması. 



 

36

Qeyd  olunan  bu  iki  prosesə  aiddir:  Büdcələrin  və  onların  quruluşunun 



formalaşmsı;  büdcələrin  formalaşması  və  istifadəsi  üçün  məsuliyyət;  büdcələrin 

təsdiqi və icrasına nəzarət. 



əssisənin  fəalyyətinin  struktur  bölmələrinin  büdcə  planlaşdırılmsının 

məqsədi aşağıdakılardan ibarətdir: 

- maliyyə resurslarına qənaət; 

- qeyri-məhsuldar xərclərin ixtisar edilməsi; 

- plan göstəricilərin dəqiqliyinin yüksəldilməsi; 

- məhsulun maya dəyərinə nəzarət. 

Büdcə planlaşdırılmasının üstünlükləri isə sonrakılardır: 

1.

 



Müəssisənin struktur bölmələrinin büdcələrinin hər ay planlaşdırılması 

xərclər,  mənfəət,  vergilər  və  s.  haqqında  dəqiq  göstəriciləri  müəyyən 

edir; 

2.

 



Aylıq  büdcələr  çərçivəsində  müəssisənin  struktur  bölmələri  əmək 

haqqı  fondu  üzrə  qənaətin  xərclənməsində  böyük  sərbəstliyə 

malikdirlər ki, bu da işçilərin maddi marağını artırır; 

3.

 



Büdcə  planlaşdırılması  müəssisədə  maliyyə  resurslarına  qənaət 

rejimini tətbiq etməyə imkan verir. 



Məqsədəuyğundur ki, müssisələrdə aşağıdakı ara büdcələr formalaşdırılsın: 

- əməyin ödənilməsi fondunun büdcəsi; 

- material xərcləri büdcəsi; 

- enerjinin istehlakı büdcəsi; 

- amortizasiya büdcəsi; 

- sair xərclər büdcəsi; 

- kreditlərin və istiqrazların silinməsi büdcəsi; 

- vergi büdcəsi. 

Ə

məyin ödənilməsi fondu ilə büdcəyə və dövlət məqsədli fondlara ödəmələr 



birbaşa əlaqədadır. 


 

37

Amortizasiya  büdcəsi  müəyyən  dərəcədə  müəssisənin  investisiya  siyasəti  ilə 



ə

laqədardır.  Amortizasiya  fonduna  yığılan  faktiki  amortizasiya  ayırmaları 

müvəqqəti olaraq müəssisədə dövriyyə vəsaiti kimi istifadə oluna bilər. 

Sair xərclər büdcəsi vacib maliyyə xərclərinə qənaət imkanını verir. 

Kreditlərin  və  istiqrazların  silinməsi  büdcəsi  kredit  və  istiqrazların  silinməsi 

üzrə  əməliyyatların  yerinə  yetirilməsinə  imkan  verir.  Bu  əməliyyatlar  ödəmələrin 

plan qrafiki üzrə aparılır. 

Vergi  büdcəsi  büdcəyə  və  büdcədənkənar  fondlara  vergilərin  və  məcburi 

ödəmələrin  köçürülməsini  nəzərdə  tutur  və  bu  büdcə  bütün  müəssisə  üzrə 

planlaşdırılır. 

Yuxarıda qeyd edilən büdcələr əsasında müəssisədə icmal büdcə tərtib edilir. 

cmal  büdcə  gəlirlər  və  xərclər  hissələrindən  ibarətdir.  Büdcə  formalaşan  zaman 

xərclərin əsas maddələri müəyyən edilir; əmək haqqı, material alınması və s. 

cmal  büdcənin  tərtib  olunması  mənfəətin  həcmini  müəyyən  etməyə  imkan 

verir. 

 

əssisənin icmal büdcəsi 



 

 

Gəlir hissəsi 

 

Xərclər hissəsi 

1  Məhsul satışından və sair satışdan gəlir  1  Büdcəyə vergilər 

2  Satışdankənar əməliyyatlardan gəlirlər   2  Əmək haqqı 

3  Plan  ilinin  əvvəlinə  bank  hesablarında 

vəsait qalığı 

3  Dövlət məqsədli fondlara ödəmələr 

4  Kreditlər və  istiqrazlar 

4  Xammal və materialın alınması 

 

 

5  Enerjinin ödənilməsi 



 

 

6  Kredit və faizlər üzrə ödəmələr 



 

 

7  Sair xərclər 



 

Büdcə  kəsiri  (xərclərin  gəlirlərdən 

artıqlığı) 

  Büdcənin 

profisiti 

(gəlirlərin 

xərclərdən artıqlığı) 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə