Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   2   3   4   5   6   7   8   9   ...   25

 

17

Sosial siyasət ilk növbədə aztəminatlı əhalinin səmərəli müdafiəsinin, əhalinin 



və  müəssisələrin  vəsaitlərinin  bütövlükdə  səfərbər  edilməsini  təmin  edən 

institutların  formalaşması,  bu  vəsaitlərin  səmərəli  istifadə  edilməsi  və  bnun 

ə

sasında  təklif  edilən  sosial  xidmətlərin  yüksək  keyfiyyətinin  və  geniş  çeşidinin 



təmin edilməsinə istiqamətləndirələcək. 

Sosial siyasətin dəyişməz prioritetini insan kapitalına investisyalar təşkil edir. 

Ona  görə  də  bu  məqsədlərə  dövlət  xərclərinin  artırılması  nəzərdə  tululur.  nsan 

kapitalının  inkişafında  demoqrafik  proseslərin  müsbət  dinamikasının  artırılması 

zəruridir. 

Ə

halinin  sosial  müdafiəsi  ilə  əlaqədar  tədbirlər  aşağıdakılardan  ibarə



olmalıdır: 

-  əmək  haqqı  və  təqaüd  sistemlərinin təkmilləşdirilməsi,  əhalinin gəlirlərinin 

yaşayış minimumu ilə uzlaşdırılması; 

- işçilərin əmək münasibətlərini əhatə edən hüquqlarının və sosial əməkdaşlıq 

prinsiplərinin gücləndirilməsi; 

-  işəgötürülənlər tərəfindən işçilərin hüquqlarının  qorunması məqsədilə Milli 

nformasiya Mərkəzinin yaradılması; 

-  fərdi  uçot  sisteminə  əsaslanın  avtomatlaşdırılmış  sosial  sığorta  və  pensiya 

sisteminin qurulması; 

- vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatna nail olunması, 

pensiya  və  müavinət  ödənişi  üçün  nəzərdə  tutulan  vəsaitin  tam  yığılmasının  və 

məqsədyönlü  istifadəsinin  təmin  edilməsi,  sosial  sığorta  haqları  ilə  pensiya 

məbləğləri arasındakı əlaqənin uğunlaşdırılması; 

- ölkədə aparılan islahatların məntiqi davamı kimi növbəti illərdə pensiyaların 

baza  hissəsinin  məbləğinin  mərhələlərlə  yaşayış  miniumumun  səviyyəsinə 

çatdırılması; 

- ünvanlı sosial yardım siyasətinin davamlılığının təmin edilməsi üçün hüquqi 

bazanın təkmilləşdirilməsi; 

- miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması. 



 

18

Maliyyə  siyasəti  Azərbaycan  Respublikasının  ortamüddətli  maliyyə 



siyasətinin tərkib hissəsi olmaqla, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və 

proqnoz  göstəricilərinə,  «Azərbaycan  Respublikası  regionlarının  sosial  iqtisadi 

inkişafı  Dövlət  Proqramına  antiinflyasiya  tədbirlərinin  gücləndirilməsi,  ölkə 

iqtisadiyyatının, qeyri-neft sektorunun, sahibkarlığın inkişafını təmin edən və digər 

dövlət  proqramlarını  nəzərdə  tutur.  Müasir  dövrdə  maliyyə-büdcə  siyasətini 

istiqamətləndirən  makroiqtisadi  göstəricilər  daha  sürətli  iqtisadi  artımın  əldə 

edilməsini,  büdcəyə  əlavə  daxilolma  mənbələrinin  müəyyən  edilməsini, 

iqtisadiyyatın  tənzimlənməsində  büdcənin  birbaşa  iştirakının  və  təsirinin 

artırılmasını,  maliyyə  intizamının  gücləndirilməsi  və  şəffaflığının  təmin 

edilməsini,  yoxsulluğun  azaldılmasını,  ünvanlı  sosial  yardımın  tətbiqinin 

təkmilləşdirilməsini  və  sahibkarlığın  və  regionların  inkişafı  üçün  maliyyə 

imkanlarının yaradılmasını özündə əks etdirir. 

Maliyyə  siyasətində  əsas  məqsədlərdən  biri  əhalinin  maddi-rifah  halının 

yaxşılaşdırılması,  əhalinin  gəlirlərinin  və  məşğulluq  səviyyəsinin  yüksəldilməsi, 

ölkə iqtisadiyyatının idarə olunması və onun dinamik inkişafının stimullaşdırılması 

üçün dövlət büdcəsini əsas maliyyə mənbəyinə və iqtisadi alətə çevirməkdir. 

Ölkədaxili  istehsalın  genişləndirilməsinə,  rəqabət  qabiliyyətli  iqtisadiyyatın, 

infrastrukturların  yaradılmasına  maliyyə  təminatı  vermək,  iqtisadiyyata  cəlb 

olunacaq  sərmayələrdə  ölkənin  daxili  resurslarının  payını  artırmaq,  vəsaitlərin 

ortamüddətli  proqramlar  vasitəsilə  bölgüsünə  mərhələrlə  keçmək  mümkün 

olacaqdır. 

Özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoümuş 

Azərbaycan  Respublikasının  maliyyə  siyasətində  mühüm  istiqamətlərdən  biri  də 

minimum yaşayış həddinin tələblərini gözləməklə ayrı-ayrı sferalarda əmək haqları 

arasında  olan  fərqin  tədricən  aradan  qaldırılmasına,  regionlarda  əmək 

ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə regionların 

iqtisadi tarazlığının təmin edilməsinə nail olmaq, onların iqtisadi gücünü artırmaq 

və sosial problemlərinin həllini sürətləndirməkdir. 




 

19

Ölkədə  maliyyə  siyasətinin  həyata  keçirilməsi  üçün  maliyyə  mexanizmində



istifadə  edilir.

  Maliyyə  münasibətlərinin  təşkili  üsullarının  məcmmuna  maliyyə 

mexanizmi deyilir. Maliyyə mexanizmi maliyyə münasibətlərinin təşkilinin forma, 

metod və növlərini əhatə edir. Maliyyə münasibətlərinin sfera və həlqələrinə uyğun 

maliyyə  mexanizminin  quruluşuna  müəssisə  maliyyəsi  mexanizmi,  sığorta 

mexanizmi  və  dövlət  maliyyəsi  mexanizmi  daxildir.  Maliyyə  mexanizminin  hə



sferası  özü  də  həlqələrə  ayrılır:  Məsələn,  dövlət  maliyyəsi  mexanizminə 

aşağıdakılar daxildir:

 

1.



  büdcə-mexanizmi; 

2.

  dövlət krediti mexanizmi; 



3.

   büdcədənkənar fondların mexanizmi. 



ctimai  təkrar  istehsala  təsiri  nöqteyi-nəzərindən

  maliyyə  mexanizminin 



funksional həlqələrinə daxildir: 

- maliyyə resurslarının səfərbərliyə alınması; 

- maliyyələşmə; 

- stimullaşma. 

Maliyyə  mexanizminin  hər  bir  həlqəsinin  özünəməxsus  elementləri  var. 

Məsələn,  büdcə,  o  cümlədən,  vergi  mexanizminə  bir  sıra  vergi  növləri 

xarakterikdir. 

Beləliklə,  büdcəyə  gəlirlərin  (maliyyə  resurslarının)  səfərbərliyə  alınması 

müəyyən iqtisadi alətlər, yəni, vergilər vasitəsilə həyata keçirilir. 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə