Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

66 

 

Azərbaycan  Respublikasında  son  illər  həyata  keçirilən  iqtisadi  və  büdcə 



islahatları  büdcə  xərclərindən  səmərəli  istifadəyə  əsas  yaratsa  da  bununla  belə  bu 

sahədə  islahatların  davam  etdirilməsinə  ehtiyac  var.  Ölkə  prezidenti  cənab  lham 

Ə

liyevin  keçid  dövrünün  başa  çatmasl  ilə  bağlı  bəyanatı  da  məhz  büdcə 



xərclərindən istifadəyə yeni metodlar daxilində yanaşmanı vacib edir. Makroiqtisadi 

sabitliyi  nəzərə  alaraq  qarşıdakı  illərdə  bütövlükdə  iqtisadiyyatın,  o  cümlədən 

regionlarda  ayrı-ayrı  sahələrin  inkişafının  başlıca  şərtlərindən  biri  olan  orta  illik 

inflyasiya  tempinin  və  milli  valyutanın  məzənnəsinin  məqbul  səviyyədə 

saxlanılması,  vergi  dərəcələrinin  optimal  həddə  müəyyənləşdirilməsi,  kənd 

təsərrüfatı  məhsulları  istehsalçılarına  tətbiq  edilən  güzəştlərin  müddətinin 

artırılması,  yeni  iş  yerlərinin  yaradılmasının  stimullaşdırılması,  gömrük 

dərəcələrinin  optimal  səviyyədə  saxlanılması,  xarici  borcların  səmərəli  idarə 

olunması  siyasəti  davam  etdiriləcəkdir.  Valyuta  gəlirlərinin  artırılması,  inflyasiya 

risklərinin  azaldılması,  monetar  və  büdcə-vergi  siyasətinin  koordinasiyasının 

gücləndirilməsi,  dövlət  xərclərinin  artımının  nəzarətdə  saxlanılması  və  digər 

tədbirlər hesabına  makroiqtisadi vəziyyətə,  habelə  qeyri-neft  sektorunun inkişafına

 

mənfi  təsirlərin  qarşısının  alınması  növbəti  illərdə  də  iqtisadi  siyasətin  başlıca 



məsələləri hesab olunur. 

 

Ölkə  iqtisadiyyatının  dünya  təsərrüfat  sisteminə  inteqrasiyasının  sürətləndiril-



məsi  məqsədilə  gələcəkdə  Azərbaycanın  nüfuzlu  beynəlxalq  təşkilatlarla,  iqtisadi 

birliklərlə  əməkdaşlığının  genişləndirilməsi  üçün  qanunvericiliyin,  standartların 

beynəlxalq  tələblərə,  o  cümlədən  Ümumdünya  Ticarət  Təşkilatının  (ÜTT) 

tələblərinə  uyğunlaşdırılması  prosesi  sürətləndiriləcəkdir.  Xarici  iqtisadi  siyasət 

istehsal  olunmuş  məhsulların  ixracı  üçün  əlverişli  şərait  yaradılmasına,  eyni 

zamanda, daxili bazarın haqsız rəqabətdən qorunmasına yönələcəkdir.  

Büdcə-vergi siyasətində əsas məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı 

inkişafına,  ölkənin  makroiqtisadi  vəziyyətinin  sabit  saxlanılmasına,  iqtisadiyyatın 

səmərəli  tənzimlənməsi  və  onun  dinamik  inkişafının  stimullaşdırılmasına  nail 

olmaqdan ibarətdir. Bu baxımdan qarşıdakı illərdə ölkədə istehsalın genişləndirilmə-

sinə,  rəqabət  qabiliyyətli  iqtisadiyyatın,  infrastrukturun,  əlverişli  investisiya 



67 

 

mühitinin yaradılmasına və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili 



resurslarının  payının  artırılmasına  nail  olunması  zəruridir.  Eyni  zamanda,  kənd 

təsərrüfatına dövlət qayğısının və bu sahəyə birbaşa subsidiyaların artırılması, emal 

müəssisələrinin  yaradılmasına  investisiyaların  cəlb  edilməsi,  qeyri-neft,  qeyri-

xammal sənaye sahələrinin, turizmin inkişafının təmin edilməsi 2010-2015-ci illərdə 

qarşıda duran prioritet istiqamətlər hesab olunur.  

Vergi  sisteminin  təkmilləşdirilməsi  məqsədilə  qarşıdakı  illərdə  aşağıdakı 

tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: 

•  vergi dərəcələrinin optimallaşdırılması; 

•  sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin  

həyata 


keçirilməsi; 

•  kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən  

vergi 

güzəştlərinin müddətinin uzadılması; 



•  sahibkarlara göstərilən vergi xidmətinin yaxşılaşdırılması və  

ə

hatə 



dairəsinin genişləndirilməsi üçün kompyuter  

terminallarının və özəl vergi 

məsləhəti xidmətinin  

yaradılması. 

 Bu  baxımdan,  bu  sahədəki  islahatların  davam  etdirilməsi  dövlət  büdəcəsi 

xərclərinin daha səmərəli istifadə edilməsinə gətirib çıxaracaq. Azərbaycanda dövlət 

büdcəsi xərclərinin istifadəsini aşağıdakılar şərtləndirir: 

1.  Hazırkı  vəziyyətdə  məhdud  budcə  vəsaiti  problemi  yoxdur.  Əksər  olkələrə 

xas  olan  budcə  gəlirlərinin  onun  vergitutma  bazasından  və  iqtisadi  inkişafdan 

asılılığı burada virtual xarakter daşıyır. Neft Fondunun mövcudluğu və bu Fonddan 

budcəyə məhdudiyyətsiz transfer etmə praktikasına gorə yaxın perspektivdə budcə-

iqtisadi inkişaf asılılığı aktuallığını itirir. Bu baxımdan budcə xərcləmələrinin yuxarı 

həddi üzün geniş perspektiv azılır və hokumət bu imkandan məharətlə istifadə edir. 

ctimai  vəsaitin  neft  gəlirləri  hesabına  artımı  imkan  verir  ki,  fiskal  sektorun 

makroiqtisadi  fəsadlar  doğura  bilən  əsas  problemləri,  o  cumlədən  kəskin  budcə 

kəsirinin yaranması qarşısını almaq mümkün olsun. 

2. Budcə vəsaitinin idarəetməsində son illər nəzərçarpan islahatlar aparılmışdır. 

Budcə  xərcləmələrində  prioritetlərin  muəyyənləşdirilməsi  umumən  siyasi  qərardır. 




68 

 

Bununla bağlı ölkə prezidenti cənab  lham Əliyev öz siyasi iradəsini göstərək büdcə 



vəsaitlərinin  ölkənin  inkişaf  prioritetlərinə  uyğun  olaraq  səmərəli  şəkildə 

xərclənməsi ilə bağlı tapşırıq vermişdir. Aydındır ki, muəyyən edilmiş prioritetlərin 

maliyələşdirilməsi və onun hansı səmərə verməsi artıq iqtisadi məsələdir. Bu sahədə 

də ciddi addımlar atılmaqdadır. 

3.  Əksmərkəzləşdirmə  prosesinin  sürətlənməsi  dovlət  budcəsinin  maliyyə 

yükünün  azalmasına  səbəb  olmuş  və  məsuliyyət  bölgüsündə  tarazlıq  yaratmışdır. 

Hazırda,  budcə,  əsasən,  aktiv  iqtisadi  alət  ilə  yanaşı  yığım  forması  kimi  muşahidə 

edilir.  Əksmərkəzləşdirmə  istiqamətində  ciddi  işlər  aparılmalıdır.  Bunun  üzün  2  

istiqamətli işlər gorulməlidir: 

1.budcə iştirakzılığının (participatory budgeting) gucləndirilməsi;  

2.bələdiyyələrin fəaliyyətinin gucləndirilməsi.  

3.Umumiyyətlə,  Azərbaycanda  yerli  ozunuidarəetmənin  təkmilləşdirilməsinə 

yonələn xüsusi dovlət proqramına ehtiyac vardır. Mərkəzi və yerli budcələr arasında 

uyğunsuzluq aradan qaldırılmalıdır. Məsələn, Sumqayıt Şəhər Bələdiyyəsi öz budcə 

imkanlarına  gorə  olkənin  qabaqcıl  bələdiyyələrindən  hesab  edilir.  Ümumi    şəhər 

budcəsinə gəldikdə isə Sumqayıt şəhəri mərkəzi budcədən aldığı dotasiyalara gorə 

respublikada birinci yerdədir.  

4.  ctimai vəsaitin səmərəli idarəedilməsində və umumilikdə yaxşı idarəetmədə 

ə

sas meyar olan hesabatlılığın mövcud səviyyəsi ildən-ilə artmaqdadır. Hesabatlılıq 



hər iki halda, həm dovlət maliyyə vəsaitinin idarəedilməsində, həm dovlət mulkiy-

yətinə  məxsus  şirkət  və  konsernlərdə  korporativ  idarəetmənin  təkmil  olmaması  və 

beynəlxalq  standartlara  cavab  verməməsi  ilə  səciyyələnir.  Novbəti  -  2011-ci  ildən 

beynəlxalq  mühasibat  standartlarına  keçidin  başa  çatdırılması  bur  vəzifə  kimi 

qoyulub və bu böyük uğur sayıla bilər. 

Bir  sozlə,  dovlət  muəssisələrinin  korporativ  idarəetməsinin  beynəlxalq  stan-

dartlarına  keçidi  surətləndirilməlidir.  Azərbaycanda  dovlət  muəssisələrinin  zəif 

inkişafı  həm  də,  mühasibat  uzotu  və  korporativ  idarəetmə  uzrə  beynəlxalq 

standartların  və  prinsiplərin  qəbul  edilməmsi  ilə  bağlıdır.  Nüfuzlu  təşkilatlardan 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə