Microsoft Word maq diss budce xercleri tekst docx



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix02.04.2018
ölçüsü0,68 Mb.
#35777
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

45 

 

alınmasına 34,6 mln. manat və yaxud 2012-ci illə müqayisədə 5,2 mln.  manat (17,7 



faiz)  çox,  subsidiyalar  və  cari  transfertlərə  80,7  mln.  manat  və  yaxud  2012-ci  illə 

müqayisədə  3,4  mln.  manat  (4,4  faiz)  çox,  təqaüd  və  sosial  müavinətlərə  0,8  mln. 

manat  və    yaxud  2012-ci  illə  müqayisədə  0,1  mln.  manat  (14,3  faiz)  çox,  digər 

xərclərə  (sosial-mədəni  və    məişət  təyinatlı  obyektlərin  əsaslı  təmiri  və  yenidən 

qurulmasına, icarə xərclərinə, bank  xərclərinə) 101,5 mln. manat və yaxud 2012-ci 

illə  müqayisədə  23,6  mln.  manat  (30,3  faiz)    çox,  qeyri-maliyyə  aktivlərinin 

alınmasına  (əsas  vəsaitlərin,  maşın  və  avadanlıqların,  qurğu  və    digər  istehsal 

obyektlərinin  alınmasına,  bina  və  qurğuların  tikintisinə  və  s.)  5,2  mln.  manat  və 

yaxud 2012-ci illə müqayisədə 1,4 mln. manat (36,8 faiz) çox vəsait sərf edilmişdir. 

2013-cü  ildə  dövlət  büdcəsinin  sosial  müdafiə  və  sosial  təminat  xərclərindən 

ə

sasən  əmək  pensiyalarının,  sosial  müavinətlərin,  ünvanlı  dövlət  sosial  yardımının 



ödənişi,  qaçqınlarınvə  məcburi  köçkünlərin  sosial  müdafiəsi,  əlillərin  sanatoriya-

kurort  müalicəsinin  təşkili,  əlillərə  eşitmə  aparatlarının,  protezləşdirmə 

məmulatlarının,  əlil  arabalarının,  xüsusi  təyinatlı  nəqliyyat    vasitələrinin  və  digər 

avadanlıqların alınması xərcləri həyata keçirilmişdir. 

2013-cü ildə sosial müdafiə və sosial təminat xərcləri üzrə 1813,6 mln. manat 

proqnoza qarşı icra 1750,4 mln. manat və yaxud 96,5 faiz olmuşdur.



 

D övlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də nəzərə alınmaqla, 

sosial  müdafiə  və  sosial  təminat  xərclərinə  dövlət  büdcəsi  xərclərinin  9,6  faizi 

həcmində və yaxud 1829,2 mln. manat vəsait ayrılmışdır. 

Funksional  təsnifata  uyğun  olaraq  2013-cü  ildə  dövlət  büdcəsinin  sosial 

müdafiə və sosial təminat xərcləri üzrə istifadə olunmuş vəsaitin 1730,9 mln. manatı 

və  yaxud  98,9  faizi  sosial  müdafiə,  19,4  mln.  manatı  və  yaxud  1,1  faizi  sosial 

təminat xərclərinə yönəldilmişdir. 

2013-cü  il  dövlət  büdcəsindən  Azərbaycan  Respublikasının  Dövlət  Sosial 

Müdafiə  Fonduna 1077,0  mln.  manat  məbləğində vəsait  transfert  edilmişdir  ki,  bu 

da 2012-ci illə müqayisədə 32,7 mln. manat və yaxud 3,1 faiz çoxdur. 

2013-ci  ildə  aztəminatlı  ailələrin  sosial  müdafiəsinin  gücləndirilməsi  üçün 

ünvanlı social yardımların ödənilməsinə dövlət büdcəsindən 201,1 mln. manat vəsait 



46 

 

yönəldilmişdir ki, bu da  2012-ci illə müqayisədə 1,4 mln. manat və yaxud 0,7 faiz 



çoxdur.  Hesabat  ilində  aztəminatlı    ailələrə  müavinətlərin  verilməsinə  6,7  mln. 

manat  vəsait  ayrılmışdır.  2013-cü  il  dövlət  büdcəsindən  qaçqın  və  məcburi 

köçkünlərə  verilən  müavinətlər  109,9  mln.  manat  təşkil  etmişdir  ki, bu da 2012-ci 

illə müqayisədə 1,7 mln. manat və yaxud 1,6 faiz çoxdur.



 

2013-cü ildə müdafiə, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq 

bölmələri  üzrə xərclərin stabil icrası təmin edilmişdir. 

Hesabat  ilində  müdafiə  bölməsi  üzrə  nəzərdə  tutulan  cari  xərclərin  icrası 

1485,0  mln.  manat  olmuşdur.  Bütövlükdə  isə  cari  və  əsaslı  xərclər  də  nəzərə 

alınmaqla,  2013-cü  il  dövlət    büdcəsindən  müdafiə  xərclərinə  2841,2  mln.  manat 

vəsait  yönəldilmişdir.  Bu  xərclərin  dövlət  büdcəsi  xərclərinin  tərkibində  xüsusi 

çəkisi  14,8  faiz  təşkil  etmişdir.  Məhkəmə  hakimiyyəti,  hüquq  mühafizə  və 

prokurorluq  xərcləri  üzrə  icra  1049,3  mln.  manat  olmuşdur.  2013-ci  ildə  dövlətin 

müdafiə  və  təhlükəsizlik  tədbirlərinin  qanunvericiliyə  uyğun  olaraq    həyata 

keçirilməsinə  maliyyə  təminatı  yaradılmaqla,  bu  sahələr  üzrə  qarşıya  qoyulmuş  

vəzifələrin icrasına nail olunmuşdur.



 

Mənzil  və  kommunal  təsərrüfatı,  yanacaq  və  enerji,  kənd  təsərrüfatı,  meşə 

təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi, sənaye, tikinti və faydalı 

qazıntılar, nəqliyyat və  rabitə, iqtisadi fəaliyyət xərclərinə bütövlükdə 8207,5 mln. 

manat vəsait yönəldilmişdir ki, bu da  2012-ci illə müqayisədə 1246,8 mln. manat və 

yaxud  17,9  faiz  çoxdur.  Həmin  xərclərin  dövlət    büdcəsi  xərclərinin  tərkibində 

xüsusi çəkisi 42,9 faiz təşkil etmişdir. Mənzil və kommunal təsərrüfatı xərcləri üzrə 

nəzərdə  tutulan  399,0  mln.  manat  proqnoza  qarşı  icra  398,3  mln.  manat  və  yaxud 

99,8 faiz olmuşdur.  

2013-cü il dövət büdcəsinin cari xərclərindən mənzil və kommunal təsərrüfatı 

xərclərinə  ayrılmış vəsaitin xüsusi çəkisi 2,1 faiz təşkil etmişdir. 

Həmin  bölmədən  funksional  təsnifat  üzrə  mənzil  təsərrüfatı  xərclərinə  115,4 

mln.  manat  və  yaxud  2012-ci  illə  müqayisədə  13,4  mln.  manat  (13,1  faiz)  çox, 

kommunal təsərrüfatı xərclərinə 270,9 mln. manat, su təsərrüfatına 11,5 mln. manat 




47 

 

və  mənzil  kommunal  təsərrüfatı    ilə  bağlı  digər  xərclərə  0,5  mln.  manat  vəsait 



yönəldilmişdir.

 

qtisadi  təsnifata  uyğun  olaraq  mənzil  və  kommunal  təsərrüfatı  xərclərindən 

abadlaşdırma  xidmətləri  haqqının  ödənilməsinə  201,2  mln.  manat,  məhsula  görə 

ödənişlərə 39,1 mln. manat və yaxud 2012-ci illə müqayisədə 4,9 mln. manat (14,3 

faiz)  çox,  yolların  əsaslı  təmirinə  48,4  mln.  manat,  istehsalat  obyektlərinin  əsaslı 

təmirinə 10,0 mln. manat, mənzil fondunun əsaslı təmirinə 10,4 mln. manat, qeyri-

maliyyə  aktivlərinin  alınmasına  38,7  mln.  manat,  sair  xərclərə  50,5  mln.  manat 

vəsait sərf edilmişdir. 

Mənzil və kommunal təsərrüfatı xərclərindən əsasən respublikanın şəhər, rayon 

mərkəzlərində,  qəsəbə  və  digər  yaşayış  məntəqələrində  şəhərdaxili  yolların  və 

dövlət  mülkiyyətində  olan  mənzil  fondunun  əsaslı  təmiri,  tarixi  binaların  bərpası, 

park  və  istirahət  zonalarında  abadlıq  və  quruculuq  işlərinin  aparılması,  yaşayış 

məntəqələrinin  yaşıllaşdırılması  və  sanitar-təmizlik  işləri,  küçələrin,  tarixi  və 

memarlıq  üslubunda  tikilmiş  binaların  qorunub  saxlanılması  və  fasadlarının 

işıqlandırılması, fəvvarələrin saxlanılması və bu qəbildən olan digər xərclər həyata 

keçirilmişdir.  2013-cü  il  dövlət  büdcəsinin  mənzil  və  kommunal  təsərrüfatı 

bölməsindən  istilik  təchizatı  ilə  bağlı  xərclər  üçün  21,2  mln.  manat,  əhalinin, 

xüsusilə də kənd əhalisinin su ilə təminatının yaxşılaşdırılmasına 11,5 mln. manat, 

respublikanın  müxtəlif  şəhər  və  rayonlarında  salınmış  məcburi  köçkün 

qəsəbələrində məşkunlaşan əhaliyə göstərilən mənzil-məişət vəkommunal xidmətlər 

üçün 3,4 mln. manat vəsait yönəldilmişdir. 

Aqrar  sektorun  və  kənd  təsərrüfatının  inkişafını  stimullaşdıran  dövlət 

siyasətinin  həyata  keçirilməsi  üçün  2013-cü  ildə  dövlət  büdcəsindən  vəsaitin 

ayrılması  nəticəsində  bitki  zərərvericilərinə  qarşı  mübarizə  tədbirləri  və  heyvanlar 

arasında xəstəliklərin profilaktikası həyata keçirilmiş, kənd təsərrüfatı məhsullarının 

istehsalında, əhalinin daxili istehsal hesabına zəruri ərzaq məhsulları ilə təminatında 

irəliləyişlər əldə olunmuş, toxum, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı 

artmışdır. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə