Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   2   3   4   5   6   7   8   9   ...   25

 

11

çevikliyinin  təmin  edilməsini,  sahibkarlığın  inkişafını,  maliyyə  intizamının 



gücləndirilməsini  və  şəffaflığının  təmin  edilməsini,  inflyasiyanın  artmasına  yol 

verilməməsini, yoxsulluğun azaldılması üçün iqtisadi imkanların yaradılmasını və 

digər tədbirləri özündə əks etdirir. 

Kompleks  makroiqtisadi  tədbirlər  növbəti  illərdə  iqtisadi  artımın  təmin 

edilməsinə,  istehsalın  həcminin  və  qeyri-neft  bölməsində  yerli  sahibkarlığın 

inkişafı  yolu  ilə  məşğulluğun  səviyyəsinin  yüksəlməsinə,  yoxsulluğun  aradan 

qaldırılması  və  iqtisadi  inkişaf  üçün  hazırlanmış  dövlət  proqramının  maliyyə 

təminatının  artırılmasına,  regionlar  üçün  xüsusi  əhəmiyyət  kəsb  edən  sahələrin 

inkişafına,  ixrac  yönümlü  məhsul  istehsalının  stimullaşdırılmasına,  aqrar  sektoru 

inkişaf etdirməklə əhalinin ərzaq məhsullarına tələbatının yerli mənbələr hesabına 

ödənilməsinə yönəlmişdir. 

Göstərilən tədbirlərin həyata keçirilməsi eyni zamanda, iqtisadiyyatda struktur 

islahatlarının  davamı  ilə  müşayiət  olunacaqdır.  Struktur  islahatları  vergi 

dərəcələrinin  aşağı  salınmasına,  yığım  əmsalının  artırılması  və  vergiqoyma 

bazasının  genişləndirilməsi  hesabanı  büdcə  gəlirlərinin  artırılmasına,  büdcə 

xərclərinin  sosial  və  investisiya  yönümlüyünün  təmin  edilməsinə,  xərclərin 

şə

ffaflığının  səmərəli  idarə  olunmasının  yüksəldilməsinə,  kommunal  və  digər 



zəruri  xərclər  üzrə  büdcə  təşkilatlarının  tələbatının  ödənilməsinə,  xəzinə 

öhdəliklərinin  tətbiqinin  dərinləşdirilməsi  hesabına  büdcə  təşkilatları  tərəfindən 

kreditor  borclarının  yaradılmamasına,  aztəminatlı  ailələrin,  qaçqın  və  məcburi 

köçkünlürəni sosial müdafiəsinin gücləndirilməsinə, büdcə kəsirinin azalmasına və 

onun  maliyyələşdirilmə  strukturunun  təkmilləşdirilməsinə,  büdcə  təşkilatlarının 

büdcədənkənar  gəlir  və  xərclərinin  tədricən  dövlət  büdcəsinin  tərkibinə  daxil 

edilməsinə imkan verəcəkdir. 

Maliyyə siyasətinin vacib tərkib hissələrindən birində də vergi siyasəti təşkil 

edir.

 Vergi siyasəti bazar iştirakçılarını və dövlət üçün məqbul sayılan vergiqoyma 

şə

raitini, 



yəni, 

iqtisadiyyatın 

real 

sektorunun 



maliyyə 

vəziyyətinin 

yaxşılaşdırılmasını təmin edən vergiqoyma şəraitinin yaradılmasına yönəldilir. 



 

12

Bazar  iqtisadiyyatı  heç  də  dövlətin  idarəetmə  və  tənzimləmə  proseslərindən 



kənarlaşdırılması  demək  deyildir.  Əsas  məsələ  ondan  ibarətdir  Ki,  bu  proseslər 

bzlüyündə  təsərrüfat  subyektlərinin  istehsal-maliyyə  fəaliyyətinə  bilavasitə 

müdaxiləni  ifadə  etməməlidirlər.  Dövlət  bazar  mexanizmlərinin  fəaliyyəti  üçün 

zəruri  şərait  yaratmalı  və  bu  mexanizmlərin  köməyi  ilə  iqtisadi  prosesləri 

tənzimləməlidir. 

Hətta iqtisadi inkişaf səviyyəsi təqribən eyni olan müxtəlif ölkələrdə dövlətin 

iqtisadiyyata müdaxilə səviyyəsi müxtəlifdir. 

stənilən dövlət həyat fəaliyyətinin müxtəlif sahələrində cəmiyyətin marqlarını 

ifadə etməklə iqtisadi, hərbi, sosial və digər sahələrdə siyasətin işləyib hazırlayır və 

həyata  keçirir.  Dövlət  tənzimlənməsi  prosesində  bilavasitə  dövlətin  maliyyə 

siyasətində təcəssüm olunan maliyyə mexanizmlərindən istifadə olunur. 

Vergi siyasəti dövlətin maliyyə siyasətinin ayrılmaz tərkib hissəsidir. Ölkənin 

vergi sistemini yaradarkən, dövlət ondan müəyyən maliyyə siyasətinin məqsədləri 

üçün    istifadə  etməyə  Can  artır.  Vergilər  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin 

ə

sas elementlərindən biridir. 



Dövlətin  vergi  siyasəti  dedikdə,  dövləti  tərəfindən  işlənib  hazırlanmış,  vergi 

sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə 

yönəlmiş tədbirlər sistemi başa düşülür. 

qtisadi  vergi  siyasəti  dedikdə,  dövlət  tərəfindən  işlənib  hazırlanmış,  vergi 

sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə 

yönəlmiş tədbirlər sistemi başa düşülür. 

qtisadi, siyasi və digər fərqlərə baxmayaraq, istənilən dövlətin vergi siyasəti 

ilk  növbədə  onunla  müəyyən  olunur  ki,  dövlət  özü  təkrar  istehsal  prosesinin  fəal 

iştirakçısı  kimi  çıxış  edir.    Dövlətin  əsas  məqsədi  cəmiyyətin  qarşısında  duran 

iqtisadi  və  sosial  məsələlərin  həll  edilməsidir  ki,  bu  da  vergi  siyasətinin 

formalaşmasına öz təsirini göstərir. 

Vergi siyasətinin əsas məqsədi vergilərin mahiyyəti və funksiyalarından irəli 

gəlir və məcmuu daxili məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və 

bu vəsaitlərin büdcə vasitəsilə ilə yenidən bölüşdürülməsindən ibarətdir. Beləliklə, 




 

13

vergilər öz təyinatlarını və funksiyalarını vahid büdcə prosesində həyata keçirirlər. 



Hər  bir  maliyyə  ili  üçün  büdcə  qəbul  edilərkən  vergi  siyasətinin  əsası  qoyulmuş 

olur. Onun həyata keçirilməsi isə uyğun qanunvericilik və normativ aktların qəbul 

edilməsi yolu ilə aparılır. 

Vergi siyasətinin əsas vəzifələri aşağıdakılardır: 

-  vergi  bazasının  optimallaşdırılması  və  vergilər  üzrə  borcların  azalmsı 

məqsədi ilə vergi qanunvericiliyinin kompleks islahatı; 

- mövcud vergi və gömrük güzəştlərinə yenidən baxılması; 

- vergi ödəyicilərinin vahid reyestrinin tətbiq edilməsi; 

- vergi inzibatçılığının gücləndirilməsi; 

- sair. 

Beləliklə,  büdcə-vergi  siyasəti  dövlətin  maliyyə  siyasətinin  tərkib  hissəsini 

təşkil  edir.

  Büdcə-vergi  siyasəti  büdcə  prosesində,  yəni,  maliyyə  resurslarını 

büdcəyə səfərbərliyə alınan və istifadə olunan zaman həyata keçirilir. 

Vergi-büdcə  siyasəti  maliyyə  sahəsində  məqsəd  və  vəzifələrin,  pul 

vəsaitlərinin  büdcəyə  daxilolma  mexanizminin,  büdcə  vəsaitlərinin  istifadə 

istiqamətlərinin  seçilməsinin,  büdcə  sisteminin  idarə  olunmasının  müəyyən 

edilməsini nəzərdə tutur. 

Müasir dövrdə dövlət büdcə gəlirlərinin artırılmasını təmin etmək üçün çevik 

vergi və gömrük siyasətini həyata keçirir. 

Vergi siyasəti vergi rejiminin şəffaflığının daha da artırılmasına yönəldilir. Bu 

məqsələ  qabaqcıl  dünya  təcrübəsinə  əsaslanaraq  vergilərin  dərəcələrinin  optimal 

səviyyədə  azaldılması  siyasəti  ölkədə  davam  edir.  Həmin  tədbirlər  dövlət 

büdcəsinin xərclərinin səmərəliliyinin və ünvanlılığının yüksəldilməsi tədbirləri ilə 

paralel aparılır. 

Vergi  siyasətinin  əsas  istiqamətlərindən  biri  əlverişli  vergi  mühitinin 

yaradılmasından,  sahibkarlığın  inkişaf  etdirilməsini,  investisiyaların  ölkə 

iqtisadiyyatına cəlb edilməsindən və s. ibarətdir. 

Maliyyə siyasətinin tərkib hissəsi olan pul-kredit siyasəti qarşısında qoyulan 

ə

sas vəzifələrə aşağıdakılar daxildir: 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə