Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 

45

əssisənin  maliyyə  vəziyyətinin  təhlili  ardıcıl  olaraq  təhlilin  sonrakı 



növlərini əhatə edir: 

1.

 



Müəssisənin  maliyyə  vəziyyətinin  ümumi  qiymətləndirilməsi  və 

hesabat dövrü üçün onun maliyyə göstəricilərinin dəyişilməsi; 

2.

 

Müəssisənin maliyyə sabitliyinin, ödəmə qabiliyyətinin təhlili; 



3.

 

Müəssisənin  kredit  qabiliyyətinin  və  balansının  likvidliyinin 



təhlili; 

4.

 



Maliyyə nəticələrinin təhlili; 

5.

 



Dövriyyə aktivlərinin istifadəsinin təhlili; 

6.

 



Müəssisənin potensial iflasının qiymətləndirilməsi. 

Maliyyə təhlininin məqsədi müəssisənin maliyyə vəziyyəti haqqında obyektiv 

məlumat  almaqdır,  yəni  mənfəət  və  zərərlər,  aktiv  və  passivlərin  quruluşunda, 

kreditor və debitorlarla hesablaşmalarda olan dəyişiklikləri xarakterizə etməkdir. 

Müəssisənin  iqtisadi-maliyyə  fəaliyyətinin  təhlilinin  əhəmiyyəti  böyükdür, 

çünki,  onun  bazasında  müəssisənin  maliyyə  siyasətinin  işlənilməsi  aparılır. 

Maliyyə  təhlili  müəssisənin  maliyyəsinin  idarə  olunması  sistemində  –  maliyyə 

xarakterli məlumatların yığılması və istifadəsi üsullarını əks etdirir.   



Maliyyə təhlilinin istiqamətlərinə daxildir

:  


-  müəssisənin  cari  və  perspektiv  əmlak  və  maliyyə  vəziyyətini 

qiymətləndirmək; 

- maliyyə təminatından asılı olaraq müəssisənin mümkün və məqsədli inkişaf 

tempini qiymətləndirmək; 

-  vəsaitlərin  mümkün  mənbələrini  aşkar  etmək  və  onların  səfərbərliyə 

alınmasının imkanlarını və məqsədliliyini qiymətləndirmək; 

- kapital bazarında müəssisənin vəziyyətini proqnozlaşdırmaq. 

Müəssisənin  illik  hesabatına  hər  il  izahat  əlavə  olunur.  Həmin  izahat 

müəssisənin  fəaliyyətini  qısa  xarakterizə  edir.  zahatda  eyni  zamanda  sonrakılar 

göstərilir;  müəssisənin  istehsal,  kommersiya  və  investisiya  fəaliyyətinin  növləri; 

müəssisənin satış bazarlarının yenrləşdiyi ərazilər; ixrac məsələləri; biznes-planın 

icrasının  səviyyəsi;  müəssisənin  maliyyə  resurslarından  istifadənin  səmərəlilik 




 

46

səviyyəsi  və  s.  məqsədəuyğun  olardı  ki,  izahata  müəssisənin  iqtisadi-maliyyə 



fəaliyyətinin göstəricilərinin dinamikası da əlavə edilsin. 

əssisədə  maliyyə təhlili vasitəsilə aşağıdakılar tədqiq edilir

- mövcud maliyyə vəziyyətinin səbəbləri; 



- əsas və dövriyyə vəsaitinin istifadəsinin effektivliyi; 

- fəaliyyətin həcm göstəricilərinin qarşılıqlı əlaqəsi; 

- maya dəyəri; 

- mənfəət və s. 

Qeyd edilən məsələlərin təhlili üçün əlavə plan və normativ göstəricilər tətbiq 

edilir. 


Maliyyə  təhlili  zamanı  müəssisədə  olan  işlərin  vəziyyəti  haqqında  bütün 

məlumatlardan istifadə edir. 



Rəqabətli maliyyə siyasəti aşağıakıları nəzərdə tutur

- istehsalın təşkilinin və texnologiyasının təkmilləşdirilməsi; 



- maksimum mənfəətin alınması mexanizminin təşkili. 

Maliyyə təhlili hesabat bazası əsasında keçmişə və gələcəyə istiqamətləndirilə 

bilər. 

Hesabat bazası əsasında təhlil zamanı ancaq müəssisənin maliyyə vəziyyətinin 



pisləşməsinə  səbəb  olan  amillər  aşkarlanır.  Lakin  müəssisənin  gələcəkdə 

müvəffəqiyyətlə  inkişafı  üçün  mütləq  onun  inkişafının  mümkün  variantlarını 

tədqiq  etmək  və  arzu  olunan  nəticələrin  əldə  olunması  üçün  metodlar 

hazırlanmalıdır. 

Qeyd etmək lazımdır ki, perspektiv təhlil aparılmadan nə operativ, nə cari, nə 

də strategi planlaşmadan danışmaq olmaz. 

Maliyyə təhlilində bir çox analitik metodlardan istifadə edilir. 

Maliyyə  təhlilinin  istiqamətləri  üzrə  göstəricilərin  beş  qrupundan  istifadə 

edilir: 

- maliyyə vəziyyətinin ümumi təhlili; 

- likvidliyin təhlili; 

- maliyyə sabitliyinin təhlili; 




 

47

- iş aktivliyinin təhlili; 



- maliyyə nəticələrinin və rentabelliyin təhlili; 

- kapital bazarında müəssisənin vəziyyətinin təhlili. 

Təsərrüfat  subyektlərində  təhlilin  ən  mühüm  obyektini  maliyyə  nəticələri 

təşkil  edir.  Maliyyə  nəticələrinin  tərkibində  əsas  yer  mənfəətə  verilir.  Çünki 

mənfəət müəssisənin fəaliyyətinin son nəticələrini qiymətləndirən əsas göstəricidir. 

Sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  müəssisələrin  maliyyə  vəziyyəti  onun 

aktivlərinin  yerləşdirilməsi  istifadəsi  və  formalaşması  mənbələri  ilə  xarakterizə 

olunur. 


Müəssisənin maliyyə vəziyyətini müəyyən edən göstəricilər maliyyə planının 

yerinə yetirilməsi və xüsusi dövriyyə kapitalının mənfəət hesabına tamamlanması, 

dövriyyə vəsaitinin dövriyyəsinin sürətləndirilməsi hesab olunur. 

Müəssisənin  maliyyə  fəaliyyətində  əsas  yeri  dövriyyə  vəsaitinin  təşkili  və 

istifadəsi  tutur.  Ona  görə  də,  müəssisənin  maliyyə  vəziyyəti  təhlil  edilən  zaman 

dövriyyə kapitalından səmərəli istifadə məsələsinə də xüsusi fikir verilir. 

Maliyyə  təhlili  nəticəsində  müəssisənin  ödəmə  və  kredit  qabiliyyəti,  debitor 

və kreditor borclarının vəziyyəti və s. araşdırılır. 

Beləliklə,  müəssisələrdə  maliyyə  göstəricilərinin  təhlili  onun  maliyyə 

fəaliyyətinin  idarə  olunması  prosesinin  bir  tərəfini  əhatə  edir.  Təhlil  nəticəsində 

müəssisənin  bütün  resurslarının  vəziyyəti,  plan  ilinin  əvvəlinə  onun  maliyyə 

imkanları və təsərrüfatçılıq şəraiti müəyyən edilir. 

Sahibkarlıq  fəaliyyətinin  nəticəsi  kimi  mənfəət  müəssisənin  və  dövlətin 

təlabatlarını  təmin  edir.  Mənfəət  mütləq  məbləğdə  ifadə  edilirsə,  rentabellik 

istehsalın səmərəliyinin nisbi göstəricisi hesab olunur. 

Rentabellik  göstəricisinin  səviyyəsinə  və  dinamikasına  istehsal-təsərrüfat 

amillərinin bütün  məcmuu  təsir  göstərir. Bura daxildir;  kapital  qoyuluşu  və onun 

mənbələri,  istehsal  resurslarının  istifadə  dərəcəsi;  məhsulun  həcmi,  kefiyyəti  və 

quruluşu;  istehsal  məsrəfləri  və  məhsulların  maya  dəyəri;  fəaliyyət  növünə  görə 

mənfəət və onun istifadə istiqamətləri. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə