Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

 

29

amortizasiya  siyasətindən  istifadə  olunur.  Bu  zaman  o  xərcləri  artırmaqla  sürətli 



amortizasiya  fondunu  təşkil  edir.  Müəssisə  eyni  zamanda  əsas  fondların  yenidən 

qiymətləndirilməsini  həyata  keçirə  bilər.  Amortizasiya  ayırmalarının  hesablanma 

üsulu müəyyən olunur. 

Müəssisənin dividend siyasəti səhmdar cəmiyyətlərində hesablanılır. Maliyyə 

siyasəti  hazırlanılan  zaman  dividendin  üstünlüklərini  və  nöqsanlarını 

qiymətləndirmək  zəruridir.  Son  nəticədə  dividendlərin  ödənilməsinin  optimal 

variantı  tapılmalıdır.  Müəssisənin  dividend  siyasəti  işlənilən  zaman  mütləq 

müəssisənin perspektiv inikşafı üçün xərclər də nəzərə alınmalıdır. 



əssisənin  maliyyəsinin  idarə  olunması  siyasəti,  müəssisənin  maliyyəsinin 

idarəolunmasının  müasir  sistemi  planlaşma,  normalaşdırma  və  tənzimləməyə 

ə

saslanır.

  Belə  ki,  müəssisənin  istehsal  fəaliyyətinin  sabitliyinin  təmin 

olunmasının  ən  vacib  elementini  maliyyə  planlaşdırılması  sistemi  təşkil  edir. 



Maliyyə planlaşdırılması aşağıdakılardan ibarətdir: 

- müəssisənin struktur bölmələrinin fəaliyyətinin büdcə planlaşdırılması; 

- müəssisənin fəaliyyətinin sərbəst büdcə planlaşdırılması. 

əssisənin  struktur  bölmələrinin  fəaliyyətinin  büdcə  planlaşdırılmasının 

zəruriliyi: 

- maliyyə resurslarının qənaəti məqsədi ilə; 

- qeyri-istehsal xərclərinin ixtisarı ilə; 

- plan göstəricilərinin dəqiqləyinin və düzgünlüyünün artırılması ilə; 



əssisələrdə aşağıdakı ara büdcə sisteminin təşkili məqsədəuyğundur

- əməyin ödənilməsinin büdcə fondu; 



- material xərclərinin büdcəsi; 

- enerjinin istehlakı büdcəsi; 

- amortizasiya büdcəsi; 

- sair xərclər büdcəsi; 

- krditlərin və istiqrazların silinməsi büdcəsi; 

- vergi büdcəsi. 




 

30

II FƏS L 



ƏSS SƏN N MAL YYƏ FƏAL YYƏT N N  DARƏOLUNMASI 

S STEM N N SƏMƏRƏL  TƏŞK L   MAL YYƏ S YASƏT N N ƏSAS 

MƏQSƏD D R 

§2.1. Müəssisənin maliyyə fəaliyyətinin və maliyyə vəziyyətinin məzmunu 



 

Müəssisənin  maliyyə  fəaliyyəti  onun  iqtisadi  fəaliyyətinin  tərkib  hissəsini 

təşkil edir. 

Müəssisənin  maliyyə  fəaliyyəti  cari  və  investisiya  tələbatlarının  ödənilməsi, 

maliyyə  resurslarının  müəyyən  olunması,  formalaşması  və  bölüşdürməsində 

nisbətlərin  gözlənilməsi,  xərclərin  maliyyələşdirilməsi,  nəzarətin  aparılması  və  s. 

ə

laqədardır. 



Beləliklə,  müəssisə,  firma  və  şirkətlərin  maliyyə  fəaliyyəti  onların  iqtisadi 

fəaliyyətinin bir hissəsi olmaqla aşağıdakılarla əlaqədardır: 

- dəyərin pul formasının hərəkətinin təmin olunması ilə; 

- cari və investisiya tələbatlarının ödənilməsi ilə (sadə və geniş təkrar istehsal 

xərcləri); 

- pul vəsaiti və maliyyə resurslarının formalaşmasında, bölüşdürülməsində və 

xərclərin  maliyyələşdirilməsində  nisbətliklərin  müəyyən  edilməsi  və  saxlanılması 

ilə; 

-  biznesin  operativ,  cariv  ə  strateji  inkişafı  ilə  əlaqədar  pul,  qiymət  və  s. 



üzərində maliyyə nəzarətinin həyata keçirilməsi ilə. 

Müəssisənin  maliyyə  fəaliyyəti  hər  şeydən  əvvəl  onün  əsası  olan  müəssisə, 

firma  və  şirkətlərin  maliyyəsinin  fəaliyyəti  ilə  əlaqədardır.  Lakin  müəssisədə 

maliyyənin  təşkilinin  səmərəliliyi  onun  maliyyə  vəziyyəti  ilə  ölçülür.  Belə  ki, 

təsərrüfat  subyektinin  maliyyə  vəziyyəti  onun  bütün  pul  dövriyyəsinin  təşkilinin 

səmərəliliyindən bir başa asılıdır. 

Müəssisənin maliyyəsinin səmərəli təşkili kimi, onun maliyyə vəziyyəti çıxış 

edir.  Müəssisənin  maliyyə  vəziyyəti  bütün  pul  dövriyyəsinin  səmərəliliyindən 

asılıdır.  Ona  görə  də,  maliyyədən  fərqli  olaraq,    müəssisənin  maliyyə  fəaliyyəti 



 

31

daha  geniş  sferanı  əhatə  edir.  Bu  isə  onu  göstərir  ki,  maliyyə  fəaliyyəti  ancaq 



müəssisənin maliyyəsi deyil. 

əssisənin maliyyə fəaliyyəti yönəldilir: 

- pul hesablaşmalarının təmin edilməsi üzərində nəzarətin aparılmasına; 

- pul gəlirlərinin alınmasına; 

- pul yığımının və maliyyə resurslarının formalaşması və bölüşdürülməsinə. 

Müəssisənin  çox  tərəfli  maliyyə  fəaliyyəti  plan-proqnoz,  cari  və  operativ 

maliyyə sənədləri əsasında həyata keçirilir. Müəssisədə planlaşma, tənzimləmə və 

nəzarət obyekti kimi pul və maliyyə münasibətləri çıxış edir. 

Müəssisənin  maliyyə  fəaliyyətinin  əsas  obyektini  müəssisə  maliyyəsinin 

məzmununu  təşkil  edən  çoxtərəfli  pul-maliyyə  münasibətləri  təşkil  edir.  Belə 

münasibətlərin  tərkibində  geniş  təkrar  istehsal  prosesində  meydana  çıxan  pul 

münasibətləri vacib rol oynayır. 

Hər bir təsərrüfat subyektinin səmərəli fəaliyyəti onun sabit maliyyə vəziyyəti 

şə

raitində mümkündür. Müəssisənin maliyyə sabitliyi isə onun maliyyə imkanları 



ilə  xarakterizə  olunur.  Müəssisənin  maliyyə  imkanları  bütün  pul  öhdəliklərinin 

vaxtında  aparılmasını  təmin  edir.  Əgər  müəssisə  öz  öhdəliklərini  vaxtlı-vaxtında 

ödəyə bilməzsə, bu o deməkdir ki, o normal fəaliyyət göstərmək iqtidarında deyil. 

əssisənin maliyyə vəziyyəti onun fəaliyyətinin nəticəsi ilə əlaqədardır. 

əssisənin 

maliyyə 

nəticəsi  ilə 

əssisənin 

maliyyə 

fəaliyyəti 

qiymətləndirilir. 

Maliyyə nəticəsi 

 müəssisə, firma, şirkət və s. təsərrüfat subyektlərinin əlavə 

dəyərinin  obyektiv  və  çevrilmiş  mövcudluğunu  ifadə  edən  formasıdır.  Bu  forma 

pul  daxil  olmaları  ilə  pul  xərclərinin  müqayisəsinə  əsaslanır.  Müəssisədə  hər  bir 

pul daxil olmaları və xərcləri arasındakı fərq maliyyə nəticəsini ifadə edir. 

Pul  formasında  ifadə  olunan  və  realizə  edilən  dəyərin  bir  hissəsini  maliyyə 

nəticəsi təşkil edir. Beləliklə, maliyyə nəticəsi yeni yaradılan dəyərin bir hissəsidir 

və onun qanunauyğun olaraq pul formasında ifadəsi mövcuddur. 



Maliyyə  nəticəsi 

  müəssisənin  maliyyə-təsərrüfat,  istehsal  və  s.  fəaliyyəti 



nəticəsində formalaşır. Beləliklə, maliyyə nəticəsi 

 realizə olunan dəyərdir. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə