Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 

26

§1.3. Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasətinin strateji 



vəzifələri 

əssisənin  maliyyə  fəaliyyətinin  idarə  olunmasını  təmin  edən  maliyyə 

siyasətinin işlənilməsinin strateji vəzifələrinə aşağıdakılar daxildir

1.



  Müəssisənin mənfəətinin maksimumlaşdırılması; 

2.

  Müəssisənin kapitalının strukturunun optimallaşdırılması; 



3.

  Müəssisənin kapitalının quruluşunun maliyyə sabitliyinin təmin olunması; 

4.

  nvestorlar,  kreditor  və  sair  üçün  müəssisənin  maliyyə  –  iqtisadi 



vəziyyətinin şəffaflığına nail olmaq; 

5.

  Müəssisənin investisiya fəaliyyətinin təmin olunması; 



6.

  Müəssisənin idarə olunmasının səmərəli mexanizminin yaradılmsı; 

7.

  Maliyyə  resurslarının  cəlb  olünmasının  bazar  mexanizminin  müəssisə 



tərəfindən istifadə edilməsi. 

Yuxarıda  qeyd  olunan  vəzifələr  çərçivəsində  əssisənin  maliyyə 



fəaliyyətinin idarəolunması sahəsində aşağıdakı taktiki fəaliyyəti həyata keçirmə

zəruridir: 

- müəssisənin aktivlərinin bazar qiymətləndirilməsinin təmin olunması; 

-  büdcə  və  büdcədənkənar  fondlara  olan  ödəmələr  üzrə  borcların ödənilməsi 

vaxtının uzadılması; 

- müəssisənin bazarda olan vəziyyətinin təhlilinin aparılması; 

- müəssisənin inkişaf strategiyasının işlənilməsi; 

-  hesablaşmaların  qeyri-pul  formalarının  azaldılması  üçün  tədbirlərin 

işlənilməsi; 

- müəssisənin əmlakının siyahıya alınmasının aparılması; 

-  müəssisənin  əmlak  kompleksinin  istifadə  vaxtının  uzaldılması  üçün 

müəyyən tədbirlərin işlənilməsi. 

Müasir  dövrdə  müəssisənin  maliyyə  fəaliyyətinin  idarəolunması  siyasətinin 

işlənilməsinin əsas istiqmətləri aşağıdakılardan ibarətdir: 

1.

  Müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlili; 



2.

  Uçot və vergi siyasətinin işlənilməsi; 




 

27

3.



  Müəssisənin kredit siyasətinin hazırlanması; 

4.

  Müəssisədə  dövriyyə  vəsaitinin,  kreditor  və  debitor  borclarının 



idarəolunması; 

5.

  Xərclərin idarəolunması; 



6.

  Amortizasiya siyasətinin seçilməsi və hazırlanması; 

7.

  Müəssisənin dividend siyasətinin seçilməsi; 



8.

  Müəssisənin investisiya siyasətinin hazırlanması; 

9.

  Maliyyənin idarəolunması siyasəti. 



Müəssisənin  maliyyə  siyasətinin  işlənilməsinin  istiqamətlərindən  ən  vacibini 

təsərrüfat subyektinin maliyyə-iqtisadi vəziyyətinin qiymətləndirilməsi təşkil edir. 

Ancaq müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə əsasən 

maliyyə siyasəti işlənilib hazırlanır. Qiymətləndirmə prosesində əsas fikir alınmış 

nəticələrin  tədqiqinə  və  idarəetmə  qərarlarının  hazırlanmasına  verilir.  Maliyyə-

iqtisadi  təhlil  üçün  mühasibat  hesabatlarından  istifadə  edilir.  Mühasibat 

hesabtlarında  əmlakın  tərkibi,  müəssisənin  maliyyə  vəziyyəti,  xüsusi  vəsaitin 

formalaşma  mənbələri, borc  vəsaitinin həcmi,  məhsul satışından gəlirin həcminin 

qiyməti  və  s.  göstərilir.  Hesabatda  olan  faktiki  göstəricilər  müəssisə  tərəfindən 

planlaşdırılan göstəricilər ilə müqayisə edilir. 



əssisənin  maliyyə  siyasətinin  işlənilməsi  üçün  aşağıdakı  göstəricilərin 

hesablanması məqsədəuyğundur: 

1. Likvidlik göstəriciləri: 

- ödəmənin ümumi əmsalı; 

- təcili likvidlik əmsalı; 

- vəsaitin səfərbərliyə alınması zamanı likvidlik əmsalı. 



2. Maliyyə sabitliyi göstəriciləri: 

- borc və cəlb olunmuş vəsaitin nisbəti; 

- xüsusi vəsaitlərlə təmin olunma əmsalı; 

- xüsusi dövriyyə vəsaitinin manefr olunması əmsalı. 



3. Resursların intensiv istifadə olunma göstəriciləri: 

- xalis mənfəətə görə, təmiz aktivlərin rentabelliyi; 




 

28

- satılan məhsulun rentabelliyi. 



4.  şgüzar aktivliyin göstəriciləri

- dövriyyə kapitalının dövriyyəsinin əmsalı; 

- xüsusi kapitlın dövriyyəsinin əmsalı. 

Maliyyə  siyasətinin  işlənilməsinin  ikinci  istiqamətini  uçot  siyasətinin 

hazırlanması təşkil edir. 

Uçot  siyasətinin  işlənilməsi  müəssisədə  mühasibat  uçotunun  aparılmasının 

metod  və  üsulları  sistemi  hesab  olunur.  Bütün  müəssisələr  üçün  uçot  siyasəti 

«Mühasibat  uçotu  üzrə  «Təşkilatın  uçot  siyasəti»  Əsasnaməsinə  uyğun 

aparılmalıdır. 

əssisənin maliyyə 

 iqtisadi vəziyyətinin təhlilinin nəticələrinə əsaslanaraq 



uçot  siyasətinin  bu  və  ya  digər  variantlarının  əsasnaməsi  hazırlanılır.  Bu 

istiqamətdə qəbul edilən qərarlardan aşağıdakılar asılıdır: 

- büdcəyə ödənilən vergilərin miqdarı və məbləği; 

- büdcədənkənar fondlara ödənilən vergilərin, ayırmaların məbləği; 

- balansın quruluşu. 



əssisənin  kredit  siyasətinin  işlənilməsi. 

Müəssisədə  kredit  siyasətinin 

işlənilməsi  üçün  balansın  passivinin  quruluşu  təhlil  edilir  və  nəticədə  xüsusi  və 

cəlb  olunmuş  vəsaitin  xüsusi  çəkisi  hesablanılır  və  xüsusi  dövriyyə  vəsaitinin 

çatışmamazlığı müəyyən edilir. Hesablamalara, əsasən borc vəsaitinə olan tələbatın 

həcmi müəyyənləşdirilir. 

Müəssisənin kredit siyasətində kredit təşkilatı, faiz stavkasının həcmi, kreditin 

silinmə müddətləri nəzərə alınır. 



Xərclərin idarə olunması və amortizasiya siyasətinin seçilməsi. 

əssisənin  maliyyə  siyasətinin  xərclərin  idarəolunması  bölmə

sində  xərclər 

və  rentabellik  səviyyəsinin  maliyyə  təhlili  haqqında  məlumatdan  istifadə  edilir. 

Təhlilin  nəticələrinə  əsasən  xərclərin  optimallaşdırılması  və  müəssisənin  zərərsiz 

işinin əldə edilməsinə dair tədbirlər hazırlanılır. 

əssisənin  maliyyə  siyasətində  amortizasiya  siyasətinin  seçilməsi  böyük 

ə

həmiyyət  kəsb  edir.

  Zəruri  hallarda  qanunauyğun  olaraq  müəssisədə  sürətli 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə