Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   ...   20   21   22   23   24   25   26   27   28

72 

 

hər tərəfində maliyyə ili deyilir. Maliyyə ili təqvim ili demək deyildir, lakin təqvim 



ilinə uyğunlaşdırılması çox asanlıqla mümkündür. Dünyada qəbul olunmuş ümumi 

ə

nənə  ondan  ibarətdir  ki,  yeni  büdcə  təqvim  ilinin  bitməsinə  ən  azı  iki  ay  qalmış 



təsdiq  olunur  və  yeni  maliyyə  ili  başlayır.  Dövlət  büdcəsində  dövlət  xərcləri  və 

gəlirləri qarşıdan gələn bir il üçün nəzərdə tutulur. Maliyyə ilinin sonunda büdcəni 

idarə  edənlər  və  həyata  keçirənlər  dövlət  xərclərinin  və  gəlirlərinin  miqdar  və 

mənbələrinin    proqnozlaşdırılan  şəkildə  icra  olunub  –  olunmadığı  barədə  hesabat 

verirlər.  Maliyyə  ili  başlamamışdan  əvvəl  yeni  maliyyə  ilinin  gəlir  və  xərcləri 

proqnozlaşdırılır.  Bu  proqnozlar  əsasında  da  növbəti  ilin  büdcəsi  tərtib  olunaraq, 

təsdiqə verilir. Parlamentli ölkələrdə qanunverici orqan icra orqanına nəzarət etmək 

üçün  dövlət  xərclərini  və  dövlət  gəlirlərini  miqdar  və  qiymət  baxımından 

məhdudlaşdırır,  hədlər  müəyyən  edilir.  Bu  məhdudlaşdırmaya  zaman 

məhdudlaşdırılması ilə birlikdə ayrıseçkilik prinsipi deyə bilərik. Ilkin olaraq həyata 

keçirilən məhdudlaşdırma keyfiyyət və qiymət baxımından olur. Qanunverici orqan 

hansı  ictimai  xidmət  proqramının  həyata  keçiriləcəyinə  və  bu  xidmət  proqramının 

həyata  keçiriləcəyinə  və  bu  xidmət  proqramlarının  hansı  mənbələr  hesabına 

maliyyələşdiriləcəyinə qərar verir. Bu qərar ictimai xarakter daşıyır. Dövlət xidmət 

və gəlirlərinin növlərini açıqladıqdan sonra qarşısına  yeni bir məsələ çıxır ki, bu da 

həmin  qərarın  nəzərdə  tutduğu  xidmətlərin  maliyyələşdirmə  mənbələrini  müəyyən 

etməkdir.  Bu  mənbələr,  ilk  növbədə  büdcənin  gəlir  hissəsində  yer  alır.  Beləlıklə, 

bazar  iqtisadiyyatı  şəraitində  dövlət  büdcəsində  qarşıdan  gələn  bir  il  müddətində 

hansı xidmət proqramlarının reallaşdırılacağı, bu proqramların maliyyə təminatının 

nə  olacağı  və  hansı  bölməlr  tərəfindən  maliyyələşdiriləcəyi  əvvəlcədən  müəyyən 

edilir və məhdudlaşdırılır.Bütün bunlar tərtib olunarkən büdcə layihəsində öz əksini 

tapır  və  təsdiq  olunaraq  icraya  verilir.  Dövlət  xərclərinin  miqdar  baxımından 

məhdudlaşdırılması,  ayrılmış  məbləğin  miqdarını  ifadə  edir.  Xərclərdə  keyfiyyət 

baxımından  qoyulan  məhdudlaşdırma,  dövlət  qurumları  tərəfindən  görülən  xidmət 

proqramları  bölmələr  üzrə  həyata  keçirilir.  Belə  ki,  qanunverici  orqan  verdiyi 

təxsisatları müəyyən bir bölmə üçün verir və ancaq həmin iş və xidmət üçün istifadə 

olunacağı qərara alınır. Ayrılan bu vəsaitlər icra orqanı tərəfindən qanunla nəzərdə 



73 

 

tutulmayan  başqa  bir  bölmənin  tələblərinə  deyilş,  büdcənin  imkanlarına  uyğun  



olaraq ayrılır. Dövlətin hansı sahələri daha çox inkişaf etdirilməsi marağından asılı 

olaraq sahələr üzrə ayrılan vəsaitlərin məbləği müxtəlif olur. Iqtisadiyyatda inkişafa 

nail  olmaq  üçün  əsas  etibarilə  istehsal  sahələrinə  daha  çox  vəsait  ayrılması  vacib-

dir.Dövlət vəsaitlərinə qənaət olunmasının digər bir yolu dövlət xərclərinin səmərəli 

istifadəsi  və  azaldılmasıdır.  Indiki  şəraitdə  Azərbaycanda  xərclərin  azaldılması 

məqbul  sayılmır.Bununla  yanaşı,  aparılan  iqtisadi  siyasət  göstərir  ki,  hətta  qlobal 

maliyyə böhranı dövründə də Azərbaycan Respublikası prezidentinin siyasi iradəsi 

nəticəsində  mühüm  istiqamətlərə  yönəldilən  büdcə  xərclərində  heç  bir  ixtisarlar 

olmamışdır. Eyni zamanda, büdcə xərclərindən istifadə zamanı səmərəlilik metodla-

rının tətbiqi də olduqca əhəmiyyətli vacib islahat kimi qiymətləndirilir. 

   Keçən on illikdə,  performans ölçməsi çevikliyinə və qəbul olunmasına görə 

məqsədləri  ilə  hətta  idarəetməyə,  tam  keyfiyətli  idarəetməyə  ,  0-əsaslı  büdcə 

tərtibinə  və proqram planlamasına üstün gələrək uzun illər ərzində ictimai sahədə 

olan ən mühüm  istahatlar kimi özümü göstərib . Perpormans ölçmələrinə müraciət 

etmək    performans  büdcə  tərtibinin  və  ya  performans-əsaslı  büdcə  tərtibinin  əsas 

ideyasıdır  

Məxaric/nəticə  mərkəzli  bir  idarəetmə  sisteminin,  başqa  sözlə  performans 

idarəetmə sisteminin yaxşı bir şəkildə tətbiq oluna bilməsi üçün əvvəlcə performans 

ölçmə  nəticələri  ilə  büdcə  arasında  əlaqə  yaradılması  lazımdır.  Performans  ölçmə 

nəticələri  ilə  büdcə  arasındakı  əlaqə  isə  performans  əsaslı  büdcələmə  vasitəsilə 

qurulur. Ancaq beynəlxalq tətbiqlər araşdırıldığında, tək bir performans büdcələmə 

yanaşması olmadığı görülməkdədir.  

Performans  ölçməsi,  bir  təşkilatın  istehsal  etdiyi  məhsulları  və  xidmətlərini, 

ə

ldə  etdiyi  nəticələrini  izləməsi  üçün  nizamlı  və  sistematik  şəkildə  məlumat 



toplanmasını , bunların analiz edilməsini və hesabatlanmasını əhatə edən prosedu  

radır.  Performans ölçməsi, təşkilatın əvvəldən təyin olunan strateji məqsədləri 

və hədəfləri istiqamətində nə qədər irəliləmə göstərdiyinin, təşkilatın güclü və zəif 

istiqamətlərinin və təşkilatın gələcəkdəki prioritetlərinin təyin olunmasına köməkçi 




74 

 

olur. Performans ölçməsi, nəticələrin nə olduğunu göstərir; amma nəticələrin hansı 



səbəbdən  bu  formada  reallaşdığını  izah  etmir.  Eyni  zamanda  performans  ölçməsi 

nəticəsində  əldə  edilən  məlumatlara  baxaraq  birbaşa  bir  təşkilatın  müvəffəqiyyətli 

və ya müvəffəqiyyətsiz olduğu mühakiməsinə çatmaq mümkün deyil. Bu şəkildə bir 

mühakiməyə  əldə  oluna  bilməsi  üçün  performans  qiymətləndirməsi  edilməlidir. 

Performans  qiymətləndirməsi  performans  ölçümündən  fərqli  olaraq  tətbiq  olunan 

siyasətlərlə əmələ gələn nəticələr arasındakı səbəblilik əlaqələrini ortaya çıxarır və 

performans ölçməsinə görə daha çox zəhmət tələb edir. 

Performans  ölçməsi  ilə  reallaşdırılmaq  istənən  son  məqsəd  ictimai  mal  və 

xidmətlərin keyfiyyətinin artırılmasıdır. Əvvəlcə performans ölçməsi ilə yaxşı və ya 

pis  performansın  aşkar  olunması  təmin  edilir.  Daha  sonra  mal  və  xidmət 

isehsalçılarının üzərində bu yolla ictimai təzyiqi yaradılması məqsəd qoyulur və son 

olaraq  da  bu  ictimai  təzyiqinin  daha  keyfiyyətli  mal  və  xidmət  istehsalına  gətirib 

çıxarması hədəflənir.  

Performans  ölçməsi  bir  təşkilatın  strateji  məqsəd  və  hədəfləri  ilə  performans 

hədəflərinin  nə  ölçüdə  yerinə  yetirildiyini  göstərir.  Bu  səbəbdən  performansın 

ölçülməsi yoluyla hesabatlılığın təmin edilməsi üçün uyğun bir zəmin təmin edilmiş 

olur.  

Çalışanların performansının ölçülməsi də performans ölçməsinin bir parçasıdır. 



Fərdi performansın ölçülməsi ilə fərdlər təşkilatın performansına öz fəaliyyətlərinin 

təsirlərini  görə  bilərlər.  Fərdlər  öz  işlərində  məsuliyyətli  olmaları,  təşkilat  içində 

özlərindən gözlənilənləri anlayaraq öz özlərinə irəliləmə qeyd etmələrini təmin edə 

bilərlər.  Performans  mədəniyyəti  inkişaf  etdiyində  çalışanlar  öz  gündəlik  işləri  ilə 

bərabər təşkilat performansının davamlı olaraq artırılmasına da küməkçi olacaqlar. 

Performans  ölçümünün  digər  bir  funksiyası  da  sanksiya  məqsədiylə  istifadə 

edilməsidir.  Performans  ölçümünə  əsaslanan  qiymətləndirmə  edilməsi  və  bu 

qiymətləndirmə  nəticələrinə  görə  yaxşı  performansın  mükafatlandırılması  və  pis 

performansın cəzalandırılması mümkün olur.  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə