Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

48 

 

Ə



halinin  ərzaq  məhsulları  ilə  təminatında  mühüm  əhəmiyyət  kəsb  edən  kənd 

təsərrüfatı  məhsullarının  istehsalının  artırılması,  meliorasiya  və  su  təsərrüfatı 

komplekslərinin  ahəngdar  fəaliyyəti,  meliorasiya,  su  və  irriqasiya  sistemlərinin 

normal  istismarının  təşkili,  suvarma  və  drenaj  işlərinin  genişləndirilməsi,  sel  və 

daşqın  sularına  qarşı  mübarizə  tədbirlərinin  həyata  keçirilməsi  üçün  real  maliyyə 

təminatı yaradılmışdır. 

2013-cü  ildə  dövlət  büdcəsinin  kənd  təsərrüfatı,  meşə  təsərrüfatı,  balıqçılıq, 

ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri üzrə 494,3 mln. manat proqnoza qarşı 

icra  487,9  mln.  manat  və  yaxud  98,7  faiz  olmuşdur  ki,  bu  da  2012-ci  illə 

müqayisədə  19,7  mln.  manat  (4,2  faiz)  çoxdur.  Bu  bölmə  üzrə  xərclərin  dövlət 

büdcəsinin xərclərində xüsusi çəkisi 2,5 faiz təşkil etmişdir. 

Dövlət  əsaslı  vəsait  qoyuluşu  xərclərindən  ayrılmış  vəsait  də  (343,9  mln. 

manat)  nəzərə  alınmaqla,  kənd  təsərrüfatı,  meşə  təsərrüfatı,  balıqçılıq,  ovçuluq  və 

ə

traf mühitin mühafizəsi xərclərinə dövlət büdcəsi xərclərinin 4,3 faizi həcmində və 



yaxud 831,8 mln. manat vəsait ayrılmışdır. 

Funksional  təsnifat  üzrə  həmin  xərc  bölməsindən  kənd  təsərrüfatı  xərclərinə 

464,4 mln. manat və yaxud 2012-ci illə müqayisədə 18,3 mln. manat (4,1 faiz) çox, 

meşə  təsərrüfatı  xərclərinə  10,6  mln.  manat  və  yaxud  2012-ci  illə  müqayisədə  0,5 

mln. manat (4,7 faiz) çox, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 

6,4  mln.  manat  və  yaxud  2012-ci  illəmüqayisədə  0,8  mln.  manat  (14,3  faiz)  çox, 

hidrometeorologiya  tədbirlərinə  6,5  mln.  manat  və  yaxud  2012-ci  illə  müqayisədə 

0,2 mln. manat (2,8 faiz) çox vəsait yönəldilmişdir.



 

qtisadi  təsnifata  uyğun  olaraq  bu  xərc  bölməsindən  əməyin  ödənişinə  88,4 

mln.  manat  və  yaxud  2012-ci  illə  müqayisədə  3,2  mln.  manat  (3,8  faiz)  çox, 

malların (işlərin və xidmətlərin) satın alınmasına 159,2 mln. manat və yaxud 2012-

ci illə müqayisədə 3,6 mln. manat (2,3 faiz) çox, subsidiyalara və cari transfertlərə 

132,4 mln. manat və yaxud 2012-ci illə müqayisədə 12,4 mln. manat (10,3 faiz) çox, 

qeyri-maliyyə  aktivlərinin  alınmasına  (əsas  vəsaitlərin,  maşın  və  avadanlıqların, 

qurğu  və  digər  maddi  istehsal  obyektlərinin  alınmasına,  bina  və  qurğuların 

tikintisinə və s.) 33,6 mln. manat və yaxud 2012-ci illə müqayisədə 0,7 mln. manat 



49 

 

(1,8  faiz)  çox,  digər  xərclərə  (istehsalat  obyektlərinin  əsaslı  təmiri  və  yenidən 



qurulmasına, icarə və bank xərclərinə) 74,3 mln. manat vəsait yönəldilmişdir. 

2013-cü  ildə  nəqliyyat  və  rabitə  xərcləri  üzrə  nəzərdə  tutulmuş  111,7  mln. 

manat proqnoza qarşı icra 110,5 mln. manat və yaxud 99,0 faiz olmuşdur ki, bu da 

2012-ci illə müqayisədə 25,1 mln. manat (29,4 faiz) çoxdur.



 

Həmin bölmədən funksional təsnifat üzrə nəqliyyat xərclərinə 72,9 mln. manat, 

rabitə xərclərinə 37,6 mln. manat və yaxud 2012-ci illə müqayisədə 27,5 mln. manat 

(3,7 dəfə) çox vəsait yönəldilmişdir. 

2013-cü  ildə  Bakı  Metropolitenində  yaranan  zərərin  ödənilməsinə  30,7  mln. 

manat və yaxud 2012-ci illə müqayisədə 5,6 mln. manat (22,3 faiz) çox, avtomobil 

yollarının əsaslı təmiri və avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsi üçün 

32,5  mln.  manat,  Naxçıvan  Muxtar  Respublikasına  edilən  aviareyslərə  görə 

yaranmış  zərərin  və  Böyük  Vətən  müharibəsi  əlillərinin  və  iştirakçılarının,  habelə 

onlara  bərabər  tutulan  şəxslərin  Müstəqil  Dövlətlər  Birliyi  ölkələrinə  nəqliyyatda 

gediş güzəştlərinin ödənilməsinə 9,7 mln. manat və yaxud 2012-ci illə müqayisədə 

2,1  mln.  manat  (27,6  faiz)  çox,  əsgər  məktubları  və  bağlamalarına  görə  yaranan 

zərərin  ödənilməsi  üçün  Azərbaycan  Respublikasının  Rabitə  və  nformasiya 

Texnologiyaları  Nazirliyinə  (“Azərpoçt”  Məhdud  Məsuliyyətli  Cəmiyyətinin 

zərərinə görə) 3,5 mln. manat, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 3,8 mln. 

manat vəsait sərf edilmişdir. 2013-cü il dövlət büdcəsinin iqtisadi fəaliyyətlə bağlı 

xərcləri üzrə nəzərdə tutulan 275,8 mln. manat vəsait 100 faiz istifadə olunmuşdur 

ki, bu da 2012-ci illə müqayisədə 90,3 mln. manat və yaxud 48,7 faiz çoxdur. 

Bu  bölmədən  aqrar  sektora  dövlət  qayğısının  daha  da  artırılması  məqsədi  ilə 

fermer  təsərrüfatlarına  kreditlərin  verilməsi,  lizinq  xidmətinin  yaxşılaşdırılması, 

sahibkarlığın  inkişaf    etdirilməsi  üçün  Sahibkarlığa  Kömək  Milli  Fonduna  150,0 

mln. manat, 2012-ci illə müqayisədə 60,0 mln. manat və yaxud 1,7 dəfə çox, kənd 

təsərrüfatı  texnikasının  və  aqrokimyəvi  maddələrin  alınması  üçün  “Aqrolizinq” 

Açıq  Səhmdar  Cəmiyyətinə  35,0  mln.  manat,  kənd  təsərrüfatı  məhsulları 

istehsalçılarına  kreditlərin  verilməsi  üçün  Azərbaycan  Respublikasının  Kənd 

Təsərrüfatı  Nazirliyi  yanında  Kənd  Təsərrüfatı  Kreditləri  üzrə  Dövlət  Agentliyinə 




50 

 

8,0  mln.  manat,  dövlət  əmlakının  özəlləşdirilməsinin  təşkili  və  mülkiyyət 



hüquqlarının qorunması üçün 8,7 mln. manat məbləğində vəsait ayrılmışdır. 

2013-cü  ildə  sosial  ipoteka  üçün  Azərbaycan  poteka  Fondunun  nizamnamə 

kapitalının  artırılmasına  40,0  mln.  manat  yönəldilmişdir  ki,  bu  da  2012-ci  illə 

müqayisədə 20,0 mln. manat və yaxud 50,0 faiz çoxdur. Sənaye, tikinti və faydalı 

qazıntılar  xərcləri  üzrə  nəzərdə  tutulan  6934,2  mln.  manat  proqnoza  qarşı  icra 

6932,7 mln. manat və yaxud 99,9 faiz olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 

1149,0 mln. manat (19,9 faiz) çoxdur. 

Sənaye, tikinti və faydalı qazıntılar xərclərinin tərkib hissəsi olan dövlət əsaslı 

vəsait qoyuluşu xərclərinə 2013-cü il dövlət büdcəsindən 6913,8 mln. manat vəsait 

yönəldilmişdir  ki,  bu  da  2012-ci  illə  müqayisədə  1150,1  mln.  manat  (20,0  faiz) 

çoxdur. Həmin xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 36,1 faiz təşkil 

etmişdir ki, bu da 2012-ci ilə nisbətən 3,0faiz çoxdur.



 

2014-cü  ildə  2013-cü  illə  müqayisədə  sosial  müdafiə  və  sosial  təminat 

xərclərinə 12,6 faiz (220,8 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,9 faiz 

(30,1 mln. manat), təhsil xərclərinə 8,2 faiz (117,6 mln. manat), səhiyyə xərclərinə 

7,5 faiz (46,4 mln.  manat),  mədəniyyət,  incəsənət, informasiya,  bədən tərbiyəsi  və 

digər  kateqoriyalara  aid  edilməyən  sahədə  fəaliyyət  xərclərinə  6,9  faiz  (19,1  mln. 

manat),  məhkəmə  hakimiyyəti,  hüquq-mühafizə  və  prokurorluq  orqanlarının 

saxlanılması xərclərinə 5,2 faiz (54,3 mln. manat), mənzil və kommunal təsərrüfatı 

xərclərinə  4,7  faiz  (18,8  mln.  manat),  kənd  təsərrüfatı,  meşə  təsərrüfatı,  balıqçılıq, 

ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 3,5 faiz (17,0 mln. manat), müdafiə 

xərclərinə 2,1 faiz (31,1 mln. manat) çox vəsait yönəldilmişdir. 

2014-cü  ildə  dövlət  büdcəsindən  dövlət  əsaslı  vəsait  qoyuluşu  xərclərinə 

6259,0  mln.  manat  vəsait  yönəldilmişdir.  Bu  xərclərin  dövlət  büdcəsi  xərclərinin 

tərkibində xüsusi çəkisi 33,5 faiz olmuşdur. 

2014-cü  il  üzrə  büdcə  təşkilatlarının  təqdim  etdikləri  xərc  sifarişləri  üzrə 

xəzinədarlıq  orqanları  tərəfindən  qəbul  edilmiş  öhdəliklər  tam  və  vaxtında 

maliyyələşdirilmişdir. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə