Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

60 

 

Almaniyanın 



Konstitusiyasının 

böyük 


bölmələrindən 

biri 


“Maliyyə 

konstitusiyası” adlanır. 1919-cu ildə aparılan vergi islahatları nəticəsində əyalətlərin 

(bunlara  torpaqlar  deyirlər)  maliyyə  suverenliyi  ləğv  edilmişdir.  O  vaxta  qədər 

alman  vergi  sistemi  amerikan  modelində  olduğu  kimi  mərkəzləşdirilmiş  xarakterə 

malik  idi.  Maliyyə  konstitusiyası  federasiyanın  bütövlükdə  və  onu  təşkil  edən 

ə

razilərin  milli  təsərrüfatların  məcmu  gəlirlərində  rasional  iştirak  qaydalarını 



müəyyən  edir.  Bu  zaman  4  vəzifənin  həllinə  nail  olunur:    (1)  gəlirlərin 

bölüşdürülməsi; 

(2) 

vergiqoyma 



sahəsində 

qanunverici 

səlahiyyətlərin 

bölüşdürülməsi;  (3)  vergi  daxilolmalarının  bölüşdürülməsi;  (4)  maliyyə  sferasında 

idarəetmənin təşkili. 

Inzibati idarəetmə quruluşuna görə, Almaniya 16 əyalətə bölünür. Bu əyalətlərin 

hökümətləri dövlət hakimiyyətinin ikinci pilləsini təşkil edir. 

Almaniyada  gəlirlərin  bölüşdürülməsi  müxtəlif  səviyyəli  büdcələr  vasitəsilə 

yerinə  yetirilir.  Vergiqoyma  sahəsində  qanunverici  səlahiyyətlər  həmçinin  mərkəz 

və əyalətlər vasitəsilə həyata keçirilir. Odur ki, mərkəzin səlahiyyətlərinə rüsumların 

və  alkoqollu  içkilərə  tətbiq  olunan  aksizlərin  (bu  sahədə  hələ  də  dövlətin 

inhisarçılığı  mövcuddur),  əyalətlərin  kompetensiyasına  isə  istehlaka  və  xərclərə 

tətbiq olunan bəzi vergilərin (məsələn, ovçuluğa, içkilərə, itlərin saxlanılmasına və 

s.) müəyyənləşdirilməsi daxildir. 

Almaniya qanunvericiliyi yerli büdcələrin cari əməliyyatlar üzrə kəsirinin kredit 

vəsaitləri  ilə  örtülməsini  qadağan  edir.  Kredit  resursları  yalnız  investisiya 

məqsədləri üçün istifadə oluna bilər. Borcun maksimum həddi üçün xüsusi qayda da 

müəyyənləşdirilib. Belə ki, bələdiyyələr yalnız borca xidmət göstərə bildikləri halda 

kredit  götürə  bilərlər.    Borca  xidmət  potensialı  isə  xüsusi  sənədlər  əsasında 

qiymətləndirilir. 

Almaniyada  əyalətlər  arasında  maliyyə  bərabərləşdirilməsi  şaquli  və  üfüqi 

metodlarla tənzimlənir. 

Ş

aquli  tarazlaşdırma  tənzimləyici  xarakterli  ümumi  vergilər  vasitəsilə  həyata 



keçirilir. Konstitusiyaya görə,  federal hökümət və torpaqlar arasında vrgilər bərabər 

bölünür.  Bu  səbəbdən  də  ilk  növbədə,  yerli  büdcələrin  ehtiyacları  müəyyən  edilir, 




61 

 

bundan sonra yerdə qalan məbləğ dövlət hakimiyyətinin iki pilləsi arasında bərabər 



şə

kildə  bölünür.  Bu  tip  tarazlaşdırma  əməliyyatları  federal  büdcədən  ayrılan 

transferlər (subsidiya və dotasiyalar) vasitəsilə həyata keçirilir. 

Üfüqi tarazlaşdırma ikinci dərəcəli də adlandırmaq olar. Bu zaman əldə edilmiş 

gəlirlər “varlı”lardan alınaraq “kasıb”lara verilmək yolu ilə bərabərləşdirilir. Yüksək 

gəlirli əyalətlər (Bavariya, Vyutemberq, Şimali Reyn-Vestfaliya) öz gəlirlərinin bir 

hissəsini  maliyyə  resurslarına    görə  zəif  olan  əyalətlərə  (Saksoniya,  Şlezviq-

Qolşteyn) verirlər. 

Burada  başlıca  məqsəd  zəif  maliyyə  resurslarına  malik  olan  əyalətlərin 

adambaşına  düşən  büdcə  gəlirlərinin  səviyyəsini  orta  Almaniya  səviyyəsinin  95 

faizindən aşağı düşməyə imkan verməməkdən ibarətdir. 

Fransız modelini aşağıdakı tərkib hissələrindən ibarətdir: 

1. Qanunverici baza 

Fransanın  vergi  sistemi  sabitdir.  Müxtəlif  səviyyəli  büdcələrin  formalaşması, 

tərkibi  və  quruluşu  son  illər,  prinsipial  olaraq,  dəyişməz  qalmaqdadır. 

Vergiqoymanın  fransız  sistemi  üçün  sərt  reqlamentləşdirmə  xarakterikdir,  bununla 

yanaşı, çeviklik məqsədilə dərəcələr hər il əhəmiyyətsiz səviyyədə dəyişə bilər. 

Fransada  bütün  növ  vergi  məsələləri  ilə  Parlament  (Milli  Assambleya)  məşğul 

olur.  Son  illər  reallaşan  qanunvericilik  təşəbbüslərinin  əsas  tendensiyası  müxtəlif 

qaydalı  vergi  güzəştlərinin  ləğvi  və  vergi  dərəcələrinin  aşağı  salınması  hesabına 

vergi tutulan bazanın genişləndirilməsinə nail olmaqdan ibarətdir. Bu tendensiyanın 

ə

sas  qayəsini  sosial  və  ərazi  istiqamətli  maraq  dairəsinin  genişləndirilməsi  təşkil 



edir. 

2. Mərkəzi büdcənin gəlirlər hissəsinin formalaşdırılması 

Mərkəzi  büdcənin  gəlirlər  hissəsinə  daxilolmaların  əsas  mənbəyini  əlavə  dəyər 

vergisi, gəlir vergisi və səhmdar cəmiyyətlərin mənfəətindən vergi təşkil edir. 

Ə

DV  bütün  vergi  daxilolmalarının  45  faizini  təmin  edir.  ƏDV-nin  4  dərəcəsi 



fərqləndirilir  ki,  onlardan  da  əsası  18.6  faizdən  ibarətdir.  Dünya  praktikasında 

ə

nənəvi olaraq bu verginin ödənilməsində güzəşt hüququna malik olan qrupa tibbi 



xidmətlə,  təhsillə  və  xeyriyyəçilik  fəaliyyəti  ilə  məşğul  olan  müəssisələr  daxil 


62 

 

olmasına baxmayaraq, Fransada bu siyahıya əhəmiyyətli dövrüyyəyə malik olmayan 



müəssisələr  və  xüsusi  vəsaitlərini  istehsala  qoyan  vergi  ödəyiciləri  (investisiya 

yönələn vəsaitin həcmi qədər) də daxildir. 

Gəlir  vergisi  büdcənin  vergi  gəlirlərinin  20  faizini  təşkil  edir.  Qeyd  etmək 

lazımdır  ki,  Fransada  bu  vergi  növü  daha  çox  sosial  xarakter  daşıyır  və  ailənin 

inkişafını, aztəminatlılara köməklik göstərilməsini, təhsilin alınmasını, əmanətlərini 

yığma cəlb edilməsini stimullaşdırılmaq alətlərindən hesab olunur. Bütün bunlar bu 

növ verginin hesablanmasının mürəkkəb sistemini formalaşdırır və çoxsaylı güzəşt 

sistemi yaradır. Belə ki, ölkə üzrə 25 milyon vergi ödəyicisindən faktiki olaraq 13 

milyonu  və  ya  52  faizi  bu    vergini  ödəyir.  Digər  Qərbi  Avropa  ölkələrində  bu 

göstərici əhəmiyyətli dərəcədə yüksəkdir. Məsələn, müvafiq göstərici Belçikada 95, 

Almaniyada 84,  spaniyada 75, Böyük Britaniyada 66 faizdir. Bu ölkələrdə olduğu 

kimi, Almaniyada da gəlir vergisinin  şkalası proqressivdir və onun dərəcəsinə hər il 

inflyasiya səviyyəsi nəzərə alınmaqla yenidən baxılır. 

Lakin  Fransa  bu  ölkələrdən  məcburi  sığorta  ayrılmalarının  yüksək  dərəcəsi  ilə 

fərqlənir  ki,  bu  da  bir  növ  gəlir  vergisi  üzrə  mövcud  olan  geniş  miqyaslı  güzəşt 

sisteminin kompensasiyası məqsədi güdür. 

Səhimdar cəmiyyətlərin məfəətindən verginin ümumi vergi gəlirlərində payı 10 

faiz təşkil edir və son zamanlar bu vergi növündən daxilolmalar ondan ibarətdir ki, 

mənfəət  vergisini  yalnız  səhimdar  cəmiyyətlər  ödəyir.  Digər  məhdud  məsuliyyətli 

cəmiyyətlər, ortaqlıqlar və başqaları öz qoyuluşlarının payına müvafiq şəkildə fiziki 

şə

xslərin gəlir vergisi şkalası üzrə vergi ödəyirlər 



3. Regional və yerli büdcələrin gəlirlər hissəsinin formalaşması   

Fransanın  ərazi-inzibati  quruluşuna  22  region,  95  departament  və  36 000 

kommuna  daxildir.  Bu  struktur  eyni  zamanda  həmin  orqanların  hakimiyyətlərinin 

büdcələrinin mövcudluğunu və onların daxilolma mənbələrini müəyyən edir. 

Yerli  büdcələr  –  kommunaların  büdcələri  yerli  vergilərdən  (40  %),  dövlətin 

dotasiyalarından (30 %), xüsusi daxilolmalar və borc vəsaitlərindən (30 %) ibarətdir. 

Yerli vergilər arasında əsas vergi peşə vergisi və ya müəssisə vergisi sayılır ki, 

onun da cəmi daxilolmalarda xüsusi çəkisi 43 faiz təşkil edir. Bu verginin bazasına 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə