Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   2   3   4   5   6   7   8   9   ...   25

 

14

- bank sisteminin təkmilləşdirlməsi; 



- əhalinin əmanətlərinin stimullaşdırılması; 

- dövlətin valyuta ehtiyatlarının tamamlanması; 

- faiz stavkalarının tənzimlənməsi; 

- sair. 


Pul-kredit  siyasəti  makroiqtisadi  sabitliyin  möhkəmləndirilməsinə  və  qarşıda 

duran  priorite  vəzifələrin  reallaşdırılması  məqsədilə  iqtisadiyyatın  müxtəlif 

sahələrinin  inkişafına  dair  qəbul  olunmuş  və  olunacaq  məqsədli  dövlət 

proqramlarında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə, bu əsasda onun 

sürətli  və  intensiv  inkişafına,  real  sektorda  investisiya  fəallığının  yüksəlməsinə, 

iqtisadiyyatın yüksək sahəvi diversifikasiyasına və sairəni nəzərdə tutur. 



Beynəlxalq maliyyə sahəsində dövlətin siyasəti aşağıdakılara yönəldilir: 

1.

 



Azərbaycanın  dünya  maliyyə  sisteminə  inteqrsiyasının  davam 

etidrilməsi; 

2.

 

Dünya ticarət təşkilatına daxil olma; 



3.

 

BVF-da və Dünya Yenidənqurma və  nkişaf Bankında Azərbaycanın 



mövqeyininü möhkəmləndirilməsi; 

4.

 



Xarici  valyutalara  nisbətdə  manatın  kursunun  möhkəmliyinin  daha 

da yüksəldilməsi; 

5.

 

Azərbaycanın  büütün  xarici  ölkələrlə  maliyyə  əməkdaşlığın 



genişləndirilməsi. 

Beynəlxalq  valyuta-kredit  siyasəti  dövlətin  maliyyə  siyasətinin  tərkib 

hissəsidir.  Valyuta-kredit  siysətinin  əsasını  ölkədə  valyuta-maliyyə  və  kredit 

münasibətlərinin idarə olunması daxildir. 

Ölkədə  valyuta-kredit  siyasətinin  formalaşmasında  milli  valyuta  mərkəzi 

bank, bank fəaliyyəti və s. haqqında qəbul edilən qanunlar mühüm rol oynamışdır. 

Maliyyə, valyuta, pul və kredit siyasəti ölkədə bank sisteminin təkmilləşməsi, milli 

valyutanın sabitliyinin qorunması istiqamətində böyük nəticələr verir. 




 

15

Azərbaycanda  pul-kredit  siyasətinin  əsas  məqsədi  mövcud  makroiqtisadi 



sabitliyə  və  iqtisadi  artımın  dayandırılığına  ziyan  vurmadan  ümumi  qiymət 

səviyyəsinin sabitliyinin saxlanılmasıdır. 

Ümumi  qiymət  səviyyəsinin  sabitliyi  sadəcə  pul-kredit  siyasət  tədbirləri  ilə 

deyil, eyni zamanda, həyata keçirilən struktur islahatlarının dövlət tənzimoənməsi 

vasitəsi ilə təmin ediləcəkdir. 

qtisadi  inkişafın  tələblərinə  uyğun  olaraq  bank  sisteminin  beynəlxalq 

standartlara  uyğunlaşdırılması  prosesi  başa  çatdırılacaq,  müvafiq  qanunvericilik 

aktları  daha  da  təkmiləşdiriləcək  və  əmanətlərin  sığortalanması  mexanizmi 

müəyyən ediləcək. 

Ölkədə  maliyyə  sabitliyinin  yaradılmasında,  düzgün  pul-kredit  siyasətinin 

aparılmasında  və  daxili  bazarın  müdafiəsinin  təmin  olunmasında  valyuta 

tənziminin əhəmiyyəti böyükdür. 

Dövlətin maliyyə siyasətinə daxil olan investisiya siyasəti həm daxili, həm də 

xarici  investisiya  siyasətindən  ibarətdir.  Hər  iki  istiqamətdə  dövlətin  investisiya 

siyasəti  ancaq  bir  məqsədə,  yəni,  ölkə  iqtisadiyyatının  inkişafına  xidmət  edir. 

Ölkədə investisiya siyasətinin həyata keçirilməsində maliyyə  mənbələri əsas amil 

hesab edilir. 

Daxili  investisiya  siyasəti  daxili  investisiya  mənbələri  hesabına  iqtisadi 

məqsədələr  nail  olunmağı  nəzərdə  tutur.  Lakin  xarici  investisiya  siyasəti 

uzunmüddətli  beynəlxalq  kapital  qoyuluşları  sahəsində  görülən  tədbirləri  əhatə 

edir. 

Ölkədə dövlətin investisiya siyasəti aşağıdakı məsələlərin həllinə yönəldilir: 

-  Azərbaycan  Respublikasının  inkişaf  büdcəsinin  dövlətin  investisiya 

siyasətinin maliyyə təminatında rolunun artırılması; 

- ipoteka kreditləşdirilməsinin inkişafı; 

- birbaşa xarici investisiyaların cəlb edilməsi. 

Sığorta  sahəsində  dövlət  siyasətinin  əsas  məqsədi  bazar  iqtisadiyyatının 

səmərəli  və  stabil  fəaliyyətini  təmin  edən,  sahibkarlıq  fəaliyyçtini  potensial 



 

16

risklərdən  qoruyan,  iqtisadiyyatın  inkişafı  üçün  uzunmüddətli  investisiya 



mənbələrini formalaşdıran səmərəli milli sığorta sisteminin yaradılmasıdır. 

Səmərəli  sığorta  sisteminin  yaradılması  üçün  vacib  olan  əsas  məsələlə

arasında aşığıdakılara xüsusi diqqət yetiriləcək: 

-  sığorta  sisteminin  inkişafı  və  onun  iqtisadi  artımın  vacib  amilinə 

çevrilməsinin zəruri şərti kimi qanunvericilik bazasının təkmilləşdirilməsi; 

-  sığorta  fəaliyyətinə  səmərəli  dövlət  nəzarəti  və  tənzimləmə  mexanizminin 

təmin edilməsi; 

- sığorta mexanizmindən istifadə edərək əhalinin əmanətlərinin uzunmüddətli 

investisiyalara transformasiya sisteminin inkişaf etdirilməsi; 

- milli sığorta sisteminin dünya sığorta sisteminə inteqrasiyası. 

Eyni  zamanda,  sığorta  qanunvericiliyinin  təkmilləşdirilməsi  məqsədilə 

beynəlxalq  standartlara  cavab  verən  «Sığorta  haqqında»  yeni  qanun  layihəsi  və 

icbari  sığortalara  özündə  ümumiləşdirən  vahid  « cbari  sığortalar  haqqında» 

Qanunun layihəsi hazırlanacaqdır. 



Ölkədə  müasir  dövrdə  sığortanın  təkmilləşdirilməsi  aşağıdakı  istiqamətlərdə 

aparılır: 

- səhmdar sığorta cəmiyyətləri   yaradılır; 

- sığortanın yeni növləri tətbiq edilir; 

- icbari və könüllü sığorta formaları arasında nisbət dəyişir; 

- kooperativ sığortalnması inkişaf edir; 

- sığorta bazarı inkişaf edir. 

Ölkənin  rəqabət  qabiliyyətinin  artırılması  və  yüksək  iqtisadi  artım  tempinin 

təmin  edilməsi  sosial  siyasətin  səmərəliliyinin  əhəmiyyətli  dərəcədə  artırılmasını, 

ə

haliyə  göstərilən  sosial  xidmətlərin  inkişaf  etmiş  bazarının  formalaşdırılmasını 



tələb  edir.  Əhalinin  yoxsul  təbəqələrinə  yardım,  islahatların  mümkün  mənfi 

təsirinin  azaldılması  ilə  yanaşı,  sosial  siyasətin  müqayisəli  üstünlüklərinin  və 

Azərbaycan iqtisadiyyatının artım amillərinin formalaşdırılmasını təmin etməlidir. 

Bu,  ölkə  iqtisadiyyatına  əhalinin  əmək,  intullektual  və  yaradıcılıq  potensialının 

maksimum dərəcədə cəlb edilməsi yolu ilə reallaşdıralacaq. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə