Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

57 

 

vardır. Təsərrüfat subyektinin, bir neçə əyalət ərazisində apardığı əməliyyatlara görə, 



vergi ödənişləri onun gəlir əldə etdiyi konkret əyalətdə həyata keçirilir. 

Dövlət  orqanlarının  əhəmiyyəti  dərəcədə  fərqli  və  müxtəlif  səcviyyəli 

muxtarlaşma  şəraitində  fəaliyyətinə  baxmayaraq,  onların  vergi  sistemləri  qarşılıqlı 

asılılıqda və əlaqədə qurulub. Odur ki,birincisi, Kanadada müxtəlif əyalətlərdə həyat 

səviyyəsinin  bərabərləşdirilməsinə  yönəldilən  tədbirlər    -  federal  büdcədən  geridə 

qalmış əyalətlərin büdcələrinə dotasiya proqramları həyata keçirilir. Bu ödənişlərin 

miqdarı heç də hər il təsdiq olunmur, belə qərarlar əyalətlər üzrə adambaşına düşən 

gəlirlər əsasında hesablanaraq qəbul olunur. Bu ödənişlərin bir hissəsi birgə federal - 

ə

yalət  və  əyalət  –  bələdiyyə  iqtisadi  və  sosial  inkişaf  proqramlarının 



reallaşdırılmasına yönəldilir. 

Ikincisi, əksər əyalətlərlə federal hökümət arasında könüllü olaraq bağlanır ki, 

buna  əsaslanaraq  federal  hökuət  fiziki  şəxslərdən  gəlir  vergisinin  toplanmasının 

texniki tərəflərini öz üzərinə götürür. Bu da hər şeydən əvvəl, vergilərin toplanması 

işinin  effektiv  təşkilinə  və  vergi  ödəyicilərinin  bu  istiqamətdəki  fəaliyyətinin 

unifikasiyasına xidmət edir. 

Maliyyə dəstəyi planını çox vaxt sosial kömək proqramı da adlandırırlar. Belə ki, 

federal  büdcə  sosial  kömək  proqramı  çərçivəsində  (CAP)  əyalətlərdə  bu  sahəyə 

çəkilən bütün xərclərin 50 faizini öz üzərinə götürür.Əyalət bu yardım almaq üçün 

müxtəlif  meyarlara  cavab  verməlidir.  Bundan  başqa,  ilkin  olaraq,  əyalətlərdə  ən 

vacib  sosial  proqramlar  maliyyələşdirilir.buna  görə,  bu  proqram  çərçivəsində 

ə

yalətlərdən adambaşına ayrılan yardımın həcmi müxtəlif olur.        



Təsdiq  olunmuş  proqramlar  çərçivəsində  məqsədli  transfertlər  proqramında 

ə

yalətlərdə  səhiyyə  və  ali  təhsilin  təkmilləşdirilməsi  məsələləri  öz  əksini  tapır.  Bu 



proqram  çərçivəsində  federal  büdcədən  ayırmalar,  əsasən,  əyalət  əhalisinin 

sağlamlığının  və  təhsil  sisteminin    təkmilləşdirilməsi  məsələlərinə  sərf  olunur. 

Sağlamlıq  və  təhsilin  təkmilləşdirilməsi  proqramı  üzrə  əyalətlərə  ayrılan 

adambaşına yardımın həcmi eynidir. 

Kanadada 2012-2013-cü maliyyə ilindən sosial yardım proqramı ilə sağlamlıq və 

təhsil  proqramı  birləşdirilərək  sağlamlıq  və  sosial  kömək  proqramı  yaradılmışdır. 




58 

 

lkin dövrlərdə bu proqram çərçivəsində ayrılan vəsaitlət əyalətlərlər üzrə fərqlənirdi. 



Bunun  qarşısını  almaq  üçün  2012-2013-cü  maliyyə  ilində  əlavə  olaraq  federal 

büdcədən  3,5  mlyd.  ABŞ  dolları  ayrılmışdır.  2012-2013-cü  maliyyə  ilində  federal 

büdcədən  bu  proqramın  maliyyələşdirilməsinə  26,7  mlyd.  ABŞ  dolları 

xərclənmişdir  ki,  bu  da  regional  yerli  büdcələrə  ayrılacaq  yardımın  67,5  faizini 

təşkil edir. Həmin il ayrılmış əlavə vəsaitə baxmayaraq, əyalətlərə ayrılmış vəsaitin 

həcmi  müxtəlif  olmuşdur.  Belə  ki,  Alberta  əyalətində  bu  proqram  çərçivəsində 

adambaşına  800  ABŞ  dolları  xərclənməsinə  baxmayaraq,  bu  rəqəm  Kvebek 

ə

yalətintə 936 ABŞ dolları olmuşdur. 2012-2013-cü maliyyə ili üzrə isə bu proqram 



çərçivəsində hər əyalətə adambaşına 960 ABŞ dolları ayrılması nəzərdə tutulmuşdur. 

Onu  qeyd  edək  ki,  təsdiq  olunmuş  proqramlar  çərçivəsində  transferlər  həm  vergi, 

həm  də  pul  şəklində  həyata  keçirilir.  Federal  hökümət  vergi  yardımının  pul 

yardımından  çox  olmaması  üçün  hər  il  pul  yardımının  minimum  səviyyəsini 

müəyyənləşdirir.  Bu  həd  2012-2013-cü  maliyyə  ilində  12,5  mlyd.  ABŞ  dolları 

olmuşdur.  2012-2013-cü  maliyyə  ilində  bu  proqram  üzrə  ayrılan  yardımın,  demək 

olar ki, 50 %- i vergi, 50 %-i isə pul şəklində köçürülmüşdür.  

Ə

razilərin  maliyyələşdirilməsi  proqramı  yalnız  şimal  ərazilərə  şamil  edilir. 



Ə

yalərlər  bu  proqram  çərçivəsində  vəsait  almır.  Federal  hökümət  bu  proqramı  bir 

sıra  faktorlara  görə  həyata  keçirir.  Bu  amillərə  şimal  ərazisində  əhalinin  artım 

tempinin yüksək olması, əhalinin gəlir səviyyəsinin aşağı olması və vergi bazasının 

zəif  inkişafı  daxildir.  2012-2013-cü  maliyyə  ilində  bu  proqram  çərçivəsində  şimal 

ə

razilərə  1,2  mlyd.  ABŞ  dolları  həcmində  vəsait  ayrılmışdır.  Bu  isə  ümumi 



ayrılmaların 3,1 faizini təşkil edir. Bu proqram çərçivəsində ayrılan vəsait yalnız pul 

transferi formasında olur. 

Federal  büdcə  tərəfindən  ayrılan  köçürmələr  müxtəlif  əyalətlərin  büdcə 

gəlirlərinin  formalaşmasında  fərqli  paya  malikdir.  Belə  ki,  Alberta  əyalətinin 

gəlirlərinin 14 faizi. Nyufaundlend əyalətinin büdcə gəlirlərinin isə 42 faizi federal 

büdcədən ayrılmalar hesabına formalaşır. 2012-2013-cü maliyyə ilində regional və 

yerli  büdcələrin  xərclərini  maliyyələşdirmək  üçün  federal  büdcədən,  ümumilikdə, 



59 

 

37,5 mlyd. ABŞ dolları ayrilmişdir ki, bu da cəmi büdcə xərclərinin 17 faizini təşkil 



edir. 

Kanadada  müxtəlif  səviyyəli  büdcələr  borc  vəsaitləri  cəlb  etmək  hüququna 

malikdir. Federal qanunvericilik cəlb edən borc vəsaitlərinin həcminə məhdudiyyət 

qoymur. Federal qanunvericilikdən fərqli olaraq, əyalətlərin qanunvericiliyi regional 

büdcələrin  kəsirini  örtmək  üçün  cəlb  edilən  borc  vəsaitinin  həcminə  müəyyən 

məhdudiyyətlər qoyur. Məsələn, Alberta əyalətinin qanunvericiliyinə görə, regional 

büdcənin  kəsirini  örtmək  üçün  cəlb  edilən  borc  vəsaitinin  həcmi  əyalət  üzrə 

proqnozlaşdırılan vergi daxilolmalarından çox ola bilməz. 

Federal  hökümət  büdcə  kəsirini  maliyyələşdirmək  üçün  bir  sıra  mənbələrdən 

istifadə  edir.  Federal  büdcənin  kəsiri  daxili  və  xarici  bazarlarda  borc  kağıızları 

yerləşdirməklə və ya Kanada Pensiya Fondunun vəsaitlərindən kredit kimi istifadə 

etməklə maliyyələşdirilir. Regional büdcələr də borc vəsaiti cəlb etmək üçün daxili 

bazarda  borc  kağızları  yerləşdirmək  və  Kanada  Pensiya  Fondunun  vəsaitlərindən 

kredit  kimi  istifadə  etmək  hüququna  malikdir.  Bələdiyyələrin  yerli  büdcələri  isə 

mövcud  qanunvericiliyə  əsasən  cari  xərclərə  gəlirləri  tarazlaşdırmalıdır.  Yalnız 

kapital  qoyuluşları  zamanı  yerli  büdcələrin  kəsiri  yaranarsa,  borc  vəsaitlərindən 

istifadə  edə  bilər.  Buna  görə  də,  kapital  qoyuluşlarını  həyata  keçirmək  üçün 

hazırlanan investisiya proqramları əyalətin icraedici qurumuna təqdim olunmalıdır. 

Layihələr qəbul edildikdən sonra əyalətin qanunvericiliyində borc vəsaitlərinin cəlb 

edilməsinə qoyulan məhdudiyyətlər çərçivəsində yerli büdcələrə borc vəsaitləri cəlb 

etməyə icazə verilir. 

Avropa  ölkələrində  büdcələrarası  münasibətlərin  qurulması  ilə  tanış  olarkən 

Avropa  Birliyinə  üzv  ölkələrin  sərhədlərinin  «əriməsi»  və  vergi  sisteminin 

harmonizasiyası həmin ölkələrdə bu prosesin vahid ssenari üzrə aparıldığı qənaətinə 

gəlmək olur. Bu ölkələr sırasında istisna olaraq Almaniya təcrübəsinin fərqləndiyini 

nəzərə alaraq, bu ölkənin və digər ölkələrin timsalında isə Fransa modelini nəzərdən 

keçirək. 

Almaniya modelini aşağıdakı kimi xarakterizə etmək olar: 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə